Adım Güneldir. 1986-cı il qışın oğlan çağında Ukraynada həkim ailəsində dünyaya göz açmışam. Ailədə 4 nəfərik atam, anam, mən və canımdan çox sevdiyim qardaşım. 1992-cü ildə məktəb həyatına başlayıb 2003-cü ildə dərs əlaçısı olaraq məktəbi bitirmişəm. Deyilənə görə çox diqqət cəlb edən, həmyaşıdlarından seçilən uşaq olmuşam. (təvəzökarlıq etməsəm, ölərəm) Zarafat bir kənara, mərhum jurnalist Çingiz Mustafayev atama mənim böyüyəndə fitri-istedada sahib olacağımı deyirmiş. Eyni sözləri məni müayinə edən pediatr da deyibmiş. (amma bu gün belə qənaətə gəlmişəm ki, onlar fikirlərində yanılıblar ) Tərifləri burda sona çatdırıb həyat xronologiyama davam edirəm Elə həmin il Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakultəsinin İngilis dili və ədəbiyyatı ixtisasına yiyələnmişəm. 4 il qrup nümayəndəsi olmuşam. Tələbəlik illərim həyatıma qızıl hərflərlə yazılıb. Bu illər ərzində çox maraqlı insanlarla tanış olub, dəyərli pedoqoqlarımızdan sözün həqiqi mənasında dərs almışam. Bakalavr təhsilimi fərqlənmə ilə başa vurduqdan sonra, yəni daha dəqiq desək, 2007-ci ildə magistratura daxil oldum. 2008-ci ildə ailə qurdum. Magistr təhsilimi başa vurduğum 2009-cu ildə həm də ana oldum. Xaraktercə bir qədər qürurlu, bir az da inadcıl və tərs, yeri gəldiyində isə mülayiməm. Gülməyi, gülümsəməyi və ümumiyyətlə həyatı çox sevirəm. Yəqin ki, bu qədər bəs edər.
Happiness lady
Mənim adım Aysel Əliyevadır. 1990-cı il Gəncə şəhərində anadan olmuşam, 1997-də 1-ci sinifə gedib 2007-də isə bitirib Gəncə Tibb texnikomuna daxil olmuşam. Hal-hazırda nişanlıyam, İnşAllah qismət olsa yanvarda toyumdur. Nişanlımı çox sevirəm Allaha şükür edirəm ki onu mənim qabağıma çıxardıb, Allaha şükür çox xoşbəxtəm. İndi deyəcəksinizki bəs profildə 1988 yazmısız- düzdür bura mənim rəfiqəmin səhifəsidir ama mən işğal eləmişəm - neynəyim buranı çox sevirəm ayrıla bilmirəm burdan burada çox dostum oldu onları, buranı çox sevirəm. Bəzi səbəblərə görə şəxsi səhifə aça bilmədim rəfiqəm sağolsun birgə istifadə edirik. Mənlik bu qədər hər birinizə xoşbəxtlik arzulayıram, Allah o gül üzünüzdən təbəssümü əskik etməsin Amin.
Ayka S
Mən Səfərova Aytac Samiddin qızı 1989-cu il avqustun 11 də Ordubad rayonunda anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, qaqaş, bacım mən. Mən ortancıl uşağam. Hamımız evliyik. Heydər Əliyev adına orta məktəbi bitirdikdən sonra 2008-ci ildə nişanlanmışam, 2009-da oktyabırın 10-u toyumuz olub, sevib ərə getdiyimə görə oxumaq eşqim suya düşdü, qismət olsa balamı öz istədiyim məsləyə- həkimlik məsləyinə yiyələndirəcəm. 2010.07. 04 saat 5-00 da Sevgi balam dünyaya gəlib. 8 gündən sonra evliliyimizin 5 ili tamam olur Allahın izni ilə inşaAllah. Rossiyada oluram, artıq 2 il olacaqki burdayam.
canim
Mən Aynur 29 yaşım var, evin ilk övladıyam Qubada dunyaya goz acmışam, amma Sumqayıtda yaşayirdiq hal- hazırda da Sumqayıtda yaşayıram. Məndən başqa canımın içi 1 qardaşım var. 1991-ci ildə 1-ci sinfə getmişəm, 2002-ci ildə bitirmişəm. 2003-cü ilin sentyabrında ailə qurmuşam, 1 qızım, 1 oglum var. Özüm məktəbəqədər kolleci bitirmişəm. Hal -hazırda 3 ildir bağçada tərbiyəçi işləyirəm, demək olarki çox uşağın sevgisini qazanmışam ki, buda məni sevindirir.
melek babazade
Mən Babayeva Elnurə 1988-ci il mart ayının 24-ü Goranboy rayonunun 1May kəndində dunyaya gəlmişəm. Ailədə 5 nəfərik. Atam, anam, məndən 8 və 5 yaş böyük qardaşlarım. Atam bizneslə məşğul olub, anam fizika müəlliməsidir. 1995-ci il birinci sinfə getmişəm, 2005-ci ildə bitirmişəm. Gəncə müəllimlər inistutunun Azərbaycan dili və ədəbiyyatını bitirmişəm. Hazırda işləmirəm. 2008-ci il iyunun 21-i cox sevdiyim insanla ailə qurmuşam. İki balam- 5 yaşında oğlum Emil və 3 yaşında qızım Mələk var. Bu qədər.
Mən Əkbərova Aytən Əlisa qızı 1991-ci ilin sentyabırın 22-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşam. Canımdan cox sevdiyim məndən yaşca balaca bir qardaşım var. Atam rəhmətə gedib. Anam isə rayonda xalalarımla yaşayır. Qardaşım Bakıda qalır. ATU-unverisitetində Ali təhsil alır. Mən isə artıq 6 ildir ailəliyəm. Övladım yoxdur. Qayınanam və qayınatamla yaşayırıq. Min şükür Allaha hər şey yerindədir. Ailəmizdə bircə uşaq səsi əskikdir. Allah bütün övlad arzusunda olan ailələrə övlad nəsib etsin biz də içində Amin Allah. Nə başınızı ağrıdım məndən bu qədər.
Mən Ellada Babayeva 1984-cü il noyabr ayının 24-ü Astara şəhərində anadan olmuşam, tez tələsik. Mamamın dediyinə görə az qala qatarda olacaqdım. Doğum yerində sıçovulların arasında dünyaya gəlmişəm. Biri məni yemək də istəyibmiş, mamam deyir çox balaca olmuşam. Ailədə 5 nəfərik atam, anam, bacılarım və mən. Mən evin böyük qızıyam. 1-ci sinifə Badamdartda getmişəm, 2-ci sinfə qədər. Sonra ordan köçdük 8-ci km.ə. Orda Ə.mahmudov adına 220 nömrəli məktəbdə oxudum, 3-cü sinifdən 9-a kimi. Müəyyən səbəblərdən çıxdım məktəbdən. Təhsilimi peşə məktəbində davam etdirdim 3 il. Hal-hazırda işləmirəm. Subayam.
Mən Bibixanım Qafarova Məhhəmməd qızı 1991-ci il martın 28-də Nefçala rayonunda anadan olmuşam. Ailəmiz 5 nəfər idi. Indi isə 3 nəfər qalmışıq, atam rəhmətə gedib, mənim 12 yaşımdan sonra qardaşım 9 yaşında it üstünə cumub və ondan qorxub bilməmişik, 3 günün icində rəhmətə gedib. Allah hec kəsə bu itkiləri yaşatmasın. Anam və ən əzizim bacım var həyatımda. 2009-cu il oktyabırın 20-i evlənmişəm. 2010-cu il avqustun 30-u oğlumuz dunyaya gəlib- atasi ilə bir ay bir gündə dünyaya gəlib və cox xoşbəxtəm ki, oğlum qardaşımın adını daşıyır. Bacımın da getdiyi oğlan rəhmətlik atamın adıdır. Bu saytda olmaq məni cox xoşbəxt edir ki, yaxşi insanlar və ən əsası ailə tərbiyyəsi olan insanlardır burda!
ARZU
01.01.1994-cü ildə ailənin ikinci övladı olaraq dünyaya Göyçayda göz açmışam. 1 qardaş, 2 bacıyıq. 1999-cu ildə birinci sinfə getmişəm, 2012-2013 cü il məzunuyam. 3 yaşıdan etibarən şahmata getmişəm. Rayon üzrə uğurlarım da olub. Komputer kursuna getmişəm 6 ay. Atam polis, anam evdar xanımdır. Qardaşımın öz şəxsi işi var, bacım da məktəblidir. Az müddət işləmişəm. 2 ildir ailəliyəm, ailə tərkibimiz 2 nəfərdən ibarətdir.
Xanımlar, bu xəbər çıxanda artıq aranızda olmayacam. 1 il sizlərlə oldum. Gec də olsa qaynayıb qarışdıq. Sizləri çox sevdim və sizləri tərk edirəm yaxşı ki, varsız. Sizin kimi gözəl insanları tanıdım sevdim. Allaha əmanət olun. Mənim qəlbımdə yeriniz hər zaman var olacaq. Ceylan xanıma da təşəkkür belə gözəl sayt üçün.
Hazırda vəsiqəmdəki adım və soyadım Pərvinə Süleymanlıdır. Yazıçı kimi belə təxəllüs götürmüşəm deyə hər yerdə bu cür tanıdıram özümü. 1988-ci il Gəncə şəhərində anadan olmuşam, Bərdə şəhərinin Leninabad kəndindən şəhadətnamə almışam, bir yaşımadək orda yaşayıb Mingəçevir şəhərində böyüyüb boya-başa çatmışam. Inanın ki, özüm də çox vaxt çaş-baş qalıram ki bəs mən hansı rayondan sayılıram. 1995-ci ildə Mingəçevir şəhərində birinci sinfə getmişəm.
1995 ci ildə Noel Ahəngari adına orta məktəbə getmişəm.4 il orda oxuduqdan sonra mənzilimizin dəyişməsi ilə əlaqədar 16 saylı orta məktəbə yazılıb 2006 cı ildə oranın məzunu olmuşam. Orta məktəbdə çox gözəl günlərim keçib. Yada salanda çətinlikləri də şirin gəlir. Əsəbi, ərköyün və çalışqan şagird olmuşam. Düzünü desəm ilan kimi dəymə mənə dəyməyim sənə. Belə, asi, çılğın, sərbəst olmuşam. Qanun deyə bir məvhum tanımamışam. Feminist düşüncəli özünəgüvənən olmuşam. Nə qədər tükürpədici olsa da bu mən idim 17 yaşındaki qız. Ta ki müsəlman olanadək. Rəbbimə çox şükür hidayət etdi və mən 3 yuxudan sonra şəhadət gətirdim. Axtardığım ideal dünyam islamdadır... Məzun olan il Qafqaz Universitetinə qəbul oldum. Elə həmin il də canım yoldaşımla tanış oldum. Ailəm vermədiyi üçün əl-ələ verib qaçdıq. 5il dalaşdıq onunla çəkişdik, bərkişdik yenə də bir birimizi çox sevirik. Həmd olsun Rəbbimə. Çox nazımı çəkib, haqqını ödəyə bilmərəm. (kaş yazdıqlarımı görəydi) Qafqaz Universitetində bir il oxumuşdum ki, bizim balaca quzumuz dunyaya gəldi- Bilqeyis. Sonra mən universitetimi dayandırb onunla məşğul olmağa başladım. Ayaqlarında problem olduğu üçün mənə 3 ildən çox dondurmaq imkanı vermədilər, beləliklə iki il hazırlığım, bir il təhsilim fəda oldu qızıma. Onun ayaqları get-gedə daha da tez sağaldı. Mən də yenidən cəhd edib özüm hazırlaşdım universitetə. Yoldaşımın az əməyi olmadı. Məni şagirdi kimi oturdub dərs oxutdurdu. Bakı Slavyan Universitetinə qəbul oldum. Həm ana, həm tələbə. İndi Naxçıvanda yaşayırıq. Yoldaşım müəllimdir. Atamla anam mənlə çoxdan barışıblar, yeganə nəvələrini çox sevirlər. Gələn ilə biri də olar inşaAllah. Bir qardaşım var Rusiyada yaşayır. Çoxlu rəfiqələrim var. Ətrafımdakiləri çox sevirəm. Bu saytı və istifadəçilərini tanıdığıma şadam.
Yegiş
Sonra deməyin bəs sənin özünü tanımadıq axı? Çoxumuzu tanıtdın. Mən də sizin-Yegiş Abbasova. 1983-cü il aprel ayının 29-u Sumqayıt şəhərində anadan olmuşam. Ailənin adım kimi yeganə qız övladıyam. Ailəmiz 5 nəfərdən ibarətdir. Özümdən 10-8 yaş fərqimiz olan 2 canım qaqaşlarım var. MaşaAllahlar olsun sonradan sayımız çoxaldı. Gəlinlərimiz gəldi 7 olduq, balalarımız gəldi 11 olduq. Onu da qeyd edim 5-ci sinifdə oxuyanda bibi olmuşam. Sevincimin həddi-hüdudu olmayıb. Uşaqlar o qədər öyrəşmişdiki mənə ailə quranda da imkan vermədilər getmə deyə. Amma neynəmək olar istəməsəm də ayrıldım balarımdan! 1989-cu ildə orta məktəbə getmişəm, 2000-ci ildə bitirmişəm.İşləmirəm. 2006-cı ilin yanvar ayında ailə qurmuşam. 2008-ci ilin oktyabrında Aminim dünyaya gəlib. Hal-hazırda 5 yaşı var,gələn il məktəbə gedəcək. Allah hamıya o günü qismət etsin. Cümləmizi sevindirsin.
P.S. Sonda xəbərimdə iştirak edən, fikir bildirən, bəyənən, bəyənməyən hər bir Qadin.Netliyə öz minnətdarlığımı bildirirəm. Xəbərimin ərsəyə gəlməsində, sevə-sevə redaktə edən redaktorlarımıza xüsusi təşəkkürümü bildirirəm!
SON
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR