Qadin.NET / Paytaxt dayanacaqlarındakı problemlər

Paytaxt dayanacaqlarındakı problemlər

Paytaxt dayanacaqlarındakı problemlər

Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. Əslində isə bu monitorlar ona quraşdırılmışdılar ki, sərnişinlər gələn avtobusların neçə dəqiqə ərzində dayanacaqda ola biləcəyini görsünlər. Amma cəmi bir neçə gündən sonra yenicə quraşdırılan monitorlar işləməməyə başladı. Əməkdaşımız Nərmin Adilqızının araşdırmasından isə məlum olub ki, manitorların işləməməsinə maraqlı tərəf elə avtobus sürücülərinin özləridir. Dayanacaqlardakı bəzi monitorlar sürücülərin səhvinə görə işləmir.
Bir müddət əvvəl avtobus dayanacalarında marşrutlar arasında intervalı göstərən monitorlar ona görə quraşdırıldı ki, sərnişinlərin işi asanlaşsın. Daha onları çaşbaş salmasın. Amma bu monitorların normal işləməsi qısa müddət çəkdi. İndi çətin ki, düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat ötürməklə məşğuldur. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda sözügedən monitor işləmir. Sərnişinlər bura baxanda öz əkslərindən başqa heç nə görə bilmirlər. Metronun Elmlər Akademiyasının qarşısındakı dayanacaqda isə əksinə, bütün məlumamtlar bu monitorda öz əksini tapmışdı.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində isə işləməyən monitorlarla bağlı günahı avtobus sürücülərində görürlər. Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı sürücülərin avadanlığa müdaxilə etdiklərini deyir. Sürücülərin ya avadanlığa müdaxilə edərək onu nasaz hala salması və ya əksinə yanlış informasiya ötürmələrinin səbəbini biz də araşdırmağa çalışdıq. Sürücülərdən bu qədər xərc çəkilərək paytaxda gətirilən bu avadanlıqları niyə bu hala saldıqlarını elə onların özündən soruşduq. Nəzər yetirdiyimiz ilk avtobusda bu aparat işləmirdi. Sürücü Pənah Hüseynov aparatın 2-3 gündür xarab olduğunu söylədi. Digər sürücü Yasin Mustafayev monitorun dayanacağa çatanda göstərdiyini dedi. 
Son zamanda onu müşahidə etdik ki, bir avtobusda avadanlığın işlələməməsi məlumatın dayanacaqdakı monitora düzgün ötürülməsində də problem yaradır. Yaranmış bu vəziyyətdən əziyət çəkənlər isə sərnişinlərdir.
"Evrovision" ərəfəsində xərc çəkilərək gətirilib quraşdırılan bu monitorların demək olar ki, hamısı elə həmin müsabiqə vaxtında da normal işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində deyəsən bəzi problemlər mövcuddur.

Mənbə: Anspress.com

4 may 2014
GO BACK