Gülçin
"Yaşamağa yardım edən həyat devizim" bu cümlədə böyük bir məna var. İnsan bu dünyaya gəldikdə hər şeydən xəbərsiz olur, başına gələcəklərindən, onu qarşıda hansı həyat gözləyir və s. Bəlkədə bütün bunlardan xəbərsiz olmağımız bizi yaşamağa, mübarizə aparmağa vadar edir. Zamanla yaşamağa yardım edən həyat devizimiz dəyişir. Uşaq olduğum zamanlarda yaşamaq devizim tez böyümək, məktəbi bitirib hansısa bir peşəyə yiyələnmək, valideyinlərimin qayğısına qalmaq ,onların ehtiyyaclarını ödəmək və s. olub. İndi özüm anayam, bu həyatda övladlarım üçün yaşayıram. Onların xoşbəxt gələcəklərini görmək, onlarla fəxr etmək istəyirəm. İnsan Allahın ona verdiyi bəlli bir ömrü, bizə isə bəlli olmayan ömrümüzü çalışıb layiqincə yaşamalıyıq, yoxsa gec ola bilər. Bu fani dünyada günahlardan, səhvlərdən uzaq olmalıyıq ki, axirətdə layiq olduğumuz mükafatı ala bilək. Heç vaxt ruhdan düşmürəm, həyatımdan da narazıçılıq etmirəm, çünki Allah bilən məsləhətdir. Ən böyük yaşamağa yardım edən devizim Allahımın sevimli bəndələrindən olmaq, onun bizə buyurduğu həyatı yaşamaqdır.
alisa1971
"Yaşamaq yanmaqdır , yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır , demək ,
Onun da həyatı yanmağındadır " (N.Gəncəvi)
Həyat şirindir, baxmayarq ki, həyatımız boyu pis-yaxşı sürprizlərlə qarşılaşırıq. Yaşamaq istəyirik, nə olursa olsun, çünki, bizi yaşamağa məcbur edən sevdiklərimiz var. Biz sevirik, Yeri-göyü yaradan Böyük Allahımızı, biz sevirik canımızdan artıq sevdiyimiz övladımızı, biz sevirik anamızı, Vətənimizi, yəni bunu bir az da uzatmaq olar. Amma, mən desəm ki, məni yaşadan arzularımdır, ümidlərimdir. Və hərdən fikirləşirəm ki, bu həyatda olmasam həmişə mənə mənəvi ehtiyacı olan anam, həm mənəvi və həm də maddi ehtiyacı olan övladım necə olar. O zaman başlayıram Allahıma yalvarmağa, ondan bir az da ömür payı istəməyə. Və bir də deyirəm ki, Allahım sən sevdiklərimə, qocalara, kimsəsizlərə, əlillərə kömək ol. Bir şam kimi yanırıq, özümüzü oda-közə vururuq, ömrümüz beləcə şam kimi əriyib gedir zamanın axıb gedən geri dönməyən anlarının içində. Beləcə qocalırıq, amma ümidlərimiz sönmür. "Ümid sonda ölər" deyib atalarımız. Müasir dövrümüzdə tamam başqa cürdür. Bu gün gördüyün gənc bir də görürsən ki, sabah intihar etdi. Ölümlər cavanlaşıb. İnsanların iradəsi ölüb sanki, çarpışmaq, vuruşmaq, mübarizə , mücadilə aparmaq istəmirlər. Bu məni yaman qorxudur. Sabah başımıza gələcək hadisələrdən heç birimiz sığortalanmamışıq. Bu həyatdır. Dünyaya gəlmişiksə , bu ömür payını yaşamağa, başa vurmağa borcluyuq. İndi dəbdə olan bir ölüm var - İntihar. İnsanın yaşamasına yardım edən, ümidlərini öldürən şübhələr artıb , sanki.
Yaşamağıma yardım edən isə ümidlərimdir:
"Dövlətlilər - var- deyə , doldurarlar piyalə,
Yoxsullar - olar- deyə ümid bağlar, xəyalə".
