Bu günə qədər Azərbaycanda 1592 təsdiqlənmiş COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. 21 nəfər ölüb, 1013 nəfər sağalıb, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir. Onlardan 16-nın vəziyyəti ağır, 23-nün vəziyyəti orta-ağır, qalanlarının isə stabildir.
Qadin.Net bildirir ki, media.az xəstəliyin yayılma dinamikası haqqında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevlə söhbət edib.
“Düşünürəm ki, xəstəliyin ikinci dalğasına yol verməmək üçün karantindən mərhələli şəkildə çıxmaq lazımdır. Mayın 4-də Azərbaycanın karantin rejimini dayandırıb-dayandırmayacağı hələ dəqiq məlum deyil. Hər şey ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud dinamikanın saxlanılacağı halda ayrı-ayrı qurumların fəaliyyətini qismən bərpa etmək mümkün olacaq”, - deyə C.İsayev bildirib.
O qeyd edib ki, bütün zəruri ehtiyat tədbirlərinə riayət etmək çox vacibdir.
“Vəziyyəti nəzarətdə saxlamaq, eyni zamanda ən pis ssenariyə hazır olmaq vacibdir”, - deyə baş infeksionist əlavə edib.
C.İsayevin sözlərinə görə, yumşaldılmış karantin rejimində məişət texnikası, atelye, gözəllik salonları, məişət avadanlıqlarının təmiri xidmətləri və ayaqqabı emalatxanaları da daxil olmaqla, kiçik mağazalar açıla bilər.
“Təlim-tədris müəssisələri, metropoliten, şadlıq evləri, restoranlar və ticarət mərkəzlərinin fəaliyyəti hələlik bərpa edilə bilməz. İnsanların kütləvi toplaşdığı yerlərdə yoluxma riski artır. Biz başa düşməliyik ki, karantindən çıxmaq epidemiyaya qalib gəlmək demək deyil. Əksinə, daha məsuliyyətli olmaq, sosial məsafəni qorumaq və maska taxmaq lazımdır.
Bir çoxlarının buna səthi yanaşdığını görürəm. Dolu avtobuslarda maskasız sərnişinləri müşahidə edirik. Üstəlik, son günlərdə yollarda avtomobillərin sayı artıb. Sərhədlərin açılmasına gəlincə, qeyd etmək istəyirəm ki, vətənə qayıdan bütün vətəndaşları karantinə almaq çox vacibdir. Axı bu gün pandemiya dünyanın bir çox ölkələrini bürüyüb”, - deyə həkim bildirib.
C.İsayev qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətini ən sonda bərpa etmək daha məqsədəuyğun olar.
“Hələlik uşaqlar onlayn rejimdə oxusunlar. Ölkədəki vəziyyətin stabil olmasına baxmayaraq, rahatlaşmaq olmaz. Bu, epidemiyanın təkrar dalğasına səbəb ola bilər. Əgər hər kəs zəruri müdafiə tədbirlərinə riayət etsə, düşünürəm ki, o zaman mayın ortalarında epidemiya yox səviyyəsinə enməyə başlayacaq”, - deyə C.İsayev fikrini tamamlayıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şeron Stounu ildırım vurdu
WhatsApp-dan daha bir yenilik
Bu şəkil üçün 179,4 milyon $ saydılar
Elmə məlum olmayan canlılar tapıldı
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
İdmandan sonra nə yeməli?
İçtimai çirmərliklərin sayı kəskin azalıb
Çiçəkli yataq üzləri
Metroda hamını heyrətləndirən şəkillər
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Alimlərdən böyük uğur: COVID-19 zərərsizləşdirildi
Hamiləliklə bağlı təəccübləndirən məlumatlar
Nişan üzükləri
Rusiya maşınları Ukraynaya girdi
Ən bahalı qidalar
7 il sonra yenidən bir filmdə rol alacaqlar
12 il sonra sahibini tapdı
2735 yaşlı ağac aşkarlandı
Deadpool 2 filminin yeni traileri-VİDEO
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
“Bir zamanlar Çukurova”da gözlənilməz ayrılıq
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
Mikrodalğalı sobanı necə təmizləməli?
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Rezidenturaya sınaq imtahanları başlayır
Bu gün Bakıda bu yollar bağlı olacaq
Nazirlikdən XƏBƏRDARLIQ: iyulun 6-7-də...
Hamı "pişik gözlü" bu uşaqdan danışır - FOTO
Beren Saatın bayram paylaşımı Qalmaqal oldu - FOTO
Banan qabığı təbii məlhəmdir
Kökəlmək istəyən xanımların nəzərinə
Həkimlər koronavirus xəstələrinə yardım göstərməkdən imtina edir
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Milli Şurada "iç zəlzələ" yaşanır
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Tək ayaqlı məşhur xanımın toyu oldu
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bergüzar və Halit xəstəxanadan çıxarkən görüntüləndi-FOTO
Kremli asan tort (foto resept)
Günün qoroskopu: bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq
İşgəncəyə məruz qalmış it
Yanğınla bağlı operativ qərargah yaradıldı
Türkiyə üçün böyük TƏHLÜKƏ: 7.4 ballıq...
Koronavirusun ən təhlükəli əlaməti açıqlandı
Aybəniz Haşımovanın yeni imici - FOTO
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Ən gözəl qısa saç modelləri
Məşhur oyunlara qadağa qoyuldu
Cavan qalmağın 10 sirri














