Desən ki; Bir Sahibim var mənim; məni məndən çox sevən. Bir dəfə canı könüldən Onu diləsən, nə itirərsən?
Budur, hüznün bir incə sızı olub düşdüyü yeni bir an içimə… Bir aldadanın əbədi aldanışı tökülərkən önümdəki səhifəyə dilimə düşəcək şey duadırmı, yoxsa ahdırmı-bilmirəm; susuram aldatmağa çalışanın əbədi aldanışına… Susuram, gecə qədər qəmli baxışlarım…
Sən ey, nəfsin qaranlıq dünyasında məftun yazıq əsir!
Kim bilir, neçə dəfə aldatdığını düşündüyün insanlar qədər aldandın sən? Kim bilir, neçə dəfə oda atdın öz əllərinlə varlıq libasını?
Mərəzə uğramış kimi çarpılıram hərflərin havadakı titrəşmələriylə… Ürkəkliyim uçqun kimi böyüyür, görə bilməyən gözlərin, eşidə bilməyən qulaqların, idrak edə bilməyən ürəyin üçün əfsus zəngləri çalıram...
Nəfsi səbəbiylə əsfəli safilinə rədd edilən qəflət əhli! Təəssüf deyilmi sənə? Sən ki, dilədiyi təqdirdə yaradılmışların ən gözəlisən… Xoşbəxtsənmi? Xoşbəxt edirmi bu quru dünyan səni? Bu mərhəmətsizlik, bu qətliama səbəb nədir? Təəssüf etmirsənmi öz-özünə? Nə itirərsən ki, gülə çevirsən başını bir dəfə, çəksənə gülün qoxusunu içinə. Bir qurtum dadsana vəlilər süfrəsinin eşq şərbətindən.
Qaynar qazanlara atdığın bədəninə zülm deyilmi bu etdiyin? Arifin xoşbəxtlik karvanına çatmaq varkən şeytanın məmnuniyyət halqasına yapışmaq niyə? Niyə tağuta yem edirsən bədənindəki gizli xəzinəni? Ruhun, əzəli sığınacağına həsrət! Sənə nurundan nur üfləyən Rəbbinin qoxusunu hiss etmirsənmı yoxsa? Niyə şeytanın sultanlığında atəşə məhkum edirsən əbədiyyətini? Dünya Allahın ən sevgilisinə də buraxılmamışkən sənin aldadaraq aldanan ürəyinəmi qalacaq sanırsan? Rüşd yolunun gözətçiləri hər dövrə, hər qövmə müjdələrlə gəlirkən Haqq günündə "Nəzirin səsini eşitmədim", deyə biləcəksənmi?
Aç gözlərini… Özünü məhkum etdiyin kimi başqalarını da məhkum etmə qaranlığına… Bilsən ki, o arxasından getdiyin quru sultan əbədi aləmdə qarşına keçib necə güləcək sənə… Bilsən ki, kimsənin kimsədən qaça bilməyəcəyi o din günündə "Mən sizə bir vəd vermədim, sizi yalnız özümə dəvət etdim, Allah da dəvət etdi, amma siz ona deyil mənə inandınız, mənə gəldiniz. Mənə deyil, özünüzə hirslənin" deyəcək ardından getdiyin şeytan
Bilsən ki, nur yağışları ürəyinin rəhmət qapısı açılana yağar göydən. Bilsən ki, bir tək diləyinə cənnət bağçalarının müjdəsi var Rəbbindən… Amma bilmirsən, bağlayırsan qapılarını Haqqdan gələn qurtuluş müjdəsinə… Möhürlənilən ürəyin üzrə ölü bir həyat seçirsən.
Ölmək deyil ölümü bilməməkdir ağrılı olan, ey qafil ürək! Ölüm ki, bizə həyat verəni bilmədən keçən hər saniyədən ibarətdir. Ölüm ki, razılığa çata bilmədən, dünya həyatını yaşayarkən əmanəti sahibinə çevirə bilmədən dəyişdirmək məkanıdır. Ölüm ki, hər qatından fəryadlar yüksələn qorxunc iztirab səhnələrində, "Ya Rəbb! Onlara iki qat əzab ver" deyərək ardından getdiyi atəş əhli üçün lənət diləyənlərin ahıdır… Qeyrisi bayramdır o Haqq dostuna… Ölmək deyil, qovuşmasıdır aşiqin məşuquna…
Bəs sən hansı yolu seçdin, ey yazıq qardaşım, bacım? Tez ver qərarını, tez aç qapılarını daş divarların… Düşün ki, nəyə yarayar bir əsri boşuna yaşasan, dünya deyilən keçici xanədə? Qarşılığında gedəcəyin əbədi həyat varkən, necə bu qədər vecsiz uzadırsan əllərini Allahın alovlandırılmış atəşinə... Necə uçurumlara atırsan özünü qorxusuzca?
Gecəni gündüzün, gündüzü gecənin ardınca gətirən Rəbbinin qüdrət əli varlıqlar aləminin hər zərrəsindən sənə uzanarkən Haqqa dəvət, səmalardan enib könül aləmlərini titrədərkən sən hardasan? Bir ürəyin var sənin də yaradılmış hər canlı kimi… Amma hələ dirildə bilmədiyin, ürək paltarını geydirə bilmədiyin bir ölü ürək daşıyırsan.
Bəs ey zalım! Rəhmət qapısı örtülü, zülmət qapısı açıq ürəyinlə zəbanilərə səbəb yığdığını görmürsənmü? Görmürsənmi, aldatdığını sanaraq aldanan sənsən… Görmürsənmi, nə qədər yazıq, nə qədər də ağrınılacaq haldasan? Bir qaldırıb baxsana bu gəlib-keçən aləmə? Hayy olsan, desən ki, bir sahibim var mənim; məni məndən çox sevən. Bir dəfə canı könüldən Onu diləsən…
Nə olacaq bir diləsən? Kəpənəklər uçuşacaq könül otağına sən dilədiyin anda… Hansı səhvin içində olursansa ol, bir diləyinlə örtəcək Rəbbin çirkinliyini, addım-addım nurlanacaq, gözəllər içində gözələ çevriləcəksən. Heç görmədiyin rəngdə açacaq budaqların çiçəkləri.
Yanacaqsan, yana-yana tapacaqsan özünü o dəmlərdə… Ruhun ayrılacaq bir kamilin himmətiylə bədən saraygahından… İrəliləyəcəksən göy qatlarında bir-bir. Gün gələcək, vuslat müjdələniləcək sənə və sirrə çatmağın keyfində heç olacaqsan. Ərənlər kimi çatmış olacaq ruhun. Sən bu dünyada yaşamağa davam edərkən ruhuna məab olacaq əzəli yurdun.
Diləsən, bir deyil, min möcüzə qapısı açılacaq gözlərinin qarşısında. Diləsən, bu sıxıcı dünya bir anda çevriləcək bir xülyalar ölkəsinə. Ağlayacaqsan, ağladıqca açılacaq göz bulaqların. Bir yanğın ki, qucaqlayacaq könül bağçanı, kül deyə ardından qırmızı gül qönçələri yığacaqsan.
Nə itirərsən ki, bir diləsən? Vaxt varkən dərhal, indi, bu anda Ona dönsənə… Ah, yazıq qardaşım, bacım, nə itirərsən ki, bir düşünsənə? Düşün ki, sən bu dünya evinə quru bayraq açmağa deyil, Rəbbini tapmağa gəldin. Bil ki, tapmanın tək yolu könüldən diləməkdir.
Sən ki, bir fiziki bədən içində ruh və nəfs üzrəsən, dön, ey Rəbbimdən nur daşıyan, sən ki, gözəllik üzrəsən...
Dəyərli müəllimimin tələbələrindən birinin könül səsi
"Mən də sağ ikən Rəbbinə çatanlardan olmaq istəyirəm! Mən də Hz.Əli, Hz.Fatimə, Hz.İsa, Hz.Məryəm, Hz.İbrahim kimi əmanət ruhunu Allaha sağ ikən ərdirənlərdən olmaq istəyirəm!
Mən də ərənlərdən, vəlilərdən olmaq istəyirəm!" - şərhlərdə bu diləyə rast gəlmək arzusu ilə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəl xanımlar üçün
Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra
Sirli pilləkən
Tarkanın övladının cinsiyyəti bəlli oldu
Türkiyə şirkəti Bakıda insansız sualtı vasitələrin təqdimatını keçirəcək
Hıçqırmamaq üçün nədən vaz keçməli - romantika, stress, yemək?..
Doğum evinə götürüləcək ən əhəmiyyətli şeylər
Qız bürcü qadınına nə hədiyyə etməli?
11 ildə 28 dəfə əməliyyat olundu-Şok nəticə
İlon Mask altıncı dəfə ata oldu
Məşhür cütlük boşanır-SƏBƏB
Everestə çıxan köpək
İnsan sağlamlığı və iqlim dəyişməsi
Uşağın makrozomik olaraq doğulması
Azərbaycana yeni ikimərtəbəli qatarlar gəlir
Niyə hirslənərik və hirsimizi necə idarə edə bilərik?
Meray Kerinin evi diqqət çəkdi
Çində 600 milyon nəfər internetdədir
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
AZAL-dan Ukraynaya uçuşlarla bağlı açıqlama
Məmmədyarov prezidentlərin görüşünü şərh etdi
Tarkandan sərinləşdirici paylaşım-FOTO
Ermənistan vətəndaşı Azərbaycana keçdi - VİDEO
Kələm salatı (foto resept)
Mehriban Əliyeva xalq artistlərini mükafatlandırdı - FOTO
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
17 kq-lıq pişiyə yiyə duran yoxdur
Rita Ora hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Vahid tarif sistemi tətbiq olunacaq
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
iPhone üçüe Skype yenidən hazırlanacaq
"Azərbaycan donor ölkə statusu qazanıb"
Şeyma Subaşı FOTOsuna görə tənqid edildi
2020-nin moda həftələrini bəzəyən ayaqqabılar
Quzuqulağının (turşəngin) xeyri və zərəri
Göbələkli bilinçik (foto-resept)
Sən mənim hər şeyimsən...
Kraliça bazarı dolaşdı, taxta oturmadı
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Bakıda dollar panikası: "Exchange"lər "qan ağlayır"
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq
Alçanın faydaları
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...
“Gəzən kitabxana” Gəncədə olacaq
Fransada küçədə oturmaq qadağan olundu - SƏBƏB
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO















- ŞƏRHLƏR