Qadınların seçimi çox vaxt həm ruh, həm də bədən müvazinəti üçün əvəzsiz olan yoqa üzərindən olur. O, vücudun daha sıx və dik durmasını təşkil edir. Yay mövsümünün qapıda olduğu bu günlərdə yoqa hərəkətləri ilə düz və sıx bir qarına sahib ola bilərsiniz.
Bir çox idman hərəkətlərini sınaqdan çıxarıb hələ də istədiyiniz nəticəni əldə edə bilməmisinizsə, bu dəfə yoqanı yoxlayın. Yoqa qarın əzələlərini işlədərək eyni zamanda duruşunuzu düzəldir və vücudunuza elastiklik qazandırır. Həm fiziki, həm də mənəvi olaraq yoqa ilə rahatlaya bilərsiniz. Məsləhət gördüyümüz bu 6 yoqa hərəkəti ilə yaya daha sıx və düz qarınla girə bilərsiniz.
Qayıq duruşu
Bu yoqa hərəkəti qarın əzələlərini, bel və omba əzələlərini gücləndirir. Bu məşqi istədiyiniz kimi dəyişdirə bilərsiniz. Ayaqlarınızı yerə paralel, yerdən bir az yüksək, ya da yuxarı doğru tutub qala bilərsiniz.
Necə edilir?
a) İlk olaraq döşəmənin üstündə dizlərinizi qıraraq, ayaqlarınız yerdə düz olaraq oturun. Ayaqlarınız yerdən qalxacaq şəkildə xəfif-xəfif arxaya söykənməyə çalışın.
b) Yavaşca ayaqlarınızı uzadaraq onları gərməyə başlayın. Vücudunuz “V” şəklini alsın, qollarınızı yerə paralel, düz şəkildə olmalıdır. Kürəyinizlə müvazinətinizi saxlayaraq, çənəniz dik, üzünüz qabağa doğru 5-10 dəfə nəfəs alıb –verin. Sonra başlanğıc vəziyyətə qayıdıb hərəkəti təkrarlayın.
Yarım qayıq duruşu
Bütün vücudunuza müqavimət qazandıracaq bu hərəkət alt qarın əzələləri üçün çox yaxşıdır.
Necə edilir?
a) Qayıq vəziyyəti ilə başlayın.
b)Ayaqlarınızı yavaş-yavaş endirin. Qollarınız, ayaqlarınız və çənəniz yerə paralel və düz şəkildə olmalıdır. Çiyinlərinizin yerə dəyməməsinə diqqət edin.
c)Qollarınızı dümdüz uzadın.
Pres duruşu
Pres duruşu vücudunuzu düzgün şəkildə istifadə etməyinizi öyrədir. Ön və yan qarın əzələlərini işlədir.
Necə edilir?
a)Bu hərəkətə dizlərinizin və qollarınızın üzərində dayanaraq başlayın. Ovuc içləriniz yerə dəyəcək şəkildə qollarınızı çiyin genişliyində açaraq tutun. Ayaqlarınızı tək-tək, yavaş-yavaş arxaya doğru uzadın. Ayaqlarınız çiyin bərabərində dümdüz olmalıdır. Barmaq uclarında dayanın.
b) Ağırlığınızı qollarınıza verin. 5-10 dəfə nəfəs alın, tutun, buraxın. Hərəkəti 10 dəfə təkrarlayın.
Dirsək pres duruşu
Bundan qabaqkı pres duruşu kimidir. Bu hərəkət də ön və yan qarın əzələləri üçündür. Fərqi sadəcə bundadır ki, ayaqlarınızı daha da işlədərək əzələlərini möhkəmləndirir.
Necə edilir?
a)Yenə dizlər və qollar üzərində duraraq başlayın. Dirsəklərinizin üzərində durun. Qollarınız çiyin bərabərində açın. Ayaqlarınızı yavaş-yavaş arxaya verin. Ayaqlarınız gərgin olsun.
b)Çiyinlərinizi yavaş-yavaş dirsəklərinizə doğru endirin. Çiyinləriniz, ayaqlarınız və topuqlarınız düz və eyni bərabərlikdə olmalıdır. Barmaq uclarında durun.
Maşın silmək duruşu.
Alt qarın və yan vücud əzələləri üçün nəzərdə tutulan bu hərəkət kürək əzələlərinizə də yaxşı təsir edir.
Necə edilir?
a)Ayaqlarınızı yan-yana, düz və yuxarıda olacaq şəkildə, kürəyi üstə yerə uzanın. Qollarınızı ovuclarınız yerə dəyəcək şəkildə iki yana açın və hərəkəti etdiyiniz vaxt qollarınızdan güc alın. Nəfəs alıb-verərkən ayaqlarınızı dizlərinizdən qıraraq sağa-sola fırladın.
b)Başlanğıc vəziyyətə qayıdıb hərəkəti təkrar edin.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR