Ardı...
Ətraf mühitin mühafizəsi
Azərbaycanın coğrafiya tarixində ətraf mühitin mühafizəsi inkişaf etməkdə olan yeni və əhəmiyyətli elm sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir, ona görə də "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlarda istifadə", "Ekoloji coğrafiya" və başqa adlar işlədilir. Müxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə elm sahəsinin mahiyyətini təbiət-insan- təsərrüfat üçlüyünün arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar qurulmalıdır ki, onun təbiəti və ehtiyatları xalqımızın həm indiki və həm də gələcək nəsillərinin maddi və mənəvi tələbatını tam ödəyə bilsin. Ona görə də Azərbaycan təbiətinin mühafizəsi, bərpası və səmərəli istifadə olunmasının öyrənilməsi sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir.
Belə ki, göstərilən sahənin coğrafi aspektlərinin ciddi tədqiq olunmasına böyük ehtiyac duyulur. Bu tələbat ondan irəli gəlir ki, uzun illərdən bəri respublikamızın yeraltı və yerüstü sərvətləri intensiv istismar olunduğu halda, keçmiş sosialist planlı təsərrüfatçılıq şəraitində, onun qorunmasına və geniş bərpasına zəif diqqət yetirilirdi. Bu boşluğun doldurulmasında, problemin elmi əsaslarla öyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda, təbiətimizin qorunmasında böyük xidmətləri olan akademik H.Ə.Əliyevin təşəbbüsü ilə "Təbiəti mühafizə şöbəsi"-nin yaradılması mühüm rol oynamışdır.
Ölkədə ətraf mühitin mühafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağ-mədən rayonlarında pozulmuş torpaqların rekultivasiyası, qırılan və quruyan meşə sahələrinin bərpası; meşə ziyanvericilərinə qarşı mübarizə üsulları; sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrinin çirkləndirdikləri torpaqların və atmosferin qorunması; su hövzələri və su anbarlarının mühafizəsi və s.. Aparılan bu tədqiqatlar əsasında 1976-1980-ci illərdə Azərbaycanın meşə təsərrüfatının inkişafının baş sxemi və başqa layihələr hazırlanmışdır.
Meşələrin bərpası işlərində yerli ağac növlərindən geniş istifadə olunmasının üstünlükləri müəyyən edilmişdir. Qarayazıdan başlamış Xəzər dənizinədək uzanan Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpasının ətraflı öyrənilməsi (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1976) həyata keçirilmişdir. Meşəçilik sahəsində əldə olunan elmi tədqiqatların və aparılan təcrübələrin nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dövlət qoruqlarının bərpası və inkişafında geniş istifadə edilmişdir. Meşə örtüyünün zərərverici həşəratlardan qorunması üzrə bioloji üsullar hazırlanmışdır (Ə.R.Əliyev, 1968). Azərbaycanın ilk dəfə olaraq meşə xəritəsi tərtib olunmuşdur (N.Axundov, 1986). H.Ə.Əliyev və M.E.Salayevin rəhbərliyi altında Azərbaycan torpaqları, xüsusilə meşə torpaqları, onların mühafizəsi və s. coğrafiyası ətraflı surətdə öyrənilmişdir. H.Ə.Əliyevin "Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları"(1964), "Qəhvəyi meşə torpaqları" (1965), M.E.Salayevin "Kiçik Qafqazın torpaqları" (1966), "Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi" (1991) monoqrafiyaları və b. çap edilmişdir.
Azərbaycan torpaqlarında baş verən eroziya prosesləri, xətti eroziya və onları yaradan təbii-antropogen amillər, mübarizə tədbirləri ümumi və regional miqyasda ətraflı tədqiq edilmiş, zəngin elmi ədəbiyyat və xəritələr yaradılmışdır (K.Ə.Ələkbərov, F.Ə.Hacıyev, Ə.M.Rüstəmov və b.). Daşkəsən və Gədəbəy bölgələrində dağ-mədən tullantılarının aqrokimyəvi xüsusiyyətləri və mikroelementlərinin mexaniki tərkibi öyrənilmişdir. (K.R.Məmmədov, 1988). Müəyyən edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq onları əhənglə qarışdırmaq lazımdır. Yalnız belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.
Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogübrə kimi üzüm bağlarında istifadə edilməsi, onun məhsuldarlığını yüksəldir və yarpaqlarında əmələ gələn göbələk xəstəliklərini tamamilə yox edir.
1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan çox bölgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin paylanma xəritə sxemi tərtib olunmuşdur ki, bunların da əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti vardır (A.H.Niyazov, 1985,1988).
Ermənistan Respublikasının qonşuluğumuzda yerləşən Qafan, Qacaran, Aqarak, Dəstəkert mis-molibden kombinatlarından Oxçuçaya və Araza axıdılan çirkli suları bu regionun ətraf mühitinə və kənd təsərrüfatı bitkilərinin ekologiyasına mənfi təsir göstərir.
Həmin sularla suvarılan torpaqlarda ağır metalların həcmi həddən artıq olmuşdur (İ.Ə.Quliyev, 1990). Xəzər dənizinin ekoloji şəraitiningərgin vəziyyəti nəzərə alınaraq onun öyrənilməsinin və mühafizəsinin təşkili həm respublikamızın və həm də həmsərhəd ölkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft və digər çirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gül, 1993), Azərbaycan sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi öyrənilmişdir (N.M.Ağalarova, 1992).
Alimlərimiz bütövlükdə Xəzər akvatoriyasında çirklənmənin tərkibi, Azərbaycan sahillərində isə yayılmasının kəmiyyət və keyfiyyət tərkibini öyrənmiş və onların ilkin xəritələrini tərtib etmişlər. Xəzər dənizinin ekoloji mühitinin qorunmasına həsr edilən fundamental əsərlərdən biri də A.Q.Kasumov "Xəzər gölünün ekologiyası", (Bakı, 1994, rus dilində) monoqrafiyasıdır. Burada Xəzərin bütövlükdəçirklənməsi, bioloji mühiti və onun qorunması haqqında ətraflı biliklər verilir. Hazırda Xəzər üçün ən vacib problem onun sektorlara bölünməsini başa çatdırmaq, onun mühafizəsini isə bütün sahil ölkələrilə birgə həyata keçirməkdir.
Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun mühafizəsinin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi bu ölkələrin diqqət mərkəzində durmalıdır. Şəhərlərin sənaye müəssisələrinin müxtəlif tullantılarla atmosferivə ətraf ərazilərin çirkləndirilməsi məsələləri Gəncə şəhəri timsalında ətraflı öyrənilmişdir (İ.B.Xəlilov, 1991, Ş.İ.Məmmədova, 1996). Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Gəncə və onun ətraf ərazilərini ən çox alüminium zavodunun tullantıları çirkləndirir.
Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərən istilik-elektrik stansiyalarının ətraf mühitə təsiri məsələləri də tədqiq edilmişdir və səmərəli təkliflər verilmişdir (A.B.Mirzəyev, 1987).
Azərbaycan çaylarının istifadəsi və su hövzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev, N.Ə.Məmmədov), su anbarlarının ətraf mühitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron göllərinin ekoloji vəziyyəti (A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.
Bakı Dövlət Universitetinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının əməkdaşları Abşeronun neftlə çirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili zonaların mühafizəsi və ətraf mühitin optimallaşdırılması (Ş.Y.Göyçaylı) və s. üzrə geniş elmi-tədqiqat işləri aparmışdır. Kafedranın təşəbbüsü ilə 1990-1997-ci illərdə ekologiya üzrə respublika miqyaslı elmi-metodiki konfranslar keçirilmişdir. Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli sürülmüşdür.
Ətraf mühitin mühafizəsi üzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri görülmüşdür.
Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində Ekologiya İnstitutu yaradılmışdır. Kosmosdan ətraf mühitin müntəzəm öyrənilməsi, mühafizəsi və onda baş verən dəyişiklikləri izləyən müşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata keçirilir. Azərbaycan EA Coğrafiya İnstitutunun müvafiq şöbələri və BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasının əməkdaşları "Azərbaycanda təbiətin mühafizəsinin (1986-2000-ci illər) kompleks sxemi"-nin və təbii ehtiyatlardan səmərəli istifadə olunmasının kompleks proqramı»nın və digər çox mühüm dövlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişlər.
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə və coğrafi ekologiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci ildən isə müvafiq kafedra yaradılmışdır.
Azərbaycan təbiətinin öyrənilməsində, təbliğində və ətraf mühitin mühafizəsi sahəsində bir çox alimlərin danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xüsusi qeyd olunmalıdır.
Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Özünün "Həyəcan təbili" (1982) kitabında akademik yazmışdır: "Torpaq dilə gəlib şikayətləndi. Kimdən? Özünün süd verib bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından birisi kimi haray saldım... dedim ki, qoysəsimi hamı eşitsin. Həyəcan təbilini insanların qulağının dibindən asmaq lazımdır". Digər müəlliflərlə şərikli yazdığı "Kənd təsərrüfatı və təbiətin mühafizəsi" (1980), "Azərbaycanın torpaq fondu və onların səmərəli istifadəsi və mühafizəsi"(1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən böyük keşikçisi olaraq qalmışdır.
B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun "Təbiəti qoruyaq" (1977), "Dözümlü və dözümsüz təbiət" (1990) və b. kitab və məqalələrində öz əksini tapmışdır. Müəllif bizim ədəbiyyatda ilk dəfə olaraq üç aparıcı-təbii, təbii-antropogen və antropogen amillərinəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona ayırmışdır. Hər bir rayonun ətraf mühitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata keçirmə haqqında dəyərli tövsiyyələr verilmişdir.
Azərbaycanın yeni iqtisadi şəraitə keçməsi, onun təbii ehtiyatlardan xüsusilə, neft–qazdan istifadəyə beynəlxalq şirkətlərin cəlbedilməsi ətraf mühitin qorunması və bərpasının dünya standartları səviyyəsində qurulması işləri ciddi dövlət nəzarəti altındasaxlanılmalıdır. Beynəlxalq təbiəti mühafizə təşkilatları–BMT ətraf mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi.
Taptıq Həsənov
Əbdürrəhim Hacızadə
"Coğrafiya tarixi"
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor
- ŞƏRHLƏR