Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ya olduğundan çox, ya az.. Bədənin yaşı sağlamlıq göstəriciləri ilə hesablana bilər. İngilis elm adamları insanın əsil bədən yaşının fiziki sağlamlıq göstəriciləri ilə hesablana biləcəyi qənaətindədir. Yaşlanma mütəxəssisi prof. Robert Wealenin fikrincə, bioloji yaş təqvim yaşından çox ola bilər. "Daily Mirror" qəzetində bu bioloji yaşı hesablama testi dərc olunub.
Beləliklə, bioloji yaşınızı hesablama testi...
Dərinin elastikliyi testi
Dəri yaşlandıqca kollagen və elastin maddələr azalır və dəri elastikliyini itirir.
Əlinizin üzərindəki dərini çimdikləyirmiş kimi tutub çəkin, bir dəqiqə bu vəziyyətə tutun. Dərini buraxdıqda normal, düz hala gəlməsi nə qədər zaman alır?
1 - 2 saniyə: 30 yaşlarında
3 - 4 saniyə: 40 yaşlarında
5 - 10 saniyə: 50 yaşlarında
11 - 30 saniyə: 60 yaşlarında
31 - 45 saniyə: 70 yaşlarında
45 saniyədən artıq: 80 yaşlarında
Reaksiya testi
Reaksiya vermə sürəti yaş artdıqca azalır. Bunu ölçmək üçün yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və bir dostunuzdan əlinizin üzərində 45 sm-lik bir xətkeş tutmasını istəyin. Xətkeşi buraxdıqda onu tutun. Tutduğunuz yer nə qədər sürətli reaksiya verə bildiyinizi göstərir. Xətkeşi tutduğunuz yer:
14 sm-ə qədərdirsə: 20 yaşlarında
15 - 24 sm-ə qədərdirsə: 30 yaşlarında
25 - 29 sm-ə qədərdirsə: 40 yaşlarında
30 - 35 sm-ə qədərdirsə: 50 yaşlarında
40 sm və bundan artıqdırsa: 60 yaşlarında
Zehni gümrahlıq testi
100-dən geriyə doğru 0-a qədər 7-7 sayın. Nə qədər vaxtda saya bilirsiniz? 25 saniyədən uzun çəkməsi zehni yaşlanmanın göstəricisidir.
20 saniyədən az: 40 yaşdan aşağısınız
25 saniyə: 40 - 60 yaşlarındasınız
Əmin olmaq üçün bir test də edin. Bir dəqiqə ərzində ağlınıza neçə dənə meyvə və tərəvəz adı gəlir? 60 yaşdan aşağı olanlar ən az 15 dənə tapa bilirlər.
Tarazlıq testi
Sağ ayağınızı 45 dərəcə meyilli tutaraq sol ayağnızın üzərində durun, əllərinizi ombanızın üzərinə qoyun və gözlərinizi yumun. Tarazlığınızı itirib sağ ayağınızı yerə qoymadan nə qədər dayana biləcəyinizi ölçün. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrar edin və bu şəkildə orta hesabla nə qədər dayana bildiyinizi hesablayın.
70 saniyədən artıq: 20 yaşlarında
60 - 69 saniyə: 30 yaşlarında
50 - 59 saniyə: 40 yaşlarında
40 - 49 saniyə: 50 yaşlarında
30 - 39 saniyə: 60 yaşlarında
20 - 29 saniyə: 70 yaşlarında
19 saniyədən az: 80 yaşlarında
Göz bəbəyinin ölçüsü testi
Göz bəbəkləri yaşlandıqca kiçilir. Ancaq işığın təsiri də göz bəbəyinin kiçilməsinə səbəb olduğu üçün bu testi normal gün işığında edin.
Göz bəbəyinizin diametri 4 mm-dirsə, biolojk yaşınız 30; 2 mm-dirsə, 60-dır.
Buynuz qışası testi
Aynada göz dairənizə (kornea) baxın. Korneanızın ətrafında spiralvari ağ xətt varmı? Ağ xəttin uzun olması xolesterol səviyyənizin də yuxarı olduğunu göstərə bilər.
80 yaşlarına gəldikdə kornea ətrafındakı ağlıq tam bir dairə şəklini alır.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Pis niyyətli insanları tanımaq
Oturaq işin bizdən aldıqları...
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi
Ali məktəblərə qəbulun müsabiqə şərtləri ilə bağlı AÇIQLAMA
Kiyevdən Türkiyəyə xain zərbə
NASA alimi İrlandiya gözəli oldu - FOTO
Cəbhə xəttində gərginlik: düşmən silahı susmur
Sumqayıta iki mərtəbəli qatarlar
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
Gilas priojnası (foto resept)
Zəhərlərdən təmizlənmə üsulları (I hissə)
Qorxulu hellouin tortları
"Ordumuz çox itki verdi"
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Energetika Nazirliyinin strukturu təsdiq edildi
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
Gəlin, birlikdə hazırlayaq
Hava haqqında - 13.01.2014
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Nurgül Yeşilçay ona ərə gedir-FOTO
Baxışlar və gözlər
Prezident İlham Əliyevə DGB-in ən ali mükafatı "Qızıl Ordeni" təqdim edilib - FOTO
Merve Özbeyə milyon dəyərində hədiyyə
Çedar pendirli makaron (foto resept)
Yuya-yuya ölürük
Maaşın nə günahı?
Qəbul imtahanının GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Nişan və ya qız toyu donları
Beyonce özünə kilsə aldı: 850 min dollar - Foto
Kredit götürmək istəyənlər bu xəbəri mütləq izləsin!
Nazirlik əhaliyə müraciət etdi - Bunu mütləq etməlisiniz
Sərnişindaşımada ciddi azalma - STATİSTİKA
Cenifer Lopez film gecəsinə damğasını vurdu
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
Yay tortu (foto-resept)
Çaylarda vəziyyət necədir?
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
Şirin xəmirdən hazırlanan tortlar
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI
Putinə SUİ-QƏSD edildi
Birlikdə əylənin
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
Məktəblərdə maksimal şagird sayı necə müəyyənləşəcək?
1 gündə 20 akula tutdular-FOTO
“Egey yunan dənizidir”