Dr Agayeva
Seçdiyiniz mövzu çox gözəldir: "Yaşamağa yardım edən həyat devizim". Gündəlik həyatımızda bizi qıcıqlandıran, stresə salan çox hadisələr olur. Hətta, bəzən bir söz belə bir günümüzün əsəb ilə keçməyinə səbəb olur. Bütün xəstəliklər isə sinir sistemindən başlayır. Belə gərgin həyatı yaşamamaq üçün özümə belə bir deviz seçmişəm:" Mən hamıdan dəyərliyəm". Kimsə kefimi poza bilməz, heç bir sözü beynimde fırlatmam. Nə qədər ömür yaşayacağımı bilmədiyim həyatda mən sakit yaşamaq istəyirəm. Əvvələr isə bəzən bir sözü günlərlə yadımdan çıxara bilmirdim. Bütün pozitiv enerjimi yoldaşıma və balalarıma ötürürəm... Allaha təvəkkül edərək sakit bir həyat yaşayıram. Onu da deyim mənim bu devizim tək mənə yox qohum əqrəbada iki xanıma da əməlli başlı təsir edib.:)
ToRmEnTo
Mənim uşaqlığımdan devizim “Gözəllik dünyanı xilas edəcək” olub. Həyatım boyu gözəlliyə çox önəm vermişəm. Hər şeyin ən gözəlinə sahib olmaq istəmişəm. Bəlkə də kənardan gülməli gələ bilər, amma bu məndən aslı olmayan bir şey olub. Istər insanlar, istər əşyalar, yeməklər. Həyatımdakı hər şey gözəl olmalı idi. Sevib ailə quracağım insan da nə olur olsun gözəl olmalı idi. Hər zaman deyirdim ki, mən ilk öncə gözəlliyinə diqqət edəcəm. Bilirəm səhv fikir idi, əsas insanlıqdı. Amma, inandığım bir şey də var ki, insanın içinin gözəlliyi hər zaman üzünə vurur. Bu yaşıma kimi üzü gözəl, içi çirkin insanla qarşılaşmamışam. Allah bundan sonra da qarşılaşdırmasın. Sonralar həyatın çətin üzlərini görməyə başladıqca, yeni bir devizim oldu: “Çalış bu günü yaşa, gələcək haqqında düşünmə, o özü onsuzda gələcək”. Yaşadığım çətinliklər mənə gələcəkdə daha da çətin günlər ola biləcəyini göstərirdi. Amma, mən gələcəyi düşünmədən hər günün istər çətinliyini,istərsə də gözəlliyini yaşadım. Taleyə, alın yazısına çox inanıram. Bilirəm ki, alnıma nə yazılıbsa onu da yaşayacağam. Gələcəyi düşünərək günlərimi düşüncəli, qorxaraq keçirəcəyimə, buraxıram axışına. Çox-çox şükür edirəm ki, Allah məni belə düşündüyüm üçün peşman etməyib.
Asi
Həyat devizim sevdiklərimin yanımda olmasıdır. Həmişə Allahdan bir şey istəyirəm, mənim canımı onlardan tez alsın. Bilirəm səhf düşünürəm, amma itkiyə, bir də kimisə xəsətə görməyə dözə bilmirəm. Qurban olduğum Allah hərəyə bir ömür yazıb. Çox yaxın biriləri, 8 ay birisi, digəri isə 2 il yarim xəstə yatdi. Onlarn o vəziyyəti hələdə gözümümn önündən getmir. Bəlkə də belə düşünməklə günah işlədirəm, amma məndə buna dözəcək ürək yoxdur. Özümə nəsə olsa dözərəm, amma başqasına olmasın. Bir də yardıma ehtiyyacı olana, amalım yardım etməkdir. Amma, bu barədə danşmağı xoşlamıram. Kiməsə böyük köməyim dəyib desəm yalan olar, amma bacardığım qədər edirəm.
Yeganə
"Yaşamağa yardım edən həyat devizim"-demək olar bu barədə ancaq xəyal olaraq düşünmüşəm. Heç vaxt nəyinsə artıq olmsını istəməmişəm. Allahım məni nə ilə mükafatlandırıbsa, onunla qane olub oturmuşam. Heç vaxt heç nəyə görəsə naşükür olmamışam. Bir Allahımdan həmişə sağlam can arzulamışam, cünki həyatda o yoxdursa demək hec nə üçün yaşamağına dəyməz. Mən həyatımın qalan hissəsinidə yalnız bu arzuynan, amalnan yaşayacam. Bax mənim yaşamaga yardım edən həyat devizimdir. Bu fikirlər üzərində cərayan edib edəcək də!
Pervane
Əvvəl Allaha 1000 dəfə şükürlər olsun ki, bu gün varam və var olduğum həyatda sevib sevilərək yaşayıram. Özümü tanıyandan, həyatı dərk edəndən anladım ki, hər bir şeyi maraqla öyrənməyə çalışır, haqsızlıqlarla heç cür barışa bilmirəm (buna görə də həmişə əzab çəkmişəm). İllər-illəri əvəz etdikcə də xarakterimdə yeniliklər gördüm və bunları həyatın keşməkeşli yollarında özümdə kəşf etdim... Mən mənəmsə həmişə qalib olmağa çalışaram, heç kimin qəlbini qıra bilmərəm, heç vaxt və heç yerdə özümü əzdirib alçaldan hərəkətə yol vermərəm, özümdən qeyri heç kim göz yaşlarımı görməz və hamı məni deyib-gülən, xoşxasiyyət, mehriban biri kimi tanıyır (vay o günə üzüm dönə-o da bıçaq sümüyə dirənəndən sonra olur). Bütün bu yazdıqlarımın bürcümlə də əlaqəsi var. Yəqin bu "Qoç" olduğuma görə bu belədir. Deməli, mənim "Yaşamağa yardım edən həyat devizim" birinci Allahın sevimli qulu olmaq, ailəmi qoruyub həmişə, hər yerdə alnı açıq-üzü ağ etmək, uşaqlarımı xoşbəxt görmək üçün yorulmadan vuruşmaq və əsil insan kimi yaşamaqdır. Lalə bacı, məni də bu gözəl və mənalı xəbərinə dəvət etdiyinə görə sənə də səmimi təşəkkürümü bildirirəm.
Pervanə Əliyeva
"Yaşamağa yardım edən həyat devizim" -bu sualı mənə Atam rəhmətə gedədnən bir ay sonra versəydin bilməzdimki nə cavab verim. Ona görə ki, Atam rəhmətə gedən gündən hər şey öz mənasını itirdi. Əslində o vaxta kimi həyatımda cox problemlər yaşamışdım. O vaxtlar belə sınmadım. Çünki, ayaqlarımın üstündə durmağı bacardım. Amma, Atamın ölümü məni həm sındırdı, həm də həyatdan küsdürdü. Mən atamla, a tamda mənnən nəfəs alırdı. Hecnə gözümdə deyildi. Təssəvvür edin ki, bir dəqiqə gözümdən qoymadığım oğlumu rayona apardılar ki, babasının ölümünü bilməsin, onu belə yaddan cıxartdım. Bir necə günnən sonra birdən nəsə narahat oldum. Ürəyim sıxıldı, başladım ağlamağa. Yoldaşıma dedim ki,tez rayonu yığ danışım balama nəsə olub. Bir təhər məni sakitləşdirdilər. Oğlumun səsini telefonda eşidəndə gördümki o orda ağlıyır dözə bilmədim. Sən demə bir gün qabağ zəhərlənibmiş ona görədə mən narahat olmuşam. Yoldaşıma gedib uşağı gətirməyini xahiş etdim. Həmin günü səhərə kimi yatmadım. Oğlumu bağrıma basana kimi elə bil illər kecdi. Onda başa düşdümki mənim həyatda yaşamağa yardım edən devizim ailəmdi. Anamdi, balalarımdı, qardaşlarımdı, məni dunyalar qədər sevən həyat yoldaşımdı. Və o günnən özümə söz verdim ki, ailəmə görə balalarıma görə yaşıyacam. Atam üçün cox darıxıram. O həmişə mənim qəlbimdədir. Amma, ölənnən ölmək olmur, sadəcə ömür boyu o dərdi daşıyırsan. Canı bizə Allah, verib o da bizdən alacaq. Bu gün nə qədər nəfəsimiz gəlib, gedirsə kiməsə görə yaşamalıyıq. Allah səndən razı olsun gözəl bacım. Ən azından sizlərlə həyatımda olan nəyisə bölüşdüm.
Həyat devizim-yaxşı düşün, yaxşı olsun, bütün günümü müsbət fikirlərlə keçirirəm,. Bilirəm ki, nə düşünsəm o olacaq, bir də-sevdiyim bir kəlmə var, onu da tez-tez işlədirəm-"İnsan taleyini əməlləri ilə yazır".
