Fatma xanım
Qorxduğum anlar lap çox olub, amma ən çox qorduğum: Bir dəfə qızımı uşaq arabasında aparırdım, tramvay yolunu keçəndə bilmirəm necə oldusa uşaq yıxıldı. O vaxt da tramvay elə sürətlə gəlirdi ki, az qala uşaq altında qalacaqdı. Bir kişi tez uşağı çəkdi. O qədər qorxmuşdum ki, hələ də yadıma düşəndə o anı yaşayırmış kimi oluram. Bir də zəlzələdə çox qorxmuşdum. Evdə tək idim. Əslində zəlzələdən qorxmadım, qonşuların qışqırtısından qorxdum. Allah o anları birdə bizlərə yaşatmasın.
Tutu
Çox fikirləşdim ən qorxdugum an hansıdır, dəhşətli bir şey tapmadım, buna çox sevindim. Allahım hər zaman məni qoruyub. Uşaqlığımda ən qorxduğum hadisəni xatırladım, istədim bunu bölüşüm sizlərlə: Köhnə evimizdə yaşayan vaxt, qonşuluqda 1 qadin rəhmətə getdi. Uşaq idim, cənazə gedəndə gördüm. Ondan sonra uşaqlar başladı ruhlardan danışmağa, onda da yay vaxtıydı, hər kəs həyətdə idi. Rəfiqəmlə bizə çıxdıq, əlimizi yumaq üçün hamama keçdik, birdən evdən taqqıltı gəldi. İndi qızla ağlayırıq ki, o arvadin ruhu gəldi, bizi aparacaq. İnanın, qorxumuzdan 3 saat hamamdan çıxmamışdıq. Sonra anam gəldi, qorxumuz keçdi. Bəzən rəfiqəmlə o hadisəni xatırlayıb gülürük. Doğurdan da uşaq ki, uşaq...
Mənim həyatda ən çox qorxduğum şey sevdiklərimi itirməkdir. Əgər eşitsəm ki, kiməsə nəsə olub, özümə gələ bilmirəm. 5-6 il əvvəl yoldaşım maşınla başqa bir maşına toqquşmuşdu. Maşını bir neçe dəfə fırladib kənara çıxmışdı, yoldaşımın alnı əzilmişdi, ayaqları gömgöy olmuşdu. Allahıma çox şükürlər olsun ki, ciddi qəza olmamışdı və yoldaşım ağır zədələr almamışdı. Amma çox qorxmuşduq. Allahıma onu mənə bağışladığı üçün çox şükr etdim. Bir qorxduğum hadisə də bir neçə ay bundan qabaq oldu. Evliliyimin 8-ci ilində 1-ci dəfə idi ki, uşağa qalmışdım, amma boruda inkişafdan qaldı. Bir gün məni sancı tutdu. Elə bilmişdik ki, boru artıq zədələndi, əməliyyatla borunu götürməyə diaqnoz qoydular. Mənim qorxum əməliyyat deyildi. Düşünürdüm ki, 8 ildə iki boruyla hamilə qala bilmirdimsə, bir boruyla heç qala bilməyəcəm. Amma yenədə Allahım möcüzəsini göstərdi, əməliyyata ehtiyac olmadı, müalicəylə boru təmizləndi. Bax belə, bu da mənim həyatımda ən çox qorxduğum hadisələr...
duygu
Bu il, 2012- ci ilin İyul ayı idi. Gün dəqiq yadımda deyil, axşamüstü saat 7-8 olardı, çimərlikdə idik. Birdən bir qışqırıq gəldi. Çox qorxduq hamımız. Bir uşağın anası suyun içinə girib qışqırıb uşağını çağırırdı. Sən demə bunlar neçə ailə dənizə gəlib. Başları söhbətə qarışıb uşaqlar yaddan çıxıb. Ana qızım hardadı deyəndə bir dənə uşaq deyib dənizdə idi. Ana da elə bilib uşağı suda batıb. Ona görə ana hardasa 15 dəqiqə suda necə qışqırıb, necə ağlıyırdı, qızını çağırırdı. Az qala ana dəli olsun. Həmin an çox pis idim, hətta ağlıyırdım. Nəinki mən, ətrafdakı adamlar da. İçimdən ALLAHA yalvarırdım uşaq tapılsın, ana balasız qalmasın. Dənizdəki bütün adamlar bir-birinə qarışmışdı. Birdən xəbər gəldi ki, uşaq burdadır. Sən demə uşaq oynaya-oynaya uzaqlara gedib çıxıbmış. Anası qızını görəndə necə sevindi... Həmin gün çox qorxmuşdum..
в™«в™«в™«DJ AyKaв™«в™«в™«
Canım mənim, mənim həyatda o qədər qorxulu anlarım olmayıb. Özüm də qorxaq qız deyiləm. Sən mənə qorxulu anlarını yaz dedikdə çox düşündüm ki, nə yazım? Ağlıma bir şey gəldi nəhayət ki.
Bir dəfə hardasa 2010-cu ilin sentiyabr ayı idi. Çox yağış yağmışdı. Sonra hava açıldı gün çıxdı. Eşitdik ki, sel gəlir. Artıq digər küçələri su basmışdı, amma, hələ bizi tərəfə gəlməmişdi. Çox qorxdum. Elə bildim ki, sel gəlib bizi öldürəcək. Hər şeyi yuyub aparacaq. Amma, şükür olsun ki elə olmadı. Düzdür, bizim küçəmizə də gəldi sel. Amma, qardaşım və indiki nişanlım qapımızın ağzını qumla doldurdular ki, su keçməsin. Bizim evimizə su gəlmədi onların sayəsində. Bir tərəfdən qorxurdum, bir tərəfdən də sevinirdim. Bilirsən niyə? Sevinirdim ki, sevgilim yanımdadı, qoymaz mənə nəsə olsun. Amma, bir tərəfdən də qorxurdum ki, sel onu məndən alıb aparar. Uşaqlıq düşüncələridir də. Düzdür, elə indi də qorxuram ki, ona nəsə olar. Amma, həyatda heç bir qorxum onu itirmək qorxumdan üstün deyil. Ən çox onu itirməkdən qorxuram. Çünki, onu çox sevirəm...!

Nilla A
Həyatda üç şeydən qorxuram. Birincisi ALLAH qorxusudur, həmişə çalışıram ki, ALLAHın layiqli qulu olam. İkinci qorxum sevdiklərimi itirmək qorxusudur, bunu elə təsəvvür eləmək məni çox qorxudur. Üçüncü qorxum isə qaranlıq qorxusudur, uşaqlıqdan indiyə kimi qaranlıqdan çox qorxuram və heç vaxt qaranlıq otaqda yatmıram.
MELEYIMMənim həyatda çox qorxduğum olmamışdı ta ki, keçən il iyunun 23 -nə kimi. Əmimoğlunun ölüm xəbərini ilk mən eşitdim. Yazmaqla keçirdiyim qorxunu, dəhşətli anı çatdırmaq mümkün deyil. Biz əmioğluyla süd bacı-qardaşı idik, bir yerdə, bir evdə böyümüşdük. Həmin gün də gözləyirdik ki, evə gəlsin qonaq gedəcəkdik. Amma evə zəng gəldi, Samirin başına iş gəlib, təcili gəlin dedilər. Qorxmayın yüngül bir işdir. Amma dənizdə də insanın başına nə iş gələ bilər batmaqdan başqa? Dünya başımıza dağıldı. Telefonu da mən götürmüşdüm, ilk mən eşitdim, çox qorxdum, dua etdim ki, İnşallah dedikləri kimi olsun. Telefonu ona vermələrini xahiş etdik, verməmələrindən, sözü dəyişmələrindən artıq hər şey məlum oldu. Özünü sağ-salamat gözləyirdik ki, gəlsin gedək, amma ölmüş halda gəldi. Allah heç kimə belə qorxu, belə hadisə yaşatmasın. İlinə az qalıb, artıq elə bilirik ki, əsgərdədi gələcək yenə. Keçən il aprelin 1- i əsgərlikdən gəlmişdi. Allah rəhmət etsin, qardaşımın yeri cənnətlik olsun, Allah bizə də çox səbr versin. Allah heç bir ana-ataya övlad dərdi çəkdirməsin, Amin. Mənə də bir daha belə qorxu yaşatmasın Allah.
Leyla
Kənd yerində yaşadığımız üçün təbii ki, bizdə həyət evi idi. Heç vaxt yadımdan çıxmaz. Nişanli idim və kollecdə də 2-ci növbədə oxuyudum. Payız vaxtı saat 7, hava da çoxdan qaralmışdı. Həmin gün də yoldaşımın qohumlari bizə qonaq gəlib. Dayanacaq evimizə uzaq olduğundan, həmişə məni qarşılamağa kimsə gəlirdi (ailə üzüvlərimdən). Həmin gün evdə çoxlu qonaq olduğu üçün, heç kim məni qarşılamadı. Evə çatmağa az qalmışdı, birdən qapımıza yaxın kiminsə dayandığını gördüm. Hava çox qaranlıq olduğundan seçə bilmədim. Atamı- anamı, qardaşımı çağırdım, səs verən olmadı. Həyətimizdə o qədər adam var ki, səs-küydən heç kim səsimi eşitmir. Yavaş -yavaş əyilib yerdən daş yığmağa başladım. Bir neçəsini həyətə atdım, yenə səs verən olmadı. Qorxudan az qala dəli olacaqdım, həm titrəyirəm, həm də qorxudan bədənimə istilik gəlir. Yenə başladım həyətə daş atmağa, birdən qardaşım məni çağırdı: "Ay bacı, gəl də evə, sən bayaqdan orda neyləyirsən e". İnanın, mən qardaşımı həmin an boğmaq istəyirdim. Bu vaxta qədər ən çox qorxduğum həmin gün olub.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dadlı peçenyelər (foto resept)
İçdiyimiz su təhlükə mənbəyidir
ABŞ-dan Rusiya vaksininə şübhə
Sürpriz alma şirniyyatı (foto resept)
İnternet problemi nə vaxt həll olunacaq?
Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
Fahriye Evcen IMDB-nin reytinqinə düşdü
Qarın yağlarını əridən detoks
Meşədə içində naməlum maddə olan çəlləklər aşkar edildi
Kəsmikli tort (foto resept)
Azərbaycanda ilan və əqrəb sancmasına qarşı xəbərdarlıq olundu
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Prezidentdən sərəncam
İŞİD Türkiyəyə girdi
"Qvadalupe" serialının qəhrəmanları illər sonra - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Dağlıq Qarabağ üzrə Azərbaycan və Ermənistan parlamentləri ilə əməkdaşlığa dair təkliflər hazırlanacaq
Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı
Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır - RƏSMİ
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Əcnəbilər SMS icazədən necə istifadə edəcəklər? - AÇIQLAMA
Şəhid polkovnikin oğlu atasının arzularından danışdı - VİDEO
Siz onları havasız qoyursunuz, onlar sizi - həyatsız
"Zenit"ə daha bir məşhur baş məşqçi gəlir
Filmlər haqqında bilmədiyiniz faktlar(2)
Evdar xanımlar üçün kiçik məsləhətlər
Sevgidə bəxti gətirməyən filosoflar(2)
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
İbrahim Tatlısesdən vida mesajı
Ronaldo: ""Qızıl top"u Leo qazanacaq"
Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
Komediya ustası səhnədə öldü-FOTO
Məşhurlardan 6 gözəllik trendi
Daha bir ölkədə məktəblər fəaliyyətini bərpa etdi
2013-cü ilin ən yaxşı payız ətirləri
Günün qoroskopu:Uğurlu gündür!
Ermənilər Ağrı dağ tamahı
Futbolda 8 qayda dəyişdi
Bu ilin ilk Ay tutulması başladı
"Bakinternet" çökdü
Mehriban Əliyeva qızı ilə ziyarətgahda - FOTO
Ən kök adam arıqladı
İshal və qusma zamanı ilk tibbi yardım(1)
Maraqlı ev dekorasiyaları
Alisa Mehmet Ali Erbildən istifadə edir?
Türkiyə analoqsuz ekskavator buraxdı - Ərdoğan sükan arxasında/Foto/Video
Ucardan aksiya xəbəri gəldi
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Anasının beyin ölmündən 3,5 ay sonra dünyaya gəldi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]