
Uşaq psixoloqu Sitarə Zeynalovanın sözlərinə görə, bu cür halla xüsusilə də hər şeyin qaydasında olmasını və səliqəni sevən analar barışa bilmir. Bu cür analar oyuncaqları özləri yığışdırmağa ərinmirlər. Lakin onlar uşaqlarının gələcəyinə görə narahat olurlar. Onların özləri kimi məsuliyyətli və qaydalara əməl edən olmalarını arzulayırlar. "Bəzi valideynlər yanlış olaraq, uşaqlara qarşı çox tələbkar olurlar. Onlar təkid edərək, ya da uşağı döyərək oyuncaqlarını yığışdırmağa məcbur edirlər. Bu isə əksinə uşaqda oyuncaqlarını yığışdırmağa qarşı nifrət hissini yaradır. Uşaqlar sonradan nəinki oyuncaqlarını, böyüdükcə otağı səliqəyə salmaq, paltarlarını yerinə qoymaq, kitab-dəftərini də yığışdırmaq istəməyəcək. Ya bunu qorxudan edəcək, ya da pinti insana çevriləcək", - deyən müsahibimiz hesab edir ki, bu səbəbdən də məktəbə qədər yaşda olan uşaqlardan tam səliqəli olmağı tələb etmək düzgün deyil.
Onun sözlərinə görə, oyuncaqları yığışdırmaq prosesini əyləncəyə, oyuna çevirməklə uşağı maraqlandırmaq olar: "Oyuncaqlar üçün nəzərdə tutulan dolabları fərqləndirin. Bir dolaba yalnız maşınları, o birisinə konstruktor tipli oyuncaqları, digərinə də musiqili oyuncaqları və ya gəlincikləri yığmaq olar. Uşaqlar daim oyun oynadıqları və hərəkətdə olduqları üçün oyuncaqları dolablara yerləşdirməyi unuda da bilərlər. Ona görə də uşağa səliqənin vacib olduğunu xatırlatmaq lazımdır".
Oyuncaqları uşaqla birgə yığışdırmaq isə həm uşağa, həm də valideynlərə sevincli anlar yaşadacaq. Eləcə də fikir verin ki, uşaq oyuncaqları vaxtında yığışdırsın. Bunun müntəzəm etsəniz vərdiş halını alacaq. S.Zeynalovanın dediyinə görə, oyuncaqların dolablarını rahat yerlərə qoymaq lazımdır ki, uşaq yığışdıranda əziyyət çəkməsin. Oyuncaqları saxlamaq üçün dolablar, rəngli qutular, müxtəlif rəfləri ayırmaq olar.
Bəzən elə olur ki, oyuncaqlar çox olduğu üçün uşağa onları yığışdırmaq çətin olur. Uşaq yerə, rəfə, çarpayıya və s. o qədər oyuncaqlar qoyur ki, otağa girəndə səliqəsizlikdən insanın əsəbləri korlanır.
S.Zeynalova bildirib ki, oyuncaqları yığışdırmaq prosesini oyuna çevirəndə uşaq üçün maraqlı olur: "Yaxşı olar ki, bu zaman uşaqla rollu oyunlar oynayasınız. Misal üçün, oyuncaq özü oyuncaqları yığışdırsa, daha macəralı olar. Guya ki, gəlincik və ya maşın özü oyuncaqları götürüb yerinə qoyur. Bu oyun ələ keçirilən oyuncaq olduqda daha şən keçir. Uşaq oyuncağı, məsələn, ayını bir əlinə keçirib onun köməyilə oyuncaqları yığır. İstənilən uşaq bu cür rollu oyundan zövq alır. Rollu oyunlar uşaqların təxəyyülünü daha da inkişaf etdirir".
Onun dedyinə görə, uşaq oyuncaqlarını yığışdıranda mütləq onu tərifləmək lazımdır: "Əgər o, nəyisə düz eləməsə də, onu danlamayın. Axı o, balacadır və oyuncaqlarını yığışdırmağa çalışıb. Sizdən tərif və əzizlənməyi gözləyir. Otaqları uşağın öz zövqünə görə yığışdırmağa imkan verin. Qoy oyuncaqları, qutuları və s. şəxsi əşyaları zövqünə görə düzsün. Balaca hazır evciklərin, maşınlar üçün qarajların otaqda olması isə həm şən əhval-ruhiyyə yaradır, həm də oyuncaqları həmin yerlərə qoymağa həvəsləndirir".
Bəzi valideynlər yanlış olaraq uşaqları mükafatla həvəsləndirirlər. Psixoloq isə bildirir ki, bu cür tərbiyə üsulu yolverilməzdir: "Uşaq artıq kiçik yaşlarından səliqənin mühüm olduğunu anlamalıdır. Bunu mükafat hesabına etməməlidir".
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şagird və tələbələri maraqlandıracaq proqnoz
Ən az 6 ay əmizdirərək diabetdən qorun
Ankara terrorunu bu qruplaşma öz üzərinə götürdü
Magistraturaya sınaq imtahanlarının vaxtı və qiyməti bilindi
Mobil telefonun övladınıza vurduğu zərbələr
Azərbaycanın iki rayonunda zəlzələ olub
Acun Baba olur-FOTO
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Tramp kritik əhəmiyyətə malik ştatda qələbə qazandığını açıqladı
Göz yaşı
Kainatda Yerə bənzər yüzlərlə planet tapıldı
Körpənin ana bətnində tərpənişləri...
Martın ilk gününün havası
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
İgid qazimiz keçdiyi döyüş yolundan danışdı - VİDEO
Diqqət! Diqqət! Danışır Bakı!
Eyfel iştirakçı komandaların rənginə boyanacaq
Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
Gənclərə MÜJDƏ: mənzil dərdi bitəcək
Ronaldo 600-cü qolunu vurdu!
"Facebook" bizi aldadır
Dubaydakı həyatından danışdı: "Burada daha rahatam"
Tez hazır olan duzlu xiyar(foto-resept)
Velosipedçilər İsmayıllı yolunda
"Benfika" 35-ci dəfə çempion oldu
Dövlət dərman vasitələrinə necə nəzarət edəcək?
Səhər yeməyində 3 qidadan uzaq olun
Əhməd və Fatimənin dastanı: "Kim deyir ki, eşq yoxdur?"
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tüpürcək vəzi iltihabı və müalicəsi
Köhnə geyimlərdən yeni don tikdi
Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO
Spiker deputatın 2 aylıq uşağına süd verdi
Margot Robbienin gözəllik sirləri
Ermənistanın Əməkdar artisti Mxer Mesropyan: “Vladimir Vladimiroviç Putinə zəng edin”
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
"Bir qutu mərmi" - VİDEO
Serdar Ortaç jurnalistlərə qəzəbləndi-SƏBƏB
Azərbaycan müharibə mesajı verdi
Azərbaycandan Gürcüstana pulköçürmələr KƏSKİN ARTDI
Kosmik gəmi keksi (foto resept)
Ruhaninin prezident seçkilərindəki əsas rəqibi bəlli oldu
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (1)
Toy mərasimindən möhtəşəm şəkillər
Pulla izləyici sayı artıran məşhurlar
Günün qoroskopu: səbrli və təmkinli olun
Abituriyentlərin nəzərinə!
Çuğundur haqqında bilmədiklərimiz















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]