Sada
Mən evdə tək qalanda qorxuram. Evdə tək idim, gecə saat 11 idi. Televizora baxırdım. Evimiz 1-ci mərtəbədir. Amma hündürdür. Yaşadığımız evin də əvvəlki sahibəsi rəhmətə gedib. Nə isə, mənə hərdən elə gəlir ki, o arvadin ruhu gəzir otaqları (belə şeylərə heç inanan deyiləm əslində). Birdən hiss etdim ki, kimsə dəhlizdən keçdi. Düzü, ətim ürpəşdi, durdum əlimə də meyvə yediyim bıçağı aldım. Balkondan dəhlizə keçdim. Yataq otağının qapısını elə bil kimsə çırpdı, lap qorxdum. Dedim yəqin oğrulardır. Bilirlər ki, yoldaşım evdə yoxdur, evə giriblər. Yavaşca otağa keçdim. Heç kim yox idi. Qorxudan ayaqlarım əsirdi. Otaqda kamodun yanında yer var, orda gizləndim. Yenə səs yoxdur! 15 dəqiqə gözlədim, sonra dedim ki, nə olar olar! Heç kimə də zəng etmirəm! Birdən həmin kölgə qaça- qaça balkona, ordan da elə bil həyətə keçdi!. Qaynanam dedi ki, guya arvadın ruhu olub, amma mən inanmıram belə şeylərə. Yəqin məndə psixolojiymiş.
бѓ¦а®ђбѓ¦ A....N бѓ¦а®ђбѓ¦
Bir vaxtlar yanımda dindən danışanda mənim üçün heç bir şey ifadə etmirdi. Həmişə Allahın buyurduqlarını etmişəm. Yalandan, pis işlərdən uzaq olmuşam. Normal bir insan olmuşam əvvəl də, indi də. Amma ibadət mənə həmişə çətin görünüb. Daha doğrusu heç fikirləşməmişəm. Oruc tutmuşam, amma namaz qılmaq mənə hələ də çatmırdı. Bir müddət keçdi... 2 il bundan öncə yuxumda gördüm ki, bütün yaxınlarım, hamımız bir yerdəyik, anidən göyün üzü sapsarı oldu. Hamı çaşdı. Bir onu eşirdim ki, dünyanın sonudur. O an bir onu dedim ki, bəs mən namaz qılacaqdım?!. Çox qorxmuşdum, neçə gün özümə gələ bilmədim. Hər dəfə deyirdim ki, namaz qılacam. Amma alınmırdı. Bir neçə gündən sonra yenə yuxu gördüm. Bu dəfə Kəbə ziyarətində olduğumu gördüm, tək deyildim, yanımda əmim qızı da var idi. Onunla sakitcə orda gəzirdik. Anidən qız yoxa çıxdı və tək qaldım. Qarşımda böyük bir qara mərmər peyda oldu. Çox böyük bir daş idi. Ətrafımdan "şeytana daş at!" deyirdilər. Nə qədər cəhd etsəmdə alınmırdı. Amma bilmirəm kimins təkidlə “cəhd elə” dediyi hələ də yadımdadır. Nəhayət ki, daşı atmağı bacardım. Yuxudan elə qorxaraq ayılmışdım ki, artıq gecələr yata bilmirdim.
Bu olanları evdəkilər dini biliyi olan adama danışdılar, özüm maraqlandım və mənə namaz qılmağı məsləhət bildilər. Öyrəndim. Mənə namazı yuxumda gördüyüm əmim qizi öyrətdi. Təsadüfə bax... Ramazan ayının ilk günündən başladım. Artıq 2 ildir ki, namaz qılıram. Namaz mənə hədsiz qorxumun nəticəsində nəsib oldu.
Bir vaxtlar namaz adı gələndə qaçan mən, bu gün onun mənə qismət olduğu üçün çırpınan bir insanam. İndi ürəyim elə rahatdır ki, inanılmaz dərəcədə... İndi keçmişi düşünürəm və Allaha çox şükür edirəm ki, mənə namaz qılmağı qismət etdi. Hardan hara gəldim. Tanrım mənə hər zaman sınaq verir və bunun sonunda mənim qazancım müsbət olur. İnamım, imanım artır. İndi insan fikirləşir ki, insana bu gücü, bütün bu gözəllikləri bəxş edən Rəbbinə həmişə şükür etməlidir. Allahıma şükürlər olsun!
Pərvanə
Bir çoxları kimi mənim də həyatım çox rəngarəng olub. Allaha şükürlər olsun ki, yaşayışımız həmişə yaxşı olub. Amma buna baxmayaraq neyləmək olar, həyat çox qəribədir, yolları enişli-yoxuşludur. Sevincli günlərimizlə yanaşı xatırlamaq belə istəmədiyimiz günlərimiz də var. Mən də heç vaxt unutmayacağım 3 pis hadisə yaşamışam. Birincisi: 11-ci sinifdə oxuyurdum (1996 may). Sinif yoldaşlarımdan biri çox sakit, mədəni, ailələrinin böyük oğlu və göz bəbəkləri idi. Atasi o uşaq olanda rəhmətə getmişdi. Bir gün məktəbimizin stadionunun yanında qalmışdıq qızlarla. Stadionun hasarı çöldən alçaq, içəri tərəfdən isə hündür idi. Biz çöldə qalmışdıq, sən demə içəri tərəfdə də düz bizimlə bərabər 2-3 sinif oğlanlarımızdan oturubmuş. Onları görəndə əyildik baxmağa, əlimi qoydum hasarın üstünə. Elə bu an yekə bir daş hasardan qopdu və az qala düşürdü aşağı. Bir anlıq şoka düşdüm daşı necə saxladığımı indi də xatırlamıram. Əgər daş mənim əlimdən buraxılsaydı, düz həmin oğlanın başına düşəcəkdi. Bilmədim Allah kimin üzünə baxıb o hadisəni döndərdi. Bu günə qədər də həmin hadisə yadıma düşəndə damarımda qanım donur. İkinci unutmadığım hadisə böyük oğlum Əlinin uşaq arabasından düşməsidir: uşaq 3 aylıq idi (2000 avqust). Axşam ona kostyum geyindirib xeyli oynatdıq. Eləcə yuxuya getdi. Mən də ki naşı ana. Əlini ehtiyatla qoydum arabaya. Qıyıb paltarını dəyişmədim ki, gör nə gözəl yatıb, dedim: "bir azdan oyanar dəyişəcəm". Özüm də yatdım. Tərslikdən daş kimi yatmışdıq. Bir də gecəyarı oyandım ki, uşaq yoxdur, düşüb yerə. Şalvarını isladıb, üst-başı su içində. Soyuqdan ya nədən bilmirəm yazıq uşaq qup-quru quruyub göyərmişdi. İnanın ki, havalanmışdım. Tez körpənin əynini dəyişib, basdım bağrıma nəfəsimlə onu qızdırırdım. Şükürlər olsun ki, 10-15 dəqiqəyə uşaq özünə gəldi. Biz nə gündəydik onu bir Allah bilir. Sonra başladım ağla ki, ağlayasan. Üçüncü isə kiçik oğlum Əlvanın qucağımdan düşməsidir: uşaq qucağımdan betonun üstünə necə düşdüsə (o guppultu hələ də qulağımdadı) nəfəsi getdi, rəngi göyərdi və başladı boğulmağa. Qaynanamla ikimiz idik. Uşağın dilini tutub saxlamaq istəyirdim amma bacarmırdım. Nəhayət Allah yardımçım oldu, körpəm özünə gəldi. Elə bilirdim dilini buraxsam öz əlimlə uşağımı itirəcəm. Yazıq balamın ağzı al-qan içindəydi, dırnaqlarım onun dilin yaralamışdı. Nə isə, çox çətindir, çox. Allah heç bir anaya balasının pis gününü göstərməsin. Amin!
Margo
Xaricdə gimnaziyada oxuyurdum. Bildiyimiz kimi, bir çox gimnaziyalar yatılı olur. Ancaq mənim valideyinlərim "Xam ölkə" olduğu üçün, məni orda qalmağa qoymurdular. Bir gün, yalvar-yaxar, axır ki, 1 günlük icazələrini aldım. Gecə rəfiqələrimin otağında qaldım və hər şey də elə bundan sonra başladı. Gecəni bizi yuxu tutmadı ki, tutmadı. Qaldıq neyləyək. Rəfiqələrimdən biri ruh çağırma fikrini ortaya atdı. Bu fikir məndən başqa hamının marağına səbəb olduğu üçün oyun başlandı. Onları bu fikirdən döndərməyə çalışsam da, heç nə alınmadı. Qorxumdan yatağıma girib, gizlincə yorğanın altından olanları seyr etməyə başladım. Hamı gözlərini yumub, öz- özlərinə nəsə təkrarlamağa çalışırdılar. İndiyə qədər, yorğanın altında qorxudan necə tir-tir əsməyimi heç unutmuram. Axı mən bu yerin adamı deyiləm? Neynirəm mən burda? Bir az keçmədi ki, otağda sərin meh əsdi. Dedim qış ayıdı, yəqin pəncərələrin altından yel vurur. Daha sonra meh yazı stolunu üstündəki kitabın vərəqlərini elə tərpətməyə başladı ki, mən yerimdən dik atıldım. Qızlar mənə gülməyə başladılar. Elə bu zaman qapı döyüldü və bir anda işıqlar söndü. Nə olduğunu anlamadan var gücümüzlə bağırmağa başladıq. Mənə elə gəlirdi ki, az qala ürəyim dayanacaq. Həyatımın ən çətin anını məhz o 15 dəqiqədə yaşadım. Artıq ağlayıb-çağırmaqdan yorulub, göz yaşımız quruyub, səsimiz isə batmışdı. Birdən qapının axasından xadiməmizin səsi gəldi. Yavaş-yavaş, bir- birimizin əlindən tutaraq qapıya yaxınlaşdıq. Qapını açıb dərhal arxaya keçdik. Bəli bu həqiqətən də gecə növbəsinə qalan xadiməçi Tanya xala idi. Sən demə yazıq qadın, bizim otağa gəlirmiş ki, işıqların sönəcəyini xəbər versin. Qapını döyər-döyməz işıqlar sönüncə, qışqırığımızı eşidəndə qapını bərk döyüb ki, eşidə bilək. O an qarşımda duran qadını öpüb qucaqlamaq, qızları isə döymək istədim. Həqiqətən çox qorxmuşdum. İndi də bilirəm ki, həmin hadisə bir daha təkrarlansaydı belə, mən yenə də həmin hissləri keçirərdim.
Elnarə
Başıma gələn ən qorxunc hadisə atamın vəfatı oldu. O gün- atamın gözlərinin bağlandığı gün dünya başıma yıxılmışdı. Amma indi ondan da qorxunc hadisəni hər an, hər saniyə yaşayıram. Həyatda olan yaxınlarımı da bir gün atam kimi itirəcəyim qorxusu. Hər gün namaz üstdə dualar oxuyuram. Ölüm haqqdır. Gec-tez hamının qapısını döyəcək. Allahdan ən böyük istəyim- Allah cavan ölümü, vaxtsız ölümü sevdiklərimizdən uzaq eləsin!
Nəzrin
Şükür olsun ki, başıma çox da qorxulu bir şey gəlməyib. Mən metroya minəndə çox qorxuram. Bəlkə 1 ay olar bu hadisə oldu. Mən metroya minəndə adam çox idi. İstədim ki, mən də minim. Gördüm sıxılıram, baxdım ki, metronun qapıları arasında qalmışam. Hamı da mənə baxır, elə pis pərt oldum, qıpqırmızı qızardım. Oğlanlar sağ olsun, kömək etdilər. O gündən sonra metroya minəndə əllərim əsir, qızarıram. Əvvəl də maşın yolunu keçməkdən qorxurdum. Bu nəqliyyat vasitələri mənim axırıma çixacaq
INCI_ELIYEVA
Mən ən çox ildırımdan qorxuram. İldırım çaxanda beynim qopur yerindən, həddindən artıq çox qorxuram. Bəzilərinə gülməli gələ bilər, amma bu mənim üçün fobiyadır. İndi başıma gələn əhvalatımı danışım sizə. Bir gün gecə yatmışdıq, birdən ildırım çaxdı, özümə yer tapa bilmirdim, qorxudan əsirdim. Mənim də yadımda bir şey qalıb ki, ildırım dəmirə gəlir.Barmağımda üzük var idi, tez çıxardıb tulladım evin ortasına. Səhər anam durub üzüyü evin ortasından tapıb, məndən soruşur ki, bu burda neyniyir? Mən də gece olanları danşıdım. Onlara gülməli gəldi, amma o gecə şokda idim. Allahdan bir arzum var ki, qoy hamımızın ürəyində Allah qorxusu olsun, imanımız artsın, əsas budur.
Rəna
Mən insandan başqa her şeydən qorxuram. Heyvanlardan daha çox qorxuram, fərqi yoxdur hansı heyvan olur olsun, qarışqadan tutmuş filə qədər. Sizə başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Ümumiyyətlə, yay aylarından xoşum gəlmir. Yay gələndə mənim psixologiyam pozulur, çünki yayda heyvanlar çox olur. Bir gün gecə idi, təzə uzanmışdım ki, yuxuya gedim, bir də gördüm otaqdan may böcəyinin səsi gəlir. Yorğanı çəkdim başıma, bir az gözlədim gördüm yox səs nəsə yaxından gəlir, daha da dəli oldum, qışqırdım. Bacım oyandı, amma mənə kömək etmədən üstümə acıqlanıb yatdı. O, belə şeylərdən qorxmur. Mən artıq qorxudan dəli olmağa başlayırdım, gecəni ağlayaraq keçirmişdim, yorğanı da başıma çəkmişdim. Beləcə səhəri gözlədim, sonra düz bir ay bacımla danışmadım. Deməli, may böcəyi mənim ən çox qorxduğum həşəratdır.
Gümüş
Yaşadığım ən qorxulu hadisələrdən biri mən uşaq olanda, təxminən 8 yaşımda olub. Bir gün qardaşım, bacım və mən tonqalın ətrafında oturmuşduq. Tonqalın alovu getdikcə sönürdü, qardaşım butulkadakı benzini alova atanda mənim başıma və kürəyimə töküldü. Başım, kürəyim od tutub yanmağa başladı. Mən həyətimizdə o tərəf-bu tərəfə qaçırdım, birdən anam məni gördü və alovu söndürdü. Əynimdə tülə bənzər paltar vardı, paltar kürəyimə yapışmışdı. Anam tez məni həkimə çatdırdı. İndi 25 yaşım var, 2 uşaq anasıyam, amma hələ də alovdan qorxuram, dünənki kimi yadımdadır o hadisə. O, yanığın izi hələ də kürəyimdə qalıb. Alov ürəyimdə qorxu, kürəyimdə iz qoyub.
Mədinə Nəsirova
Mənim həyatımda bir çox qorxulu hadisələr olub, amma ən qorxduğum hadisə 2010-cu ildə olub. Bir çox səbəblər üzrə uşağımı keyseriyyə əməliyyatı ilə dünyaya gətirməli oldum. Ürəyimdə problem olduğuna görə, əməliyyatın çətin keçəcəyini söyləmişdilər. Əməliyyata girməmişən əvvəl, yoldaşıma vəsiyyət də etmişdim. Anamgil ağlaşma qurmuşdular (onsuz da anam birini üzülən görsə fərq etməz kimdi, oturub ağlayır). Lazım olan alətləri qoşub mənə narkoz verdilər, 4-ə qədər sayanda artıq özümdən getmişdim. Özümü ağ xalatda, ağ uzun işıqlı yolda dua edə-edə getdiyimi gördüm. Deyirdim: "Rəbbim, mənimlə bərabər kim əməliyyat olursa, hamısına kömək ol". Bir də maraqlı odur ki, çərəkə duaları oxuduğum kitabdan əzbər bilmədiyim duaları oxuyurdum. Bunu ayılandan sonra həkimlər də təsdiqləmişdi. Ayılanda başımın üzərində fırlanan ağ xalatlı həkimləri gördüm, qızımı soruşdum. Dedilər "yaxşıdır, narahat olma!" dedim: "bəs niyə ağlamır, səsi gəlmir?" Sən demə uşaq az qala boğulurmuş, rəngi də yamyaşıl. Həkimlərin müdaxiləsindən sonra uşaq özünə gəlib, ağlayıb. Məni apardılar reanimasiya otağına. Otaqda 4 qız var idi, 5-miz də ağrıdan zarıldayırdıq. Axşamtərəfi uşaqlarımızı gətirdilər göstərməyə. Hələ yerimizdən tərpənməyə, uşaq götürməyə qoymurdular, ona görə uşağımıza tibb bacılarının qucağında baxdıq. Mənim balam çox arıq, balaca, çəlimsiz idi. Uşağın burnu əyri, yanağına bitişmiş formada doğulmuşdu. Çox narahat oldum, qorxdum, dərhal həkimimi çağırtdırdım. Dedi: "uşaq ana bətnində üzüqoylu çox qalıb, ona görə belə olub". Məni sakitləşdirdi, sən demə aşağıda uşağı göstərəndə qaynanamgil də görübmüş, deyiblər ki, uşağı götürəndə zədələmisiniz. Səhər cərrah çağırmalı olduq. Səhərə qədər həm ağrıdan, həm də balamın fikrindən yata bilmirdim, elə hey dua edirdim. Səhər cərrah gəldi, yoxladı, dedi: "narahat olmayın, heç bir sınıq yoxdur. Hər gün uşağın burnunu xəfifcə sola doğru masaj edin, düzələcək". Ürəyim sakitləşmişdi. Xəstəxanada hamı uşağıma görə məni tanıyırdı, deyirdilər: “Əyriburun uşağın anası sənsən?” Çox pis olurdum. Uşağıma gedib baxanda ağlayırdım, amma balamın o qədər mənalı, gözəl gözləri (gecə mavisi get –gedə açıldı, dəniz mavisi oldu) var idi ki, sanki mənə deyirdi: "anacan ağlama, hər şey yaxşı olacaq. Bir az keçsin, gör mən necə gözəl qız olacam". Həqiqətən də elə oldu, tədricən balamın burnu düzəldi, gözəl, şipşirin qız oldu. İndi şükür Rəbbimə 3 yaşındadır. Bu mənim qorxduğum, üzüldüyüm anlarım idi. Amma onu da deyim ki, orada o qədər analar var idi ki, övladının həyatda qalıb- qalmayacağından qorxurdular. Bəlkə də mən düzgün etməmişəm. Uşağımın o halına da şükr etməliydim, amma nə edim? Özümdən asılı olmadı, "ana ürəyi" ifadəsi bu imiş demək. Rəbbim hamıya sağlam övlad nəsib etsin. Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR