Ətrafında həqiqətən canıyanan və ürəkdən sevən yaxın adamlar olmadığından Məhəmməd (s.a.v) adətən öz hisslərini gizlətməli olubmuş, hələ kiçik yaşlarından öz daxili aləminə çəkilib, dərd-sərini öz ürəyində götür-qoy edərmiş. Bəlkə də bu “sərbəstlik”dən idi ki, Məhəmməd (s.a.v) artıq 9-10 yaşında ikən kifayət qədər yaşa dolmuş hesab edilirdi. Qoyun-quzunu nəinki Məkkənin ətrafında, hətta şəhərdən xeyli uzaqdakı otlaqlarda da otarmaq ona etibar olunurdu. Burada o, saatlarla, günlərlə tamam tək qalırdı. Görünür, təklik və təklikdə keçirdiyi bu günlər onun mənəvi inkişafında nə isə müsbət rol oynayıbmış. Amma sonralar “bütün peyğəmbərlər uşaqlıqda çoban olmuşlar” dedikdə, (məlum olduğu kimi, deyilənə görə Musa peyğəmbər də əvvəllər çobanlıq edibmiş) güman ki, çoban vəzifələri ilə peyğəmbərlik vergisi arasında nə isə bir bağlılıq olduğunu nəzərdə tuturmuş.
Məhəmməd (s.a.v) tez bir zamanda əmisi Əbu Talibin rəğbətini qazanır. O da atası Əbd əl-Müttalib kimi Məhəmmədi (s.a.v) sevir, ona qəyyumdan tələb olunandan artıq diqqət və məhəbbətlə yanaşır. Qəribədir ki, hələ uşaqlıqdan taleyin onunla rastlaşdırdığı bütün adamlarda balaca Məhəmməd (s.a.v) özünə xüsusi rəğbət və hörmət doğura bilibmiş.
Əfsanəyə inansaq, Məhəmməd (s.a.v) on iki yaşında ikən həyatında ilk dəfə uzunmüddətli səfərə çıxır. Əbu Talib növbəti karvanı Suriyaya yola hazırlayırdı. Məhəmməd (s.a.v) çoxdan belə bir səfərin arzusunda olsa da, bunu əmisinə deməyə cürət etmirdi. Ancaq son anda, əmisi atlanıb həyətdən çıxmaq istəyəndə, Məhəmməd (s.a.v) qəyyumundan onu da özü ilə aparmasını xahiş etdi. O, elə hərarətlə yalvarırdı ki, Əbu Talibin ürəyi yumşaldı, qardaşının bu yetiminə karvanı müşayiət etməyə razılıq verdi.
Karvanın yolu Cənubi Suriyaya idi: Yəsrib ( sonralar bu şəhərə “Mədinə-Mədinət ən-nəbi”, yəni “Peyğəmbərin şəhəri” adı verildi) və Təbukdan keçməli idi. Burada hiss edilmədən Ərəbistan ərazisi qurtarır və bizans sahəsi başlanır.
Artıq VI əsrin sonlarına yaxın Bizansda xristianlığın yunan ( pravoslav) məzhəbi tam və qəti qələbə çalmışdı. Məhz bu səfər zamanı Məhəmməd (s.a.v) ilk dəfəydi xristianlarla qarşılaşırdı. Məhəmməd peyğəmbər (s.a.v) haqqındakı əfsanələrdən birində Əbu Talibin və onun səfər yoldaşlarının Bəsrə yaxınlığında xristian rahiblərindən biri ilə necə görüşdüklərindən danışılır. Əbu Talib hər dəfə səfərə çıxanda adətən burada, əsasən günortadan sonra, istirahət etmək üçün monastırın divarları yanında karvanı əyləyərdi. Kilsənin hücrələrindən birində Bəqir adlı rahib yaşayırdı. O, Əbu Talibi dəfələrlə görmüşdü., ancaq heç vaxt onunla əlaqə yaratmamış və maraqlanmamışdı. Lakin bu dəfə karvan monastıra yetişən kimi Bəqirin onları hamılıqla nahar etmək üçün öz hücrəsinə dəvət etməsi Əbu Talibi olduqca təəccübləndirdi.
Bəqir dedi: “Ey Qüreyş tayfasının adamları, mən sizin üçün yemək hazırlamışam və istəyirəm ki, hamınız-əsilzadələriniz və əsilzadə olmayanlarınız, azad olanlarınız və kölələriniz də bu süfrənin arxasında əyləşsinlər”.
Əbu Talib və onun yol yoldaşları Məhəmmədi (s.a.v) malın yanında qoydular ki, yüklərə göz olsun (onlar Məhəmmədi (s.a.v) uşaq saydıqlarından belə hörmət və ehtirama layiq bilmədilər), özləri rahibə qonaq getdilər. Ancaq əslində Bəqiri maraqlandıran yalnız Məhəmməd (s.a.v) idi. (O, xristianların sehrli və hikmətli kitablarından oxumuşdu ki, yaxın vaxtlarda Allahın yeni, böyük rəsulu zühur edəcək. Ən mühüm cəhət bu idi ki, rahib oxuduğu kitablardan onun dəqiq əlamətlərini də bilirdi. Karvan monastıra yaxınlaşanda rahib onları görmüşdü.). Qonaqların içərisində Məhəmmədi (s.a.v) görməyəndə Bəqir təkid etdi ki, onu da hücrəyə çağırsınlar.
Yemək mərasimi qurtaranda o, Məhəmmədi (s.a.v) ehtiyatla sorğu-suala tutdu, onun həyatını, yuxularının məzmununu öyrənməyə çalışdı. Bundan sonra o, qəti inandı ki, qarşısındakı bu gənc gələcək peyğəmbərdir.
On iki yaşlı Məhəmmədə (s.a.v) bu səfər çox şeyi başa saldı. O, xristian aləminin varlığını, tək Allahlılığın mənasını görüb duydu, hiss etməyə başladı ki, bütə inam sarsımamış ərəb aləmini heç vaxt bir yerə yığa bilməyəcək. Sonralar o dönə-dönə bu barədə götür-qoy edir, yollar axtarırdı.; onu da yaxşı görürdü ki, ərəb aləmini ümumi bir qanuna, həm də ilahi bir qanuna tabe etdirmədən bu xalqı xilas etmək mümkün olmayacaq. Sonrakı səfərlər də bu fikirlərin üstünə daha çox yeniliklər gətirmiş oldu.
Ardı var...
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR