2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən və indiyədək icra olunmamış qalan "İcbari sığortalar haqqında" Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.
Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
Bakıda evi olan 50 manat, regionlarda 30 manat...
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.
Ödəməyəni cərimə gözləyəcək
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Bəs səkkiz il əvvəl qanunvericilik bazası formalaşmış daşınmaz əmlakın sığortası haqqında qanunun tətbiqi niyə ləngiyib? Əmlak sığortasını ödəmək niyə könüllü yox, məcburi xarakter daşıyır? Bu prosesdə qazananlar kimlər olacaq?
Daşınmaz əmlak eksperti Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, beynəlxalq təcrübə ilə yanaşsaq, bu proses könüllü olmalı idi. Amma Azərbaycan hökuməti hesab edir ki, könüllü əmlak sığortasını həyata keçirmək çətin ola bilər və bu mənada daha optimal varant kimi bu məslənin üzərində dayanıblar
"Heç olmasa cərimə məsələsində yumşaq variant seçilməliydi..."
"Hökumətin qərarına görə, yalnız cərimə tətbiqi ilə əhalini bu məsələyə yönəltmək mümkün olacaq. Amma hesab edirəm ki, cərimələrin müddəti olduqca qısadır. Avtomobillərin icbari sığortasında olduğu kimi vətəndaş 20 gün ərzində sığorta olunmursa, cərimə tətbiqinə başlanılır. Əslində belə olmamalıdır, bir optimal variant tapılmalıdır. Əhalini sığortaya cəlb etmək üçün icbari yol seçilsə də, cərimələnmə məsələsində heç olmasa, bir az loyal variant seçilməli idi. Təəssüf ki, qərar bu şəkildədir. Yəqin ki, ilin birinci rübündə məsələnin nə qədər optimal olması müəyyənləşəcək", - ekspert deyib.
R. Osmanlının fikrincə, qanunun daşınmaz əmlakla bağlı müddəalarının bu vaxta qədər gecikməsi Azərbaycanda əmlakın qeydiyyatının tam olaraq başa çatmaması ilə bağlıdır: "Preidentin çoxmənzilli binalarda əmlakın istismara qəbulu ilə bağlı fərmanı var. O prosesin icrası həyata keçirilir, gələn ildən isə sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması prosesinin başlanacağı gözlənilir. Əslində bu proses tam bitəndən sonra bu məsələni qabartmaq düzgün olardı. Növbəti ildə bu barədə fikir söyləmək mümkün olacaq".
Sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılır
Əgər bu mexanizm işə düşsə və daşınmaz əmlakı olanlar öz əmlaklarını məcburən sığorta etdirsə o zaman sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılmış olur. Doğrudur, hələlik bu gəlirlərin və daşınmaz əmlakdan məcburi sığorta yığımlarının həcminin nə qədər ola biləcəyini hesablamayıblar.
Sığorta şirkətilərinin bu biznesdən nə qədər qazana biləcəyi haqda danışan ekspert hesab edir ki, hazırda yaşayış fondu ilə bağlı statistik rəqəmlər də dəqiq deyil. İlin sonunda Statsistika Komitəsi bu barədə rəsmi rəqəmləri açıqladıqdan sonra yığımla bağlı dəqiq rəqəm söyləmək olar.
Cərimə tətbiqini həyata keçirəcək İcbari Sığorta Bürosundan isə prosesin niyə məcburi xarakter daşımasına cavab olaraq bildirdilər ki, bu məsələ qanunla müəyyənləşir.
"İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qəbul olunub. Bu məsələ indiyədək insanların öz öhdəsinə buraxılmışdı. Lakin daşınmaz əmlakını sığorta edənlərin faizi az idi. Ona görə də, 2020-ci ildən nəzərdə tutulub ki cərimə mexanizminə başlanılsın,əhali bu prosesdə aktivləşdirilsin", - İcbari Sığorta Bürosunun əməkdaşı Zaman Zahirzadə virtualaz.org-a bildirib
XƏBƏR LENTİ
Kəlbəcərin İstisu bulağından su içən əsgərlərimiz - VİDEO
“Facebook”dan YENİLİK
Qozlu qurabiyə(foto resept)
10 dəqiqəyə dərini yeniləyən maska
Dünyanın ən böyük itləri
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Paşinyan ordunu Qarabağdan GERİ ÇAĞIRDI
Senia Şeyma Subaşını sevindirdi
İnstagramda YENİLİK
Telefonun enerjisini tez bitirən tətbiq hansıdır?
Səfər Əbiyevin cəzalandırdığı zabit nazirlikdə rəis müavini vəzifəsinə keçirildi
Alla Puqaçovaya GÖZLƏNİLMƏZ SURPİZ
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Çaytikanı sağlamlığa xeyirlidir
Hitlerin görülməmiş FOTOları
Bu ölkədə "Pokemon Go" qadağan edildi
Yaradıcılıq bacarığına həmişə ehtiyac var
Sevgi yaşa baxmır, bəs ailə?
Günün ulduz falı
Azərbaycanda Konstitusiya Günüdür!
Azərbaycan Superkubokunun keçiriləcəyi yer məlum oldu
Bakını niyə boşaldırlar?
Kələmli sadə salat(foto resept)
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Münasibətlərdə 100 həqiqət (2)
İngilis dili - XXXIII dərs
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Məzuniyyəti harada keçirməli?
Möhtəşəm şəkillərin arxa planı
Möhtəşəm kirpiklər üçün 4 tuş hiyləsi
Bakıda Azərbaycanın ən hündür binası tikilir - 277 METR - FOTO
Cennerin toyu olacaq!
Günün ulduz falı - 15.08.2013
Görüntülərdəki ruh hər kəsi qorxutdu-FOTO
Pike Etirafı ilə Gündəmdədir
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Sonuncu gün: "Zombi" Yer kürəsini necə udacaq?
Azərbaycanda zəlzələ olub
Stiven Hokinq və özünə inam
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Çində fantastik kitabxana açıldı: BUNA İNANMAQ OLMUR - FOTOLAR
Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib
Xanımı və körpəsi arasında seçim etməli idi-Nəticədə...-FOTO
Qozlu tort (foto resept)
Günün ulduz falı
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Orucun 6 sirri
Bakıda göstəriləcək film iki ölkədə qadağan olundu
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı BƏYANATI
Unutqanlığa nələr xeyirdir?














