Həyatımız əlimizə alovlandırılmış bir qələmdir. Xüsusi aləmimizsə həyat qələminin üzərində yazılar yazıb naxışlar çəkdiyi səhifələrdir.
Doğumdan ölümə qədər həyat qələmimizin ucu xüsusi aləm səhifəmizin üzərində bir an belə dayanmır, yatarkən belə işləyir.
Ya "varlıq" yazacağıq aləm dəftərimizin səhifələrinə, ya da "yoxluq". Ya lazımsız olacaq o səhifələr, ya da sonsuz qiymətli bir sənət icra ediləcək. Məsələn: bir alma yeyiləcək. Mömin üçün bir almanı yemək belə sənətkarcasına bir işdir.
Almanı necə gəldi yeməz, bu hərəkəti bir şah əsərə çevirər. Həyat qələmiylə elə şeylər çəkər ki, mələklərin belə gözünü qamaşdırar, təriflərinə məzhər olar.
Məsələn, əvvəl Allahın adıyla başlayar yeməyə. O meyvənin bir şah əsər olduğunu bilər; bu məlumatla yeyilən hər loxma ilə də öz sənətini incə-incə çəkər. O almanı yemək elə bir hərəkətə çevrilər ki, mələklər salam verib dua edərlər möminlərə bu hərəkətinə görə. Mələklər gözəlliyin zirvə hallarından olan "Bismilləh"in deyilmə anını sevinclə ərşi alaya daşıyarlar .
Mömin böyük bir sənətkardır.
Əməl qələmiylə naxış-naxış işləmələr qoyar sərgüzəşti həyatına və hər naxış bir yalvarışdır. Hər naxış hər şeyi sənətlə yaradan Mütləq Varlığın sənətinə bir tərifdir. Hər sənət əsəri özünü deyil, sənətkarını göstərdiyi ölçüdə böyükdür, dəyərlidir, qiymətlidir.
Mömin həyat qələmiylə aləminin səhifələrində çəkdiyi çizgilərlə özünü, mənliyini, eqoizmini deyil, ONU göstərər, ONA dəlalət edər; özünü deyil, ONU tərifləyər. Özünə pərəstiş edilməsini istəməz mömin. ONA pərəstiş edilməsini tələb edər.
Bir almanı "Bismilləh" deyərək yeməyə başlayan bir mömin həyatının qələmiylə sonsuz qiymətli və sonsuz mənalı bir yazı nəqş etmişdir öz fərdi dünyasının səhifəsinə. Qızıl hərflər belə sönük qalar yanında. Almanın yaranmasını nəfsinə və arzularına fəda etməz, edə bilməz mömin. Bir almanın meydana gəlişinin məqsədinin ondan dad yığmaq olmadığına inanar. Bir dad üçün almaya, almadakı sonsuz sənətə xəyanət etməz, edə bilməz. Yeyərkən zikrini də edər. Almadakı sənətə baxar, təfəkkür edər. Beş duyğusuyla dadar almanı. Ağılıyla və ürəyi ilə dadar. Ruhu belə almadan zövq alar. Bir mömin üçün alma almadan ibarət deyil. Alma onun sonsuz rəhmət və qüdrət qazanında bişirilmiş, sonsuz qiymətli bir varlıqdır. Alma ONUN sonsuz gözəl adlarının təcəllisidir.
Möminin fərqi tövbəsidir.
Bir mömin sonsuz gözəl adların təcəllisinə gözəl bir ayna ola bilmək üçün yaşayar. Yaşayarkən kimilərinin qəflətinə də düşər. Düşdüyü qəflətdən belə bir sənətkar həssaslığıyla çıxar mömin.
Möminin fərqi səhvsizliyi deyil, səhvini qəbul edən tövbəsidir. Tövbəylə sənətinə sənət qatar mömin. Səhvləriylə sonsuz acizliyini dərindən dərk edər. "Səhvsizəm" qüruruyla, özünü sevərək gəzməz. Hər zaman qüsurluluğunu təqdim edər Mütləq Varlığa.
Mömin böyük bir sənətkardır.
Həyatıyla naxışlar çəkər inci-incə. O naxışlar ONUN sonsuz adlarının təcəllisi üçündür.
Mömin bir almanı yeməyi bitirən kimi elə susqun oturmaz. Qalan parçanı başdan edib niyyətini zibil qutusuna atmaz, ata bilməz. Geridə qalan yeyilməyən qismə belə hörmət göstərər.
Almanı yedikdən sonra kainatın ən əhəmiyyətli sənətlərindən birini daha icra edər. Dodaqlarından ''Əlhəmdülillah'' sözü tökülər. Ürəyi və ruhu ONA sonsuz bir minnətlə doludur.
Bir sənət əsərinin dəyərini təyin edən faktorlardan biri də daimilikdir.
Mömin bu dünyada həyat qələmiylə cənnətini tikər. Xüsusi dünyasının axirət və cənnətin keçici bir cücərtisi olduğunu dərk etmiş, sonsuz bir əsər ortaya qoymuşdur. Möminin sonsuz qiymətli sənət əsəri həyatıyla ONU təriflədiyi, ONU xatırladığı, ONA şükr etdiyi, ONA minnət duyduğu anlardır. Mütləq Varlıq da onun həyat qələmiylə yazdıqlarını əbədi bir əsərə çevirər.
Kim ki, nə edirsə-etsin, istər kitab yazsın, istər göz oxşayan bir arxitekturası olan bir bina, istər icadların ən böyüyünə nail olsun, əgər etdiyi işdə ONU tərifləmirsə, ONU izah etmirsə; dünyada bir cür davamlılıq qazansa da, kainatın ölümüylə lazımsız olacaq.
Sənətçi ortaya qoyduqlarıyla ONA deyil, özünə mədhiyyələr düzülməsini gözlədiyi anda, heçliyin və mənasızlığın içində yox olub gedər. Həyat boşu boşuna yaşanmışdır. ONU izah etməyən bir həyatın, bir əsərin heç bir qiyməti yoxdur.
Həyat qələmiylə ONA təriflər düzən, ONA yalvaran, ONU izah edən, ONU tanıyan mömin buna görə böyük bir sənətkardır. Əbədi həyat da möminin ONU izah edən sənət əsərinin əbədi sərgiləndiyi bir sərgi kimidir. Bu da Mütləq Varlığın bizə böyük bir lütfüdür.
Sonda isə yazını Allahın çox gözəl bir ayəsi ilə bitirmək istərdim İnşAllah: (Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı öyrətdi.Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir). Otlar da, ağaclar da səcdə edir. (Allah) göyü ucaltdı və tərəzini qoydu ki, Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz). Tərəzini düz tutun, çəkini əskiltməyin! O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rahmən surəsi 2-13)
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR