Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 5 may 2015-ci il tarixində özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər.
“Biz Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, abunəçilərimiz “Bakcell”in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Şəbəkə resursu serverinin məhsuldarlığı (istifadəçinin məzmun yüklədiyi server), istifadəçinin yerləşdiyi məkan, gün ərzində istifadə olunduğu vaxt və şəbəkənin yüklənmə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq, Bakcell şirkətinin 4-cü Sür@ xidməti digər mobil internet xidmətləri ilə rəqabət aparmaq üçün aşağıdakı faydaları təmin edir:
2G şəbəkəsi | 3G şəbəkəsi | ||
Ortalama İnternet sürəti (Mbps) | 0.06 – 0.1 | 3 - 5 | 10 - 20 |
Yüklənmə | müddəti | ||
İnternet səhifə | 50 saniyə | 1 saniyə | Dərhal |
Musiqi (5 MB) | 8 dəqiqə | 11 saniyə | 2 saniyə |
Video klip (25 MB) | 42 dəqiqə | 1 dəqiqə | 13 saniyə |
Kino (750 MB) | 21 saat | 30 dəqiqə | 7 dəqiqə |
HD video (1.5 GB) | 42 saat | 1 saat |
14 dəqiqə |
“İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq, lakin bizim planlarımıza bu şəbəkənin sürətlə genişləndirilməsi daxildir, belə ki, şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir” deyə, cənab Şirer əlavə edib.
Hazırda 4G LTE şəbəkəsinin əhatə dairəsini bu linkdəki xəritədə görə bilərsiniz: http://www.bakcell.com/az/4-cu-sur
Bakcell bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatordur. Smartfon istifadəçiləri təklif olunan müxtəlif variantlardan birini seçə bilər ki, bunlardan da ən əlverişlisi ayda cəmi 10 AZN-ə 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır.
Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq.
Planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart.
Kommersiya təklifləri barədə daha ətraflı məlumat almaq üçün http://www.bakcell.com/az/4-cu-sur səhifəsinə daxil olmağınız xahiş olunur.
Məlumatötürmə sürəti 150 Mbit/s-ə çatan Bakcell şirkətinin LTE xidmətindən artıq 2-3 aydır ki, 4000-dən yaxın abunəçi faydalanır. Onlardan bəziləri bu xidmətlə bağlı öz fikirlərini bölüşürlər: http://ikt.lent.az/news/197682; http://ikt.lent.az/news/197852; http://ikt.lent.az/news/197891
Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında 4G mobil internet xidmətindən istifadə edən ən çox abunəçi sayına malik olduğunu tam əminliklə iddia edə bilər. Şirkətin keyfiyyət və innovasiyalarla bağlı məsələləri daim diqqət mərkəzində saxlaması onun bu seqmentdə dayanıqlı lider mövqeyini qorumasını təmin edəcək.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?
"Bakıda hazırkı temperatur normadan yüksəkdir" - Nazirlik
Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Yağ: bu qədər qorxu hardandı?
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Birinci xanımların içindəki TƏK KİŞİ
Dronla yadplanetli gəmini lentə aldı-FOTO
Uşaq köpəyi, köpək uşağı xilas etdi
Kimlər ünvanlı sosial yardım ala bilərlər?
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb
Yağış yağacaq
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mehriban Əliyeva onu qonaq çağıran ailənin evində - FOTO
Dərman kimi qidalar
Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)
Bakıda şaxtalı havalara son
Not ilk dəfə kim tərəfindən yaradıldı?
Normal dəri
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Twitter-də "smaylik"lər peyda oldu
Bakı-Ələt yolunda yeni keçid
Evi təmir etdi, 17 milyona satışa çıxardı - FOTO
Yeni Təhsil nazirimiz kimdir? - DOSYE
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Amerikalılar Trampın pandemiya ilə bağlı sözlərinə etimad etmədilər
Pul yığmaq üçün hansı dəyişiklikləri etməli?
Dünyanın ən gənc milyarderi
Mübariz İbrahimov
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
İnstagram çökdü
Azərbaycanda təhlükəli sürüşmə
Xoşbəxtlik üçün 20 addım(1)
İtirilmiş telefonlardakı məlumatları silmək mümkün olacaq
HAVA necə olacaq?-18 Avqust
Tələbə qız azdı, meşədə 25 gün sağ qaldı
Dəbli toy donları
Səhralar
Məşhurlar 80-ci illərdə
Yuxudan gümrah oyan - 7 məsləhət
Azərbaycanda zəlzələ olub
Təzə əncir şirniyyatı (foto-resept)
Hamiləlikdə baş ağrısı və miqren
Dahilərdən gözəl sözlər - 11
Bir sehrli meyvə - qreypfrut
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Ətli-göbələkli rulet (foto resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Rəsm cəkməyi öyrənək-3
- ŞƏRHLƏR