Əqidəyə aid olan digər məsələlər
Bidətlərdən çəkinmək
Lüğəti mənada buna öncə edilməyən bir şeyi ixtira etmək deyilir. Uca Allah buyurur: “O, göylərin və yeri ixtiraçısıdır” (əl-Bəqərə, 117).
Şəriətdə isə Quran, Sünnə, ümmətin sələflərinin icmasının buyurduğu ibadət və etiqadlardan başqa olan yeniliklərə deyilir.
Bidətlərin təhlükəsi
Dində olan yeniliklər və bidətlər çox təhlükəlidir və onların insanlara və ümumilikdə cəmiyyətə, hətta dinin əsas və fəri məsələlərinə də çox böyük mənfi təsiri vardır. Bidət dində yeniliyə və elmsiz olaraq Allah və şəriət barəsində danışmağa deyilir. Bidətlər əməllərin qəbul olunmamasının və ümmətin parçalanmasının başlıca səbəbidir. Bidət edən kəs həm özünün, həm də onun bidətini edən hər kəsin günahını daşıyır. Bundan əlavə, bidət Peyğəmbərin (s.a.s) hovuzundan su içməkdən məhrum olmağa da səbəbdir. Səhl ibn Səd əl-Ənsari və Əbu Səid əl-Xudridən rəvayət olunu ki, Peyğəmbər (s.a.s) demişdir: “Hamıdan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə hovuzdan su içər, ondan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: “Onlar mə-nim ümmətimdəndirlər”–deyəcəyəm. Mənə belə deyiləcək: “Sən bilmirsən, onlar səndən sonra nə yeniliklər ediblər.” Və mən: “Məndən sonra yeniliklər edənlər məndən uzaq olsunlar”–deyəcəyəm” ("Səhih əl-Buxari", 6583; "Səhih Muslim", 2290).
Bidət dini və onun əsaslarını dəyişdirməkdir. Bir sözlə, bidət müsəlmanların həm dünya, həm də axirətlərində onlara zərər yetirəcək təhlükəli bir əməldir.
Bidətin səbəbləri
Bidətlərə yol verməyin bir çox səbəbləri vardır. Həmin səbəblərin birincisi insanın Allahın Kitabından, Peyğəmbərinin (s.a.s) Sünnəsindən və sələfin yolundan uzaq olmasıdır ki, bununla da insan şəriətin əsaslarından bixəbər qalmış olur.
Bidətlərin yayılmasının digər səbəbləri də, şübhələrdən asılılıq, ağıla üstünlük vermək, pis dostlarla oturub-durmaq, bidət əhlinin dəlil gətirdikləri zəif və uydurma hədislərə etimad göstərmək, kafirlərə bənzəmək, zəlalət əhlini təqlid etmək və bu kimi digər səbəbləri göstərmək olar.
Bidətlərin təhlükəsi
Quran və Sünnəyə nəzər salan hər kəs dində bidətlərə yol verməyin qəbulolunmaz və haram olduğunu görəcəkdir. Bidətlərin növünə görə onların haramlıq dərəcələrinin fərqlənmələrinə baxmaya-raq Peyğəmbər (s.a.s) bidətləri qadağan edərək demişdir: “Yeniliklərdən çəkinin, şübhəsiz ki, hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir” ("Müsnəd Əhməd", 1/435 və başqaları).
O, həmçinin demişdir: “Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur” ("Səhih əl-Buxari", 2697; "Səhih Muslim", 1718).
Bu iki hədis göstərir ki, dində hər hansı bir yeniliyə yol vermək bidət, hər bir bidət isə zəlalətdir. Yəni etiqad və ibadətlərdə yol verilən hər bir bidət haramdır. Lakin bidətin növünə görə onun haramlıq dərəcəsi də fərqlidir. Onlardan bəzisi, məsələn, qəbirlərə yaxınlaşmaq amalı ilə onların ətrafında təvaf etmək, onlara qurban və nəzir təqdim etmək, qəbirdəkilərə dua edərək onlardan yardım diləmək kimi əməllər açıq-aydın küfr sayılır. Qəbirlərin üzərini tikmək, onların yanında namaz qılmaq və dua etmək kimi bidətlər şirkə aparan yol hesab olunur. Şəriətdə olmayan mərasimlər keçirmək, bidət olan zikrlər, tərkidünyalıq və günəşin qabağında duraraq oruc tutmaq kimi əməllərə gəlincə isə bunlar fasiqlik sayılır.
İxtilaf və parçalanmanın pis əməl olması
Uca Allah parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və Sünnədə bunun qəbahətli bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə küfrünüzə görə dadın əzabı!”–deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar” (Ali İmran, 105-107). İbn Abbas demişdir: “Toplum şəklində Peyğəmbərin (s.a.s) yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır.” Uca Allah, həmçinin buyurur: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159).
Bu ayələr parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Məhz bu səbəbdən yəhudi və xaçpərəstlər həlak olmuşlar və bu hər bir zaman insanların yollarını azmasına səbəbdir.
Sünnədə də ixtilafın və təfriqəyə varmağın yolverilməz bir əməl olmasını bildirən va birliyə təşviq edən bir çox hədislər mövcuddur. İmam Əhməd və Əbu Davud Müaviyənin (r.a) belə dediyini rəvayət etmişlər: Bir dəfə Allahın Elçisi (s.a.s) qalxaraq belə dedi: “Sizdən qabaqkı kitab əhli yetmiş iki firqəyə bölündü. Bu ümmət də yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmlik, yalnız biri- Camaatla olanlar Cənnətlik olacaqlar” ("Müsnəd Əhməd", 4/152; "Sünən Əbu Davud", 5/5).
Bu hədisdə Peyğəmbər (s.a.s) xəbər vermişdir ki, onun ümməti yetmiş üç firqəyə bölünəcək və onlardan yetmiş ikisi Cəhənnəmə daxil olacaqdır. Şübhəsiz ki, onlar özlərindən əvvəlkilərin etdiklərini edənlərdir. İxtilafa gəlincə bu ya yalnız dində olur, ya da həm dində, həm də dünyada olub tədricən dinə aid olur. Bəzən isə ixtilaf yalnız dünyəvi məsələlərdə olur. Hər bir halda ümmətin ixtilaf etməsi və parçalanması qaçılmazdır. Buna görə də Peyğəmbər (s.a.s) bunu xəbər vermişdir ki, bacaran bundan canını qurtarsın.
İxtilaf və parçalanma, öncəki ümmətlərin həlak olmasına səbəb olmuşdur. Quran və Sünnəyə nəzər saldıqda bizə bəlli olur ki, əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur.
Hüzeyfə (r.a) Osmana (r.a) demişdir: “Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər”. O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin (s.a.s) qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur:
Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması.
İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək.
Uca Allah bu xüsusda buyurur: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” (əl-Bəqərə, 176). O, həmçinin buyurur: “Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər” (Ali İmran, 19).
Sünnədə isə Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin” ("Səhih əl-Buxari", 7288; "Səhih Muslim", 1337). Bu hədisdə Peyğəmbər (s.a.s) qövmünə demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir.
İxtilaf rəhmətdirmi?
Bəzi insanlar uydurma olan “Ümmətimin ixtilafı rəhmətdir” hədisinə əsaslanaraq ixtilafın rəhmət olduğunu iddia edirlər. Bu da Quran, Sünnə və əqli dəlillərlə rədd olunur. İxtilafın və parçalanmanın pis bir əməl olması barədə bəzi ayə və hədisləri qeyd etmişdik. Həmin dəlilləri oxuyan üçün zənnimizcə bunlar kifayət edər.
Əksinə Quran göstərir ki, ixtilaf rəhmətlə ziddiyət təşkil edir. Uca Allah buyurur: “Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa” (Hud, 118-119).
Bunu iddia edənlərin dəlilləri isə batil və səhvdir və Sünnə kitablarında bu barədə heç bir əsas yoxdur. Bu da qeyd olunan iddianın batilliyini sübut etmək üçün yetərli dəlildir. Bundan savayı bu əqli cəhətdən də qəbul olunmazdır. Çünki ixtilafın rəhmət olmasını təsəvvürə gətirmək belə mümkün deyil. İxtilaf səbəbindən insanlar arasında hətta fəri məsələlərdə belə vaxtaşırı qətl hadisələri, müharibələr və qarşıdurmalar baş verir.
İxtilaf və parçalanmadan yaxa qurtarmağın yolları
Bizə bəlli oldu ki, nicata çatacaq firqə camaatla olanlardır. Camaat isə Peyğəmbərin (s.a.s) və onun səhabələrinin yolunu tutub gedən, onu heç bir başqa rəyə dəyişməyənlərə deyilir. Şatibi “İtisam” əsərində demişdir: “Camaat peyğəmbərin(s.a.s), onun səhabələrinin və tabiinlərin yolunu tutub gedənlərə deyilir.”
Deməli, nicata çatmağın yeganə yolu dildə, əməldə və etiqadda Əhli Sünnə vəl Camaanın yolunu tutub getməkdir.
Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115). O, həmçinin buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 153).
Tirmizi və başqaları Abdullah ibn Ömərdən Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim ümmətim zəlalət üzərində yekdil ola bilməz–və ya Muhəmmədin ümməti zəlalət üzərində yekdil ola bilməz–Allahın Əli camaatladır” ("Sünən ət-Tirmizi", 4/466).
Beləliklə, aydın olur ki, salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin (s.a.s) sünnəsinə sarılmaqla olur. O peyğəmbər ki, o havadan danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Sünnə İslam əqidəsinin yeganə və əvəzolunmaz qaynaqlarıdır. Bundan savayı bütün yollar xəsarətə aparandır. Sünnəyə sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri mümkündür. İmam Malik (Allah ona rəhmət eləsin) demişdir: “Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək.” Ümmətin əvvəli isə Quran və Sünnəyə əməl etməklə düzəlmişdir. Odur ki, hər bir müsəlman da sələflərin Quran və Sünnəyə yanaşmalarına uyğun olaraq onlardan yapışmalıdır. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115).
Möminlərin yolu səhabələrin və onlara tabe olan hidayət əhlinin yoludur. Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin (s.a.s) sünnəsinə və möminlərin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik. Sonuncu duamız isə belədir: Həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə salam olsun.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR