Həftə sonu xoş istirahət etməyin, vaxtınızı yaxşı dəyərləndirməyin yollarından biri də Kinoteatrlara getməkdir. Çalışdığımız qədər kinoteatrlardakı həftənin yeni filmlərindən sizi xəbərdar edirik.
Bu həftənin yeni filmləri arasında sizə ilk tanıdacağımız Tom Kruz-un baş rolunda olduğu "Cek Riçer" filmidir. Filmdə beş adi vətəndaşı güllələmiş snayper hökumət qüvvələri tərəfindən həbs edildikdən və iş açıldıqan sonra, xəfiyyə Cek Riçer bu cinayət hadisəsini araşdırmağa başlayır.
Filmin seansları ilə buraya klikləyərək tanış ola biləriniz.
Digər bir film isə qorxu kinosu həvəskarlarının ürəyincə olacaq - "Məzar axtaranlar 2". Gənc rejissor Aleksin əlinə, “Məzarları axtaranlar” dəhşətli film düşür. Kino ona heç bir təsir bağışlamır, lakin, “Axtaranlar” filmindən qısa video parçanı anonim sürətdə alandan sonra, onu münasibəti dəyişir. Alınmış xəbər onu maraqlandırır və tanınmış dəhşətli filmin yaradıcılarını tapmaq istəyir. Lakin onun cəhdləri boşa çıxır, o anlayır ki, “Axtaranlar”da göstərilmiş hadisələr həqiqətən də baş verib və filmin müəllifləri artıq ölüb. Filmin seans cədvəlləri ilə buraya klikləyərək tanış ola bilərsiniz.
Romantik komediya, drama sevən tamaşaçılar üçün növbəti yeni film maraqlı olacaqdır - "Qadının başqa həyatı". Filmin qəhrəmanı Marinin qırx yaşı tamamn oldu. Amma o qəribə hiss keçirir: səhər yuxudan durub, hiss etdi ki, elə bil son on ili heç yaşamayıb. Sona çatan eşqi isə-boşanmaya 4 gün qalır-yenidən başlayır. Keçmişi dörd günə geriyə qaytarmaq olarmı?
Filmin seansları ilə buraya klik edərək tanış ola bilərsiniz.
Növbəti yeni filmimiz də, Rusiya istehsalı olan, baş rollarında Pyer Rişar, Şamil Xamatov və Aqniya Çadova-nın paylaşdığı “Oyuncaq satıcısı” filmidir. Filmin qəhrəmanlarından Nikolya Bersen - rus köklü fransızdır. Milad öncəsi Nikolya öz əsili haqda daha çox öyrənək üçün Rusiyaya yola düşür. Kim bilərdi ki, bu səfər onun həyatını dəyişəcək? Rusiyada onu macəra, ailə xəzinəsi və əsl məhəbbət gözləyir.
Filmin seans cədvəli ilə buraya klikləyərək tanış ola bilərsiniz.
Həftənin Azərbaycan filmi isə “Niyyət” filmidir. Filmin əsas rollarında Fuad Axundov, Rövşən Məmmədli, Münəvvər Əliyeva və Naidə Əliyeva çəkilmişlər. Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Qəhrəmanlardan biri qumar oynayır, içki içir, gününü boş və mənasız işlərə sərf edir, digəri isə əyləncələrdən imtina edərək bir niyyətlə yaşayır. Bu iki gənc həyat yollarında toqquşur və sonda hər ikisi bir yolda addımlamağa başlayır.
Seans cədvəlləri üçün buraya klikləyib baxa bilərsiniz.
Bundan başqa tamaşaçıların maraqla izlədiyi “Evim Sensin” “Xobbit: Gözlənilməz Səyahət” “Pinin Həyat Yolu” kimi filmlər də kinoteatrlarda göstərilməyə davam edir. Həftənin bütün filmləri ilə KinoTap-da tanış ola bilərsiniz. Hər birinizə xoş istirahətlər.
XƏBƏR LENTİ
Olmazsa olmazımız "sırqalar"
Təhsil Nazirliyindən məktəbli forması ilə bağlı tövsiyə
Bu günün tarixi (18.05.2014)
Toyunda qara gəlinlik geyindi!
Anar Məmmədxanovun qızı təqdimatda
Neft yenidən ucuzlaşıb
Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək- VİDEO
Kerem Bursin onunla sevgilidir-FOTO
Cəbhədə vəziyyət gərginləşdi
Yayda bədəni təmizləyən detoks tövsiyələri
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Koronavirusa yoluxanlar hansı xəstəxanalarda müalicə olunur? - Siyahı
Göyçaylı fermer arı südü istehsal edir
Bir dua,bir sevgi
Özünə zərər vermək də bir xəstəlikdir
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA
Kıvanç Tatlıtuğ “Çukur”a gəlir?
Füsunkar Göygöl
Gözəl saçlar üçün 6 qızıl qayda
Bu ölkə eboladan xilas oldu
Dünyanın ən zövqlü bomju-FOTO
Hind mədəniyyəti-2
Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar - RƏSMİ
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Rus Dili dərs-9
Nanəli şarlotta (foto resept)
Atanın övladlarına ad günü hədiyyəsi
Noxud şorbası (foto-resept)
İradə testi
Uşaqların sosial-psixoloji inkişafı-22
ÜST koronavirusla son rəqəmləri açıqladı
Leysan, qar yağacaq - XƏBƏRDARLIQ
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO
HAVA necə olacaq?
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Dəbli gəlinlik modelləri
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İlon Mask malikanəsini 29 milyon dollara satdı
Yay aylarında dəri baxımı
Üç zəvvarımız öldü
Sila İMİCİNİ DƏYİŞDİ_FOTO
Qurban bayramının vaxtı bəlli oldu
Süfrə nizamı necə olmalıdır?
S-300 raketləri təlimdə (FOTO)
Gecə yeməmək üçün nə etməli?
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (I hissə)
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Gələcəkdən gəlmiş Nuh danışdı-FOTO
Sağlamlığa faydalı olan möcüzəvi qarışım
- ŞƏRHLƏR