Fatma xanim (ekspert)
Ən çox "Qaynana" filmindən "Deməli, mən qanmazam, hə, deməli mən heç nə bilmirəm hə. Onda bu ütünü götür, vur mənim təpəmə" və "Bəxt üzüyü"ndən "Sənə deməmişəm Fatma cijindən sitat gətirmə" və indi də "Ə, mən niyə partlamıram" sitatlarını gətirməyi çox sevirəm.
Akif Əhmədov
Gün ərzində ən çox işlətdiyim söz:İlahi, mənə qəlb rahatlığı göndər ki, dəyişdirmək mümkün olmayan şeylərə alışa bilim. Mənə güc-qüvvət göndər ki, mümkün olan şeyi dəyişə bilim. Mənə müdriklik göndər ki, birincini ikincidən fərqləndirə bilim. Qədim inklərin and-amanı
Gücü kişiyə, gözəlliyi qadına vermişik.Hər şeyi məğlub edən güc, tək gözəlliyə məğlub olacaq. (İsmayıl Həbib Sevük)
Gah açıb gülə dönür,
Gah yanıb külə dönür
Gah sakit gölə dönür
Bilmirsən nədir insan.
(Mahnı sözləri)
Sitatlar:
1.Ümumiyyətlə, kişi gərək arvadı sevməsin.Kişi vətənini, müharibəni sevər.Bəzi kişilər də gözəl xalçaları və nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast gəlmək olur.Leyli və Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin qəzəllərindən xəbərin varmı? Hafiz bütün ömrü boyu eşqi-məhəbbəti tərənnüm edib. Amma bəzi ağıllı adamlar deyirlər ki,Hafiz ömründə bir qadınla belə yatmayıb. Məcnun isə əməlli - başlı dəli idi. İnan mənə , oğlum. Kişi qadını qorumalıdır, ona baxmalıdır,amma sevmək qadının vəzifəsidir.Allahın buyurduğu belədir.
Mən ona cavab verməyib susmağı üstün tutdum.Atam da dinməz oturdu. Bəlkə də o, haqlı idi. Kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil. Mən hələ həyatda atamın təcrübə və biliyinin zirvəsinə çatmamışdım. Qurban Səid "Əli və Nino" romanı.
2. Əslində bədbəxt insan xoşbəxtliyin nə olduğunu bilir. Xoşbəxt isə xoşbəxtliyi bir maniken kimi hiss edir:xoşbəxtliyi yalnız nümayiş etdirir.İşıq işıqlı vaxt hiss olunmur. İşıq yalnız qaranlıqda görünür. Remark."Üç yoldaş".
3. Kim demiş avropa insanı mədəni?
Nə ədəb var, nə həya, lüm-lüt bədəni!
Əgər mədəniyyət açıb saçmaqsa bədəni;
Desənizə heyvanlar bizdən daha mədəni!
Mehmet Akif Ərsoy.
Atalar sözləri:
Vacib şeylər gözlə baxılanda görülə bilməz.(Antuan de Sent Ekzüperi)
Nəyi ki, qavramışam onlar çox gözəldi. Buradan belə bir nəticəyə gəlmək olur ki,nəyi ki, başa düşməmişəm, onlar da gözəldir.(Sokrat)
Atəşə atəşlə cavab verənin sonunda əlində qalan kül olur. (A.V. Buren)
Röyaları gerçəkləşdirmənin ən qısa yolu röyadan oyanmaqdır. (J.M.Povver)
Louis Vuitton (ekspert)
Sitatlarıma başlayım 1. "Qızına elçi gedənəcən Əlişə atam deyirdin". ("Ulduz") 2. "Sənə əjdaha lazımdı?" ("Bəyin oğurlanması") 3. "Məhəmməd, sən heç evli olmamısan?-Yox, anadangəlmə dulam". ("Ulduz") 4. "Abasqulu ağanın nazıyla çox oynayırıq aaa, Kərbəlayi". 5. "Cinə, şeytana oxşayırsan, Qəmlo" ("Axırıncı aşırım") 6. "Kəs səsini, Allahın xoşuna gəlməyən heyvanın adını çəkmə".("Sehirli xalat")7. "Vəsf et məni, şair. - Vəsf vaxtı deyil, afət!"("Nəsimi").8. "Gəray bəyə mədəniyyət yox, bircə güllə lazımdı".9. "Deməli, saymadı bizi Sarı Şəmistan".10."Canavar tək qalanda başına çaqqal-çuqqal yığışar".11."Uduzmusan, bəy! Nəyi uduzmuşam, gədə? Ağalığını, keçmişini, gələcəyini, hamısını uduzmusan, bəy!" 12. "Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı? "Yanıq Kərəm" , bəy. Çal, aşıq, ağa-bəy havasıdır, çal".("Yeddi oğul istərəm").13."Dədəmin goru haqqı, bizim kənddə arvadı ildə doğmayan kişiyə millət birtəhər baxır eee".14."A Seda, İrasim gejələr öyə çoxmu yorğun gəler. Net, a şto? Bajı, bu gejələr sənnən oturub, şeirdənmi deyim, beylaqan vəziyyətdənmi deyim, söhbət eləmirmi?" 15."Bəri bax,a bajı, bu Söyün səni dədən evindən birdəfəlik alıb, ya kreditlə? O niyə sənə hər ay pul verməlidi?"15. "Belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana, qadınlar". ("Bəxt üzüyü"). Ürəyim doludu, çox yazardım, amma bəsdi.
Ruhəngiz (istifadəçi)
Atalar sözlərindən - "Ayağını yorğanına görə uzat", "Allahın yazısından qaçmaq olmaz", "Allahın məsləhəti belə imiş". Kinolardan burda sitat çəkməmişəm.Amma ən çox xoşuma gələn sitat "Məşədi İbad" komediyasındakı "Bu gəlini gətirəndə baxmazlar ki, arvaddı, ya kişi?"
....SƏKİNƏ.... (istifadəçi)
Ən cox işlətdiyim söz - darıxıram. Ən çox istifadə etdiyim atalar sözü: "Saxla samanı, gələr zamanı".
♥TuTu ♥ (istifadəçi)
Bu günlərdə ən çox işlətdiyim sözlərdən 1-cisi "Üşüyürəm" sözüdür, çünki soyuq havanı elə də xoşlamıram. Kinolardan dilimdə olanı çoxdur. Bəzən kimsə gülməli hərəkət edəndə zarafatla deyirəm: "Allahım neden yaradıbda takip etmiyorsun". Atalar sözünüsə ha düşündümsə də xatırlamadım, yəqin işlətmirəmmiş, gərək nəzərə alım)) Cavablarımız zarafatyana olsa da sonda demək istərdim ki, həyatda nə olursa-olsun, pis və ya yaxşı, təki dilimizdən hər zaman "Allah bu günümə də şükür" sözü əksik olmasın. Amin!
๑۩۞۩๑PRINCES๑۩۞۩๑ (istifadəçi)
Elə də diqqət yetirməmişəm, amma bəzilərini deyim.
"Necə istəyirsən,nə məsləhətdi,özün bil" kimi sözlər işlədirəm.Danışmağı o qədər də sevmirəm, sözün düzü, ona görə də çox vaxt "Nə danışım?" sözündən çox istifadə edirəm.Artıq söhbət maraqsızlaşmağa doğru gedirsə "Nə isə" deyirəm.) Bax belə.
R.G.AL-SU (istifadəçi)
Həyatda ən sevdiyim və tez-tez işlətdiyim bir söz var: "İnsan öz taleyini özü öz əməlləriylə yazır".Bu sözü o qədər çox sevirəm ki, artıq buna aid şəxsi sitatım da var: "Düşdüyümüz bataqlıqlar getdiyimiz yollardan asılıdır".
ReVuŞ (istifadəçi)
Tez-tez işlətdiyim söz - "Heç vaxt demə heç vaxt". Sevdiyim atalar sözü - "Nə tökərsən aşına, o da çıxar qaşığına", "Atlar ölüb, itlərin bayramıdır".
Almaz S. (redaktor)
Bir dəcəl oğlum var.Nadincliyindən hirslənənlər cəzalandırmaq üçün onun üstünə gedəndə bu filmdən sitat gətirirəm: "Əhməd haradadır?" Əhmədin anası kimi əlimi belimə qoyub "Əhmədin anası ölməyib eee))"-deyirəm.Mən belə deyəndə qarşımdakının da hirsi soyuyur və gülmək tutur. Ancaq bu nadinc oğlan bundan istifadə edərək qatı açılmamış nadinclik əməlləri öyrəndiyinə görə daha tərgitmişəm bu sözü)).Həyatımda nə isə pis bir hadisə baş verəndə isə depressiyaya düşməmək üçün işlətdiyim sitat budur: "Mən bu gün bu barədə düşünə bimərəm.Bu gün fikirlərim çox qarışıqdır.Yaxşısı budur, bu barədə sabah düşünüm".Bu sitat "Küləklə sovrulanlar" kitabından (filmindən) Skarlettin məşhur kəlamıdır.
FIRUZA (Yaqut)
Mənim ən çox işlətdiyim sitatlar "Bəyin oğurlanması" filmindəki Miriş demişkən "Salam, sağ ol", "Atamız işləməyə gedib", "Qız qızıla dönübdü, yox xəbəri oğlanların, yox, qızların", "Antoni, sən mənim ürəgimi yaralamısan" kəlməsi, "Qaynana" filmindəki "Qıza oxşayırdı, oğlan elədim" (özüm salonda işləyirəm axı), "Bizim Cəbiş müəllim fimində ata deyir: "Uşaqlar, nə yeyirsiniz, uşaqlar da deyir: "Jımıx",
"Acından belə eləyir ee", "Ulduz" filmində "limandra, limçay", "Möhsün yaz, yox, bunu yazma", "Fermadandu? Yox, yox, öz həyətimdəndi", bir də Züleyxanın vitaminləri saydığı hissə, Züleyxa deyir: "Yaxşı ki, bu gövdədə qız olmayıbsan, yoxsa ömürlük evdə qalardın", "Oy Musya, siz dazsınız", "Əhməd hardadır"da "Bağışlayın, süzün Əlibaba adında ərüz olmayıb?", "Taksi min, get", "Aparatda Zülümovdu!".
Ardı 2-ci hissədə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR