Ətrafında həqiqətən canıyanan və ürəkdən sevən yaxın adamlar olmadığından Məhəmməd (s.a.v) adətən öz hisslərini gizlətməli olubmuş, hələ kiçik yaşlarından öz daxili aləminə çəkilib, dərd-sərini öz ürəyində götür-qoy edərmiş. Bəlkə də bu “sərbəstlik”dən idi ki, Məhəmməd (s.a.v) artıq 9-10 yaşında ikən kifayət qədər yaşa dolmuş hesab edilirdi. Qoyun-quzunu nəinki Məkkənin ətrafında, hətta şəhərdən xeyli uzaqdakı otlaqlarda da otarmaq ona etibar olunurdu. Burada o, saatlarla, günlərlə tamam tək qalırdı. Görünür, təklik və təklikdə keçirdiyi bu günlər onun mənəvi inkişafında nə isə müsbət rol oynayıbmış. Amma sonralar “bütün peyğəmbərlər uşaqlıqda çoban olmuşlar” dedikdə, (məlum olduğu kimi, deyilənə görə Musa peyğəmbər də əvvəllər çobanlıq edibmiş) güman ki, çoban vəzifələri ilə peyğəmbərlik vergisi arasında nə isə bir bağlılıq olduğunu nəzərdə tuturmuş.
Məhəmməd (s.a.v) tez bir zamanda əmisi Əbu Talibin rəğbətini qazanır. O da atası Əbd əl-Müttalib kimi Məhəmmədi (s.a.v) sevir, ona qəyyumdan tələb olunandan artıq diqqət və məhəbbətlə yanaşır. Qəribədir ki, hələ uşaqlıqdan taleyin onunla rastlaşdırdığı bütün adamlarda balaca Məhəmməd (s.a.v) özünə xüsusi rəğbət və hörmət doğura bilibmiş.
Əfsanəyə inansaq, Məhəmməd (s.a.v) on iki yaşında ikən həyatında ilk dəfə uzunmüddətli səfərə çıxır. Əbu Talib növbəti karvanı Suriyaya yola hazırlayırdı. Məhəmməd (s.a.v) çoxdan belə bir səfərin arzusunda olsa da, bunu əmisinə deməyə cürət etmirdi. Ancaq son anda, əmisi atlanıb həyətdən çıxmaq istəyəndə, Məhəmməd (s.a.v) qəyyumundan onu da özü ilə aparmasını xahiş etdi. O, elə hərarətlə yalvarırdı ki, Əbu Talibin ürəyi yumşaldı, qardaşının bu yetiminə karvanı müşayiət etməyə razılıq verdi.
Karvanın yolu Cənubi Suriyaya idi: Yəsrib ( sonralar bu şəhərə “Mədinə-Mədinət ən-nəbi”, yəni “Peyğəmbərin şəhəri” adı verildi) və Təbukdan keçməli idi. Burada hiss edilmədən Ərəbistan ərazisi qurtarır və bizans sahəsi başlanır.
Artıq VI əsrin sonlarına yaxın Bizansda xristianlığın yunan ( pravoslav) məzhəbi tam və qəti qələbə çalmışdı. Məhz bu səfər zamanı Məhəmməd (s.a.v) ilk dəfəydi xristianlarla qarşılaşırdı. Məhəmməd peyğəmbər (s.a.v) haqqındakı əfsanələrdən birində Əbu Talibin və onun səfər yoldaşlarının Bəsrə yaxınlığında xristian rahiblərindən biri ilə necə görüşdüklərindən danışılır. Əbu Talib hər dəfə səfərə çıxanda adətən burada, əsasən günortadan sonra, istirahət etmək üçün monastırın divarları yanında karvanı əyləyərdi. Kilsənin hücrələrindən birində Bəqir adlı rahib yaşayırdı. O, Əbu Talibi dəfələrlə görmüşdü., ancaq heç vaxt onunla əlaqə yaratmamış və maraqlanmamışdı. Lakin bu dəfə karvan monastıra yetişən kimi Bəqirin onları hamılıqla nahar etmək üçün öz hücrəsinə dəvət etməsi Əbu Talibi olduqca təəccübləndirdi.
Bəqir dedi: “Ey Qüreyş tayfasının adamları, mən sizin üçün yemək hazırlamışam və istəyirəm ki, hamınız-əsilzadələriniz və əsilzadə olmayanlarınız, azad olanlarınız və kölələriniz də bu süfrənin arxasında əyləşsinlər”.
Əbu Talib və onun yol yoldaşları Məhəmmədi (s.a.v) malın yanında qoydular ki, yüklərə göz olsun (onlar Məhəmmədi (s.a.v) uşaq saydıqlarından belə hörmət və ehtirama layiq bilmədilər), özləri rahibə qonaq getdilər. Ancaq əslində Bəqiri maraqlandıran yalnız Məhəmməd (s.a.v) idi. (O, xristianların sehrli və hikmətli kitablarından oxumuşdu ki, yaxın vaxtlarda Allahın yeni, böyük rəsulu zühur edəcək. Ən mühüm cəhət bu idi ki, rahib oxuduğu kitablardan onun dəqiq əlamətlərini də bilirdi. Karvan monastıra yaxınlaşanda rahib onları görmüşdü.). Qonaqların içərisində Məhəmmədi (s.a.v) görməyəndə Bəqir təkid etdi ki, onu da hücrəyə çağırsınlar.
Yemək mərasimi qurtaranda o, Məhəmmədi (s.a.v) ehtiyatla sorğu-suala tutdu, onun həyatını, yuxularının məzmununu öyrənməyə çalışdı. Bundan sonra o, qəti inandı ki, qarşısındakı bu gənc gələcək peyğəmbərdir.
On iki yaşlı Məhəmmədə (s.a.v) bu səfər çox şeyi başa saldı. O, xristian aləminin varlığını, tək Allahlılığın mənasını görüb duydu, hiss etməyə başladı ki, bütə inam sarsımamış ərəb aləmini heç vaxt bir yerə yığa bilməyəcək. Sonralar o dönə-dönə bu barədə götür-qoy edir, yollar axtarırdı.; onu da yaxşı görürdü ki, ərəb aləmini ümumi bir qanuna, həm də ilahi bir qanuna tabe etdirmədən bu xalqı xilas etmək mümkün olmayacaq. Sonrakı səfərlər də bu fikirlərin üstünə daha çox yeniliklər gətirmiş oldu.
Ardı var...
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR