Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. Əslində isə bu monitorlar ona quraşdırılmışdılar ki, sərnişinlər gələn avtobusların neçə dəqiqə ərzində dayanacaqda ola biləcəyini görsünlər. Amma cəmi bir neçə gündən sonra yenicə quraşdırılan monitorlar işləməməyə başladı. Əməkdaşımız Nərmin Adilqızının araşdırmasından isə məlum olub ki, manitorların işləməməsinə maraqlı tərəf elə avtobus sürücülərinin özləridir. Dayanacaqlardakı bəzi monitorlar sürücülərin səhvinə görə işləmir.
Bir müddət əvvəl avtobus dayanacalarında marşrutlar arasında intervalı göstərən monitorlar ona görə quraşdırıldı ki, sərnişinlərin işi asanlaşsın. Daha onları çaşbaş salmasın. Amma bu monitorların normal işləməsi qısa müddət çəkdi. İndi çətin ki, düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat ötürməklə məşğuldur. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda sözügedən monitor işləmir. Sərnişinlər bura baxanda öz əkslərindən başqa heç nə görə bilmirlər. Metronun Elmlər Akademiyasının qarşısındakı dayanacaqda isə əksinə, bütün məlumamtlar bu monitorda öz əksini tapmışdı.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində isə işləməyən monitorlarla bağlı günahı avtobus sürücülərində görürlər. Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı sürücülərin avadanlığa müdaxilə etdiklərini deyir. Sürücülərin ya avadanlığa müdaxilə edərək onu nasaz hala salması və ya əksinə yanlış informasiya ötürmələrinin səbəbini biz də araşdırmağa çalışdıq. Sürücülərdən bu qədər xərc çəkilərək paytaxda gətirilən bu avadanlıqları niyə bu hala saldıqlarını elə onların özündən soruşduq. Nəzər yetirdiyimiz ilk avtobusda bu aparat işləmirdi. Sürücü Pənah Hüseynov aparatın 2-3 gündür xarab olduğunu söylədi. Digər sürücü Yasin Mustafayev monitorun dayanacağa çatanda göstərdiyini dedi.
Son zamanda onu müşahidə etdik ki, bir avtobusda avadanlığın işlələməməsi məlumatın dayanacaqdakı monitora düzgün ötürülməsində də problem yaradır. Yaranmış bu vəziyyətdən əziyət çəkənlər isə sərnişinlərdir.
"Evrovision" ərəfəsində xərc çəkilərək gətirilib quraşdırılan bu monitorların demək olar ki, hamısı elə həmin müsabiqə vaxtında da normal işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində deyəsən bəzi problemlər mövcuddur.
Mənbə: Anspress.com
XƏBƏR LENTİ
Dəhşətli İSTİLƏR GƏLİR
İnsult və infarktın yeni müalicə üsulu
Yuxularımızı kimlər yoza bilər?
Saçları rəsmlərdəki kimi boyadı
Gürcüstan Avropaya üz tutduğunu təsdiqlədi
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək
Möhtəşəm mənzərələr
Payız və yaz sezonuna aid ziyafət geyimləri
Gündə 2 ədəd yumurta yeməyin faydası
"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Kiyevdə müxalifət fəalları prezident iqamətgahı və hökumət binasının girişlərini nəzarətdə saxlayır
Bu ay böyük savaş başlayır
Nə qadını 3 yaş daha cavan göstərir?
200 milyonluq mirası pişiyinə qalacaq
Meqan Markl Ana Oldu!
Heyva şirniyyatı (foto resept)
Albalılı piroq (foto resept)
Qarpız bazarlarda niyə ucuzlaşmır?
"Radikal müxalifət son 20 il ərzində inkişaf etməyib"
Hava niyə dumanlıdır?
AFFA daha bir türk futbolçunu milliləşdirdi
Misirdə mağara məbədi
Məşhur moda evində QALMQAL-VİDEO
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
İspan qadınlarının makiyaj sirləri
Sabah qaz olmayacaq
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Dünyada koronavirusdan daha böyük təhlükə
Əcnəbi jurnalistlər Xankəndidən çıxırlar
Qaraciyərin gününü nə qara edir?
Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA
Qısa ətəkli ziyafət geyimləri
Çinli kişi yoldan keçənləri “pul yağışı”na tutdu - VİDEO
Gönül Yazardan evlilik AÇIQLAMASI
Sevimli aksessuarımız çantalar
Almalı "Şarlotta" (foto resept)
Uşaqlarda nitq geriliyinin səbəbləri
Hamiləlik dövründə psixologiya
Xarizmanı necə artırmaq olar?
Romantik olmayan qadınlar (2)
Şahzadə Harri və Meqan Markl toylarının 1 ilini qeyd etdi-FOTO
"Əmək haqqı barədə banka arayış təqdim edən insanların kredit almasında heç bir problem yoxdur"
Kürdəmirdə nasos stansiyası yanıb
ASAN səyyar xidmət Ucar və Zərdab sakinlərinə xidmət göstərir
Sovet dövrünün Moskvası: xarici turistin gözləri ilə
Erməni bayrağını belə endirdik (VİDEO)
Cennifer Lopez bu xəbərə görə ağladı-FOTO
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Astma qadın sonsuzluğuna səbəb olur














