UNESCO-nun bəyanatında həmçinin qeyd olunub ki, muzey statuslu tarixi abidəni məscidə çevirmək bir sıra qanuni öhdəliklər yaradacaq.
Qeyd edək ki, ötən gün Türkiyənin Dövlət Şurası Aya Sofyanı məscidə çevirmək barədə qərar verib.
Məlumat üçün qeyd edək ki, hazırda muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədi (Müqəddəs Sofiya kilsəsi) VI əsrdə İmperator Yustiniyanın əmri ilə tikilib. Osmanlılar o zaman Konstantinopol adlandırılan İstanbulu fəth etdikdən sonra kilsə məscidə çevrilib. Lakin 1934-cü ildə müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Aya Sofyaya muzey statusu verib.