Allah sənin də Amin balanı sənin üçün min budaq eləsin, Amin inşaAllah. Allah heç bir ailəni körpəsiz qoymasın. Amin. Mənim də 2 balam var. Oğlum Saleh 1996-cı ilin qış ayında dünyaya gəlib. Uşaqlıqdan mənim kimi çox həssas, təmizkar, sakit uşaq olub. Böyüyüncə o xüsusiyyətləri hələ də qalıb. Həyatı az da olsa dərk edəndən sonra nəyin düz, nəyin səhv olduğunu çox gözəl başa düşüb. Çox anacanlı oğlandır. Mən xəstələnən kimi qulluğumda dayanır. Çox istedadlı uşaqdır. Musiqiyə marağı çoxdur. Bir qədər gec başlasa da artıq respublika üzrə elmi-ifaçılıq müsabiqəsinin laureatı olub. Bütün valideynlərə övladlarının xoş günlərini, nailiyyətlərinin sevincini yaşamağı arzulayıram. Qızım Rəhilə 2001-ci ildə dünyaya gəlib. Allah cəmi ölənlərimizə rəhmət eləsin, rəhmətlik anamın adı olduğundan ərköyün böyütmüşəm. Hər nazı ilə oynamışam. Bir qədər şıltaq qızdır. İnadkardır. Qardaşının tam tərsinədir. Mənə bəzi işlərdə kömək etməklə heç arası yoxdur. Ümid edirəm ki böyüdükcə düzələr inşaAllah. Əlavə kitablar oxuyur, gözəl rəsmlər çəkir. Sinifdə evdəkindən fərqli olaraq sakitliyi ilə, gözəl tərbiyəsi ilə fərqlənir. Allah bütün balaları qorusun. Heç bir ananı övladı ilə imtahana çəkməsin Amin inşaAllah.
totuwun mamasi
Totuş - Məmmədli Tofiq 10.08.2011-ci ilin isti günlərin birində atasının və anasının doğulduğu ayda dünyaya gəlib. Mənim gözəl balamdır, qardaşıma çox oxşarlığı olduğu üçün daha da çox sevirəm balamı. Adını mən qoymuşam, qaynatamın adıdır. Çox düşüncəlidir, nəzərindən maşaAllah heç nə yayınmır, cüzi hərəkətimizdən belə nə edəcəyimizi bilir. Hər bir əşyanı yerindəcə söküb necə quraşdırılmasını kəşf edir. Evimizdə bütün əşyalar qırıqdır qızlarla arası əladır, pəncərədə durub qızları səsləyir, elə ki qızlar cavab vermirlər, deyir: "Az, eşşəy bodda" . İndi məşğuliyyəti "Şimşək Makvin" çizgi filimidir, bütün günü 50 dəfə mənə diski qoydurur, çıxartdırır. Gəzməyi elə də çox xoşlamır, amma bütün günü maşınla gəzir, yolların hamısını tanıyır, elə ki evə yaxınlaşırıq ağlayır ki, "ata budan süüüür". Mən çox yazdım deyəsən, Totuşdur da - danış-danış bitmir, Allah-Təala olmayanlara da inşaAllah tezliklə yetirsin, onlar da bizim kimi həvəslə yazsınlar, Amin.
feqiw
Mənim 3 balam - 1 qızım, 2 oğlum var. Onlara baxıb həmişə fərəh duyuram. Qızım- Raya (biz ona Raicqa deyirik) 15.03.2006-ci ildə səhər 11:55-də Rusiyada anadan olub. Qızım cox təmizkar, səliqəlidir, 1-ci sinifə gedir, yaxşı oxuyur. Oğlum - Emil 28.10.2007-ci ildə gecə 02:30 da Rusiyada dünyaya gəlib. Çox dəcəldir. 1-ci sinifə gedir bacısıyla bir yerdə. Dərsdə dara düşəndə bacısı yada düşür, yaxşı oxuyur. Sinifin ən balaca boyudur. Ən balacam Ramil - dayılarının, nənələrinin, babalarının, bibilərinin əmilərinin sevimli balası 09.12.2009-da gecə 00:30 da Rusiyada dünyaya gəlib. Lap körpəlikdən sakit olan, mamasını incitməyən balasıdır. Bağcaya gedir. Müəllimlərin sevimlisidir. Allah bütün balaları saxlasın bizimkilər də içində. Amin!
leman
Allah bütün analara övlad sevinci bəxş etsin, Amin! Mənim 2 qızım var. Böyük qızım Ləman 2006-cı il 23 oktyabrda dünyaya gəlməklə bizə sevinc bəxş edib. Nəslin ilk nəvəsi olduğundan hamı tərəfindən çox sevilib, əzizlənib. İndi 2-ci sinifdə oxuyur. Öz səmimi və mehriban münasibətiylə müəliminin və uşaqların sevimlisidir, həm də sinfin əlaçısıdır. Ləmanım balaca vaxtından rəqs etməyi çox sevir və əla bacarır. Balaca gözəlim Nuray 2010-cu il 7 iyunda ailəmizə qatılıb. 2-ci qız olsa da totuş balamı hamı sevir, əsas da babası. Çox şən və ağıllı baladır. Bacısının bütün şeirlərini əzbər bilir. Qızlarım mənim canımdır. Allahdan onları əməli saleh və xeyirli övlad böyutməyim üçün möhlət və səbr diləyirəm. Allah bütün balaları qorusun, Amin!
heyatimin menasisan
Mənim mələyim 21 iyul 2013-cü ildə dünyaya gəlib, çox adlardan sonra atası adını Aysel qoydu. O, hələ çox balacadır. Qızım 4-cü ayındadı. Onun xasiyyəti, xüsusiyyətləri haqqında heç nə yaza bilmərəm. Amma onu deyim ki, gülür, qığıldanır, gəzməyi, havada olmağı çox sevir. Çox ağıllıdır, gecələr mamasını qoymur yatmağa, amma gündüz yuxudan oyananda sakit durur, yanına heç kim getməsə öz-özünə qığıldanır, elə bil adamı çağırır ki, gəlin məni götürün. Uşağa baxmaq nə qədər əziyyətli və məsuliyyətli iş olsa da, onun bir gülüşü sənə hər şeyi unutdura bilir. O mənim "həyatımın mənasıdır!. Hələlik bunları yaza biləcəm, inşaAllah qızım böyüyər daha ətraflı yazaram, sonda arzusunda olan hər kəsə övlad sevincini dadmağı arzu edirəm.
Aytac Mammedova
Bala hər nemətdən şirindir. Mənim varım, dövlətim iki qızım var. Onlar üçün canımdan belə keçərəm. Allahım qoy heç vaxt onların pis gününü mənə göstərməsin. Böyük qızımın 5 yaşı var, hazırlığa gedir. Hələ ki dərslərində yaxşıdır. Həm tez küsən, hamı ilə mehriban, həm qorxaq, həm də çox sakit baladır. Ikisinin də adını atası qoyub. Adı Nurtacdı. O atasınınn prensesidi, mənim nazımdı. Balaca isə çox həyasızdır, ona kitayka deyirik, adı Sədadı. Gözləri kitayların gözünə oxşayır. Hər ikisini çox istəyirəm, aralarında fərq qoya bilmirəm. Onlarsız həyat təsəvvür etmirəm. Qismət olarsa, onlara qaqaş da istəyirik, fərq etməz, amma əli-ayağı yerində olsun. Allahıma çox şükürlər olsun ki, onları mənə nəsib edib. Olmayanlara qismət olsun. Allah hamısının balasın saxlasın, mənim balalarımla bir yerdə.
вќ¤вњ°Teвњ°Elвњ°Nuвњ°NazNazвќ¤вњ°
Adım Naznazdır. Allah bütün balaları saxlasın, bizimkilər də. İki gül balam var. Elman və Nurlan. Elman ilk göz nurumdur. Elman 15.09.11 tarixində səhər çağı dünyaya gəlib. İki yaşı var. Bir az nadincdir. İlk uşaq olduğuna görə bir az ərköyündür. Cizgi filmlərə baxmağı və maşınlarla oynamağı çox sevir. İkinci oğlum Nurlan 25.09.13 tarixində axşam tərəfi dünyaya göz açıb. Hal-hazırda iki aylıqdır. Hobbisini hələ bilmirəm. Bir az yatağandır. Bu iki gül bala dünyaya gəlişlərilə ailəmizə sevinc gətirdilər. Vətənə, millətə xeyirli övladlar olsunlar. Amin! Allah bütün övladları nəzərlərdən qorusun!
AYGUN_1981.
Mənim iki oğlum var. Böyüyü 10 yaşında, kiçiyi 8. Hər ikisi çox dəcəldir. Əlaçıdırlar. Natiq uşaqlarla tez ünsiyyətə girir, çox mehribandır. Idmançıdır. Amma kicik oğlum Asiman davakardır, çox kaprizli uşaqdır. Eyni zamanda cox təmizkar, səliqəlidir. Hələ də mənsiz yatmır. Dekabrın 4-ü inşaAllah 8 yaşı tamam olur. Deyirəm, sən artıq böyük oğlansan, dekabrın 4-dən tək yat, deyir: "Onda 9 yaşımdan sonra tək yatımdaaaa ana." Allah bütün balaları saxlasın, sağlam böyüsünlər inşaAllah. Olmayanlara qismət olsun.
zehra
Mənim iki gözəl mələyim var, biri Zəhram, biri də Xədicəm. Zəhra mənim ilkimdi, o 21.04.2008-ci ildə doğulub, yəni 6 yaşındadır. Çox danışan, çox sual verən və verdiyi sualın cavabın almamış heç əl çəkmir, gərək sualını mütləq cavablandırasan. Çox dəbli qızdır, paltar geyinəndə də gərək bir-birinə uyğun olsun, yoxsa istəmədiyi paltarı ağlayıb-ağlayıb geyməz. Hər yeməyi yeyən deyil, ən çox sevdiyi makaron yeməkləridir. Çox nazlı qızdı, istəyir ki, hər kəs onun nazıyla oynasın.
İkinci qızım Xədicə 10.11.2010-cu ildə anadan olub. Çox ərköyün qızdı, tez küsür, çox ağlağan, çox yeyən qızdı. Amma heç üzünə çıxmır. İncə-mincə qızdı. Atasına hədsiz bağlıdır, onunla nəfəs alır, yatanda da, duranda da onunladır. Hər ikisini biz çox sevirik. Allah heç bir valideyni uşaqsız, nə də uşağı valideynsiz etməsin.
QWEN
Əkizlərim 11 yanvar 2013-cü ildə keysəriyyə əməliyyatı ilə dünyaya göz açıblar. Bir qız, bir oğlan. Vaxtından əvvəl dünyaya gəldikləri üçün çox balaca idilər. Hətta, bir dəfə getdim ki, tibb bacısı uşaqların pampersini dəyişir, elə yerimdəcə çaşıb qaldim. Dedim, bunlara necə baxacam, əlimə almağa belə qorxurdum. Indi isə Maşallah normasına yaxındılar. Qızım isə ana bətnindən bəri incə-mincədir. Ana südü az-az da olsa, 5 ayına kimi vermişəm (əlavə qidalarla yanaşı). Çox dəcəldilər. Yatmağa qoymurlar. Amma çox da şirindilər Allah (c.c.) bütün arzusunda olanlara qismət etsin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR