Louis Vuitton
Hər bir insan həyatında qorxu dolu anlar yaşamış olur. Bu uşaq vaxtımızda da baş verə bilər, ağlımız kəsəndə də. Lakin insanın içinə qorxuyla gələn elə bir hiss var ki, o hissin qorxu dərəcəsi ölçüyə gələn deyil. Mən məhz bu andan danışacam. Bu an mənim həyatımda yaşadığım anların ən qorxulusu, ən dəhşətlisi, ən kədərlisi idi. Çünki qorxduğum şey itirmək idi, itirməkdən qorxurdum. Ata ocağına ayaq qoyanadək, o səhnəni görənədək Allahımdan bircə şey istəmişdim, məni ağlıma gələn qorxu hissimdə yanıltsın, düşündüyüm şey yalan olsun. Amma həyatdı bu, gərək sevincinə də, kədərinə də hazır olasan. Atamın qəfil ölümü məni ömürlük bu hissə məhkum etdi. İtirmək qorxusu hissinə...
Allah heç kimə vaxtsız itgi qismət etməsin!
๑۩۞۩๑Yagmur damlasi๑۩۞۩๑
Mənim qorxduğum və unutmadığım hadisə atamın ölümü olub, bu hadisə 2000-ci ildə baş verdi, mənim yaddaşımda dərin izlər buraxdı. Atamın ölümündən sonra anam, bacım, mən sanki canlı ölü idik, adətən ana övladlarını qanadı altına alır deyirlər. Amma anam da o gündən əriməyə başladı. Şam kimi hər gün bir az, 4 il sonra o da bizi tərk etdi. Bundan sonra anladım ki, mənim yüküm ağırdır, bacımı mənə əmanət qoydular. Çox çətin günlər keçirdim onunla. 2-3 il keçdi, məni nənəm ailə qurmağa məcbur etdi: "Mən bu gün varam, sabah yoxam, ailə qurun, onların da ruhu şad olsun". Beləliklə, ailə qurdum, gəldim Rusiyaya. Bir oğlum, bir qızım var, qızıma anamın adını vermişəm, onu yaşadıram sanki. Laləm! O mənim anamdır. Bax belə, mənim unutmadığım, yaddaşıma əbədi olaraq həkk olunan hadisə bu idi.
DJ_Elena
Mənim həyatımda çox qorxulu günlər olub. Hələ də o qorxunu yaşayıram. Bizim qonşuda ruhi xəstə oğlan var idi. Onlarla çox yaxın idik. Amma hər dəfə oğlan pisləşəndə bizə də problem yaradırdı, mən onda 5-ci və ya 6-cı sinifdə oxuyardım. Hər gün bizim evə daş atardı. 2006-ci il oktyabrın 11-də ad günüm idi. Qonağımız var idi, o oğlanın atası da bizdəydi. Mən yemək yedim və eyvana çıxanda elə bil zəlzələ oldu, pəncərələrimiz qırıldı. Bir neçə dəqiqədən sonra gördük ki, həmin oğlan bizim eyvanın 3 pəncərəsini yumruğuyla sındırıb. Onda mən çox qorxdum. 2010-cu il iyunun 23-də atamın ad günü idi, onda da həmin oğlanın evlərində bıçaqla əli kəsilib, həmin bıçağı götürüb bizə gəlmişdi. Bıçağı eyvana atıb, yekə bir daş götürüb bizim eyvanın pəncərəsinin taxtasına vurdu. Az qaldı ki, daş atamın belinə dəysin. Həmin gün atamla dalaşdı, atamın üstü qan oldu. İndi də qonşuda biri dalaşsa, mən pis oluram. Axşam tək otağdan-otağa keçə bilmirəm, o qorxular hələ də canımda var.
LəmaN
Deməli belə, həyatda ən qorxduğum şey valideyinlərimdən hansınısa itirmək idi. Ən çox da atama nəsə olmağından çox qorxurdum, o mənim həm atam, həm dostum, həm qardaşım, ümumiyyətlə, hər şeyim idi. Fikirləşirdimki, ona nəsə olsa mən nə edərəm, necə yaşayaram. Fikirləşmək belə məni dəli edirdi. 13 sentyabr 2005-ci il axşam heç yata bilmirdim, ürəyim hey sıxılırdı,elə bil nə isə olacaqdı. 14 sentyabr 2005-ci il səhər açıldı, atam getdi. Mənə də dedi ki, hazırlaş, gəlib səninlə dükana gedəcəm. Mən də evləri təmizləyib atamın yolunu gözləyirdim ki, indi gələcək. Sonra xəbər gəldi ki, atam vəfat edib.Dünyam başıma yıxıldı, qorxduğum şey başıma gəldi, həyat mənimçün çox maraqsız oldu. Yenə də şükür Allahın birliyinə. Allaha hər şeyə görə şükürlər olsun.
Ən qorxduğum hadisə bu ilin may ayının 30-da oldu, həmin gün nə çəkdiyimi bir tək olan Allah bilir... Belə ki, səhər ayılıb oğlumun üzünün şişdiyini gördüm. Həkimə apardım, uşağın 4 dişini birdən çəkdilər. Evə gələr-gəlməz oğlum özündən getdi, qışqırığıma qonşu gəldi,yaxşı ki, yoldaşım evdəydi. Sağ olsunlar, həkimlər vaxtında yetişdilər və gecəyə kimi bizimlə qaldılar. Şükur Allahıma, hər şey geridə qaldı. Amma o gün mənim yaddaşımda ilk qorxduğum və unutmadığım gün oldu. InşAllah, son qorxduğum gün olacaq.
Azadə Həbibzadə
İki hadisə yazacam. Babamın qardaşı rəhmətə gedəndə anam bizi də aparmışdı. Bu hadisə 8 yaşımda olub.Yas qurtardı və biz qazanları sahiblərinə verməyə getmişdik. Artıq ora gedib çatanda qaranlıq idi və gecəni orda qalmalı olduq. Səhər yuxudan durduq. Babamın bacısı qızı kanala qab yumağa getdiyini dedi və məni də özü ilə apardı. Həmin kanal çox dərin idi, ucu-bucağı görünmürdü. Babamın bacısı qızı qab yuyurdu, mən də su ilə oynayırdım və birdən ayağım sürüşdü dərin kanala düşdüm. O an çox dəhşətli idi. Sanki ölümlə üz-üzə gəlmişdim,suyun lap dərinliyinə düşdüm. Qorxduğumdan qolumu tərpədirdim və bu da mənim köməyimə yetişdi, suyun üzərinə çıxdım. Məni çubuqla dartıb zorla çıxardılar. Qorxduğumdan həm əsirəm, həm gülürəm, həm də nə geyinəcəyimi fikrləşirəm. Paltarım başdan-ayağa yosun idi. Sağ-salamat bu hadisədən çıxdım. Mənim gözlərim göy olduğundan bütün hadisələr gözümlə bağlı olur. Mənim 11 yaşım olanda həyətdə qızlar topla oynayırdı, mən də qıraqda sakitcə bunlara baxırdım. Birdən top daşa dəydi və daş sanki havada uçub gözümə dəydi. Dünya elə bil gözümdə qaraldı. Ağlaya-ağlaya evə getdim. Anam baxdı ki, gözümün göyü qan qırmızı rəngdədir. Nənəm məni həkimə apardı, həkim dedi gəl bunun beyin hissəsindən iynəni salıb gözün göy hissəsindəki qanı çəkək. Nənəm dəli oldu, mən də qorxduğumdan əsirəm. Nənəm razılaşmadı və məni aptekə apardı. Orda bir qız mənim gözümə baxdı, mənə sulu göz dərmanı verdi. Həmin dərmanı hər gün vururdum və beləliklə gözüm təmiz sağaldı. Əgər həkim gözümdən qan çəksəydi gözüm indi kor ola bilərdi. Yatıb-durub min şükür edirəm. Buna görə ALLAHIMA, həm nənəmə, həm də aptekdəki qıza borcluyam.
YEGANA
Ən çox qorxduğum hadisə 2000-ci ildə baş verib, demək olar ki, hələ də o hadisənin təsiri altındayam. Ən acınacaqlısı bu oldu ki, əmim bu hadisənin qurbanı oldu. Biz rayondaydıq, başqa kəndə qonaq gedirdik. Biz maşınla idik, bir az öndə isə at arabasında 2 oğlan gedirdi. Qismətdəndi, nədisə, yolda təmir işləri getdiyindən yollar pis vəziyyətdə idi. Yol kənarındakı işıq dirəklərini texnika maşınlarının köməkliyi ilə aşırırdılar. Ehtiyatsızlıqdandırmı, tələskənlikdəndirmi, qismətdəndirmi bilmirəm, o hündür yol dirəyi həmin at arabasındakı oğlanların üstünə düşdü. Bu, bizim gözlərimizin qarşısında baş verdi. O gənclər yerindəcə həyatla vidalaşdılar, əmim də o gündən həmin orxunu içində daşıdı və ürəyində ciddi dəyişiklik baş verdi. Həkimlər də bunun ağır sarsıntı, qorxu üzündən baş verdiyini dedilər. O qorxunun nəticəsində 29 yaşlı əmimi də torpağa tapşırdıq. Yenə də bunları yazarkən göz yaşlarıma hakim ola bilmədim, Allah bir daha yaşatmasın o acıları bizlərə!
Nazlı
Mən o qədər də qorxaq deyiləm, amma həyatımda bir dəfə möhkəm qorxmuşam. Keçən il yayda rayonda olub bu hadisə. Qızlarla gecə həyətimizdə söhbət edirdik. Birdən qızların biri başımın üstündən arxaya baxıb başladı qışqırmağa: "Ay aman, üstümə gəlir qoymayın, kömək edin". Bilmirəm özü belə elədi, ya gözünəmi nəsə göründü, amma mənim ağzım əyildi. Hələ də bu hadisə yadımdan çıxmır.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR