Axirət gününə iman
Saatın əlamətləri və onların növləri. Saatın əlamətlərinin tərifi
Əlamət və ya nişanə bir şey baş verməmişdən öncə onu qabaqlayan hadisəyə deyilir. Əslində saat zamanın bir hissəsidir, lakin burada "Saat" deyildikdə Qiyamət günü nəzərdə tutulur. Uca Allah buyurur: “O Saat haqqında bilgi Ondadır” (əl-Zuxruf, 85). Saat-Qiyamət gününün ayə və hədislərdə varid olmuş və danışıq dilində tez-tez rast gəlinən ən məşhur adlarından biridir. Qiyamət günü qəfil qopacağına və insanları ansızın yaxalayacağına görə belə adlandırılmışdır. Burada Qiyamətin əlamətləri deyildikdə, o Saat gəlməmişdən əvvəl baş verəcək hadisələr nəzərdə tutulur. Uca Allah buyurur: “Məgər kafirlər o Saatın qəfil onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir” (Muhəmməd, 18).
Qiyamətin əlamətlərinin növləri
Qiyamətin əlamətləri üç qismə bölünür:
Birinci qismi, uzaq əlamətlərdir ki, bunlar artıq baş vermişdir. Bu əlamətlərdən biri Peyğəmbərin (s.a.s) göndərilməsidir. Buxari və
Muslimin "Səhih" əsərlərində Ənəs ibn Malikin belə rəvayət etdiyi nəql edilmişdir: “(Bir dəfə) Peyğəmbər (s.a.s) orta barmağıyla işarə barmağını birləşdirib dedi: “Qiyamət Saatı insanlara, bu iki barmaq qədər yaxın olduğu zaman mən peyğəmbər göndərildim.” ("Səhih əl-Buxari", 6504; "Səhih Muslim", 2951)
Digər bir əlamət Allahın Öz Kitabında xəbər verdiyi kimi ayın parçalanmasıdır. Uca Allah buyurur: “O Saat yaxınlaşdı və ay bölündü” (əl-Qəmər, 1).
Həmin əlamətlərdən biri də Hicaz ərazisindən alovun çıxması və Busradakı (Busra Suriyanın cənubunda yerləşən şəhərdir.) dəvələrin boyunlarına belə işıq düşməsidir. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan Peyğəmbərin (r.a) belə dediyi rəvayət olunur: “Hicaz torpağından od çıxıb Busradakı dəvələrin boyunlarını işıqlandırmayınca Qiyamət qopmayacaq.” ("Səhih əl-Buxari", 7118; "Səhih Muslim", 2902) Bu od Peyğəmbərin (s.a.s) dediyi kimi hicrətin 654-cü ilində Cumadəl-Axira ayının əvvəllərində Mədinənin şərqindən çıxmışdır. O zaman vadilər lava (Vulkanın ağzından çıxan ərgin odlu kütlə) ilə dolmuş və insanlar bundan dəhşətə gəlmişlər. Odun işığını Şam və Busra əhli görmüşdür, oradakı dəvələrin boyunlarını isə Peyğəmbərin (s.a.s) dediyi kimi işıqlanmışdır.
İkinci qisim, orta əlamətlərdir ki, bunlar da zahir olub, lakin hələ bitməyib, əksinə getdikcə çoxalmaqdadır. Bu növ əlamətlər çoxdur.
Həmin əlamətlərdən biri məşhur Cəbrail hədisində deyildiyi kimi kənizin öz ağasını doğması, ayaqyalın, çılpaq çobanların hündür bina tikməkdə yarışmalarıdır.
Muslimin rəvayət etdiyi həmin hədisdə deyilir: “Sonra Cəbrail soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver.” Peyğəmbər (s.a.s) buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir.” O soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver.” Peyğəmbər (s.a.s) buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən.”("Səhih Muslim", 8)
Həmin əlamətlərdən biri də peyğəmbərlik iddiasında olan otuz yalançının meydan gəlməsidir. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allahın rəsulu olduğunu iddia edən otuza yaxın yalançı dəccallar meydana gəlməyincə Qiyamət qopmaz.”("Səhih əl-Buxari", 3609)
Əbu Davudun və Tirmizinin "Sünən" əsərlərində Sövban Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Ümmətim arasında otuz yalançı olacaq və onların hər biri peyğəmbər olduğunu iddia edəcəkdir. Lakin mən peyğəmbərlərin sonuncusuyam və məndən sonra peyğəmbər gəlməyəcəkdir.” ("Sünən Əbu Davud", 4252; "Sünən ət-Tirmizi", 2219)
Bir əlaməti də budur ki, Fərat çayının suyu çəkiləcək və yerində qızıldan bir dağ peyda olacaq ki, insanlar onun üstündə bir-birilərini qıracaqlar. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Furat çayının suyu çəkilib oradan qızıl bir dağ çıxmayınca və insanlar onun uğrunda müharibə etməyincə, Qiyamət qopmaz. Hər yüz nəfərdən doxsan doqquzu məhv olacaq və onlardan hər biri: “Bəlkə xilas oldum”–deyəcəkdir.” ("Səhih əl-Buxari", 7119; "Səhih Muslim", 2894; "Müsnəd Əhməd", 2/261) Bu əlamət hələ ki, baş verməyibdir.
Üçüncü qisim Qiyamətin böyük əlamətləridir ki, bu əlamətlər baş verdikdən dərhal sonra Qiyamət qopacaqdır. Bunların isə sayı ondur və onların heç biri hələ üzə çıxmayıb. Muslim "Səhih" əsərində Huzeyfə ibn Useydin belə dediyini rəvayət etmişdir: “Bir gün biz bir-birimizlə söhbət edərkən Peyğəmbər (s.a.s) bizim yanımıza gəldi və: “Nə haqda danışırsınız?”–deyə soruşdu. Biz: “Qiyamət saatı barədə danışırıq”–dedik. Onda o: “Doğrusu, on əlamət baş verməyincə Qiyamət qopmayacaqdır”–dedi və bu əlamətləri zikr etdi: tüstünün gəlməsi, Dəccalın peyda olması, heyvanın zühur etməsi, günəşin məğribdən çıxması, Məryəm oğlu İsanın yerə enməsi, Yəcuc və Məcucun axışıb gəlməsi, üç yerdə–məşriqdə, məğribdə və bir də Ərəb yarımadasında yerə batma və bir də Yəməndən alovun çıxıb insanları məhşərə qovması.” ("Səhih Muslim", 2901) Bəzi başqa hədislərdə Mehdinin çıxması, Kəbənin viran edilməsi, Quranın göyə qaldırılması da qeyd olunmuşdur.
Təhqiqat aparmış əksər alimlərin rəyinə görə bu üç əlamət də on böyük əlamətə daxildir. Huzeyfə ibn Useydin (r.a) hədisindəki üç yerdə baş verən batmalar bu on əlamətdən qabaq baş verəcəkdir. Hüzeyfə ibn Useyddən rəvayət olunan digər rəvayətlər buna sübutdur. Muslimin rəvayət etdiyi hədisdə üç yerdə batma məsələsi digərlərindən öncə qeyd olunmuşdur. Peyğəmbər (s.a.s) demişdir: “On əlamət olmayınca Qiyamət qopmayacaqdır: məşriqdə, məğribdə və Ərəb yarımadasında batma hadisələrinin baş verməsi, tüstünün gəlməsi, Dəccalın çıxması...” ("Səhih Muslim", 2901) Sonra da qalan əlamətləri qeyd etmişdi. Qurtubi demişdir: “İlk əlamətlər hədisdə qeyd olunduğu kimi üç batma hadisələridir ki, İbn Vəhbin dediyinə görə bunun bəziləri Peyğəmbərin (s.a.s) zamanında baş vermişdir.” İndi isə bu on əlaməti təfsilatı ilə qeyd edək.
Birinci əlamət: Mehdinin gəlməsi
Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (r.a) nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin (s.a.s) adı kimi, atasının adı da Peyğəmbərin (s.a.s) atasının adı kimi olacaq. Əbu Davud və Tirmizi, Abdullah ibn Məsuddan Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək.”("Sünən Əbu Davud", 4282; "Sünən ət-Tirmizi", 2230)
İkinci əlamət: Məsihi Dəccalın üzə çıxması
Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. Allahın izni ilə o bir sıra fövqəladə əməllər etmək bacarığına malik olacaq. O, həmçinin, Allahlıq iddiasında olacaq, lakin onun elədikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Dəccalın çıxmasına dəlalət edən bir çox hədislər varid olmuşdur. Həmin hədislərdən biri Muslimin "Səhih" əsərində Abdullah ibn Amr ibn Asın rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Ümmətimdən Dəccal çıxacaq və bilmirəm, ya qırx gün, ya qırx ay, ya da qırx il yer üzündə qalacaqdır. Sonra Allah Məryəm oğlu İsanı göndərəcək. O, Urva ibn Məsuda oxşayır. Nəhayət, İsa Dəccalı tapıb öldürəcəkdir” ("Səhih Muslim", 2940).
Buxari və Muslimin “Səhih” əsərlərində Abdullah ibn Ömər demişdir: “Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha–Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir” ("Səhih əl-Buxari", 3057; "Səhih Muslim", 169).
Üçüncü əlamət: Məryəm oğlu İsanın yerə enməsi
Quran və Sünnədə göstərildiyi kimi İsa peyğəmbər (ə) ədalətli bir hökmdar olaraq göydən yerə enəcək, xaçları sındıracaq, donuzları öldürəcək və Dəccalı məhv edəcəkdir. Uca Allah buyurur: “Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir” (əz- Zuxruf, 61).
Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa peyğəmbərin (ə) yerə enəcəyinə işarə olduğunu bildirmişlər. Əhmədin “Müsnəd” əsərində İbn Abbasın bu ayənin təfsiri barəsində belə dediyi nəql olunur: “Burada Qiyamətdən öncə İsanın enməsi nəzərdə tutulur” ("Müsnəd Əhməd", 1/318).
İsanın enməsi barədə bir çox səhih hədislər varid omuşdur. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır” ("Səhih əl-Buxari", 2222; "Səhih Muslim", 155).
Dördüncü əlamət: Yəcuc və Məcucun çıxması
Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə onlar Nuhun (ə) övladı Yafəsin nəslindəndirlər. Quran və Sünnədə onların çıxmasına dəlillər vardır. Uca Allah buyurur: “Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!” (əl-Ənbiya, 96-97).
Buxari və Muslimin "Səhih" əsərlərində Zeynəb bint Cəhş (r.a) rəvayət etmişdir ki, (bir dəfə) Peyğəmbər (s.a.s) qəfil onun (otağına) daxil olub: “Allahdan başqa məbud yoxdur! Yaxınlaşmış şərdən dolayı vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı”–dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək (onları) halqa şəklinə saldı” ("Səhih əl-Buxari", 3346; "Səhih Muslim", 2880).
Beşinci əlamət: Kəbənin viran edilməsi
Sünnədə bildirilir ki, bunu nazik ayaqlı bir həbəşi edəcəkdir. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq” ("Səhih əl-Buxari", 1591; "Səhih Muslim", 2909).
İmam Əhməd də səhih isnadla Abdullah ibn Amrdan Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq, onun bəzəyini oğurlayacaq və üstündəki örtüyünü çıxaracaqdır. Mən sanki onun keçəl və əyribarmaq bir adam olduğunu, əlindəki bel və külünglə Kəbəni uçurduğunu görürəm” ("Müsnəd İmam Əhməd", 2/220).
Altıncı əlamət: Tüstünün gəlməsi
Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Quran və Sünnədə bunu təsdiqləyən neçə-neçə dəlillər vardır. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır” (əd-Duxan, 10-11).
Sünnədən isə dəlil olaraq öncə qeyd etdiyimiz Huzeyfə ibn Useyddən rəvayət olunan hədisi göstərmək olar. Həmin hədisdə Peyğəmbər (s.a.s) demişdir: “On əlaməti görməyincə Qiyamət qopmayacaqdır: tüstünün gəlməsi, Dəccalın çıxması, heyvanın çıxması...” ("Səhih Muslim", 2909).
Yeddinci əlamət: Quranın yerdən səmaya qaldırılması
O zaman nə yazılarda, nə də hafizələrdə Qurandan bir ayə belə qalmayacaqdır. Buna dair Sünnədə bir çox dəlillər vardır. İbn Macə və
Hakim, Hüzeyfədən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Paltarın naxışları silindiyi kimi İslam da yox olacaqdır. İş o yerə gəlib çatacaq ki, insanlar namazın, orucun və qurbanın nə olduğunu bilmə-yəcəklər. Bircə gecənin içərisində Allahın Kitabı göyə qaldırılacaq və yer üzündə Ondan bircə ayə belə qalmayacaqdır...” ("Sünən İbn Macə", 4049 və başqaları).
Səkkizinci əlamət: Günəşin günbatan tərəfdən çıxması
Quran və Sünnədə buna bir çox dəlillər vardır. Uca Allah buyurur: “Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (əl-Ənam, 158).
Bir sıra təfsirçilər ayədəki “Allahın ayələri” ifadəsini günəşin batdığı etdiyi yerdən çıxması kimi açıqlamışlar.
Təbəri bu ayə barədə təfsirçilərin rəylərini qeyd etdikdən sonra demişdir: “Bu barədə varid olan rəylərdən ən güclüsü odur ki, Peyğəmbər (s.a.s) bunu günəşin günbatandan çıxacağını bəyan etdikdə demişdir” ("Təfsir İbn Cərir", 8/97).
Buxari və Muslim Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Günəş batdığı yerdən doğmayınca qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu həqiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt: “...əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” ("Səhih əl-Buxari", 4636; "Səhih Muslim", 157).
Doqquzuncu əlamət: Heyvanın çıxması
Bu, böyük bir məxluqdur. Deyilənə görə, həmin heyvan altmış ərəş (dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü)
uzunluğunda olacaq. Onun möhkəm ayaqları, özü də olduqca tüklü olacaqdır. Həmçinin, onun bir neçə məxluqa oxşadığı da bildirilir. Onun Qiyamətə yaxın çıxacağına Quran və Sünnədəki dəlillər sübutdur. Uca Allah buyurur: “O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər” (ən-Nəml, 82). Muslimin Əbu Hureyradan (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Üç əlamət vardır ki, onlar zühur etdiyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir; (bu,) günəşin məğribdən doğması, Dəccal və yer heyvanıdır” ("Səhih Muslim", 158).
İmam Əhmədin Əbu Ümamədən (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.a.s) belə demişdir: “Heyvan çıxıb insanların burunlarına dağ basdıqdan sonra onlar sizlərin arasında yayılacaqlar. Onlardan biri bir qatır aldıqda ondan: “Bunu kimdən almısan?”–deyə soruşacaqlar və o: “Damğalanmışların birindən”–deyə cavab verəcəkdir” ("Müsnəd Əhməd", 5/268). Bu hədisin isnadını Heysəmi və başqaları səhih hesab etmişlər.
Onuncu əlamət: Əzəmətli bir odun çıxması
Həmin od Ədəndən çıxacaq və insanları məhşərə toplayacaqdır. Bu da böyük əlamətlərin sonuncusudur. Bu əlamətə Sünnədə bir çox dəlillər vardır. Muslimin Huzeyfə ibn Useyddən (r.a) rəvayət etdiyi hədisdə deyilir: “Sonra Yəməndən od çıxaraq insanları məhşərə toplayacaqdır.” ("Səhih Muslim", 2901)
Hüzeyfədən (r.a) rəvayət olunan bu hədisin digər bir rəvayətində deyilir: “Ədəndəki bir çuxurdan od çıxacaq və insanları məhşərə toplayacaqdır.”
Bütün bu əlamətlər Qiyamətdən öncə Allahın izni ilə baş verəcəkdir. Həmçinin, bildirilir ki, bu əlamətlər zəncirvari şəkildə ardıcıllıqla baş verəcəkdir. Təbərani “Əvsat” əsərində Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Bu əlamətlər bir-birinin dalınca, zəncirvari ardıcıllıqla baş verəcəkdir” ("əl-Mücəm əl-Ausət", 4283).
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR