
1-ci məsləhət: Cox yeməyin
Qəbul edilmiş gündəlik 2500 kalori əvəzinə 1500 kalori ilə kecinməyə calışın. Bununla siz hüceyrələrinizə düşən yükü 50 faizə qədər azaltmış və onların aktivliyini təmin etmiş olarsınız. Çünki nə qədər yüklənirsə, onların yenilənməsi bir o qədər tezləşir (hüceyrələr tezləşdikcə, belə demək olarsa, onların orqanizmdə təzələnməsi limiti vaxtından əvvəl bitir), bununla da orqanizmin xəstəliklərə və mikroblara qarşı gücü azalır.
2-ci məsləhət: Qida rasionunuz yaşınıza uygun olmalıdır
Məsələn, yaşı 30-dan yuxarı olan qadınlar qündəlik qidalarına az miqdarda qaraciyər və qoz ləpəsi daxil etməklə qırışların yaranmasını 10 ilədək ləngidə bilərlər. 40 yaşından yuxarı qadınlar isə daha çox tərkibində betakarotin (yerkökü, yumurta sarısı və sair sarı rəngli qidaların tərkibində olan narıncı-sarı rəngli piqment) olan qidalar qəbul etməlidirlər. Bu yaşda olan kişilər isə tərkibində selen maddəsi olan pendir və qaraciyər kimi qidalar qəbul etməlidirlər. Xatırladaq ki, selen stressin qarşısını alan ən effektiv maddə hesab olunur. 50 yaşını ötmüs insanların qida rasionunun əsasını isə maqnium ilə zəngin ərzaqlar tutmalıdır. Ömrünü yarı etmiş insanların həmçinin balıq və digər dəniz məhsullarından istifadə etməsi də vacibdir. Çünki bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır və qanın dövretməsini əngəlləyən səbəbləri aradan qaldırır.
3-cü məsləhət: İş insanın cövhəridir
Ataların yüz illər əvvəl dedikləri bu məsəl günümüzdə elmi təcrübə ilə sübuta yetirilib. Belə ki, tədqiqatlar nəticəsində məlum olub ki, aktiv həyat tərzi sürən insanlarda qocalma və artıq çəki probleminə digərlərinə nisbətən 80 faiz az rast gəlinir. Yeri gəlmişkən qeyd edək ki, orta yaşlarında fiziki işlərlə məşğul olan insanlar yaşları ötdükdə belə formalarını qorumaq üçün bəzi “ağır” işlərlə məşğul olmalıdırlar. Məsələn yer belləmək, odun qırmaq və s. Şəhər yerlərində yaşayanlar isə bu işləri piyada gəzintilərlə də əvəz edə bilərlər. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istərdik: Tədqiqatlar nəticəsində müəyyən edilib ki, dirijorlar, filosoflar, rəssamlar və ruhanilərdə qocalma prosesi daha ləng gedir. Bu isə həmin peşələrin hələ də sirli qalan məqamlarıdır.
4-cü məsləhət: Öz tayını tap
Qocalmanın qarşısını alan ən effektiv vasitələrdən biri də qəribə də olsa sevgi və nəvazişdir. Alimlər müəyyən ediblər ki, sevən insanların orqanizmi endorfin maddəsi ifraz edir ki, bu maddəni də qeyri-rəsmi olaraq xoşbəxtlik hormonu adlandırırlar. Endorfin immun sistemini gücləndirir və insan simasına qeyri-adi xoşbəxtlik cizgiləri qatır. Odur ki, qocalmaq istəməyənlər öz yaxınlarından sevgi və nəvazişlərini əksik etməməli, gündə heç olmasa bir neçə dəfə dillərinə “səni sevirəm” kəlməsini gətirməlidirlər.
5-ci məsləhət: Əqidənizdə möhkəm olun
Həyatda şüurlu şəkildə yaşayanlar əks qütbdə dayananlara nisbətən daha az depressiya və ruh düşkünlüyü ilə üzləşirlər. Çünki onlar öz yollarını özləri seçirlər və hər hansı bir hadisə baş verərkən onun bütün mənfi və müsbət tərəflərini düşünürlər. Elə bu səbəbdən də hətta ən pis vəziyyətə düşdükdə belə ona əvvəlcədən hazırlıqlı olurlar.
Öz yolu və əqidəsi olmayıb həyatın axarı ilə gedənlərdə isə qocalma və depressiya halları daha tez baş verir. Statistika da göstərir ki, intihar hallarının əksər hissəsi məhz bu tip insanların payına düşür.
6-cı məsləhət: Hərəkət həyatdır
Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gündəlik olaraq 8-10 dəqiqə idmanla məşğul olan insanlarda qocalma daha gec baş verir. Çünki mütəmadi hərəkət etməklə 25-30 yaş arasında orqanizmdə kəsilməli olan boy hormonunun ifrazı müddətini xeyli uzatmaq mümkündür. Bu zaman boyunuz artmasa da inkişaf prosesi ən azı 5 il artıq davam edəcək.
7-ci məsləhət: Sərin otaqda yatın
Beynəlxalq həkimlər qrupunun tapıntılarından biri də yataq otağındakı hərarətin qocalmaya təsiri ilə bağlı olub. Onlar aydınlaşdırıblar ki, 17-18 dərəcə hərarət olan otaqda yatan şəxslərdə qocalma prosesi daha ləng gedir. Alimlər bunun səbəbini mülayim iqlimdə orqanizmdə maddələr mübadiləsinin daha ləng getməsi ilə izah edirlər. Prosesin ləng getməsi isə hüceyrələrin tez qocalmasının və tələf olmasının qarşısını alır. Sərin hava amili həmçinin mülayim iqlimli regionlarda yaşayan insanlara da təsir edir. Belə ki, orta iqlim qurşağında yaşayan insanlar digər iqlim şəraitində yaşayanlara nisbətən daha gec qocalır və uzunömürlü olurlar.
