Afət
Canım, ilk öncə xəbərinin uğurlu olmasını arzulayıram. Allah hamının balasını saxlasın, mənim iki övladım var. İlk övladım Şahini 2001-ci ildə qucağıma almışam. Körpə vaxtı yuxu ilə heç arası yox idi, nə gecə yatırdı, nə də gündüz. Səhərə kimi nağıl danışır, layla oxuyurdum. Düz 1 il 3 ay ana-bala gecələri birgə oturmuşuq. Böyük oğlandır, amma yenə də yatmaqla heç arası yoxdur. İndi 7-ci sinifdə oxuyur. İngilis dilindən əlavə dərslər alır. Üzgüçülüyə gedir. Şahmatla məşğul olur.
2006-cı ilin soyuq qış günü səhər tezdən qızım Xavər dünyaya gəldi. Ata nənəsi onun yolunu çox gözləmişdi, çünki özünün qızı olmadığı kimi, nəvələri də oğlan idi. Qızım ailənin ilk və tək qız nəvəsidir. Qaynanam çoxdankı arzusunu həyata keçirdi, qızıma öz anasının adını verdi. Oğlumda yuxu sarıdan çox əziyyət çəkdiyim üçün qızımda da eyni vəziyyət olacağından qorxurdum. Sağ olsun, qızım məni heç incitmədi, axşam birgə yatıb, səhər də birgə yuxudan dururduq. İllər necə keçdi, heç bilmədim. Bir də gördüm qızım artıq 2-ci sinfə gedir. Rəqs etməyi çox sevir, rəqs dərnəyinə gedir. Yemək barəsində çox şıltaqdır, hər yeməyi bəyənmir. Buna görə də mətbəxdə çox oluram, menyunu elə qururam ki, yeməmək üçün heç bir bəhanəsi olmasın.
Allah hamının balasını saxlasın, övladı olmayanlara da qismət olsun, inşAllah.
Bizim yaraşıqlı, qaragözlü, kiçik ailənin ilk övladı, böyük ailənin ilk nəvəsi və baba-nənəsinin gördükləri yeganə nəvəsi, buna görə də əvvəl nənəsi, sonra da əmiləri, bibisi tərəfindən ərkəsöyünləşdirilən Eşqin balamız 2005-ci il 9 noyabrda dünyaya gəlib. Kifayət qədər qaraqabaq, inadkar, hər xasiyyətində şıltaq, öpüləndə adamın üzünə baxa-baxa silən oğlumuz hal-hazırda ikinci sinifdə oxuyur, Allaha şükür ki, bir illik müddətdən sonra oturmağı öyrənib.
Ata nənəsinin müasirləşdirilmiş adını daşıyan, gözəl olmasa belə, şipşirin, dili bir qarış olan, atasının Günəşi-Ayı, anasının surəti olan qızımız Sonay 2010-cu il 26 oktyabrda doğulub. Fərqli yemək görəndə "Ay Allah, təzə yemək" deyən, amma bir qaşıq da yeməyən qızım istiqanlıdır, mehribandır, amma balaca canına yaraşmayan qədər də tərsdir və çox da gözəl dişləmə qabiliyyəti var, nənədən tutmuş, qardaşına kimi hamı dadıb o ləzzəti.
PERVANE ELIYEVA .......
Allah bütün balaları saxlasın, icində də mənimkiləri. Mənim də 2 oğlum var. Böyük oğlum Rüstəm 1998-ci il sentyabr ayının 21-də dünyaya gəlib. Uşaqlıqdan ən sevimli hobbisi yorulmadan maşında gəzmək və bir toy kasetlərində gəlin dalınca gedən maşın kortejini izləmək olub. Çox ağıllı və tərbiyəli övlad kimi böyüyür. Çox razıyıq ondan. Hər iki ailənin ilk nəvəsi olduğundan ona olan məhəbbətimiz bir başqadır. Bu gün artıq böyük oğlandır. 9-cu sinifdə oxuyur. Ali məktəbə hazırlaşır. Kənan balamı isə Rəbbim mənə düz 11 ildən sonra - 2009-cu il avqust ayının 21-də qismət etdi. Ona kimi heç ümidimiz yox idi ki, ailəmizin sayı yenə də arta bilər. Bu da Allahın mənə bəxş etdiyi bir möcüzə idi. Çox şükürlər olsun. Bu balamın da artıq 4 yaşı tamam oldu. Çox nadincdir. Heç sözümə qulaq asmır. Ailədə adını "Vampir" qoymuşuq. Gün ərzində yalan olmasın, 20 dəfə evi söküb-tökür. Qab-qaşıqla oynamaq deyərdim ki, ən sevimli məşğulliyətidir. Atası üstümə qışqıran gün onunla danışmır və ağzına nə gəlsə ona deyir. Atasına "Mamamın üstünə qışqırma, o mənim mamamdır. Get öz mamanın üstünə qışqır, sənin maman ölsün" deyir. Cizgi filmlərini saatlarla izləyir. Mobil telefonlardan çox yaxşı başı çıxır. Hal-hazırda bütün pis vərdişlərdən uzaqlaşdırıb hazırlıq kursuna yazdırmışam. Orda da müəlliməsi ilə yola getmir. Oğlanlarım ikisi də mənə çox bağlıdır. Allah bütün evlərə beləcə nadinc bala qismət etsin. Yegiş, canım, bu qədərini yazdım. Çünki çox yazsam bir dastan olar.
Ulker.Agamali
Allah bütün balaları saxlasın. Mən ilk körpəmi - İsgəndəri 03.10.2008-ci ildə 00:15-də qucağıma almışam. O gün ömrümün tamamilə dəyişdiyini hiss etmişdim, sevincdən özümü saxlaya bilmirdim, gözümün yaşı qeyri-ixtiyari suzülürdü. 2-ci oğlum Aqşin 05.05.2010 tarixində anadan olub. Övladlarımı bir-birindən ayırmıram, hər ikisini çox sevirəm. Amma onlar tamam başqa xasiyyətlidirlər. İsgəndər çox sulhsevərdir, həmişə kiçik qardaşına güzəştə gedir. Rəsm çəkməyi və musiqini çox sevir, radioda eşitdiyi mahnıları yadında çox asanlıqla saxlayır. Aqşin dəhşətli dərəcədə maşın həvəskarıdır, yatanda da maşınları ilə yatır, atasına pərəstiş edir, geyimi, hərəkətləri, gəzişi, hər bir əməli ilə atasına oxşamağa çalışır. Zahiri görünüşcə də atasına cox bənzəyir. Hamı kimi mən də övladlarımın savadlı, tərbiyəli, vətənpərvər olması üçün çalışıram. Allah bütün valideyinlərə bu işdə köməkçi olsun. Amin!
ULduz
Mənim 2 övladım var: Cavid və Aişə. Cavid 2006-cı il oktyabrın 24-də, Aişə isə 2009-cu il oktyabrın 25-də Sumqayıt şəhərində dünyaya gəlib. Çox dəcəldilər. Bütün gün onların arasında qalıram. Həmişə televizorun pultuna görə aralarında "müharibə" başlayır. Ortalığı qarışdıran birinci Aişə olur. Dəcəllikdə ona çatan olmaz. Bu yay Oğuza toya getmişdik. Cavidi bəy, bir qızı da gəlin kimi seçmişdilər ki, toya bir az maraq qatsınlar. Toydan qabaq onlara rəqs etməyi öyrədirdik, bizim Aişə xanım da qıraqdan bizə baxırdı. Sən demə, ürəyində qısqanclıqdan partlayırmış. Baxdıq ki, Aişə qızın saçından yapışıb ki, "Sən mənim qardaşımla oynamayacaqsan. Özüm oynayacam". Yazıq qız qorxusundan Cavidə yaxın gəlmədi. Toyda elə Cavidlə Aişə özü getdi gəlin kimi. Bütün olmayanlara da qismət olsun inşaAllah. Allah bütün körpələri saxlasın. Amin!!!
canim
Mənim iki övladim var: Aysel və Məhəmməd. Aysel 1 iyul 2004-cü ildə, Məhəmməd 30 avqust 2008-ci ildə anadan olub, qızım 4-cü sinifdə oxuyur, əlaçıdır. Oğlum bu il hazırlığa gedir. Qızım rəsm çəkməyi, oğlum da maşın toplamağı, maşınları çox sevir, başqa oyuncaqlarla oynamır. Allah bütün övladları qorusun AMİN!
а®ђв—„в–“в–’в–‘Yağmur в–‘в–’в–“в–єа®ђ
Allahım mənə analıq duygusunu bəxş etdiyi üçün çox xoşbəxtəm. İki balam var: Yağmurun 4 yaşı olacaq inşaAllah və 1 yaş yarımlıq Oğuz. Yağmurum 22.01.10, Oğuz 20.02.12-ci il doğumludur. Yağmurumun adı heç kim inciməsin deyə püşkatma yolu ilə qoyuldu, atasının seçimi oldu. Təsadüfdən Yağmur adı seçilsə də mənim üçün çox anlamlı idi, yəni ilk tanışlığımızda, nişanımızda, toyumuzda və balam dünyaya gəldikdə hava yağmurlu olub. İlk övladımın da adının Yağmur olması mənim üçün özəldir. Oğuzumun adını isə özum istəmişəm, atasının razılığı ilə də qoymuşuq. Qızım əvvəllər dəcəl olub, oğlum isə çox sakit, indi isə yerdəyişmə edibllər. Hər iki balam çox səliqəlidir, bunu xüsusi qeyd edim, çünki oynadıqları, tökdükləri əşyaları sonunda özləri yığır. Qızımda təmizkarlıq var, bütün hərəkətlərində bu duyulur. Ən çox sevdiyi isə mətbəxdə mənə yardımcı olmaq istəyidir. Onların gələcəyini parlaq görürəm, ən azından ata-anaları kimi istər ailədə, istər cəmiyyətdə onların mövqeyini görərək böyüyəcəklər inşaAllah. Allah bütün sağlam təməlli ailələri qorusun, balalarımızı xoşbəxt etsin. Amin!
Sevgi.
Mənim gözümün ağı-qarası İsmayılım 19.09.2010 tarixində dünyaya göz açıb. Mənim bu şirin balam hələ balaca olanda çox oyuncaqlara meyl etmirdi, ancaq telefona, pulta, ya da komputerə ustalıq edirdi. Mənim balam böyüdükcə maşınlarıyla oynayır, , hərdən də sındırır, sonra da deyir ki, "Mama, bunu düzəlt də". Öz zövqünə uyğun olmayan paltarı geyinməz, hansı xoşuna gəlsə onu geyinəcək. Deyir: "Mama, bu qəşəngdir..." Danışmaqla qurtarmaz, hər halıyla şirindir. Allah hər bir ailəyə nəsib etsin övlad payı.
Ramile Husna
Oğlum Rəşad 2006-cı il iyul ayının 30-da doğulub. Açığı, çox ağlağan uşaq olub, 1 yaşına kimi özü də ağlayıb, bizi də ağladıb. Elə indi də bir az əsəbi uşaqdır, amma xasiyyəti ağırdır, boş-boş danışmaz, çox gülməz, yəni şitlik etməyi sevməz. Hamı ona "dul kişi" deyir, indidən arvadına yazığım gəlir. Dediyi bircə söz var: "Mən sözü bir dəfə deyim". "Çay tök" dedisə, o dəqiqə durub tökməlisən ki, ikinci dəfə deməsin Dərslərində əlaçıdır, yaddaşı çox güclüdür, 2 yaşında danışırdı, 4 yaşında 20-dən çox şeir bilirdi, yəni bu tərəfləri çox sevindirir məni. Ailəcanlıdır, arabir dalaşsalar da bacısını çox sevir. Qızım Hüsna 2010-cu il yanvarın 17-də doğulub. Çox sakit uşaq idi, amma nadinc olub sonralar. Oğlum kimi zehni güclü olmasa da hərəkətləri çox çevik olub. Hüsna 5 aylıq iməkləyirdi, artıq 7 aylığında tutub gəzirdi, 10 aylığında isə tam gəzməyə başlamışdı. Kimə deyirəmsə elə bilirlər ki, şişirdirəm. Amma o, bir az əhlikeyf qızdır, qardaşı kimi deyil. 4 yaşı olacaq, hələ bir şeir bilmir. Çox, lap çox nazlıdır, bütün günü onun nazını çəkməklə məşğuluq, evdə qırmızı rəngdə nə varsa onun olmalıdır, nə olduğu fərq etməz, təki qırmızı olsun
MAYA EL
11.08.2008-ci ildə saat 20:30-da qızım dünyaya gəlib. Adını Maya qoyduq, bu şirin Maya böyüdükcə dəcəlləşməyə başladı. Hələ təzə-təzə oturmağa başlayanda musiqi səsini eşidən kimi oturduğu yerdə oynamağa başladı və o gündən bu yana hər xoşladığı mahnı eşidəndə başlayır rəqs etməyə. Şəkil çəkməyi, mahnı oxumağı çox sevir. Mənim bu dəcəl qızım özünə nə sərf edirsə onu da mütləq yerinə yetirir. Deyirlər, qız üşağı özünü çox istədir bu düzdür, mənim qızım da elədir. Allah bütün arzusunda olan hər kəsə şirin paydan nəsib etsin. Amin.
GÜLÇİN
Mənim iki övladım - bir qızım, bir oğlum var. Günel qızımın artıq 8, oğlum Emilin 6 yaşı var. Hər bir uşağın özünəməxsus hobbisi, sevdiyi yeməkləri var. Mənim uşaqlarımın hobbisi boş vaxtlarında rəsm çəkmək, rəngləmək, nağıllar oxumaq, özləri üçün müxtəlif fikirləşdikləri, onları maraqlandıran oyunlar oynamaqdır. Sevdiyi yeməkləri xəmir xörəkləri, makaron və qayğanaqdır. Nə zaman versəm, sevərək yeyirlər. Şirniyyatı da dəhşət dərəcədə çox sevirlər.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR