- (İbrahim) belə cavab vermişdi: Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!
- Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam! (Başlarına bir oyun açacağam!)
- (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).
- (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!
- (Müşriklərin bəziləri:) İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik! dedilər.
- (Qalanları): Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin! dedilər.
- (Müşriklər İbrahimi tapıb gətirərək:) Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın? - deyə soruşdular.
- (İbrahim sındırmadığı iri bütü göstərib:) Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun! deyə cavab verdi.
- Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz), - dedilər.
- Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): Axı sən bilirsən ki, bunlar danışmırlar! dedilər.
- (İbrahim) dedi: Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?
- Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?
- (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!
- Biz də: Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!) deyə buyurduq.
- Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.
- Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.
- Biz ona (İbrahimə) İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.
- Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
- Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.
- Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.
- (Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
- Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.
- (Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.
- Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
- Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu nemətinə) artıq şükür edərmisiniz?
- Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!
- Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.
- (Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!
- Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.
- (Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.
- Biz onları mərhəmətimizə qovuşdurduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.
- Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): (Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm), -deyib dua etmişdi.
- Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!
- (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!) deyə yalvarıb Rəbbinə dua etmişdi.
- Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.
- (Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik.
- (Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!
- Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik).
- Hər kim mömin ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.
- Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).
- Nəhayət, Yəcuc-Məcüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman;
- Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)! deyərlər.
- (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!
- Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.
- Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.
- (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.
- Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar.
- Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: Bu sizə vəd olunmuş gününüzdür! deyəcəklər.
- Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik).
- Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.
- Həqiqətən, bunda da (Quranda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət qədər) moizə (öyüd-nəsihət) vardır.
- Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).
- (Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun qoyacaqsınızmı?
- (Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: (Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə vəd olunan şeyin (qiyamət gününün və ya möminlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.
- Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!
- Mən bilmirəm, bəlkə də, (cəzanızın) təxirə salınması sizi imtahana çəkmək və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür.
- (Peyğəmbər) dedi: Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!
XƏBƏR LENTİ
“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq
Bu məhsulun qiyməti şoka salır
Bürclərə görə ev dekorasiyası (1)
Qarın yağlarını əridən detoks
NASA AÇIQLADI: oktyabrın 12-də...
Hansı vitaminləri birlikdə qəbul etmək olmaz?
WhatsApp-la bağlı 5 vacib səbəb
Ajda Pekkan doğulub-böyüdüyü evi ala bilmədi-FOTO
Şəxsi nömrəsini hər kəslə paylaşdı
Üz üçün məşqlər
Pul kartınızdan əlavə faiz tutulacaq
Hay-küyü çox, faydası yox
Karantin postları yenidən qurulur
Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
“Con Uik-4” filmində köhnə kadrlardan istifadə olunacaq
Qaraciyəri təmizləyən qidalar
İlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi - YENİLƏNİB + FOTO/VİDEO
Ağ atlı şahzadə
Serqey Lazarev yeni albomu ilə GÜNDƏMDƏDİR-FOTO
Azərbaycanın iki rayonunda zəlzələ olub
Android-lə işləyən ən yaxşı smartfon seçildi
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Hava necə olacaq?
Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Azərbaycanda fevral ayı üzrə manatın orta məzənnəsi açıqlandı
100 il sonra İLK DƏFƏ-FOTO
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
Azərbaycanda daha bir ilk
Misirdə humanoid mumiyası tapıldı
Mehriban Əliyevadan erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Neslihan yoldaşına ad günü sürprizi edib -FOTO
Mürəbbəli peçenye (foto resept)
Azərbaycanda ilk
Bayram namazı sabah qılınacaq?
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Bu il manat yenə ucuzlaşacaq
Beyonse 25 milyon dollarlıq toyda oxudu-FOTO
Bakıda möhtəşəm sevgi etirafı
Saçınız sağlam olsun
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
10 yaşında elə kəşf etdi ki
Hava haqqında - 15.02.2014
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Valideyn çarəsiz, uşaq çaş-baş, müəllim tərəddüddə...
Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?
Valideynlərini itirmiş uşaqlara sosial xidmət göstəriləcək
Bakıda yeni kanal tikilir - yarışlara görə
Bakıda sənədsiz yaşayış binaları
- ŞƏRHLƏR