Selena
"Yaşamağa yardım edən həyat devizim"- ailəmdir. 15 yaşımda atamı itirdikdən sonra ailəmdən ikiəlli yapışdım. Onları qoruması üçün həmişə Rəbbimə dua edirəm. Təkcə onları deyil, bütün ailələri qorusun. Bütün uşaqlar analı, atalı böyüsünlər. Atamı itirdiyim zaman mən çox pis halda idim, əgər Rəbbim mənə güc verməsəydi çətin ki, mən yıxıldığım yerdən qalxa bilərdim. Çətin ki, mən yenidən əvvəlki tək həyatda yaşamağa davam edərdim. Allah dua etməklə təsəlli, güc tapdım. Ona sığındım və ona hər an möhtac oldum. Təkcə çətin və acılı günlərimizdə deyil, həmişə dualar və şükürlər etməliyik Rəbbimizə. Çünki, o uca, mərhəmətli və ədalətlidir. İnşallah sona qədər ona inananlardan olarıq və düzgün yoldan dönmərik. Amin!
Mehebbet Şıxəliyeva
Mənim "Yaşamağa yardım edən həyat devizim"- Allaha və sevdiklərimə qarşı olan sevgimdir. Bu məni yaşadır. Həmçinin insan yaşadıqca ümid edir, arzulayır. Bu həyatda çalışaq ki, real ola biləcək arzuları arzulayaq. Arzular gözəldir, amma qapılmayasan gərək. Bəzən reallıq alır, əlimizdən arzularımızı. Və bizi yaşadan başqa bir ünsür isə arzulardır. Allah hamının arzularını çin etsin, Amin!
Fidan
Mənim "Yaşamağa yardım edən həyat devizim"- indiki, ikinci həyatımda belədir:
Hər an Allah, hər an Quran, hər an xöşbəxtlik.
Bunu yaşadığım üçün bilirəm, nə qədər ki, məqsədin dünyadakı nemətlərdir- xoşbəxtliyin anlardan ibarət olacaq. O zaman ki, yaşamaq məqsədin yaradılan yox, Yaradan oldu- tam, həqiqi xoşbəxtliyi yaşamağa başlayırsan. Bu ayələr məni silkələdi deyə bilərəm:
3/Ali İmran-14 : İnsanlara, "qadınlara, oğullara, tərəzi tərəzi yığılmış qızıl və gümüşə, salma atlara, heyvanlara və əkinlərə olan sevgidən ibarət olan" şəhvətləri (həddindən artıq düşkünlükləri) gözəl göstərildi. Bunlar, dünya həyatının mənfəətləridir. Və Allah, onun qatındakı ən gözəl sığınacaqdır.
6/Ən'am-32 : Dünya həyatı bir oyun və əyləncədən başqa bir şey deyil. Axirət yurdu, təqva sahibləri üçün əlbəttə daha xeyirlidir. Hələ ağıl etməzsinizmi?
29/Ənkəbüt-64 : Və bu dünya həyatı, oyun və əyləncədən başqa bir şey deyil. Şübhəsiz ki axirət yurdu, əlbəttə o gerçək həyatdır. Kaş ki bilsədilər.
Bir ildən artıqdır, Allahın əmrlərinə və yasaqlarına itaət edəcəyimə and içdiyim gündən, həyatımın hər anında, hər addımımda Rəbbimin əmrlərinə qarşı çıxmamağa çalışıram. Əlbəttəki, 100% bunu edə bilmirəm, amma, bu mümkünsüzdür. Biz İmam, peyğəmbər deyilik, deyənlərə də demək istəyirəm ki: Mümkündür! Biz istədikdən sonra, Allah "Ol!" dedikdən sonra mümkündür. İstəmirik və mümkün deyil deyirik, nəfsimizin qaranlıqlarına yenilirik... Bir ildən artıqdır ətrafımdakı insanları da getdiyim, inandığım Haqq yola dəvət etməyə, onları xoşbəxt etməyə həsr etmişəm. Peşman da deyiləm. Nə qədər qınansaq da, çox vaxt anlaşılmasaq da, hətta təhqir də edilsəq də, iftiralara məruz da qalsaq - bu yolda olanlara Rəbbinin Lütfüdür yaşadıqları...
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR