
Kameranın quraşdırılması təhlükəsizlik baxımından çoxlarını qane etsə də, bəziləri bundan ehtiyat edir.
Əksər şirkət rəhbərləri işçilərinə nəzarət etmək üçün çox ciddi iş rejimi yaradır. İşçilərin otaqlarında, dəhlizdə, eyvanda kamera quraşdırır və iş saatlarında işçilərə nəzarət edir. Lakin iş yerində kameranın olması rəhbərlik tərəfindən yaxşı qəbul olunsa da, işçilərin sərbəstliyini əlindən alır.
İri şirkətlərdən birində ofis-meneceri vəzifəsində çalışan Elmira Cəfərovanın sözlərinə görə, maaşından razı olsa da, iş yerində kameraların olması onu narahat edir: "Özümü sərbəst hiss edə bilmirəm. Hər yerdə kamera quraşdırılıb. Oturduğum yerlə də üzbəüz kamera var. Adicə kimdənsə bir söz soruşanda da kameranın çəkdiyini düşünür və çox sıxılıram. İş yerimdə rahat otura bilmirəm. Hər an düşünürəm ki, mənə baxır və qulaq asırlar. Gün ərzində gərgin olmağım məni çox yorur. Bu səbəbdən də artıq başqa iş yeri axtarıram".
Qeyd edək ki, iş yerlərində kamera quraşdırılırsa, bu haqda işçiyə məlumat verilməlidir. İşçi işə düzələrkən iş şəraiti, vəzifəsi və öhdəlikləri barədə məlumatlandırılmalıdır. Hüquqşünas Mahir Ağayevin sözlərinə görə, şirkət rəhbərliyi iş yerində kamera quraşdıra bilər: "Bu: iş yerində oğurluq hadisələrinin qarşısını alır və təhlükəsizliyi təmin edir. Mətbəxdə, iş otaqlarında, ümumi dəhlizdə kameraların quraşdırılması qanunidir. Ayaq yolunda isə kamera quraşdırmaq olmaz" deyən hüquqşünas əlavə edib ki, kameralardakı video-yazıya yalnız müəyyən səlahiyyətlərə malik şəxslər - rəhbərlik, işəgötürən və onun icazə verdiyi digər şəxslər, təhlükəsizlik məsələlərinə cavabdeh işçilər baxa bilər. Video-yazıya baxan şəxslər bu görüntüləri yaymamalı, işçilərə hədə-qorxu gəlməməlidir. Bu yazılar yalnız müəyyən adamların baxa bildiyi xüsusi arxivlərdə saxlanılmalıdır".
M.Ağayev bildirib ki, iş yerindəki çəkilişləri yaymaq qanunsuzdur və şəxs buna görə cəzalandırıla bilər: "İş yerində lentə alınan video-yazıları aşkara çıxarmaq, sosial şəbəkələrdə yaymaq, görüntülərdəki şəxsi ifşa etmək yolverilməzdir" deyən müsahibimizin sözlərinə görə, iş yerindəki çəkilişlərdən istifadə edərək hədə-qorxu ilə nəsə tələb etmək də qanunsuzdur.
Şirkət rəhbəri Aydın Əkbərovun sözlərinə görə, iş yerində kameraların olması işdə nizam-intizamı təmin etməyə kömək edir: "Kamera olanda iş yerində sakitlik olur, işçilər öz işini itirməkdən qorxduqları üçün daha yaxşı işləyir, diqqətini kənar məşğuliyyətlərə sərf etmirlər. İşçilərə kameradan nəzarət etməklə, məhz hansının işə, iş şəraitinə uyğun gəldiyini dəqiq müəyyən etmək olur. Oğurluq, mübahisə halları azalır. Nəsə baş verəndə video görüntüyə baxmaqla hər şeyin necə olduğunu aydın başa düşmək olur. İş yerində kameranın olması iş prosesinin keyfiyyətini yüksəldir".
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, hər bir insan başqalarına özünü olduğundan yaxşı göstərmək istəyir: "Bu səbəbdən də iş yerində çəkiliş olduqda, özündən asılı olmadan işçilər özlərini daha yaxşı aparır, bir-birinə kömək edir, mülayim davranır və daha yaxşı işləyirlər. Lakin qapalı və utancaq, tənhalığa meylli olanları iş yerində kameranın olması çox sıxır və onlar gün ərzində gərgin olur, iş qabiliyyətlərini tam göstərə bilmirlər. Daha ünsiyyətcil insanlar qısa müddət ərzində kameranın olduğunu unutsalar da, belə adamlar oturub-duranda belə kameranın olduğundan sıxılırlar. Bu da onların iş qabiliyyətinə mənfi təsir edir".

XƏBƏR LENTİ
Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi
Qənirə Paşayeva: "Ağlı özünə saxlasın, lazımı olar"
Obamadan qorxulu Fransa açıqlaması
Kəs və yapışdır-37
Buz kimi soyuqda su altında səyahət
Bakıda korluq yaradan gün eynəkləri satılır
Buraxılış gecəsi pəhrizi
Səbrsizlik də xəstəlikdir
Pilotsuz poçt maşınları yola çıxdı
ABŞ-da “Əli və Nino” filminin premyerası olacaq
Balanslı bəslənmənin yolları
Uşaq istismarı yoxsa sənət?
"Eurovision 2021” bu tarixdə keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-9yanvar
Günün ulduz falı
Yaşlanmağın qarşısını alan maska
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Malta mənzərələri rəsmlərdə
Bakıda ilan ən çox haradadır?
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
İnsan orqanizmində 3D laboratoriya yaradılacaq
Qadın xəstəliklərinin psixologiyası
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
8 Mart həftəsi başladı
Günün qoroskopu: özünüzü çox yormayın
Daha bir təyyarə yoxa çıxdı
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
İlk gündə 2 qızıl, 1 bürünc
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Keyt Pris paylaşdığı FOTO ilə hər kəsi təəccübləndirdi
Günortadan sonrakı yuxu ölüm riskini artırır
Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR - 23 sentyabr?
Brend çantalar
Hava haqqında
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
İnternet divanəsi olan 10 ölkə
Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş - VİDEOREPORTAJ
Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA
Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Ayın səthinə Çinin bayrağı sancıldı
Çoxmərtəbəli binalarda bağça olacaq
Abituriyentlərə təzyiq etməyin
“Səfirin qızı” izləyiciləri əsəbiləşdirdi - VİDEO
Dadlı konfet (foto resept)
Məşhur professordan koronavirusla bağlı hər kəsi ŞOKA SALACAQ MÜSAHİBƏ
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
HAVA necə olacaq?
Ermənilər Horadizə top mərmisi atıb, bir mülki şəxs həlak olub, üç nəfər yaralanıb
24 karatlıq tualet kağızı (FOTO)

- ŞƏRHLƏR