Milli.Az Azvision.Az-a istinadən xəbər verir ki, dolların bahalaşması insanlar arasından süni panikaya səbəb olub. Mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələrdə iddia edilir ki, dolların qalxması ikinci devalvasiyanın başlamasından xəbər verir.Əməkdaşlarımız paytaxtın valyutadəyişmə məntəqələrinə baş çəkərək hazırkI vəziyyətlə maraqlanıblar.
"28 May" metrostansiyasının yaxınlığından yerləşən "AtraBank"ın valyutadəyişmə məntəqəsində dollar almaq və ya satmaq üçün bir nəfər də gözə dəymirdi.Valyutadəyişmə məntəqəsində işləyənlər də deyir ki, səhərdən indiyə kimi dollar almaq üçün onlara barmaqla sayılacaq qədər adam yaxınlaşıb: "Əvvəlki günlərə nisbətən bu dəfə dolların bahalaşması elə də ajiotaj yaratmayıb"."Zaminbank"ın valyutadəyişmə məntəqəsində də müştəri, demək olar ki, yox idi. Bir neçə saat müşahidə aparsaq da, bu müddət ərzində məntəqənin qapısını açan bir nəfər belə, gözümüzə dəymədi."Yunayted Kredit Bank"ın "exchange"lərində işçilər boşluqdan küçəyə çıxıb söhbət edirdilər. Həmsöhbət olduğumuz bank işçiləri bildirdilər ki, dolların yenidən bahalaşmasına baxmayaraq, heç kim pulunu dollara çevirmək istəmir: "Bir neçə dəfə belə hal yaşandı. İndi hamı elə bilir ki, banklar bunu qəsdən edirlər. Amma dollarının kursunun dəyişməsi tamamilə bazara bağlı olan məsələdir. Odur ki, vətəndaşlar buna görə, dolların yenidən ucuzlaşacağını zənn edib pullarını dəyişmirlər. Həm də bundan öncəki bahalaşmada əhali əllərində olan bütün pullarını dollara çevirdi. Ona görə də indi əhalidə ehtiyyat kimi manatla pul qalmayıb"."Kredo Bank"ın valyutadəyişmə məntəqələrində də vəziyyət digərlərindən fərqlənmir.
Müştəri sarıdan korluq çəkən bankların valyutadəyişmə məntəqələrində, nəhayət, bir nəfər müştəri tapa bildik.Pulunu dollarda saxlamağa üstünlük verən Əlibəy Azəri deyir ki, əslində, elə bir problem yoxdur, insanlar narahat olmasınlar: "Əslində, Rusiya və Türkiyə kimi iri dövlətlər maraqlı bir siyasət həyata keçirirlər. Bu ölkələrdə həftənin altıncı və bazar günləri banklar işləmir. Belə olan halda banklar həmin günlərdə dolların kursunu aşağı salır, həftənin digər günlərində isə dolların məzənnəsini bahalaşdırırlar. İndi biz də bu sistemə keçirik".Həmsöhbətimiz deyir ki, ölkədə ticarətlə məşğul olanlar satışı manatla aparsalar da, daha sonra pullarını dollara çevirib xarici ölkələrə mal almağa gedirlər. Ona görə də ölkədə dollara tələbat artır.Əmanətini dollarda saxlamağa üstünlük verən Sahibə Nəsibli isə deyir ki, uzun illərdir məzənnəsində heç bir dəyişiklik olmayan valyuta dollar olduğuna görə, pulunu bu valyutada saxlayır: "Gözümü açandan dollar dəyərdən düşmür. Ona görə də dollara həmişə tələbat var. Bu baxımdan pulumu dollarda saxlayıram".Paytaxtda apardığımız müşahidə zamanı məlum oldu ki, insanlar dolların qalxacağından ehtiyat edərək pullarını dəyişməyə tələsmirlər. Bu isə "exchange"lərin işini, necə deyərlər, əməlli-başlı öldürüb.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Paytaxt üzrə koronavirusa yoluxma ən çox hansı rayonunda qeydə alınıb?
Şirin əl işlərim - 2
Günün ulduz falı
Falkao Dünya çempionatında olmayacaq
Bir-birindən fərqli kəmərlər
Onlayn ticarət sürətlə artır
İş tapmaq üçün sertifikat vacibdir?
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
Bürclər nə vaxt hirslənir?
İki gün qar uçqunu altında qalan uşaqlar xilas edildi-FOTO
Bitkilərlə dəbi canlandırdı
Dünyanın ən yaxşı cütlük şəkilləri
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
Azərbaycanda növbə mədəniyyətsizliyi və biz...
Özcan Deniz BOŞANDI
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək- VİDEO
"Survivor"da iki qəza - 3 metr yüksəklikdən yıxıldı-VİDEO
Yağlar haqqında (1)
Məhərrəmlik mərsiyələrində nə deyilməlidir?
Saç düzləşdirən süd maskası
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
Qırıq saç ucları üçün təbii maskalar
Ən çox qoyulan adlar-SİYAHI
Didmə salat (foto resept)
Kişilər hansı makiyaji sevir?
Arvad "alıb-satanlar": gəlinliklə get, kəfənlə qayıt...
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
İtaliyada 2 manata ev satılır-FOTO
Meyvəli pizza(foto resept)
BÜRCLƏR bizə nə vəd edir? - 15 mart
Bekhem cütlüyündən oğluna qeyri-adi hədiyyə - FOTO
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
2014-cü ilin nişan üzükləri
Qırıcılarımız cəbhədə
Qədim Pompeyin qalıqları
Sinem Kobal ad gününü qeyd etməyəcək
Gürcü valyutası da çökdü
Ad gününə özəl tortlar
"Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq"
56 il əvvəl donmuş insanlar tapıldılar
Dəbli ayaqqabı modelləri
Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar
Uşaq otağı üçün maraqlı dekorasiya nümunələri
Dünya bazarlarında neftin qiyməti
Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı, 46 nəfər sağaldı- RƏSMİ
Körpələrdə barmaq sorma və qəbizlik
