Fatma xanım
İlk əvvəl evləndiyi adamı yaxşı tanımalıdır. Kimdir, nəçidir... İnanın ki, əsil-nəsil öyrənmək çox vacibdir. Evlənməkdə tələsmək olmaz! Yaxşı düşün, sən ailəliyə hazırsanmı? Ailə qurandan sonrada ən vacibi dözümdür. Ailəlikdə "mən" yox, "biz" olmalıdır. Bir də ailə arasında olan söz-söhbəti ikisi həll etsə yaxşıdır.
Louis Vuitton
Ailə qurmaq insan həyatının elə əhəmiyyətli bir dönəmidir ki, gərək hər addımı yüz ölçüb, bir biçəsən. Mən nə qızlar, nə də oğlanlar üçün erkən evliliyin tərəfdarı deyiləm. Qızlar üçün ən gözəl evlilik yaşı 22-24 yaş arası, oğlanlar üçünsə, 25 yaşdan sonradır. Ailə həyatından öncə gərək birinci təhsili fikirləşsin gənclərimiz. Çünki sağlam bir ailənin təməli məhz təhsildən keçir. Sevmək gözəl hissdir, bunu danmayaq, amma ağılla sevmək xoşbəxtliyin açarıdır. Oğlanlara məsləhətim odur ki, elə qızı sevib, aşiq olsunlar ki, valideynləri ilə tanış etdikdə "yox" cavabını almasınlar. Qızlar isə sevdikləri üçün valideynlərindən üz çevirib, qoşulub qaçmasınlar heç vaxt. Sevərkən düşünsünlər, bu mənim valideynlərim üçün yaxşı gəlin, kürəkən ola bilərmi? Demirəm sevdiklərini valideynləri üçün seçsinlər, yox, amma hər bir valideynin arzusu yaxşı gəlin və kürəkən görməkdir, bundan onları məhrum etməsinlər. Valideyn məsləhətinə qulaq asmaq vacibdir, mütləqdir. Heç bir valideyn övladının bədbəxtliyin istəməz. Düzdür, yanlış qərar verən valideynlər də olur bəzən, iki sevən şəxsi inada ayırırlar, amma buna da bir çıxış yolu var. Ona görə deyirəm ki, oğlanlar 25 yaşdan tez evlənməsinlər, bu yaşda daha düzgün seçim edirlər, valideynlərini də razı salmağın yolun daha yaxşı bilirlər. Düşünün, bu hal daha çoxalıb son zamanlar. Gənc, cavan oğlan dul və ya boşanmış bir xanıma vurulur və hətta övladı olmasına baxmayaraq onunla evlilik qərarı verir. İndi valideyn bu izdivaca narazı olmayıb neyləsin? Sevgi qoyacaqsınızsa adını, axı sevgi də gərək hissə yox, ağıla tabe ola. Bəlkə bu xarici dövlətlərdə keçərli haldır, amma bizim adətlərə ziddir axı. Olmaz ki, özünə uyğun birini sevə? Valideyn də ürək açıqlığı ilə oğul toyu edə? Mənə elə gəlir heç bir ana oğlunun bu seçimini alqışlamaz. Bəlkə haqlı deyiləm? Sonda hər bir gəncə gözəl sevgi, sağlam düşüncə, xoşbəxt ailə arzulayıram. Qoy qızlarımız ata ocağından çıxarkən onlara çırağın başına dolandırıb xeyir dua verən valideynləri olsun, vağzalı sədaları altında bəy evinə yola düşsünlər, oğlanlar qız qapısına elçi gedərkən sağında, solunda baş ucalığı ilə valideynlərini aparsın. Subaylar, ağsaqqal, ağbirçək nəsihəti evinizdən əskik olmasın, xeyir-dua olan evdə xoşbəxtlik də, ruzi də olacaq. Bu şeirlə sözümü tamamlayıram:
Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
Vağzalı çalınır, anan ağlayır.
O, nələr etmədi toyunda, nələr
Bu həsrətin yeri nə tez bilindi?
"Vağzalı" çalınır, son dəqiqələr...
Özgə bir yuvaya köçürsən indi.
Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri, xəyalı,
Bəs niyə kövrəlir o birdən-birə?
Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
Vağzalı çalınır, anan ağlayır.
Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşın.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.
Göz yaşı inci tək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
- "Ay qızım, xoşbəxt ol!" - söyləyir sənə,
Vağzalı çalınır, anan ağlayır.
Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.
Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
Vağzalı çalınır, anan ağlayır.
Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayır, bacım.
Gedirsən ən şirin arzu-kam kimi,
"Vağzalı" çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!
Ruhəngiz
Günəş, mənə də xəbərində yer verdiyin üçün sənə təşəkkürümü bildirirəm. İlk öncə Allahdan qızlarımıza qarşılıqlı sevgi üzərində qurulmuş ailə həyatı arzu edirəm. Subay qızlarımıza bir neçə məsləhətim olacaq. Ailədə söz-söhbət həmişə olub, olacaq da. Bunsuz mümkün deyil. Mənim birinci məsləhətim bu olardı ki, özünüzə hörmət qoyun. Nə xoşunuza gəlmədi və yaxud da sizin xətrinizə dəyəcək bir söz, hərəkət (əlbəttə ki haqsız yerə) oldusa onu yerindəcə həll edib sözünüzü deməyi bacarın. Çünki bunları əvvəldən etməsəniz sonra gec olacaq. Amma, yoldaşının valideynləri, bacı və qardaşına qarşı da mehriban olun. Bir az da arsız, bivec olun. Çünki hər sözə durub fikir versəz əsəbləriniz pozulacaq. Gənc olanda bu özünü o qədər də büruzə vermir. Amma yaşa dolduqca əsəb-sinir sisteminin zədələmədiyi orqan qalmır. Mən bunu özümdən bilirəm. Mən də bu 18 ildə hədsiz dərəcədə haqsızlıq görmüşəm. Dinib danışmamışam, elə indinin özündə də. Hamısını içimə vurmuşam. Odur ki, salamat yerim qalmayıb. Digər məsləhətim də budur ki, əziz qızlar, söz-söhbəti heç vaxt valideynlərinizə deməyin. Çünki onlar da fikir çəkəcəklər, sonra da yoldaşın tərəfə deyəcəklər, ortda inciklik yaranacaq. Səhəri gün sən yoldaşıngillə barışacaqsan. Amma atan-anan pis yerdə qalacaqlar. Çalışın öz aranızda həll edin. Can deyib, can eşidin. Çünki bu dünyada müvəqqətiyik. Çalışaq yaxşı əməllərimizlə tanınıb yadda qalaq. Sonda isə bütün subay qızlarımıza xoşbət, sağlam ailə həyatı arzulayıram.
Nuriyyə
Mən subay qızlara deyərdim ki, ata-analarını, ümumiyyətlə böyükləri eşitsinlər. Hər bir insanın bir çılğınlıq dövrü olur və həmin dövrdə aldanmaq ehtimalı böyük olur. Ona görə hər bir sirrinizi, istəyinizi ananızla, özünüzdən böyük bacınızla bölüşün. Siz nə qədər ağıllı olsanız, nə qədər çox bilsəniz də onların dünya görüşü, bildikləri sizinkindən qat-qat üstündür. Hər bir işdə seçim edərkən istər ailə həyatı quranda, istərsə də başqa işlərində yenə böyüklərlə məsləhət edin. Yüz ölçün, bir biçin ki, sonra peşman olmayasınız. Ata-ana xeyir-duası ilə ailə həyatı quran hər bir qız xoşbəxt olur. Sonda bütün Qadin. netlilərə Allahdan xoşbəxtlik arzulayıram.
Nazlı
Qızlarımız gərək təhsil alsın. Təhsil vacibdir, sonra ailə qursun, əgər evində, ailənlə birlikdə xoşbəxt olmaq istəyirsənsə, ailənin qədrini bil, yoldaşına qarşı diqqətli ol! Ailə sözsüz- söhbətsiz olmur. Hər sözü böyüdüb dava düzəltmək lazım deyil, evin sözünü-sirrini cölə cıxartmaq olmaz! Yoldaşının qohumları ilə yaxşı münasibətdə ol! Ərinin qayğısına qal, hörmətini saxla, yoldaşına hər bir vaxt dəstək ol! Birdə, canım, əsas ərin sevgisini qazan, hərəkətinlə, əməlinlə. Xoşbəxt olun!
Yeganə
Əlbəttə, ideal bir ailə yoxdur hayatda. Ailə kiçik bir dövlətdir, çalışmaq lazımdır evin sirri çölə çıxmasın. Bunun sənə ziyan ola bilər ki? Xeyr, olmaz, hamımız- biz gəlinlər o çətin yolları keçmişik. Hər şeyə səbrlə yanaşmaq ancaq sənin xeyrinə ola bilər, hər şey müvaqqəti çətinlikdir. Nənəm həmişə deyərdi: Qız gərək dilinin altına bir qənd qoysun gedəndə, bir də qızlarımıza demək istərdim ki, heç vaxt getdiyiniz evdə ayrı -seçkilik qoymayın. Bu elə ilk dəfədən sizin mənfi cəhətiniz olar. Qızlar, hər dövrün öz vaxtı var. Ailə qurmağa tələsməyin, arayın, seçin, sevin-sevilin, sonda qarar verin. Hər birinizə qadın xoşbəxtliyi, sevimli gəlin, qayğıkeş ana olmağınızı arzulayıram.
İlqayda
İlk öncə saytda olan bütün nişanlı qızları təbrik edirəm. Allahdan xoşbəxt olmaların diləyirəm. Bir bacı kimi onlarla xoşbəxt evlilik düşüncələrimi bölüşmək istəyirəm. Mənə görə ilk növbədə hər iki tərəf ilk öncə dost olmalıdır, bir birilə rahat hər mövzuda danışa bilmələri üçün. Hər bir şeyə görə dava salmamaq, diqqətlə dinləmək, sonra öz düşüncələrini bölüşmək. Mənim ailəm mənə görə hər kəsdən və hər şeydən önəmlidir. Qadın hər zaman yönətici və ailəni irəli aparan qüvvə olmalıdır. Bir söz var: qadın istərsə kişini tac edər, istərsə yerdən yerə vurar. Hər kəsə könlünün tacını başının tacı etməsini arzulayıram. Gözəl xanımlar, xoşbəxt olun!
Nərmin Musayeva
Əvvəlcədən bütün xanımlara qadın xoşbəxtliyi arzu edirəm. Mən özüm 17 yaşında nişanlanmışam, 19 yaşımda da toyum olub. O vaxtlar elə bilirdim ki, hər şey ilk günki kimi olacaq, amma illər keçdikcə insan hər şeyi daha aydın başa düşür. Məsələn, indiki yaşım onda olsaydı heç nəyə tez qərar verməzdim. Niyə? Çünki əvvəlcə təhsilimi bitirib, sonra iş həyatım olardı, daha çox ünsiyyətlər, daha çox bilik, daha çox dünya görüşü əldə edərdim. Sizlərə tövsiyyəm, əziz qızlarımız, həyatda heç nə üçün tələsməyin. Bir addım atmazdan qabaq düşünün bir il sonrasını, iki il sonrasını, nələr edə biləcəyini düşün. Ən gözəl ailə qurmaq yaşı 25 yaşdır. İnanın hər şey çox daha dözəl olacaq. Mən peşman deyiləm, amma ki, tələbəliyimin ən gözəl çağlarını qaçırdım, arzusunda olduğum iş həyatım olmadı və s. Çalışın həyatın gözəl anlarını gözəl yaşayın, heç nə üçün tələsməyə dəyməz, qızlar!
Yagmur
Yazacaqlarım şəxsi həyatıma əsasən qənaətə gəldiyim təcrübələrimdən olacaq. Tam olaraq şəxsi həyatımdan yazmayacam, çünki o zaman o artıq şəxsi olmaz. Yuvanın təməli sevgi, istiliyi razılaşma, daima da hörmətdir. Yoldaşınıza hər zaman, hər yərdə hörmətlə yanaşın, hətda kiçik konfiliktlər yaşamış olsanız da, heç vaxt adam icində bunu bəlli etməyin. Çəkişməyən bərkiməz. Evliliyin ilk başında hər şey yolunda getməyə bilər və yaxud da hər şey yolunda ikən birdən nələrinsə dəyişdiyini hiss edə bilərsiniz. Bu o demək deyildir ki , O, artıq sizə qarşı soyuyub. Kişilərin dözülməz xasiyyəti olduğu kimi qadınların da dözülməz xasiyyətləri var. Səbəbini tapmağa çalışın. Qadınlar kimi kişilər də evlilikdə dinclik, yoldaşı tərəfindən aydın olmaq, ünsiyyət qura bilmək, iş streslərindən sonra evdə özünü qəbul edilmiş, əhəmiyyət verilmiş hiss etmək istər, yoldaşından maraq görmək istər. Davamlı özündən şübhələnən, sorğulayan bir yoldaş istəməzlər. Məhəmməd Peyğəmbər (s.a.s) buyurub: "Heç vaxt 3 şeydə qüsur axtarma, yoxsa onlarsız qalarsan: Dostluqda, yeməkdə və həyat yoldaşında." Ərinizə sahib olmaq istəyirsinizsə öncə onun mədəsinə sahib olun, kompleksli olmayın,özünüzdən razı olun, baxımlı, pozitiv, təbii, özünə inanan olun. Əsla təqlidçi olmayın. Qaynananızdan və ya onun qohumlarından narazı olduqda heç vaxt onun yanında pisləməyin. Yumşaq tərzdə sözünüzü deməyin yollarını axtarın, qaynana problemlərindən çox da başım çəkməyib. İldə 1 dəfə, 1 ay görürəm ya yox. Ona görə də bu baredə çox şey deyə bilməyəcəm. Sonda bütün qadınlara sevib- sevilmək, ailə xoşbəxtliyi arzulayıram. Düşdüyünüz ailədə hörmətli gəlin olasanız. Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir. Ona görə də birləşən əlləriniz heç ayrılmasın.
Kristen
Sözün açığı, mən yeni ailə qurmuşam. Təcrübəm o qədər də uzun deyil, amma anamın, bibimin dediklərini cəmləyib öz təcrübəm kimi deyim. Ümumiyyətlə ailədə hər zaman qızların düşündüyü kimi "sevgilim, canım, həyatım, ömrüm" bu və ya bu kimi qulağa xoş gələn sözlər ömür boyu işlənmir. Buna özünü hazırlamaq gərəkdir ilk öncə. Nişanlı ya da sevgiliykən hər şey daha asan görünür. Ailə qurduqdan sonra ailə qayğı, şəfqət istər. Bunu yaşatmaq gərəkdir. Bayağı sözlərlə sevgi olmazmış... Azərbaycan ailəsində belə bir şey var ki, "kişi deyən olmalıdır". Doğrudur! Yəni baxır nə dərəcədə. Demirəm haqqsızlığa boyun əymək lazımdır. Yoldaşının dediyi ilə razılaşmaq lazımdır. Nə qədər müasir düşüncəli olsa belə, nə qədər dünya görmüş olsa belə Azərbaycan kişisi elə Azərbaycan kişisidir. Xoşbəxt olmaq üçün hər zaman nəyəsə göz yummaq gərəkdir! Məndən bu qədər. Sonda bütün subay və ailəli qızlarımıza sonsuz xoşbəxtlik arzu edirəm. AMİN!
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR