Desən ki; Bir Sahibim var mənim; məni məndən çox sevən. Bir dəfə canı könüldən Onu diləsən, nə itirərsən?
Budur, hüznün bir incə sızı olub düşdüyü yeni bir an içimə… Bir aldadanın əbədi aldanışı tökülərkən önümdəki səhifəyə dilimə düşəcək şey duadırmı, yoxsa ahdırmı-bilmirəm; susuram aldatmağa çalışanın əbədi aldanışına… Susuram, gecə qədər qəmli baxışlarım…
Sən ey, nəfsin qaranlıq dünyasında məftun yazıq əsir!
Kim bilir, neçə dəfə aldatdığını düşündüyün insanlar qədər aldandın sən? Kim bilir, neçə dəfə oda atdın öz əllərinlə varlıq libasını?
Mərəzə uğramış kimi çarpılıram hərflərin havadakı titrəşmələriylə… Ürkəkliyim uçqun kimi böyüyür, görə bilməyən gözlərin, eşidə bilməyən qulaqların, idrak edə bilməyən ürəyin üçün əfsus zəngləri çalıram...
Nəfsi səbəbiylə əsfəli safilinə rədd edilən qəflət əhli! Təəssüf deyilmi sənə? Sən ki, dilədiyi təqdirdə yaradılmışların ən gözəlisən… Xoşbəxtsənmi? Xoşbəxt edirmi bu quru dünyan səni? Bu mərhəmətsizlik, bu qətliama səbəb nədir? Təəssüf etmirsənmi öz-özünə? Nə itirərsən ki, gülə çevirsən başını bir dəfə, çəksənə gülün qoxusunu içinə. Bir qurtum dadsana vəlilər süfrəsinin eşq şərbətindən.
Qaynar qazanlara atdığın bədəninə zülm deyilmi bu etdiyin? Arifin xoşbəxtlik karvanına çatmaq varkən şeytanın məmnuniyyət halqasına yapışmaq niyə? Niyə tağuta yem edirsən bədənindəki gizli xəzinəni? Ruhun, əzəli sığınacağına həsrət! Sənə nurundan nur üfləyən Rəbbinin qoxusunu hiss etmirsənmı yoxsa? Niyə şeytanın sultanlığında atəşə məhkum edirsən əbədiyyətini? Dünya Allahın ən sevgilisinə də buraxılmamışkən sənin aldadaraq aldanan ürəyinəmi qalacaq sanırsan? Rüşd yolunun gözətçiləri hər dövrə, hər qövmə müjdələrlə gəlirkən Haqq günündə "Nəzirin səsini eşitmədim", deyə biləcəksənmi?
Aç gözlərini… Özünü məhkum etdiyin kimi başqalarını da məhkum etmə qaranlığına… Bilsən ki, o arxasından getdiyin quru sultan əbədi aləmdə qarşına keçib necə güləcək sənə… Bilsən ki, kimsənin kimsədən qaça bilməyəcəyi o din günündə "Mən sizə bir vəd vermədim, sizi yalnız özümə dəvət etdim, Allah da dəvət etdi, amma siz ona deyil mənə inandınız, mənə gəldiniz. Mənə deyil, özünüzə hirslənin" deyəcək ardından getdiyin şeytan
Bilsən ki, nur yağışları ürəyinin rəhmət qapısı açılana yağar göydən. Bilsən ki, bir tək diləyinə cənnət bağçalarının müjdəsi var Rəbbindən… Amma bilmirsən, bağlayırsan qapılarını Haqqdan gələn qurtuluş müjdəsinə… Möhürlənilən ürəyin üzrə ölü bir həyat seçirsən.
Ölmək deyil ölümü bilməməkdir ağrılı olan, ey qafil ürək! Ölüm ki, bizə həyat verəni bilmədən keçən hər saniyədən ibarətdir. Ölüm ki, razılığa çata bilmədən, dünya həyatını yaşayarkən əmanəti sahibinə çevirə bilmədən dəyişdirmək məkanıdır. Ölüm ki, hər qatından fəryadlar yüksələn qorxunc iztirab səhnələrində, "Ya Rəbb! Onlara iki qat əzab ver" deyərək ardından getdiyi atəş əhli üçün lənət diləyənlərin ahıdır… Qeyrisi bayramdır o Haqq dostuna… Ölmək deyil, qovuşmasıdır aşiqin məşuquna…
Bəs sən hansı yolu seçdin, ey yazıq qardaşım, bacım? Tez ver qərarını, tez aç qapılarını daş divarların… Düşün ki, nəyə yarayar bir əsri boşuna yaşasan, dünya deyilən keçici xanədə? Qarşılığında gedəcəyin əbədi həyat varkən, necə bu qədər vecsiz uzadırsan əllərini Allahın alovlandırılmış atəşinə... Necə uçurumlara atırsan özünü qorxusuzca?
Gecəni gündüzün, gündüzü gecənin ardınca gətirən Rəbbinin qüdrət əli varlıqlar aləminin hər zərrəsindən sənə uzanarkən Haqqa dəvət, səmalardan enib könül aləmlərini titrədərkən sən hardasan? Bir ürəyin var sənin də yaradılmış hər canlı kimi… Amma hələ dirildə bilmədiyin, ürək paltarını geydirə bilmədiyin bir ölü ürək daşıyırsan.
Bəs ey zalım! Rəhmət qapısı örtülü, zülmət qapısı açıq ürəyinlə zəbanilərə səbəb yığdığını görmürsənmü? Görmürsənmi, aldatdığını sanaraq aldanan sənsən… Görmürsənmi, nə qədər yazıq, nə qədər də ağrınılacaq haldasan? Bir qaldırıb baxsana bu gəlib-keçən aləmə? Hayy olsan, desən ki, bir sahibim var mənim; məni məndən çox sevən. Bir dəfə canı könüldən Onu diləsən…
Nə olacaq bir diləsən? Kəpənəklər uçuşacaq könül otağına sən dilədiyin anda… Hansı səhvin içində olursansa ol, bir diləyinlə örtəcək Rəbbin çirkinliyini, addım-addım nurlanacaq, gözəllər içində gözələ çevriləcəksən. Heç görmədiyin rəngdə açacaq budaqların çiçəkləri.
Yanacaqsan, yana-yana tapacaqsan özünü o dəmlərdə… Ruhun ayrılacaq bir kamilin himmətiylə bədən saraygahından… İrəliləyəcəksən göy qatlarında bir-bir. Gün gələcək, vuslat müjdələniləcək sənə və sirrə çatmağın keyfində heç olacaqsan. Ərənlər kimi çatmış olacaq ruhun. Sən bu dünyada yaşamağa davam edərkən ruhuna məab olacaq əzəli yurdun.
Diləsən, bir deyil, min möcüzə qapısı açılacaq gözlərinin qarşısında. Diləsən, bu sıxıcı dünya bir anda çevriləcək bir xülyalar ölkəsinə. Ağlayacaqsan, ağladıqca açılacaq göz bulaqların. Bir yanğın ki, qucaqlayacaq könül bağçanı, kül deyə ardından qırmızı gül qönçələri yığacaqsan.
Nə itirərsən ki, bir diləsən? Vaxt varkən dərhal, indi, bu anda Ona dönsənə… Ah, yazıq qardaşım, bacım, nə itirərsən ki, bir düşünsənə? Düşün ki, sən bu dünya evinə quru bayraq açmağa deyil, Rəbbini tapmağa gəldin. Bil ki, tapmanın tək yolu könüldən diləməkdir.
Sən ki, bir fiziki bədən içində ruh və nəfs üzrəsən, dön, ey Rəbbimdən nur daşıyan, sən ki, gözəllik üzrəsən...
Dəyərli müəllimimin tələbələrindən birinin könül səsi
"Mən də sağ ikən Rəbbinə çatanlardan olmaq istəyirəm! Mən də Hz.Əli, Hz.Fatimə, Hz.İsa, Hz.Məryəm, Hz.İbrahim kimi əmanət ruhunu Allaha sağ ikən ərdirənlərdən olmaq istəyirəm!
Mən də ərənlərdən, vəlilərdən olmaq istəyirəm!" - şərhlərdə bu diləyə rast gəlmək arzusu ilə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İki qatilin amansız davası
Rusiyalı ekspert: "Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək"
İnstaqrama maraqlı funksiyalar əlavə edildi
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Sevgililəri kimi görünməyi sevən Bred Pitt
Eyni paltarı geyinməkdən çəkinməyən məşhurlar
Dərsə davamiyyət barmaq izi ilə yoxlanılacaq
Bakı bulvarında qəribə qadağa
2011-in dırnaq boyası
Dekorasiyada hörgülü aksessuarlar
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(2-ci hissə)
Doğuşun son halı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Ohanyan: "Azərbaycan ordusunu diqqətlə izləyirik"
Barak Obama Santa Klaus oldu - FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
2012-nin hicablı gəlinlikləri
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
Ən gözəl üzə sahib olan qadınlar
Maraqlı İlluziyalar
“Junior Eurovision”un qalibi yenə bu ölkə oldu - VİDEO
Obama Amerika kəşf etmədi
Demet Akalın təhqir dolu VİDEO paylaşdı
Şakir Şıxəliyev idman gimnastikası üzrə Azərbaycan çempionu olub
ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salındı
Yaponlar bu dəfə də heyrətləndirdi
Astroloq koronavirusa yoluxma ehtimalı az olan bürclərdən danışdı
Dahilərdən gözəl sözlər - 13
Kenan İmirzalıoğlu villa aldı
Avropada yeni terror dalğası
Yay salatı (foto resept)
Qripi əlinizdə daşıyırsınız
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Məşhur aktyor "Çukur"dan getdi
Poliplərdə xərçəng inkişafı
Sentyabrda ən çox satılan kitablar
Bakılılar yeraltı keçiddən niyə qorxurlar?
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Bakıda yeni nəsil yol nişanları quraşdırılır
BABY TYPE PROQRAMI
"Qəhvə dənəsi" peçenyesi (foto resept)
Две знаменитости в одном фильме
Mila Kunis öz evliliyindən danışdı-FOTO
Pulsuz Wi-Fi turistləri artırır
Mahsun Kırmızıgül 12 ildən sonra İLK DƏFƏ-FOTO
Səfirin məktubu 123 MİN DOLLARA SATILDI
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Muxtəlif geyimlər
Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
- ŞƏRHLƏR