Yaxından görmə (miopiya) – elə bir göz xəstəliyidir ki, təsvirin, tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yaxılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə, heç bir problem olmur: miopiyalı insan yaxında daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb – yaxından görmə. Xəstəlik, göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir – göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.
Getdikcə miopiyalı insanların sayı artır, hazırda orta məktəblərdə uşaqların 20% bu xəstəliyə düçardır, tələblərə arasında isə iki qat artıq olaraq 40% təşkil edir.
Səbəblər
Yaxından görmənin səbəbləri müxtəlif ola bilər. İndiki zaman bir neçə əsas amil ayırırlar:
1) İrsi səbəblər: valideynlər və onların uşaqlarındakı miopiya arasında da əlaqə müəyyən edilib. Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əgər əksinə hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.
2) Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və tələbə illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.
3) Yanlış korreksiya: eynək və ya kontakt linza seçərək korreksiya qaydalarına riayət etmək və yalançı miopiyanı istisna etmək lazımdır. Miopiyanın artmasının qarşısını almaq üçün eynək (və ya linza) istifadəsi qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görməni yoxlatmaq lazımdır.
4) Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.
5) Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir.
Yaxından görmənin simptomları
Yaxından görmənin əsas simptomu – uzaq görməsinin zəyifləməsidir: uzaqdakı əşyalar yayılmış görünürlər, dəqiq olmurlar. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır (bundan da xəstəliyin yunan dilində adı əmələ gəlib “miopia” – “gözlərini qıyan”). Belə insanlar yaxın məsafədə yaxşı görürlər. Bundan başqa, yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını aid etmək olar.
Yaxından görmənin diaqnostikası
Miopiyanın diaqnostikasını həkim-oftalmoloq edir. Bununçün ətraflı müayinə aparılır, korreksiyayla və korreksiyasız (vizometriya) görmə itiliyi müəyyən edilir və digər xüsusi müayinələr keçirilir (biomikroskopiya, oftalmoskopiya, göz dibinin baxışı və s.).
Əgər özünüzdə yaxından görmə simptomlarını aşkar etsəniz, məhz həkim-oftalmoloqa müraciət edin, optikaya deyil, çünki optikalarda məsləhət verən insanlr əksər hallarda ali təhsilli həkim (oftalmoloq, okulist) olmur və səbəbi aşkar edə bilədiyi üçün Sizə görmənizi bəlkə də qaytaracaq müalicə təyin edə bilmir. Optometristin (eynək seçimi kursları keçmiş orta tibb təhsilli insan) işlədiyi optikaya müraciət edərək, hansının ki, işi eynək seçməkdən ibarətdir, öz gözlərinizə zərər verə bilərsiniz.
Miopiyanın dərcələri (növləri)
Pzoulmaları korreksiya etmək üçün lazım olan linzaların gücündən asılı olaraq, xəstəliyin növbəti dərəcələri olur:
Л— Zəif dərəcəli miopiya (3 dioptriyaya qədər)
Л— Orta dərəcəli miopiya (3-6 dioptriya)
Л— Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)
Bundan başqa, proqressivləşən miopiya var – göz zəyifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəifləyir. Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.
Ağırlaşmalar
Yaxından görmənin ağırlaşmalarına bir sıra halları aid etmək olar, hansı ki, göz almasının uzanması nəticəsində baş verir. Bu halda göz toxumalarının qidalanması pozulur, tor qişada distrofik dəyişikliklər, onun dağılması və laylanması baş verə bilər. Tor qişanın laylanması korluğa səbəb ola bilər.
Miopiyanın müalicəsi
Miopiyanın müalicəsini iki böyük hissəyə bölmək olar: korreksiya və birbaşa müalicə.
Miopiyanın korreksiyasını eynəklərlə, (yumşaq, bərk və gecə) kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata keçirilər. Buraya həmçinin intraokulyar linzalarla (linzanı göz daxilinə yerləşdirilər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.
Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir – gözün optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.
Miopiyanın müalicəsi medikamentoz terapiyanı da daxil edir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.
Akkomodasiya spazmını aradan qaldırmaq üçün göz bəbəyini genişləndirən damcılardan istifadə edirlər.
Miopiyanın profilaktikası
Miopiyanın profilaktikası kompleksi olmalıdır. Oftalmoloqlar növbəti tədbirlər görməyi məsləhət görür:
Л— Görmənin düzgün korreksiyası
Л— Vitaminoterapiya (göz üçün lüteinli vitaminlər)
Л— Görmə rejiminə riayət edilməsi
Л— Göz əzələlərinin məşqi
Л— Yanaşı xəstəliklərin aradan qaldırılması
Л— Ümumi möhkəmləndirən prosedurlar
Л— Pəhriz (karotinoidlə zəngin tərəvəzli (məsələn, kök) pəhriz)
Л— Göz toxumalarında qan dövranının stimulyasiyası (dərman və fizioterapiyayla)
Л— Skleranı möhkəmləndirən əməliyyatlar (skleroplastika)
Op.Dr.Uzman Fariz Sadıqov
XƏBƏR LENTİ
Azərbaycanda ilk dəfə olaraq 10D sinema fəaliyyətə başlayacaq
Sabah külək güclənəcək
Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO
Şifrələrlə mübarizənin məqsədi nədir?
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Bakıda daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Misilsiz, ən bahalı əşyalar göstərildi
Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
Daha dolğun kirpiklər üçün 3 üsul
Hava haqqında
Ən məşhur taksi servisi Azərbaycana gəldi
Günün qoroskopu: Məhsuldar gündür
31 Mart - Soyqırım günüdür
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
Ramazan ayının 13-cü gününün duası
İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Sahibsiz heyvanları peyvəndlədik
Üstümüzə yağış gəlir
Məşhur aktrisa Yeni İmicdə-FOTO
Gecə lampaları
BÜRCLƏR bizə nə vəd edir?- 7 Dekabr
Ermənistan Qarabağa könüllüləri yığır
Tatlıtuğdan xanımı ilə bağlı etiraf
"Yeganə"lər
Süd, yumurta, quş əti bahalaşıb
Azərbaycan tarixindən yüz şəxsiyyət-62
Uşağınıza kitab oxumağı sevdirin
Məhkəmə Nərminin qatilinə həbs QƏRARI VERDİ
Əfsanəvi futbolçu klub sahibi oldu
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
İnstagramda 150 minlik təklifə "Yox" dedi-FOTO
Geyim - duyğu dünyamızı, başqalarının bizə münasibətini dəyişən vasitə
Dağlıq Qarabağ: vəziyyət çox təhlükəli ola bilər
HAVA necə olacaq? 1 İyun
İki yaşlı uşaq milyoner oldu
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
Uşaq bağçaları optimallaşdırılacaq
Ramazan ayının 26-cı gününün duası
Azərbaycan əhalisi pulu hara xərcləyir?
Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina etdi
“Bombalar tarixi” sərgisi açıldı - FOTO
Boy uzadan qidalar
Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur
Facebook gələn ildən belə olacaq
Qadınlar niyə öz həyat yoldaşlarını aldadır
Beynul Haremeyn
Payız dekorasiyası
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı















- ŞƏRHLƏR