Bütün bu illər ərzində Hipatiya dərs deməyə davam edirdi, o çəkişmələrə qarışmayıb bütün kinini ürəyində saxlayırdı. O, artıq susmağı öyrənirdi. Amma ona daha çox fikirlər əzab verirdi ki, bu da cinayətə təşəbbüs idi. O, özünü doğrultmağa çalışırdı: "O tək nə edə bilərdi, qadın elə edə bilərmi ki, bütöv imperiya dağılsın, on minlərlə barbarların bütöv xalqı hərəkətə keçirməsinin qarşısını ala bilərmi" - deyə düşünürdü Hipatiya.
O, yalnız elm üçün yaşayırdı: Gənclərə fəlsəfənin sirlərini açır və onları riyaziyyatın dərin sirlərindən agah edirdi. O, çökmüş barbarlıqla mübarizə aparır və qorunub saxlanan bilikləri yaymaqla və insanların dumanlanmış beyinlərini təmizləməyə çalışırdı. Hipatiya atasının vəsiyyətini qorudu və hətta o zaman da susdu ki, Kirill minə yaxın İsgəndəriyyəlini öz doğma torpaqlarından qovdu. Doğrudanmı görəsən Hipatiya artıq cinayət və edam qoxusu ətrafı bürümüş bu vəziyyətdə atasına verdiyi sözü pozacaq? Yeni bütpərəstlik kədərli və qəmli olsa da onda ikrah hissi yaradır, amma digər cinayətlərlə müqayisədə Kirillin törətdikləri heç nədir.
Zaman keçdikcə Hipatiyanı hiss və həyəcan daha çox narahat edirdi. O vaxtdan ki artiq iyirmi ildən çox vaxt keçmişdi - İsgəndəriyyə kitabxanasının xəzinəsini qorumaq üçün Hipatiyanın bütün gənc alim dostları həmin vuruşlarda həlak olmuşdular, hansı ki orda ölməmək üçün Hipatiyanı atası tutmuşdu. Yorulmaz əməyi ilə o, heç bir qadının çatmadığı zirvəyə çatdı, buna nail oldu. Müasir insanlar artıq onu ilk qadın filosof kimi hesab edirdilər. Rəhbərlik etdiyi məktəb nəinki İsgəndəriyyədə, hətta ordan kənarda da artıq çox məhşur idi. Müdrik olmaq istəyənlər başqa ölkələrdən Hipatiyadan dərs almaq üçün onun dərs verdiyi məktəbə təhsil almağa gəlirdilər. Amma daxili harmoniya və xeyir-dua ilə onu filosoluğa gətirənlər deyirdi ki, Hipatiya şöhrəti ilə öyünə bilməz.
O, Serapeumada həlak olan dostlarının qanı bahasına əldə etdiyi bu şöhrət üçün heç qürur duya bilmirdi, düşünürdü ki, kaş o zamanlar o da əlinə silah götürüb onlarla döyüşərdi. Bəlkə ona da həmin zərbələrin altında al-qana boyanaraq ölmək lazım idi?
O, Teonun haqlı olduğundan şübhə edirdi. Atam deyirdi ki, fəlakətli illər alimlərə olan borcumuzdur - gələcək üçün onların elmini qoruyub saxlamalıyıq. O inanırdı ki, zaman keçdikcə insanlar gözəl heykəlləri və müdrik kitabları məhv etməkdın əl çəkəcək. Lakin onun ümidləri özünü doğrultmadı. Kitabları əvvəlki kimi məhv edirdilər. Hərçənd düzdür, bunu artıq tək cahillər etmirdilər. Artıq bu kitabları yüksək vəzifəli insanlar da məhv edir və yandırırdılar.
Hipatiyaya bir dəfə dedilər ki, İsgəndəriyyə yaxınlığında hansısa məbədin dağıntıları arasında rahiblər yunan və roma yazıçılarına aid bir kitabxana aşkarlayıb. Kirill ordan keçərkən həmin yerə gözucu nəzər saldı. Çox qiymətli əlyazmalar, o cümlədən Aristotel və Platonun əsərləri idi. Rahiblər bu bütpərəstlik abidəsi sayılan çox qiymətli əlyazmaları yandıraraq məhv edək deyə bağırırdılar. Yepiskop "qara adamlar"ın etimadını itirmək istəmədiyi üçün razılıq verdi. Yanğınlar içərisindən dəyərli əlyazmaların külləri uçurdu. Bir neçə gün sonra Kirill platonik ideya və başqa məqamlar barədə müraciətlə İsgəndəriyyə şəhərində çıxış etdi! Hipatiya artıq hiddətini gizlədə bilmirdi.
Kirill qaba ve sərt əmisindən fərqli olaraq yaxşı təhsil almışdı. Gəncliyində o, fəlsəfəni Hipatiyadan dinləmiş və öyrənmişdi: o, özünü ilahiyyat bilicisi hesab edir və bununla istənilən məsələnin və sualın öhdəsindən gələ biləcəyini sanırdı. Lakin bəzi əleyhdarlara nəzərən Kirill alimlərin əleyhinə deyildi. Çox gözəl yaddaşı vardı. O, uzun bibliya mətnlərindən əzbər sitat gətirirdi.
Hipatiya xərəkdə evə qayıdırdı. Küçələrdən birində Kserion kilsəsinə yaxın yerdə yolu birdən rahiblər kəstilər. Bir göz qırpımında kiminsə siqnalı ilə küçəyə parabalan dəstələr səpələnəyə başladı. Hipatiyanı amansız düşmənlərin yaratdığı divar mühasirəyə almışdı, o, nə qədər qışqırıb fəryad etsə də səsini duyan olmadı, bunlar əbəs idi. Onların çirkli əllərində daşlar, çubuqlar, kirəmit parçaları və sahildən seçilmiş iti balıqqulaqları var idi... Onu xərəkdən dartıb yerə - torpağın üstünə saldılar, sürüyüb kilsəyə apardılar. Orda hər bir xaçpərəst üçün müqəddəs yerdə əynindəki paltarları cıraraq onu döyməyə başladılar. Hipatiyanı amansızcasına hiddətlə qeyzlənmiş fanatiklər vururdular, o vaxta qədər ki, artıq Hipatiya çoxdan ölü idi. Fanatiklər onun meydini kilsədən çıxararaq meydana tərəf sürüməyə başladılar - hansı ki həmin yerdə artıq böyük bir tonqal yandırılmışdı. Qorxunc xəbər Oresti sarsıtdı "Hiypatiyanı öldürdülər və atəşə atdılar!"
İsgəndəriyyənin perfekti sındırılmışdı. O, hətta olmuş hadisə barədə Konstantinopola məruzə göndərməyə belə risk etmirdi. Hipatiyanın qətli bir salnaməçinin sözlərinə görə "düşmənçiliyi söndürdü" Kirill və Orestin arasında. Orest qərara gəldi ki, nə qədər gec deyil Kirillə barışmalıdır. O özünü qalib gəlmiş sanırdı. Kirill İsgəndəriyyənin bölünməz hökmdarı oldu. Bu hadisələr 415-ci ilin mart ayında oldu.
Hipatiyanın ölümü cəzasız qaldı. Hərçənd çox İsgəndəriyyəli gözəl bilirdi ki, bu alçaqlığın günahkarı məhz Kirilldir, amma bu onun vəzifəsini və olduğu yeri sarsmadı. O, əksinə gücünün böyüklüyündən həzz alırdı. Orest daha ona etiraz etmirdi. Hətta bu barədə xəbər elə məhz perfektin başı üzərindən göndərilmişdi. Damaskiy bildirir ki, araştırmayla məşğul olmuş Edesiy yüksək mənsəb sahiblərini ələ almışdı və o, qatilləri cəzadan bununla qurtarırdı.
"Feodosiyin Kodeksində" 5 oktyabr 416-cı ildən imperatorun sərəncamı saxlanılır. Sərəncamda deyilir ki,"Ehtiyac olduğu halda İsgəndəriyyədən şəhər səfirliyinə hökm göndərmək olar, lakin gərək bunu yuxarı vəzifəli şəxslər etsin. Konstantinopolda şəhər sakinlərinin hər hansı özbaşınalığı deputatlar tərəfindən qəti qadağan edilir!"
Daha "Feodosiyin Kodeksinə" iki sənəd daxildir, ehtimal ki Hipatiyanın qətli ilə bağlı hadisələrə münasibətlə bağlıdır. 29 sentyabr 416-cı ildən imperator əmr verdi ki, parabalan dəstələr artıq şəhər hakimiyyətinin işlərinə qarışmasınlar. Onlara ictimai işlərə, çağırışsız baş çəkməyə, izləməyə ciddi qadağalar qoyuldu. Onların sayı 500 nəfəri ötməməli idi. Bundan sonra parabalan dəstəni yepiskop deyil, perfekt seçməli idi. Hətta bu məhdudiyyətlərlə Kirill barışmaq istəmədi. Yarım ildən sonra parabalan dəstələrin sayını yenidən artırdı. Parabalan dəstələr yenə əvvəlki kimi Kirillin əlinin altında idi.
Tale həm Hipatiyanın özünə, həm də onun kitablarına qarşı amansız idi. Hipatiyanın yazdıqlarından heç biri indiki dövrə qədər gəlib çıxmadı. Bir tək məktub qalmışdı ki, o da saxta çıxdı. Onun həyatından yalnız qırıq və təsadüfü xəbərlər qaldı. Buna görə də Hipatiyanın tərcümeyi-halı haqqında düzgün məlumat vermək olmaz. Dərk etmək və birgə bütün məhşur şahidlikləri bağlamaq cəhdləri gümanın ən böyük və ya ən kiçik hissəsini mütləq tələb edir. Kirill İsgəndəriyyə düşmənlərinə qalib gəldi. Amma qaliblər məlum olduğu kimi bütün tərcümeyi-halları yandırdılar. Hipatiyanın qətli barədə Sokratın yazdıqları arasında Kirill ilə birlikdə kilsə atalarının da biabırçılıqlarını üzə çıxarmış oldu. Bu epizod əlbəttə özünü müqəddəs kimi qələmə verən Kirill "həyatlarına" bənzəmirdi.
Hipatiyanın şöhrəti şox böyük idi və onu cəhənnəm bəd-heybətləri iə birlikdə təsəvvür etmək mümkünsüz idi. Lakin kilsə başqa yolu üstün tutdu. Hipatiyanı az qala xristian şəhidi elan etdilər.
"İsgəndəriyyənin müqəddəs Kirillinin həyatını artıq hər kəs belə görür." - "İsgəndəriyyədə bir qız yaşayırdı, adı Hipatiya, o, filosof Teonun qızı idi. O inanan və səxavətli qadın, xristian dinində müdrikliyi ilə seçilən bir insan, qızlığını və saflığını qorumağa çalışan biri idi. Gəncliyindən o, atası Teonun yanında çalışmış və fəlsəfədə böyük uğurlar qazanmışdı, beləliklə o, bütün filosofları üstələmiş oldu.O, hətta ailə belə qurmadı, bütün həyatını yalnız fəlsəfə və kitablarla keçirdi və xüsusən o, İsaya olan sevgisinə görə qızlığını qoruyurdu. "Dünyaya nifrət etmiş qiyamçılar" onu öldürdü. Olanlar haqqında öyrənənlər İsgəndəriyyəyə gəlib Kirilli qorumaq üçün perfektin arabasını daşa tutdular.
İltifatçı tarixçilər etibarlı və uzunmüddətli araşdırmadan sonra həqiqəti sübut etdi. Hipatiyanı əslində iki dəfə öldürdülər - 1. Kilsədə tikələrə parçalayaraq; 2. Onun tərəfindən yaradılmış yazılmış bütün kitabları inadla məhv edərək. Hipatiyanı əbədi sükuta qərq etdilər. Həmin vaxtlar Kirillin yazdığı inşaların yüzlərlə köçürəni oldu. Onun yaşadığı həyatı miniatürlərlə bəzəyirdilər.
Bu obraz heç bir romanisti başdan çıxarmadı. İmtahanlar qarşısıalınmaz idi: fəlsəfəni öyrədən gənc gözəl rahiblərin əlində məcburi müqayisə obyekti oldu, hansılar ki, onu öldürərək çıxışlarını əngəlləməyə nail oldular.
Rus dilinə Hipatiyaya həsr edilmiş iki roman tərcümə edilmişdir: "Mautnera" və "Çarlz Kinqsli Frisi", lakin onların ikisi də həmin dövrü az çox həmin sxemə uyğun tərcümə ediblər. Mautneraya görə Hipatiya rədd edilmiş biri olaraq Kirill tərəfindən nifrətlə öldürülən, Kinqsliyə görə isə kinli bütpərəstlərin gözəl yazıçıya Orestin Hipatiyaya olan sevgisi üçün öldürülən biri olaraq qələmə vermişdilər. Rahiblər tərəfindən öldürülən bu müdrik qız "Afroditanın bədəni ilə" heç olmasa onu göstərir ki, həlak olanların yanında Hipatiya ən cüzi hesablamalara görə əlinin altında idi. Hipatiyanın həyatı hələ öz romanistini gözləyir, hansı ki, ştampları rədd edib, onun dövrünü göstərməyi bacarardı - böyük sosial toqquşmalar və ideyaların sərt mübarizəsi dövrünü...
XƏBƏR LENTİ
Hava necə olacaq?
Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
Cəbhədə erməni təxribatı davam edir
Dəbli ayaqqabılar
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Yenidən "Hercai"yə qayıtdı
XII Nar festivalından MARAQLI FOTOLAR
Ufoloqlar Antarktikada UFO aşkar etdilər-FOTO
Elvis Presli əfsanəsi geri qayıdır
Kartoflu rus salatı (foto-resept)
Distant təhsil alan şagirdlərin onurğasını belə qoruyun
Hava haqqında
Toyuq ətindən kabab (foto resept)
Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar
Cazibədar xanımlar üçün üzüklər
Noxudlu burger (foto resept)
Vandamın qızının şəklini görənlər: "Atasının qızıdır"
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Birlikdə öyrənək
Günün ulduz falı
Terrorçulardan Qərbə xəbərdarlıq
İrina Şeyk yeni sevgilisini təbrik etdi
Yaponlardan SAQQAL QADAДћASI
İranın Şərqi Azərbaycan vilayətində tufan baş verib
Hansı bürcün qadınısınız?
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Bakılı məzun Afrikada İslamı qadağan elədi
Əmzik
"Xocalıya ədalət" kampaniyası Koreyada
National Geographic foto müsabiqəsi-1
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Orta aylıq pensiya 350 manata çatdırılacaq - RƏSMİ
Folqa kağızından interyer
Pəhrizi pozmağa səbəb olan anlar
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Dinozavrların ən böyük məskəni
Sehirli uşaq kostyumları
File dolması (foto resept)
Toxluq hissi yaradan avokado pəhrizi
Əhaliyə xəbərdarlıq
Məşhur aktrisadan Gözlənilməz Addım
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
"Tropik həzzi" tortu (foto resept)
HAVA xəbərdarlığı
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Türkiyədə matəm elanı
- ŞƏRHLƏR