8-ci məsləhət: Kefinizdən qalmayın
Bəzən həkimlər müəyyən xəstəliklərə meylli olan insanlara hər hansı bir işi görməyi və ya qidanı qəbul etməyi qadağan edirlər. Qəribə də olsa, beynəlxalq həkimlər qrupu öz kolleqalarının bu tip tövsiyyələrini də insanı qocaldan amillər sırasına daxil edirlər. Onların fikrincə, qadağalara rəğmən bəzi vaxtlarda onlardan kənara çıxmaq lazımdır. Çünki qadağalar adətən dadlı və şirin qidalara aid edilir. Və bu zaman insan nəfsi ilə həkim məsləhəti arasında seçim etməli olur – nəfsi çəkdiyi yeməyi istəsə də, həkim qadağası onun qarşısını kəsir. Bu qarşıdurma isə insanda əsəb, stress və psixoloji gərginlik yaradır. Sözügedən amillər isə qocalmaya aparan əsas səbəblərdən hesab olunur. Odur ki, bəzən həkimlərin qoyduqları qadağalara rəğmən nəfsinizin də sözünə baxmalısınız. Ancaq bir şərtlə ki, bu, adət halını almasın.
9-cu məsləhət: Hisslərinizi gizlətməyin
Özünü daim hər şeydə təqsirli bilmək və həyatın bütün uğursuzluqlarında yalnız özünü günahlandırmaq da qocalmağa və qorxunc xəstəliklərə mübtəla olmağa səbəb olur. Həkimlər belə insanlara bir az “bivec” olmağı, hər şeyi ürəklərinə yaxın buraxmamağı məsləhət görürlər. Psixoloqların fikrincə, insan şadlığını və əsəbiliyini büruzə verməlidir. Hisslərini qəlbində boğan insanlar həyatda daim uğursuzluqla qarşılaşır, sevgilərindən məhrum olur və daim əzilirlər. Bütün bunlar isə son nəticədə onlarda psixika pozğunluğu, ruh düşkünlüyü və stress yaradır.
10-cu məsləhət: Beyninizi məşq etdirin
Adətən zehni işlə məşğul olanların tez qocalmaları haqda fikir söylənilir. Lakin son tədqiqatlar bunun əksini sübut edir. Sən demə, insanın qocalmasına və peşə xəstəliklərinə mübtəla olmasına onun hansı işlə məşğul olması təsir etmir. Peşə xəstəliklərinin səbəbi isə işə həddən artıq aludə olduqda və ya əmək gigiyenasına əməl etmədikdə yaranır. Odur ki, “zehni iş insanı qocaldır” deyib beyninizi passivləşdirməyin. Həm də zehni iş dedikdə təkcə elmi iş nəzərdə tutulmur. Beyni passiv saxlamamaq üçün dükandan alver edərkən yekun qiyməti hesablamağınız da kifayət edir. Zehni məşğuliyyətin ən sadə yolu isə krossvord həll etməkdir. Bununla siz həm boş vaxtınızı səmərəli keçirər, həm də özünüzü və beyninizi qocalmaqdan qorumuş olarsınız.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ceki Çan haqqında son xəbər
Demet Akalın yenə tənqid olundu-SƏBƏB
Yumşaq robotlar məsafədən idarə olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 21 mart
Ötən gecə qanlı Ay vardı - FOTO
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Bir şəhər yanğına görə təxliyə olunur
Məşhur aktyor pulsuzluqdan şikayətləndi-FOTO
Pensiyaçılara Bakı 2015 müjdəsi
Gülməli pişiklər
Yağlı boya tabloları
Körpələr sağ qalmaq üçün gecələr oyanırlar
"Hər gün 20 nəfərdən evlilik təklifi alıram"
Müge Boz Qəbələdən ev almağa hazırlaşır-FOTO
Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb edilib
Heç bitməyəcək ana-qız qarşıdurması!
Lady Gaga möhtəşəm tərzi ilə
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Meyvə çiçəkli piroq (foto resept)
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Qadınlar bayramı haqda ilginc həqiqətlər
Parıldayan saçlar üçün aspirin
Təbiət bunu da göstərdi: qışın ortasında ağaclar çiçək açdı
Urmiya gölündə suyun səviyyəsi qalxır
10 yaş cavanlaşdıran maska
Süni mayalanma günahdırmı?
Bu möcüzəvi qarışımla gəncləşin
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Sevimli başmaqlar
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Məşhurların sevgi macəraları
Pul əl çirkidir?
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Saat seçərkən nələrə diqqət yetirməlisiniz?
Adi qrip zamanı sağalmaq üçün nə etməliyik?
Xaricə getmək istəyənlər, diqqətli olun!
Gələcəyin maşını
Burcu Esmersoy xəstəliyə tutulub?-FOTO
Qırmızı dırnaq manikürü
Acundan Adriana Lima açıqlaması-FOTO
Adını Günəşə yazdıran aktrisa
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Hava haqqında
"Survivor" Ersinə ağır itki-FOTO
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
Aral fəlakəti davam edir
İdmanda edilən 8 səhv!
Saç üçün maskalar
Məşhur aktyor tanınmaz halda-FOTO
Ayın üzərindəki BAZA-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]