Necə olsa, gələcəkdə ibadət edəcəyəm.
Müsəlman ölkələrində cəmiyyətin əksər hissəsi Allaha inanan kəslərdir. Nümunə olaraq Türkiyəni götürsək, əhalisinin 98%-i müsəlmandır. Ancaq gündəlik həyatın içərisində dinin nə dərəcədə yer tutmasını sorğu-sual etdikdə ciddi şəkildə əvvəlki dövrlərdən fərqləndiyi ortaya çıxır. Bu vəziyyət bizlərə insanların öz inanclarını lazım olduğu şəkildə yerinə yetirmədiyini göstərir. Hətta bu bəzən o dərəcədə hiss edilir ki, bir an üçün qarşınızdakı insanın inancsız biri olduğunu düşünə bilərsiniz. Şübhəsiz ki, insanların ibadətlərini yerinə yetirməmələri səbəbi olaraq irəli sürdükləri şeylər müxtəlifdir. Ancaq hər nə qədər müxtəlif səbəblərə dayansa da əsas səbəbin ibadət qulluğu vəzifələrinin gərəyinin sonrakı zamanlara ertələnməsi səbəbi olduğunu söyləmək mümkündür.
İstər məktəb, istərsə də iş atmosferində bir yerdə olduğunuz insanlarla dini mövzularda danışarkən, adətən bir çox adamın ibadət vəzifələrinin yerinə yetirmədiyinin fərqində olduğunu və bunun üçün müxtəlif bəhanlər irəli sürmələri ilə birgə dini vəzifələrə əməl etməyi sonrakı illərə saxladıqlarını görə bilirik. Sanki ölümün bir yaşı vardır, hər gün bir çox gənc gözümüzün önündə ölmür, "Hələ gəncəm, gələcəkdə necə olsa, ibadət edərəm", deyərək insan özünü aldadır. Şeytan da boş dayanmaz, "Tələsmək lazım deyil, hələ ömrün çoxdur" kimi bəzəkli cümlələrlə dəstəkləyər həmin insanı. Şübhəsiz bu yanlışlıq və qəflət şeytanın insana qurmuş olduğu tələlərdən biridir. Hətta bəzi ailələrdə uşaqlarının gənckən sərbəst yaşamağını çox normal qarşılayırlar. "Biz öz dövrümüzdə nələr etdik, gəncdir, əlbət ki, edəcək", ya da "Biz vaxtında əylənə bilmədik, barı o həyatın dadını çıxarsın" məntiqi ilə uşaqlarını gözlərinin önündəcə səhv yola sürükləyirlər. Əvvəlcə bunu qeyd etmək lazımdır ki, insanın Allaha ibadəti ana bətninə düşdüyü andan başlayaraq son nəfəsini verəcəyi ana qədər davam edər. İnanan bir insanın ömrü yaxşı bir təhsil üçün yetişmək, dünya üçün çalışıb səy göstərmək və inanc gərəyi ibadətinə əməl etmək şəklində mərhələlərə ayrıla bilməz. İnanan insan bütün hərəkətlərində, əməllərində inancının gərəyini yerinə yetirməyə tələsməlidir. Digər bütün işlərini də həmin lazım olanlara görə müəyyən etməlidir. İnsan qulluq vəzifələrini sonralar edəcəyini düşünüb özünə görə təxirə salar, amma əslində xətalardan dönməsi üçün insana fürsət verərək müəyyən bir müddətə qədər ertələyən Allahdır.
(Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!” (Nuh surəsi-4)
Digər tərəfdən insanın sonrakı illər üçün planladığı ibadət vəzifələrini yerinə yetirməyə lazım olan qədər ömrə sahib olacağının da zəmanəti yoxdur. Bundan başqa itirəcəyi illərin ibadətinin əvəzini çıxmaq kimi bir şansı da olmayacaq. Sözün qısası, hardan baxırsınızsa baxın, hansı niyyətdə olursunuzsa olun, bu cür anlayışa sahib birisi hər zaman itirəcəkdir. Ona görə də insan bilməlidir ki, sahib olduğu şeylər özünün deyil, onu var edənindir; amma bəlkə də bunu anlaya bilməsi üçün insanın var olması yetməyəcək, bir də ölməyi lazımdır.
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi)
İnsanların həyatda bəzi şəxsi prinsipləri vardır. Kimisi ütüsüz geyim və boyasız ayaqqabı ilə çölə çıxmaz. Kimisi görüşə zamanından əvvəl gedər və ya saç düzümü etdirmədən iclaslara qatılmaz. Məsələn, çox insan yeməyin, içməyinə, bədən sağlığına çox diqqətli olar. Sevdiklərinin xüsusi günlərini xatırlayar və onları xoşbəxt etmək üçün müxtəlif sürprizlər hazırlayaralar. Qısası insanların özlərinə görə məna verib meyl etdikləri şeylər vardır həyatlarında. Planları və ya amal və arzularına çatmaqları üçün arzuları vardır. Sevdiyi bir yeməyi həvəslə hazırlamaq, ya da uşaqlarını gəzdirmək üçün saatları, fərdi qulluq üçün lazımınca zamanları. Özlərini daha yaxşı hiss edəcəkləri istiqamətində axtarışları vardır. Fərdi inkişaflarını irəlilətmək üçün təcrübələri vardır. Həyatı daha yaxşı idarə etmək üçün xüsusi təlimçiləri vardır. Mədəni vəziyyətlərini yaxşılaşdırmaq üçün oxumaq imkanları vardır. Qaçırmadan hər bir hissəsini izlədikləri serialları və verilişləri vardır.
Görüldüyü kimi qulluq vəzifələrini ömrünün son zamanlarına buraxan insanların həyatlarında birincilik verdikləri şeylər ibadət vəzifələrinin yanında gülünc qalır. Bir göz açıb qapamaq misalı keçən ömrünü boş və lazımsız bir yığın şey ilə doldurur insan. Özü üçün edilməsi lazım olan şeylər üçün qatlanmadığı çətinlik qalmaz. Rahat bir evdə oturmağı, lüks bir avtomobil minməyi sonrakı yaşlarına ertələməz. Maaşının yüksəlməsi üçün səbrlə illərin keçməsini də gözləməz. Tez və qısa yoldan zəngin olmaq istəyər. Özünü xoşbəxt edən şeylərə sahib olduqda sevinclə çırpınır. Halbuki insan ertələdiyi şeyin onun var olması səbəbi olduğunun fərqində deyildir.
Təqaüdə çıxdığında rahat olmaq üçün bütün həyatı boyu ödədiyi sığorta məbləğinin vacibliyini bilən insan qulluq vəzifələrini ödəmək istəməz. Bunu həyatının sonlarına yaxın etməklə sonsuza qədər rahat olacağını düşünər. Gedəcəyi həcc və edəcəyi nafilə ibadətlərin keçmişdə etmədiklərinə kəffarə olmasını, ya da keçmiş günahlarının bağışlanmasını gözləyər. Şübhəsiz insan həqiqətən peşman olmuş və könüldən Allaha yönəlmişsə, Allah istəyərsə, qulunu bağışlayar, amma Allahın rizası üçün yaşanmayan illər bir daha geri gətirilə bilməz. İnsan yenə itirir.
Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı )sevir, Axirətdən isə uzaqlaşırsınız. (Qiyamət surəsi-20,21)
Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar. (İnsan surəsi-27)
Bəli, insan əvvəlcədən əldə etdiyi şeyi sevməkdə, imtahan edilmək üzrə gəldiyi və sonsuz həyatını müəyyən edən ömrünü isə bu nağd şeylər üçün xərcləməkdədir. Halbuki fərqində olmadığı bir həqiqət vardır; Sahib olduğu gerçək dəyərlər insanın qazanaraq əldə etdikləri deyildir. Üstəlik heç bir şey haqq etmədən yaradıcısı tərəfindən verilmişdir özünə. Gözünü, yaxud qaraciyərini satın alan, ya da sahib olduğu şeyləri öz bacarığı ilə doğuşdan əldə etdiyini həyatda iddia edən birisi varmı? İnsan dünyaya gəlməsi ilə birlikdə əvvəlcədən əldə etdiyi dəyərlərin əvəzini ömrünün son illərində ödəmək istəyərkən dünya nemətlərini həmin an əldə etmək istəyər.
İnsan gərək şeytanın bu ertələmək tələsinə düşməsin. Yaşlılıq zamanına gəlib bəzi həqiqətləri dərk edən insanlardan ardında buraxdığı boşa keçən illərin peşmanlığını duymayan heç kimsə yoxdur. Yarpaq kimi bir o yana, bir bu yana sovrulmuş və dərin bir peşmanlığa düçar olmuş bu qədər insanın boşa itirilmiş ömürlərinin, hələ özlərini gənc görərək ibadət vəzifələrini sonraya saxlayan insanlara ibrət olmalıdır. İnsanların xətalarını göz görə-görə bəzər şəkildə təkrarlayaraq təcrübə etmək insan ağlı və qüruruna yaraşan bir hal deyil. Bu mövzuda şeytanın tələsinə düşməyərək dünya həyatının parlaqlığının insanın gözünü alaraq həqiqətləri görməsini əngəlləyən bir parlaqlıq olduğunu fərq etmək lazımdır. Bir anda sona çatır ömür sərmayəsi. İnsanın böyük bir ömür dediyi o qədər boş məşğuliyyətlərlə keçər ki, məsələn, 60 il yaşadığını sanan biri gündə 8 saat olmaqla 20 il yatır. Qalan 40 ildə də ayaq üstə yatır. Ömür dediyin: bax, budur!
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR