Tahirə Qürrətül-Eynin doğum ili araşdırmaçılar tərəfindən müxtəlif rəqəmlərlə verilmişdir ( 1814-1820 ). Buna görə də onun həyat və fəaliyyəti ilə bağlı illərdə uyğunsuzluq mövcuddur. Amma ölümü, daha dəqiqi edamı bütün araşdırmaçılar tərəfindən eyni göstərilmişdir.
Şairə, alim, natiq, tərcüməçi, reformator, şərqdə gender bərabərliyi uğrunda mübarizəyə başlayan və bu yolda edam olunan möhtəşəm qəhrəmanın vətənində tanınmaması heyrət doğurur. Tarix səhnəsi üçün 165 il çox kiçik zamandır. Onun unutdurulması kimlərə və nə səbəbə lazım idi?
1817-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqanlının ailəsində ilk övladı dünyaya gəlir. Qızı Zərrintac ( qızıl tac), ( bəzi mənbələrdə Fatimə ) adlandırırlar. Uşaq ikən həddən ziyadə zəkalı və bilik yanğılısı olan Zərrintac İranın ən alim din xadimlərindən biri olan atasının ona verdiyi dərsləri sadəcə udurdu. Yaşıdları kimi özünü oyun və əyləncələrlə məşğul etmək əvəzinə, o, saatlarla valideynlərinin ilahiyyat üzrə müzakirələrinə qulaq asardı. Onun çevik zəkası bütün İslam elmini çox sürətlə və heç bir çətinlik çəkmədən mənimsəyir və tezliklə o, ən mücərrəd və dərki çətin məqamların müzakirəsində iştirak edir. Hədislərdə onun üçün gizli qalan heç bir məqam yox idi. Onun nüfuzu tezliklə şəhərə yayılır və həmşəriləri ona həqiqi möcüzə kimi baxmağa başlayırlar. Qeyri-adi istedadı, natiqlik qabiliyyəti, dilləri sürətlə öyrənməsi və ensiklopedik yaddaşa malik olması onu tez bir zamanda məşhur edir. Gələcəyin dünya şöhrəti qazanacaq qəhrəmanını “ möcüzə uşaq “ adlandırırlar.
Molla Saleh daha çox Quranın təfsiri və fiqhə aid araşdırma yazıları, habelə Kərbəla faciəsinə yazdığı mərsiyyələrlə tanınırdı, o, həmçinin, qanuni cəzaların yerinə yetirilməsində çox inadcıl idi. O, şərab içməyin və dinin qadağan etdiyi digər əməllərin fəal əleyhdarı idi. Böyük qardaşı Molla Tağı isə daha radikal bir üsuli fəqihi idi ki, öz şöhrətini yalnız alimliyinə deyil, həm də Qəzvində öz rəqiblərinə qalib gəlməyinə, sonra isə baxışlarının toqquşduğu Şeyx Əhməd Əhsaini və onun xələflərini camaat qarşısında ittiham etməsinə borclu idi. Kiçik qardaş Molla Əli isə Seyid Kazım Rəştinin sədaqətli bir ardıcılı oldu. O, mistik meylli çox məhsuldar bir ədib idi, onun əsərləri şeyxi məktəbi daxilində qeyri-sufi mistizminin inkişafının ən yaxşı sübutları hesab olunur.
Ortodoks İranda yüksək təhsil digər bütün məziyyətlər kimi yalnız kişilərə məxsus idi. Belə bir zamanda və mühitdə Molla Saleh Baraqanlı qızını ev təhsilindən ( pərdə arxasında əyləşdirmək şərtilə ) üç yüz nəfərlik şagirdlə bir yerdə ümumi təhsilə cəlb edir. Əvvəlcə atasından, sonra müəllimlərindən təlim alan Zərrintac öz təhsilini ilahiyyat, quranın təfsiri, fiqh, fars və ərəb ədəbiyatı üzrə davam etdirir. Onun bu təhsili o zamanın qadınları üçün qeyri-adi bir təhsil idi. Bəsirətinin itiliyinin onun geniş təhsili ilə birləşməsindən məmnun qalan atası tez-tez onunla dini məsələləri müzakirə edirdi. Amma bəlkə də ən vacibi o idi ki, atası və bəzən əmisi ona pərdə arxasından olsa da öz dərslərində və mübahisə sessiyalarında iştirak etməyə icazə verirdi. Heç də az olmamışdı ki, o, bu qocaların bu və ya digər məsələ barəsindəki izahatlarını sual altına almış və onları doğru saymamışdır. İti ağlı və səlis mühakimə yürütmək qabiliyyəti olan Zərrintac din, fiqh, hədis və digər sahələrdə nəinki öz bacı-qardaşlarını, hətta o dövrün bütün şagirdlərini qabaqlayır. Onun nitqi, analitik bacarığı hamını heyrətə salır. Bu qeyri-adi “ möcüzə uşağ “ ın sorağı tezliklə bütün Qəzvinə yayılır. Molla Saleh qızına baxaraq deyirmiş: “ Əgər sən oğlan olsaydın, mənim evimi nurlandırar və mənim xələfim olardın.” Atasının elmini və şöhrətini miras olaraq almış qardaşı Əbdülvəhhab təsdiq edirdi : “ Bizim heç birimiz, nə qardaşlar, nə də əmiuşaqları onun ( Zərrintacın ) yanında danışmağa cürət etmirdik. Onun biliyi bizi qorxudurdu. Əgər biz müzakirə olunan hansısa ehkamın müqayisəli məqamı barədə fərziyyə söyləməyə cəsarət edirdiksə, o, elə aydın, dəqiq tərz nümayiş etdirirdi ki, biz çaşır və dərhal fikrimizdən əl çəkirdik “.
Zərrintac erkən yaşda istəyinə zidd olaraq böyük əmisi Molla Tağının oğlu Molla Məhəmmədlə evləndirilir. Bu nikahdan az bir müddət sonra Molla Məhəmməd təhsilini artırmaq üçün İraqa yola düşür. Kərbəla illəri Zərrintacın intellektual üfüqlərinin genişlənməsi üçün çox mühüm rol oynayır. O, özbaşına iki məşhur alimin – Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsainin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriyyəçilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi.
Zərrintacın zamanında Quranı və onun mənalarını, hədisləri və islam fighini onun kimi bilən cəmi bir neçə adam vardı. Bir yandan yazdığı fəlsəfi traktatlar, şeirlər, təfsirlərlə böyük nüfuz qazanır, bir yandan da dövrün ən məşhur elm xadimləri ilə məktublar vasitəsilə fikir mübadilələri edir. Bu nüfuzlu şəxslərdən biri də Seyid Kazım Rəşti idi. O, kiçik əmisi Molla Əli, sonralar yeznəsi olmuş ( bacısı Mərziyənin əri ) Molla Məhəmməd Əli Qəzvinlidən mənəvi dəstək alaraq, onların vasitəsilə Rəşti ilə yazışır. Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir.
Ardı var...
Araşdırma müəllifi: Jurnalist Kəmalə Əliyeva
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR