Səhər çağı İmamın hüzuruna yetişdim. İzn aldım və içrəri girdim. Sonra başqa bir hücrəyə daxil oldum və İmam məni öz xəlvətinə çağırdı. Oturduqdan sonra İmam buyurdu: "Müfazəl, deyesen bizim vədəmizə görə gecə sənə uzun oldu? "Ərz elədim: "Bəli, mənim sərvərim". İmam belə başladı: "Ay Müfazəl, Allah var idi, ondan qabaq heç kəs yox idi, O, qalandır və qalmaqında son yoxdur. Həmd ona layiqdir və şükür ona yararlıdır. Allah bizə elmlərin mərtəbəsini və yüksəklik zirvələrinin ən ucalarını bağışladı və öz elmi ilə bizi bütün yaranmışların arasından seçdi. Və öz hikməti ilə bizi onlara şahid yaratdı".
Müfazəl deyir İmamdan icazə aldım ki, dediklərini yazım. İmam razılıq verdi və buyurdu: "Ay Müfazəl, dünyalar xaliqinin vücudunda şəkk edənlər dünya əcayiblərinə cahildirlər və düşüncələri Allahın məxluqlar, dənizlər, dağlar və çöllərdəki hikmətlərinə çatmır. Və fikir qaranlığı və bilik azlığına görə Allahı danmağa çalışırlar.
Onların bəsirət gözləri yoxdur və beləliklə,təkzib etməyə çəkiliblər. Və Allahı inkar edərək, deyirlər dünyanın və mövcudların yaradanı yoxdur. Və iddia edirlər ki, dünyanı fırladan və idarə edən yoxdur və heç bir iş əndazə fikir və tədbir üzərə deyil. Allah onların vəsvindən üstündür. Allah öz rəhmətini onlardan uzaq qılsın. Onların haqq və aydın yolundan dönüb, hansı qaranlıq yola getmələri məlum deyil.
Onların yoldan azmaları və heyrətləri bir sıra kor adamlara bənzəyir ki, bir nüvbənöv və bəzənmiş binaya girmişlər. Bu binaya ən dəyərli fərşlər (xalçalar) və ürəyin istəyən hər bir yeməli, içməli,geyməli və insana lazım olan hər bir zad hazırlanmış və hamısı düzgün tədbir və səliqə ilə öz yerində qərar tapmışdır. O, korlar binanın hər bir yerinə get-gəldədirlər və otaqlara girirlər. Ancaq nə binanı, nə də onun içində hazırlanan zadları görmürlə. Hərdən bir də ayaqları otaqlarda düzgün və öz yerlərində qərar tapmış qab-qaşıqlara dəyir. Ancaq onlar görmədikləri və bilmədikləri üçün hirslənib, qab-qacaqları oraya qoyanları yaman-yoğuz bağlayırlar. Dünya və yaranmışların haqqında işlənilən gözəl tədbiri inkar edənləri o, korlara oxşatmaq olar. Bunların zehin və düşüncələri bu qab və əsasın yaranması və faydasını bilmir, onlar bu dünyadan heyran və düşünməz dolanırlar. Və kainatın nəzimli, möhkəm və gözəl yaranışını görmürlər. Və illətini bilməyən bir zadı görüb, əqilləri onu araya bilməyəndə, pisləmək və inkara başlayırlar. Və onu yanlış və tədbirsizliyə bənzədirlər."
İmam (ə.s) birinci məclisin ardında insan xilqəti və onun haqqında olan cürbəcür hikmətləri və Allah nemətlərini izah etmişdir. İxtisarı qorumaq üçün birinci məclisdən bu qədər yetər. Burada başqa üç məclisdən qısa surətdə neçə-neçə cümlələr nəql edirik.
"Ay Müfazə, başarıqlı və hikmətli Allahın tədbirində düşün. Yırtıcı və şikar heyvanarının yaranmasına diqqətlə bax. Allah onlara iti və yırtıcı diş və bərk çəngəllər və böyük ağız bağışlayıb. Təkcə bu xüsusiyyətlər onların dünyaları ilə münasibdir. Ovçu və ətyeyən quşlara isə lazım olan dimdik və çəngəl veribdir. Allah ot-ələf yeyən heyvanlara çəngəl və iti pəncə versəydi, onlara lazım olmayan zad vermiş olardı.Çünki, onlar ov ovlayıb, ət yemirlər. Allaha yırtıcılara ayaq dırnağı versəydi, onlara da lazım olmayan bir zad vermiş olardı. Və ov salahları olan iti pəncə və çəngəli onlardan əsirgəmiş olardı. Görürsən ki, Allah bu iki sinif heyvanlara lazım və gərəkli olan zadları bağışlayıb və onların durum və salahla yaşamaqlarına vacib görmüşdür.
İndi əl-ayaqları olan heyvanların uşaqlarına bax. Onlar doğulduqdan sonra öz analarının dalınca gedirlər və insan uşağı kimi tərbiyəni istəmirlər. İnsan anasına uşaq böyütmə yol-yolağını bağışlayıb.Və belə bir başa başqa heyvanların anasında yoxdur və böyük rəhmətli Allah insandan başqa heyvanların uşaqları olarkən, onlara gözətcisiz və tək canlarına ayaq üstə durmaq və bəlanı özlərindən dəf etmək gücünü bağışlayıbdır. O heyvanların uşaqları anadan doğularkən, ayağı üstə durur, yol gedir və mürəbbisi (yəni, tərbiyəçisi) olmadan boy atır və öz düzgün yolunu seçib, kamala çatırlar. Bir çox quşların cücəsi o cümlədən, toyuq, kəklik yumurtadan eşiyə çıxarkən, yola düşürlər və dənliyirlər. Allah-Taala zəif və gücsüz olub uçmağa qadir olmayan digər quşların cücələrinin anasına artıq məhəbbət bağışlayıb və onlar bu məhəbbət üzərə dənləri öz çinadanlarına yığıb, cücələri uçmağa qadir olana kimi gətirib, cücələrinin ağzına tökürlər. Elə buna görədir ki, bu quşlara toyuq kimi quşlartək çox cücə bəsləmək qanunu yazmayıbdır. Və burada bu quşların analarının qeydinə qalıb və onların aradan getməsinin qabağın alımışdır. Beləliklə, görürsən ki, hər bir kəs və hər bir zad lazımı qədər Allahın tədbir və hikmətindən faydalanmışdır".
Ardı var
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR