Tarixi çox qədim vaxtlara söykənən, ayaqların müxtəlif cisimlərlə kəsilməsinin qarşısını almaq məqsədiylə yaradılmış, zamanla insanların xüsusilə cazibədarlıq yarışında modanın "yox" deyə bilmədiyi ayaqqabılar ilk olaraq sandal şəklində olub, günümüzdəki müxtəlif çeşdlərə qədər iinkişaf etdirilmişdir.
Ayaqqabı alış-verişi edərkən nələrə diqqət yetirilməsi lazım olduğunu bilmək əhəmiyyətlidir. Həm sağlamlıq, həm maddi, həm də görkəm baxımından doğru ayaqqabı alınması üçün diqqət yetiriləcək müəyyən nüanslar vardır. Ayaqqabı alış-verişi zamanı bəyənmək ya da qəşəng görkəmdən başqa, rahatlıq və keyfiyyət ön planda olmalıdır. Bəyəndiyimiz ayaqqabının mütləq cütü də sınanmalıdır. Çünki mağazalarda adətən yalnız sağ ayaq yoxlanılır. Bu səbəbdən mağazada nümunə olaraq qoyulan ayaqqabıları bir başqası da sınadığı zaman sağ ayaqqabı böyük olur. Buna görə də hər iki ayaqqabı geyilərək qısa bir məsafə qət edilməli, ayaqlarımızın rahatladığından əmin olmalı, ayaq barmaqlarımızı hərəkət etdirəcək qədər ön tərəfdə boşluq qalmalıdır.
Digər bir vacib məsələ - ayaqqabının içinə mütləq baxılmalıdır. Xüsusilə uc qisimlərdəki dəri ya da astarın möhkəmliyinə, cırıq olmamasına diqqət yetirilməlidir. Həmçinin, bir başqa məsələ də rənglənməsidir. Ayaqqabı alış-verişi edərkən yanınızda yaş dəsmal varsa, ayaqqabının xüsusilə ön qisminə sürtərək boyanın qalıcı olub-olmadığını yoxlayın. Tez çıxan boyanın istifadə edildiyi ayaqqabılarda ön qisimlər dərhal soyulur və ya da görünüşü pozulur. Ayağınızın tam ölçüsünə görə ayaqqabı almaq da ayaqqabı alış-verişi üçün diqqət yetirilməsi lazım olan br cəhətdir. Ayaqların ön qisimini sıxan, arxa tərəfi tikişli olan ayaqqabılar sonralar ayaq sağlamlığı üçün problem yaradır. Ayaq üstə keçirilən müddət ərzində ayaqlar şişir, buna görə də günortadan sonra, ya da axşamtərəfi ayaqqabı almağınız daha yaxşı olar.
Ayaq qoxusu olduqca böyük problem yaradır, buna görə də ayaqqabının hansı materialdan olması əhəmiyyətlidir. Ayaqqabı alış-verişi əsnasında dəri ayaqqabı seçməklə bu problemin qarşısı alına bilər. Yay mövsümündə açıq ayaqqabı geyinməklə ayaqların tərləməsinin qarşısını ala bilərsiniz. Döyənək, ayaqlarda yaranan göbələk, dırnaq batması kimi narahatlıqlar da əsasən ayaqqabının səhv seçilməsi ucbatından yarandığı üçün ayaqqabının istehsal edildiyi material olduqca əhəmiyyətlidir.
Xüsusilə ortopedik ayaqqabı ayaqların rahatlaması və sağlamlığı baxımından əhəmiyyətlidir. Ortopedik ayaqqabılar həm ayaqların yorulmasını mane olur, həm də bədənin düz duruşunu təmin edir. Bir əsas ipucu da əsasən yağış yağdıqdan sonra ayaqqabının üzərində yaranan ağ ləkələrin aradan qaldırılması barəsində olacaq. Bunları alma sirkəsi tökdüyünüz parça ilə sildiyiniz təqdirdə ləkələr itəcək. Eyni ayaqqabının fasiləsiz geyilməsi ayaqlara və ayaqqabıya zərərlidir. Ən çox 2 gün ara ilə ayaqqabımızı dəyişdirməliyik. Xüsusilə yaz aylarında ayaqlar çox tərlədiyindən ayaqqabı boyasının coraba keçmə ehtimalına qarşı tədbir kimi tünd rəngli corablar seçməliyik. Və ən əhəmiyyətlisi, ayaqqabılarımızı tanıdığımız və mallarından razı qaldığımız ayaqqabı satıcısından almağa çalışmalıyıq.
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR