Qadın.net saytı məni təmiz dəyişdi. Daha özümə inamlı etdi. Zamanla çoxlu savadlı xanımlar tanıdım. Hörmət qazandım. Arzum budur ki, Qadın.Net-imiz uzun ömrlü olsun və daha da mənalı olsun və mən yaşda çox xanım olsun aramızda. Hər kəsə təşəkkür edirəm. (Fatma x.)
Qadin.Net lap ilk yaranan vaxtlardan həyatıma girib. İlk əvvəl sadəcə maraq, əyləncə olaraq gördüyüm sayt, daha sonra qəriblikdə mənim dostum, yaxınım, rəfiqəm oldu. Onun sayəsində çox şeyləri öyrəndim. Ən başlıcası isə vətəndən uzaqda olub da heç darıxmamağı öyrəndim. Qadın.Net-in mənim intelektual səviyyəm və Azərbaycan dilimin inkişafında, bundan başqa mətbəx sirlərinin və tibbi biliklərimin zənginləşməsində mühüm rolu olub.
Səmimiyyətin, yoldaşlığın, dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaşdıra biləcək qədər uzun imiş. Bu qolları birləşdirən Qadın.Net-ə təşəkkür edirəm.
Deyirlər " Başqalarının yolunda gedənlər ayaq izləri qoymazlar". Qadin.Netin izi ilə gələnlərin izlərinin görünmədiyi kimi, bizim ilk və tək qadın həmrəyliyinin nümunəsi olan Qadin.Netin izlərinin, ləpirlərinin hələ uzun müddət görünməsini diləyirəm... (Rəvanə)
Bu saytda 3 ay deyilki varam. Nə yaxşı ki, sayta üzv olmuşam. Ən birincisi sənin kimi mərd dostlar qazandım. Sonra dəyərli olan insanlarla tanış oldum. Evdar qadınlar iş qadınlarından fərqli olaraq ictimayyətlə münasibətdə az olur. Saytda yerləşdirilən xəbərlərə yazılan şərhlərdən bizim qadınların düşüncə tərzi ilə tanış oldum. Deyə bilmərəm ki, məni qane etdi. Bu yöndə maarifləndirici xəbərlərə daha çox yer ayrılmalıdır. Mən özüm də əvvəllər moda, mətbəx xəbərlərinə daha çox yer verməyə çalışırdım. Amma indi başqa planlarım var. Düşünürəm ki, həm qadınlarımız, həm də onların övladları üçün lazımlı, maarifləndirici bir şeylər yaratmaq lazımdı. Bir sözlə saytdan çox-çox məmnunam. İnanıram ki, rəhbərlik də bu saytı məhz savadlı və dünyagörüşlü Azərbaycan xanımlarının sayını çoxaltmaq üçün açıbdir. Cahilliyə son qoymaq üçün mənim üzərimə düşən vəzifəni yerinə yetirməyə canla-başla hazıram. Sayta uğurun zirvəsini arzulayıram. Ceylan xanıma isə mənim xüsusi minnətdarlığımı çatdırarsan. Mən bir daha Ceylan xanıma və onunla yanaşı bu saytın ayaqda qalmasına köməklik edən hər bir kəsə Allahdan uzun ömür diləyirəm. İrəli,irəli,yalnız irəli !!! (Louis Vuitton)
1 ildən artıqdır ki, bu saytdayam. Bu saytı çox sevirəm. Bu saytın yaradıcılarına dərin təşəkkürümü bildirirəm. Bizləri bir-birimizə qovuşdurub! Bu sayt mənə dünyagörüşümü daha da artırmağımda yardımcı olub! Bu sayt mənim mətbəximi zənginləşdirib! Bu sayt mənim bilmədiklərimi öyrətməyə nail olub! Bu sayt məndəki gizli həvəslərimi üzə çıxarmağa imkan yaradıb! ( Bilirsiniz də nəyi deyirəm. Hərdən həvəsə gəlib 1-2 cizmaqara etmişəm) Bu sayt mənə çoxlu dostlar, sirrdaşlar verib : Pərişimi, Xanim-Xatunumu, Əfsanəmi, Sən-Xəyaləmi, Ülviyyəmi, Happymi, Cuqquşumu, Madamımı, Fatma ablamızı, Selcan Xatunumuzu, Məryəmimizi, Gülşənlərimizi, Zərifimizi, Shokomuzu, Musyamızı, Gözəllik İlahəmizi, Rəvanəmizi, Səmamızı, Milamızı, Afətimizi......saymaqla qurtarmaz...Maşallah olsun!!!!!))) Bəzi üzürlü səbəblərdən saytda son 1-2 aydı çox az görünürəm. Amma yenə də türklər demiş özləndiyimi görəndə çox sevinirəm. Bu da ondan irəli gəlir ki, bu saytda azdan-çoxdan sevilirəm...Saytımıza bundan da böyük nailiyyətlər arzulayıram. Qadin.net nömrə 1 dir!!! Bu, danilmaz faktdır!!! (Şeyla)
Saytın hər zaman yüksək zirvələrdə olmasını,saytda əziyyəti olanlara can sağlığı uzun ömür, uğurlar arzu edirəm. Bütün xoş niyyətli xanımlarımıza ailə səadəti, analıq sevinci və ləyaqtli ömür yolu diləyirəm müqqəddəs Tanrımızdan.. hər bir azəri qızına göz yaşından kənar və sevgi ilə dolu günlər arzu edirəm!(Dr.Nata)
Nə yaxşı ki bu sayt var. Vətəndən uzaq olsam da bu sayt vasitəsilə özümü Vətəndə hiss edirəm. Arzum budur ki, Qadın.Net saytı uzun ömürlü olsun, gələcəkdə bizim körpə balalarımzda bu saytdan bizim kimi faydalana bilsinlər. Ramil bəy və Selcan xanıma öz təşəkkürümü bildirirəm. Biz xanımları düşünüb bu cür yüksək səviyyəli saytı biz xanımlara təqdim etdikləri üçün... Sizlərə son sözüm odur ki, sizləri çox sevirəm. Gəlin həmişə mehriban olaq, can deyib can eşidək.(Pərvanə)
İlk öncə onu deyim ki Qadın.Neti axtarış sistemindən tapdım. Bir az saytda xəbərlərə baxdım. Sonra qeydiyyatdan keçməyi qərara aldım. Olduqca maraqlı gəlirdi mənə bu sayt. Günlər keçdikcə daha da doğmalaşır, əzizləşirdi. Qadın.Net mənə bir sıra dostlar qazandırdı. Onların sırasında Niko_lya, La_Vie_En_Rose, Musliminka, Guler, Milana.M və başqaları. İlk xəbərim atam haqqında olmuşdu (hardasa 5-6 ay əvvəl). İlk günkü kimi yadımdadır xəbərimin çıxdığını görəndə elə sevinmişdim. Dərhal şərhlərə keçmişdim ki, görüm xəbərimə nə fikirlər yazılıb. Nə yalan deyim bir neçə insanlarla intriqam da olub: Eltun Zahidoglu, Gülşən xanım, postablar, Lady Beauty. Amma şükür ki, barışılqla nəticələnib hamısı.Qadın.Net haqqında ürəyimdə çox sözlər var. Yəni bir ismarıca sıxmayacaq qədər çox. Hə bir də yadıma düşmüşkən hələ qızların ad günümü burda necə təmtərahla keçirməklərin unutmaram heç vaxt. Sonda saytımıza unuz ömür arzu edirəm.(Kristen)
Qadın.Net saytınin mənim həyatımda çox böyük rolu var. Mən bu saytda təzəcə qeydiyyatdan keçmişəm ancaq çox şeyləri burda öyrənmişəm. Mənim 20-25 il bundan öncə tutduğum bir kitabçam var. Ordakı qeyd etdiyim bütün yazıları bu saytda xəbər kimi vermişəm. Necə deyərlər: "Saxla samanı, gələr zamanı". Gərəyim oldu. Bu sayta gələndə həyatımın nə çətin günlərini yaşayırdım. Saytda özümə dost tapmışam. Arada hal-əhval tuturuq. Sayta dadlı-dadlı yemək, şirniyyat reseptləri göndərirlər istifadəçilərimiz sağ olsunlar köməyimizə çatır. Saytda yazarların şerlərin, hekayələrin maraqla oxuyuruq və zövq alırıq. Mənim dediklərimi yəqin ki, buradakı xanımlar hamısı təsdiq edər. Saytımız 1-2 gün bağlı qaldı. Elə bil nə isə itirmişdim. Darıxdığıma görə başqa sayta girdim ancaq ki, mənə həm yad kimi gəldi, həm də özümü çox qəribə hiss etdim. Maraq vermədi mənə ora. Heyf deyil öz saytımız? Allah saytımızın ömrün uzun eləsin. Saytı açanlara çox təşəkkür edirəm. Allah Təaladan onlara uzun ömür və can sağlığı arzu edirəm. Amin! (Firuzə)
Sayt vasitəsilə bəzi sahələrdə, xüsusən evdarlıq, mətbəx sahəsində biliklərimi artırdım, yaxşı insanlar tanıdım. Qadin.Net mənim üçün asudə vaxtımı səmərəli keçirdiyim, müəyyən sahələrdə özümü ifadə edə bildiyim, ünsiyyətdən zövq aldığım faydalı yerdir. Qadin.Net - hərtərəfli, qadınların bir çox maraqlarına cavab verən və həyatın nəbzini tutan saytdır. Mövzular geniş, aktual, əhatəlidi, ünsiyyət sərbəstdi, rəhbərlik və istifadəçilər arasında münasibət ideala yaxındır. Bir sözlə, ölkəmizdə bildiyim ən yaxşı qadın saytıdır. Və təbii ki, daim yenilənməyə, elm-ictimai-sosial sahəyə biraz daha ağırlıq verməyə ehtiyac var. Arzu edirəm ki, saytın mövcudluğu 10 illiklərlə ölçülsün, arealı genişlənsin, qadınların maariflənməsində, sosial-ictimai həyatda fəallığında, düşüncə tərzinin, zövqünün formalaşmasında əhəmiyyətli payı olsun. (Bakuji)
Qadin.Net mənə çox doğmadı. Əyər gün ərzində 5 dəqiqə vaxtım olursa, onda sayta girib mütləq baxıram....Düzdü bu sayt üçün burda olduğum 7 ay müddətində heç bir iş görməmişəm....Ancaq əvəzində burdan çox şey öyrənmişəm...Hər zaman zirvədə olmağı arzu edirəm! Cünki zirvəyə layiq saytdı QADIN.NET...(Dr.Ağayeva)
Artiq 2 il olacaq iyun 21 də . həm də 25 yaşım olacaq Qadin.Netlə ad günüm də tanış olmuşam. Salat axtarırdım. Amma ən gözəl sayt olan Qadin neti tapdım. Deyirəm nə yaxşı axtarmışam. Bura tez öyrəndim. Tez bağlandım. Burda hansı mövzu haqda istəsəm tapıb oxuya bilirəm. Tez bir zamanda Qadin netin DJ oldum. Çalişıram əlimdən gələni edim ki, saytda olanlara da maraqlı olsun. Bura bağlı olanda mən özümə yer tapa bilmirəm. Elə bilirəm həyatımda nəsə çatmır .Qadin. Net nə yaxşı ki, varsan həmişə yaşa (Dj.Musi)
Qadin.Net mənim həyatımda çox dəyişikliklər edib. İlk öncə burda xəbərləri oxuyuram. Hər dəfə nəsə öyrənirəm maraqlı və faydalı. Özüm də xəbərlər yazıram. Burda hər kəs bildiyini yazır, paylaşır ki, bilməyənlər oxusunlar, öyrənsinlər. Sonra isə bu gözəl sayt mənə yaxşı dostlar verib. Allaha min şükürlər olsun. Hal hazırda bir çoxları ilə danışıram, əlaqə saxlayıram. Demək istəyirəm ki, bu saytı yaradana çox təşəkkür edirəm. Selcan xanım və əziyyəti olan hər kəsdən Allah razı olsun. İnşallah. Çox sağolun ki, sizlər varsiz...Çox uzun ömülü olsun saytımız. İnşallah... (aishvarya rai - Nəzrin)
Qadin.Net-qadınlığımı işıqlandıran bir mayakdır. Həyatımda oynadığı rolu çox əhəmiyyətlidir. Bir qadın kimi məni sanki üzə çıxartdı. Mən çox qapalı biriyəm. Hər sözü demərəm. Amma saytı tanıyandan sonra hər mövzuda acıq fikir deməyi öyrəndim. Öz düşündüklərimi deməyi, həyata qapalı baxmamağı öyrəndim. Sanki beynimin 1 küncündə yatıb qalan savadım və arzularım üzə çıxdı mən oyandım. Evdar qadın olaraq dünyanin yalnız bizimkimilərcün mətbəxdən yaranmadığını dərk etdim. Eyni zamanda da ədəbiyyat və şeriyyata həvəsim yenidən cücərdi sayənizdə. Bunun üçün saytı yaradanlara hörmətim və təşəkkürüm sonsuzdur. Selcan xanım başda olmaqla hər kəsə minnətdaram. Onu da unutmuram ki-mətbəxdə Pərvanə xanım sayəsində çox şey öyrəndim. Əməyi keçən hər kəs sağ olsun. Az da olsa ürəyimi boşaltdım. (R.G.Al-Su)
Qadin.Netin mənim həyatımda çox böyük yeri var. Bunu heç itirmək istəməzdim. Bura üzv olmağımın sabah yəni ayın 13-ü 4 ayım tamam olur. Bu aylar ərzində özümə lazım olan çox şeylər, dəyərli məsləhtlər qazandım. Saymaqla qurtarmaz. Buna çox ehtiyacım var idi. Burda özümü çox rahat hiss edirəm. İstəyirəm burda öz bacardığım hər şeyi paylaşım. Düzdü hələ başlamamışam öyrənmək və öyrətmək heç vaxt gec deyil. Nə də ki, ayıb deyil. Buranı heç bir sayta dəyişmərəm və sadiq qalacam (Maya El)
Qadin.Netin həyatımda misilsiz rolu danılmazdı. Amma sözlə izah etməkdə çətinlik çəkirəm. Çünki saymaqla qurtarmır. Odur ki, bacardığım qədər sıralamağa çalışacam-antidepresant kimi təsir qüvvəsi çox böyükdü ki, bu mənə daim kömək olur. Analoqu olmayan həyat məktəbi hansi ki, təmənnasız və ayrıseçkilik etmədən dərslərini axsadmadan keçir. Uğur həmişə Qadin.Netlə olsun!(Ülviyyə.)
Qadın.Net-də günüm xoş keçir. Maraqlı vaxt keçirdirəm burda. Bilmədiyim şeyləri öyrənirəm. Ünsiyyət qururam. Qadın.net-in gələcəyi ilə bağlı istərdim ki daha maraqlı olsun, daha da kefiyyətli xəbərlər, məlumatlar, şərhlər olsun. Kimsə öz mənafeini güdüb girməsin. Daim məlumatlandırmaq məqsədli yazılar olsun. Selcan xanıma, və bütün adminlərə çox sağolun deyirəm. (Gülşən29)
Qadin. Net məni çox dəyişdirdi...Vətənimçün çox darıxırdım. Bu sayt mənə çox kömək oldu. Düzdü əvvələr çox açmırdım ki, çox darıxıram Vətən üçün sonradan həm Vətən həsrətini elə bu saytdan aldım. Ən əsası odur ki, özümə elə gözəl dostlar tapdım ki...12 ildir görmədiyim (yeni izini itirdiyim) Chima adlı dostumu elə bu Qadin net. vasitəsiylə tapdım və ona görə çox minnətdaram Qadin.net rəhbərliyinə. Humay, Aybəniz adlı əsas iki ürək dostum var. Bu Qadın. Net-də tanış olmuşuq. Aytən və Validə xanımla təzə tanış olmuşam. Bilirəm ki, bu xanımlarla da dostluğumuz uzun çəkəcək. Yəni Qadin.net üçün nə qədər xoş söz desəm də yenə ürəyimdəkiləri çatdıra bilmirəm....(Rühəngiz)
Latviyaya təzə gəldiyim və doslarımdan, yaxınlarımdan ayrı düşdüyüm vaxtda qadın.neti tapdım. Mənim üçün əvəzedilməz bir sayt oldu o vaxtdan. Tək qaldığımda, çox darıxdığım vaxtlarda tək yanımda mənimlə olan Qadın. Net və onun mehriban heyyəti, istifadəçiləri oldu. Vaxt ilə özümə fərqli dostlar tapdım. Maraqlı fikirlər, yararlı məlumatlar əldə etdim. Mənim üçün ən başlıca olan çox çox lap çox gözəl bir xanım ilə dostluq qurdum. O mənim üçün indi əvəzedilməz birisidir. İndi hər zaman o gözəl dostum virtual dünyada da olsa mənimlədir. Yaxşı və pis günümdə də. Qadin.netə və onun heyyətinə, o gözəl dostu mənə rastlatdığı üçün dərin minnətdarlığımı bildirirəm. Yaxşı ki varsan, yaxşı ki, bizimləsən QADIN.NET (MikaMilus)
Mən Qadın.Neti ilk salat axtararkən tapdım. Daha sonra artıq bu saytdan çox xoşum gəldi. Burda özümə dostlar tapdım. Ən xoş anlarımı bu saytda bölüşdüm. Və ən çətin günlərimdə də burada tanıdığım dostlar mənə dəstək oldular. Hətta ən kədərli anlarımda bu sayt sayesində güldüyüm olub. Xatirələr çoxdu. Onları yazmağa günlər yetməz. (Aytən)
Qadın.Neti təsadüfən tapdım. Yemək reseptlərinə baxanda. Səhifə açmadı deyə sayta yoldaşımın köməyilə üzv oldum. Xoş sözlərim o olar ki, gözəl nailiyyətlər ,uğurlar, yaxşı dürüst xəbərlər olsun ki, bizlər də bu yazılardan faydalı məsləhətlərdən bəhrələnək canım. Uğurlar sizlərə (Gülər)
Qadın.Net həyatımda son zamanlar önəmli yer tutur. Sanki burda sirdaşımı tapıram. Bilmədiyim məlumatlara yiyələnirəm. Məsləhətlərdən çox faydalanıram. Bir sözlə gözəgörünməz, amma hər zaman yanımda olan dostumdur-Qadın.Net!(Günel N1.)
Qadın.Net mənim gündəlik işimdir sanki. Hər gün işə gəlib ilk öncə sayta nəzər salıram. Nə kimi yenilik və yeni xəbərlər var gözdən keçirirəm. Maraqlı xəbər olan zaman oxuyur faydalanıram. Ən əsası isə bildiklərimi "Əhli-Beyt bağçasından bir neçə" adlı xəbərimdə bütün qadin.net saytının xanımlarına (istifadəçilərinə) çatdırıram. Bundan mənəvi qida, xüsusi zövq alıram. Bildiklərimi kiməsə çatdırmaq, kimisə faydalandırmaq mənim üçün xöşbəxtlikdir. Allah razı olsun. Qadin.net saytı da mənim xəbərlərimi yerləşdirir. Belə bir saytın istifadəçisi olduğum üçün sevinirəm (Santa-xatun)
Artıq 1 ildir ki bu saytın üzvüyəm. Sayta gəlməyəndə çox darıxıram. Fikirləşirəm görəsən xəbərim çıxıb? Yeni nə xəbərlər var?))) Saytımızın sayəsində bilmədiyim bir çox şeyləri öyrənmişəm, öyrənirəm. Virtual da olsa çoxlu dostlarım var. Saytın yaradıcılarına çox təşəkkür edirəm. (duyğu)
Qadın.Netlə mən haytımn ən çətin vaxtlarında tanış olmuşam. Burada olan yazılardan çox şeylər öyrənmişəm. Etirafları, hekayələri oxumuşam və görmüşəm ki, mənim kimi sıxıntıları olan da var, çox böyük dərdi olan da var. Məndən təcrübəli olan xanımlardan analıq məsləhətləri almışam. Bir sözlə bura mənim balaca ailəmdir. Bir neçə gün sayta daxil ola bilmirdim. Sayt açılmırdı, nəsə problem var idi. O vaxtlarda çox darıxırdım. Elə bil ki, yaxın doğma adamımdan uzaqlaşmışam. Elə bildim ki, sayt artıq açılmayacaq, Sonra görəndə ki, sayt açılıb çox sevindim. Elə bil çoxdandır görmədiyim yaxın bir adamımla görüşdüm. :-) Ugurların davamını diləyirəm. (L.m. Lady)
Heç kimlə paylaşa bilmədiklərimi burda ya xəbərlərimlə, ya da dostlarımla paylaşıram. Çox məlumat əldə etmişəm burdan. Bilmədiklərimi öyrənmişəm. Bir sözlə qadın.netsiz qala bilmirəm (Aysel)
Qadın.Netə işə gələndə baxıram. Vallah tam səmimi deyirəm qapıdan içəri daxil olan kimi kompyuterimi açıb Qadın.Netə daxil oluram. İşdə hamı mənə "Qadın.Net xəstəsi" deyirlər. Mən burada özümə dostlar tapdım. Bundan yaxşı nə ola bilər ki?... Mən artıq qadın netsiz dayana bilmərəm. Qaldı ki, Ceylan xanıma çox-çox təşəkkür edirəm. Onun xəbərlərini də həmişə oxuyub faydalanıram. Ümumiyyətlə, bizi unutmayıb bizə bu cür şərait yaradanlara öz təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun! (Nuriyyə İbrahimova)
QADIN.NET mənim həyatımda əvəzedilməzdir. Hansı gün sayta baş çəkməsəm darıxıram. Nə isə çatışmır işlərimdə. Özümü çox rahat hiss edirəm bu saytda. Qadin.net mənə sərbəst olmağıma kömək etdi. Mən bu saytda fikirlərimi daha açıq şəkildə ifadə edə bilirəm. Xətrini çox istədiyim qızlar da az deyil. Qadın.netə təşəkkür edirəm.(Riana)
Qadın.Netin rolu həyatımda böyükdür. Bilmədiklərimi burdan öyrənirəm. Daha böyük nailiyyətlər, uğurlar gözləyirəm. Həmişə var olsun qadin.netimiz!....Bol -bol istifadəçi kütləsi arzulayıram. Bütün əməyi keçənlərə, bu saytın bütün yaradıcılarına Təşəkkürlər.
(Lady beauty)
Qadın.Net-mənim üçün maraqlı məkan. Qadın.Net-dadlı və ləzzətli reseptləri ilə, maraqlı hekayələri ilə, dəyərli məsləhətləri ilə dolu bir jurnal. Əziz Qadın.Net, dadlı və gözəl reseptlərlə ailəmi və gələn qonaqlarımı sevindirdiyin üçün başda Ceylan xanım olmaqla hər kəsə təşəkkürlər. (A.Angel)
Qadın.Net məni həm ağladan, həm güldürən dəbdən geri qalmamğı ailə münasibətlərində mənə kömək edən çox yaxın dostumdu. Sevinirəm bu saytı tapdığımçün. Heç birinizlə tanışlığım yoxdu. Amma hər birinizə ayrı-ayrılıqda hörmətim var. Qadın.Net-də, sizlər də hər zaman var olun.(Günel).
Qadın.Net -şer yazmağa marağımı biraz da artırdı...Oxu nədir, oxucu necə olur, mənə göstərdi hamsını…Təşəkkür edirəm, rəhbərliyə, sayta əməyi keçən hər bir kəsə. Və təbii ki, şerimi oxuyanlara, bəyənənlərə....(Eltun Zahidoğlu)
Mən bu sayta ilk dəfə girəndə dedim ki, bu əsl mənlikdir. Buradakı istifadəçilər o qədər mehriban səmimi xanımlardır ki, burada özümə çoxlu mehriban xanımlar tapdım. Hər gün yeni xəbərlər mövzular oxuyuram. Yeniliklərdən xəbərdar oluram. Bu saytda işləyən əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar və yeni nailiyyətlər arzulayıram.(Viktoriya)
Qadın.Net mənim həyatımda çox dəyişikliklər etdi. Əvvəla burda maraqlə və faydalı məlumatlar oxumuşam, öyrənmişəm... Daha sonra isə mənə dostlar verib bu sayt. Hansıki inidyə qədər münasibətim var. Maşallah. Vaxt tapanda xəbər də əlavə edirəm. Bu məni sevindirir. Özəl həyatıma da çox təsir göstərib yaxşı mənada... Saytda hamı bir-birinə hörmət, sevgi göstərir. Maşallah... Bu isə mənim ən çox sevdiyim şeylərdəndir... Sonda isə bu saytı yaradana, saytın gedişatında əməyi olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Allah hər birindən razı olsun. İnşallah... Basda Ceylan xanım olmaqla bütün əziyyəti olanlara təşəkkür edirəm...(Happy)
Mən bura 4-5 aydır gəlmişəm. Amma gəldiyim gündən bura həmişə mənim üçün maraqlı olub. Çünki mən çoxdan idi ki, yalnız xanımların ola biləcəyi sayt axtarırdım. Bura rəfiqəmin məsləhəti ilə gəldim və çox gözəl sayt olduğunu gördum. Həqiqətən də bir xanıma lazım olacaq hər şey bu saytda var. Yemək və şirniyyat reseptləri, maraqlı məlumatlar, məsləhətlər, dəyərli sözlər və s. Hər şey bu saytdadır. Bu saytın yaradılmasında zəhmət çəkən adamların hamısına təşəkkür edirəm. Redaktorlara da həmçinin. Çox sağ olun. Bu saytın uzun ömürlü olmağını istəyirəm. Hamıya uğurlar. Təşəkkürlər.(Selena)
QADIN.NET in mənim həyatımda rolu çox böyükdür. Demək olar ki, hər gün girib baxdığım çox sevdiyim bir saytdır. Burada qeydiyyatdan keçəndən hər gün yeni bir lazımlı və maraqlı məlumat əldə edirəm. Ən əsası odur ki, real həyatda insanlardan görmədiyim mehribanlığı, münasibəti buradakı qızlardan görmüşəm. Başqa saytlardan fərqli olaraq bura olan marağım heç vaxt azalmır. Son zamanlar işlərim və dərslərim çox olduğuna görə saytda çox ola bilmirəm, xəbərlərə şərh yazıb fikrimi bildirə bilmirəm. Amma yenədə hər gün açıb baxmasam sanki ürəyim dayanar. Tam səmimi olaraq bildirmək istəyirəm ki, QADIN.NET mənim həyatımın bir hissəsinə çevrilib. Buradakı bütün dostlarıma, rəhbərliyə, bura əməyi keçən hər kəsə demək istərdim ki, nə yaxşı ki, varsınız. Hər zaman var olun və bizləri sevindirin. Sizi çox istəyirəm.
P.S. Ürəyimdə çox söz var, amma saytda bir illiyimdə xəbər şəklində hazırlayıb hamısını paylaşacam.(Sabrin)
"Qadin.Net"-in faydasını cümlələrlə ifadə etmək yetərincə azdır. Bu dəyərli saytın dəyərindən danışmaq üçün nə kəlmələr bəs edər, nə hisslər.Qadin.Net-daxilən məndən ayrılmayan 3-cu "Mən"imdir. Nə həyatımı, nə istirahətimi onsuz təsəvvür etmirəm. Canim Qadin.Net, səni çox sevirem-eynən gülün bülbülə aşiq olduğu və şokoladsız qalmağı bacarmadığım kimi :-) (Gözəllik ilahəsi)
Ardı var....
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dırnaq əti baxımı üçün xüsusi maska
Gəlinliyə namizədləri üçün
Payızın trend ayaqqabıları
Texniki baxış zamanı sürücüləri heyrətləndirən nədir?
Ərəb mədəniyyəti - 1
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Bu sürücüləri cərimə gözləyir
BÜRCLƏR bizə nə vəd edir? - 22 APREL
Millət vəkili xəyanətdən yazdı
Arıqlamaq üçün orijinal üsul
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Mən də gözəl olmaq istəyirəm!
Qadınların dözə bilmədikləri
Günün ulduz falı - 17.02.2014
Almaniya sakini bu yolla günə 9 min avro qazanır
Ermənistan nüvə silahı yaradır?
Göbələkli kartof peraşkisi (foto resept)
Ərəb rəqsinin üstünlükləri
Dünya Yeni ili necə qarşılayır?
Məşhur müğəninin saçları 35 min dollara satıldı
Qoxulu şamlar sağlamlığı təhdid edir
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Sadə rulet (foto resept)
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Dərini qidalandıran maska
Buse toydan sonrakı ilk fotosunu paylaşdı-FOTO
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Stadion istismara verildi
Pandemiya dövründə 460 nəfər ev dustaqlığına buraxılıb - NAZİR
Almalı balqabaq şorbası (foto resept)
İmam Əlidən (ə) mübarək tövsiyələr
Əmək Məcəlləsində dəyişiklik edildi
Aslı Enver məşhur aktyorla görüşdü-SƏBƏB/FOTO
Çingizdən bir daha olmayacaq...
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Kişilərin burnu qadınlarınkına nisbətən daha böyük olur
Instagram vasitəsilə diaqnoz qoyulacaq
Maddələr mübadiləsini sürətləndirək
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO
Leysan qiymətlərə də təsir etdi
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ
Bakıda qəzaya uğramış maşından sürücünün xilas edilməsi anları - YENİLƏNİB + VİDEO
Türkiyəli general: "Hərbi yol ən çox Ermənistana zərbə vuracaq"
Bütün zamanların ən darıxdırıcı filmi seçildi
Dibçək bitkiləri haqqında
Mənim uşaqlıq arzum gerçəkləşdi!
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
- ŞƏRHLƏR