Heç kimə sirr deyil ki, korrupsiya və rüşvətxorluq, anarxiya və xaos içində çabalayan Ermənistan hakimiyyəti xalqını günbəgün fəlakət həddinə yaxınlaşdırmaq üzrədir. Dəfələrlə beynəlxalq təşkilatların və nüfuzlu media orqanlarının səhifələrində prezident Serj Sarkisyanın korrupsiya əməlləri və kriminal ünsürlərlə əlaqələri barədə danışılıb və çoxsaylı məqalələr dərc edilib. Hətta Avropa Şurası kimi mötəbər bir qurumun tribunasından erməni deputatın prezident Serj Sarkisyanı biabır etməsinə baxmayaraq, hakimiyyət öz ampluasında qalmaqda davam edir. Əgər bir müddət əvvələ qədər rəsmi dairələr ölkənin inkişafından danışmağa söz tapırdılarsa, artıq bu yalanlara da son qoyulub. Çünki hökumətin bəyan etdiyi “iqtisadi inkişaf”dan əsər-əlamət yoxdur. Rəsmi statistik məlumatdan sonra məlum olub ki, Ermənistan ümumi daxili məhsul istehsalının həcminə görə MDB ölkələri arasında axırıncı yeri tutur. Hazırda Ermənistanın bütün siyasi çevrələri ölkəni yuvarlandığı korrupsiya və rüşvətxorluq, iqtisadi böhran, habelə kriminal vəziyyətdən qurtarmaq barədə düşünürlər. Dünyanın ən korrupsiyalaşmış rejimlərindən sayılan Ermənistan hakimiyyətinin əsas gəlir mənbələri sırasında müxtəlif cinayətlər yolu ilə əldə olunmuş pullar da xüsusi yer tutur. Hər halda Ermənistanda məmur oliqarxların bu xüsusda çoxsaylı cinayət əməllərinə rast gəlmək mümkündür və bunun elə son günlərdə real təsdiqləri var.
Təsdiq olunmuş məlumatlara görə, Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri S.Sarkisyan və R.Köçəryanın rəhbərlik etdiyi iki qruplaşma arasında bölünüb. S.Sarkisyanın prezidentlik müddətində ona yaxın olan biznes dairələrinin mövqeləri daha da güclənib və hətta bir sıra istiqamətlərdə R.Köçəryanın dairəsinə yaxın olan iş adamlarının malik olduqları imkanlar mənimsənilib. Bu prosesin S.Sarkisyanın növbəti prezidentlik müddətində daha da güclənəcəyi iddia edilir. Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə baxmayaraq, 2008-ci ilə qədər onunla əlaqəsi olan bəzi biznes dairələrinə, xüsusilə “SİL” qrupunun rəhbəri Xaçatur Sukiasyana (təxəllüsü Qrzo) işgüzar fəaliyyətlərini davam etdirməyə imkan verilirdi. Amma 2008-ci il prezident seçkilərində L.Ter-Petrosyana göstərdiyi açıq dəstəkdən sonra "SİL" qrupu saxta məhkəmə prosesi vasitəsilə mənimsənilərək, S.Sarkisyana aid olan biznes dairəsinin tam nəzarəti altında keçib. S.Sarkisyan və R.Köçəryanın nəzarətində olan biznes imperiyasından kənarda Ermənistanda ciddi işgüzar fəaliyyətlə məşğul olmaq mümkün deyil. Son dövrlərdə Ermənistanın işgüzar dairələrində Rusiya oliqarxları, hərbi və təhlükəsizlik sistemindəki nüfuzlu şəxslər arasında özlərinə dayaq tapmaq meyilləri özünü göstərir. S.Sarkisyan və onun ailəsinin biznes imperiyası onu deməyə əsas verir ki, Ermənistanda siyasi hakimiyyət, güc strukturları, kriminal aləm və oliqarx iş adamlarını birləşdirən siyasi-iqtisadi amirlik sistemi formalaşıb. Başda S.Sarkisyan olmaqla, bu siyasi-kriminal-oliqarx sistem ölkənin siyasi, iqtisadi və biznes həyatını tam şəkildə öz inhisarına alıb. S.Sarkisyan və onun ailəsinin biznes imperiyasına nəzər salaq:
- “Flash" şirkətinin aktivləri (şirkətin rəsmi olaraq mülkiyyətçisi Barseq Bəyləryandır). Şirkətin əsas fəaliyyəti benzin və dizel yanacağının topdan və pərakəndə şəkildə satışıdır;
- Yanacaqdoldurma stansiyaları şəbəkəsi;
- Dağlıq Qarabağ ərazisində üç şərabçılıq zavodu, o cümlədən Mika Group vasitəsilə idarə olunan "Hadrut şərab zavodu";
- Araq istehsalı zavodu;
- Ararat bankı;
- "Ararat" restoranlar şəbəkəsi (təqribən 30-dan artıq);
- Armavia" hava şirkəti;
- "Mika group" şirkətinin aktivləri (şirkətin rəhbəri əslən Bakı ermənisi olan Mixail Bağdasarovdur). Şirkətin fəaliyyətinə daşınmaz əmlak və tikinti, maliyyə brokerliyi, informasiya-kommunikasiya texnologiyaları, bucda emalı və un təchizatı daxildir. Bununla belə, "Mika group"-un əsas fəaliyyətini yanacaq, benzin, aviakerosin və dizel yanacağının xaricdən idxalı təşkil edir. Bu istiqamətlər üzrə ölkəyə idxal edilən məhsullarda "Mika group" tam şəkildə inhisarçılığa malikdir. "Mika cement və Mika house" alt-şirkətləri (Hrazdanda yerləşir) isə tikinti və tikinti materialları sahəsində əsas inhisarçılardır. "Mika Hause" tərəfindən İrəvanın mərkəzi hissəsində beş elit tipli yaşayış kompleksi tikilibr. Bu şirkətə məxsus olan "Mika" futbol klubunun dəyərinin 40-50 milyon dollardan artıq olduğu bildirilir. "Mika-Karabakh" Azərbaycanın işğal olunmuş ərazilərində zərgərlik məmulatlarının istehsalı ilə məşğuldur;
- Moskvada mehmanxana-restoran kompleksi;
- Londonda şəxsi iqamətgah;
- "BTBbank" - Armenia. S. Sarkisyan bu bankın Ermənistan filialını 300.000 ABŞ dolların alıb və sonradan 28 milyon dollara satıb;
- "Mika Group" vasitəsilə "Armsberbank"ın səhmlərinin 50 faizi;
- "Jazzve" qəhvəxanaları və "Philip Morris" şirkətinin rəsmi distribütorluğu. Bu şəbəkə kürəkən Mixael Minasyan tərəfindən idarə olunur.
- Vasitəçi şəxslər və kürəkəni M.Minasyan vasitəsilə "ArmenAkob" və "Ay-TV" şəbəkələri;
- Müdafiə naziri olduğu dövrdə Bolqarıstandan yüngül və atıcı silahların alınması və üçüncü dünya ölkələrinə ötürülməsi üzrə vasitəçi silah ticarəti şirkəti;
- "Global-Contact" offşor şirkəti”.
Beləliklə baş verənlər, həmçinin məmur-oliqarxların cinayət və korrupsiya əməlləri Ermənistanı daha sürətlə çökdürməkdə olduğunu göstərmiş olur. Şübhəsiz ki, bu kimi faktlar Ermənistan rəhbərliyinin korrupsiya sifətini göstərmiş olur. Bütün bunlar isə beynəlxalq birlik və təşkilatları cinayətkar və korrupsiya rejimi barədə qəti və tez bir zamanda qərarlar qəbul etməsini sürətləndirməlidir. Əks təqdirdə, cinayətkar rejim öz əməllərini davam etdirərək, dünyaya meydan oxumaqda davam edəcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR