Mineko İvasaki – Əsl geyşanın memuarları (Nigar Şahsuvarova)
“Geyşa” – özündə çox dərin sirrlər ehtiva etdirir. Mineko İvasakinin həyat hekayəsi oxucunu bu unikallığa daha da yaxınlaşdırmaqdadır.
Hər şey Artur Qoldenin “Geyşanın memuarları” əsəri ilə başlandı. Çox satılan əsərlərdən olan “Geyşanın memuarları” Mineko İvasakini dərindən sarsıtmışdı. Artur Qoldenin qələmə almış olduğu geyşa tamamilə fərqli idi. Üstəgəl, xahişinə rəğmən “Hər şeydən çox bir şəxsə borcluyam: Mineko İvasaki” qeydi ilə intiharın astanasına gələn Mineko İvasaki Artur Qoldeni məhkəməyə verdi. 2003-cü il məhkəmə prosesində Artur Qoldenin gizliliyi pozaraq adının açıqlaması və gerçəkləri yanlış istiqamətdə təqdimatına görə Mineko İvasaki müəllifin onun şöhrətini qaralamaqda günahlandırdı. İvasaki vurğulayırdı ki, Qionda heç vaxt bakirəliyin satışı- “midzuaqe” olmayıb, ancaq “oyran” (fahişəlik) mövcud olmuşdu. Qolden isə cavabında bildirdi ki, İvasaki nəinki bakirəliyini satmışdı, eyni zamanda müəyyən məbləği də qeyd etmişdi. Tərəflər razılığa gəldilər: Qolden İvasakiyə təzminat ödədi. Amma geyşa adətlərinə və gizliliyə xəyanət etdiyi üçün İvasaki ölüm təhdidləri almışdı.
“Bir yanlışı düzəltmək istədim. Geyşalar küçə qadını deyildi. Bu gerçəyi vurğulamalıydım. Həmin kitab Sayuri adlı gənc qızın zamanın məşhur geyşası kimi tanıdaraq bakirəliyinin açıq satışa çıxarıldığı qeyd edilir. Heç kim geyşaları bədənini satmağa zorlaya bilməz. 21 yaşımda həyatıma girən ilk kişi Sintaro Katsu adlı evli bir aktyor idi. Ona aşiq oldum. Birlikdə olmamızı istədiyində 3 il ərzində hər gün ziyarətimə gəlməsini şərt qoydum. Şərtimi yerinə yetirdikdən sonra sevgilisi olmağa qərar verdim.”
Gündoğar ölkədə 17-ci əsrdə ortaya çıxan “geyşa dünyası” yaponca ”ka-ryu-kai” yəni ”zövq dünyası” olaraq adlandırılır. Əslində bu “zövq” heç də cinsi əlaqə demək deyil. “Gey”-sənət deməkdir. Çox yoxsul ailələr tərəfindən pul qarşılığında satılan qız uşaqlarını “çay evləri”nə xidmət etmək üçün ciddi nizam-intizam altında okiyada tərbiyə edirdilər. İlk öncə “mayko”, sonra “geyko” yoluna addımlarını atarkən həyat qadınlarının əksinə sənət, rəqs, söhbət zərafətlikləri ilə qəlbləri fəth etməyi bacarırdılar.
1949-cu ildə doğularkən atasının 53, anasının 44 yaşı vardı. Şkafda gizlənərək bacı-qardaşlarından uzaq, təhnalığına sığınan Masakonun böyük bacıları da “satılmışdılar.” Günlərin birində okiya sahibəsi Masakonun gözəlliyə vurğun olub onu atotori (okiyanın varisi) etmək üçün tez-tez ziyarət edərək ata-ananı yola gətirməyə çalışır. Eyni zamanda gənc qadının peyda olması, Masakonun “atotori”si üçün çabalaması, 2 oğlan uşağını evə gətirməsi artıq gələcəyin Minekosunu doğma evini ataraq okiyaya doğru yol tutmasına səbəb olur. Sonralar öyrənəcəkdi ki, həmin gənc qadın onun vaxtilə satılan böyük bacısı, oğlanlar isə bacısının uşaqları idi. Rəqsə olan dərin ehtirası onu zirvələrə doğru apararkən gələcək məhkəmə prosesində ata-anasını deyil, İvasaki okiyasının seçimində əsas faktor-rəqs idi. Özünün qeyd etdiyi kimi rəqs-onun həyatı idi. İvasaki okiyasında 5 yaşından etibarən məskunlaşması ilə növbəti il dərslərə başlayır. Bacısı oğlanlarından birinin acı itkisi qəlbini incidərkən, digəri-Mamoru tərəfindən az qala təcavüzə uğraması ilə əks-cins nümayəndələrinə qarşı bir soyuqluq əmələ gəlməyə başlayır. Qadınlarla qurmağa çalışdığı ünsiyyət-əlaqə isə iflasa uğrayır. Təbii ki, uşaqlıqdan sakit keçməyən həyatı onu təqib etməyə davam edir. Zaman keçdikcə yüksələn və özünü tanıyan Minekonun həyatı isə heç gözlənilməyən məcrada dəyişikliyə məruz qalır. Şintaro Katsu evli olmasına rəğmən ona eşq elan edərək şərtini yerinə yetirir. Amma geyşa aktyorun böyük yalanının üstünü açmağa müvəffəq olaraq onunla yollarını əbədi kəsir. Artıq zamanın tələblərinə uyğunlaşmaq lazım idi. Və bu “zəmanə tələbi” onu rəssamla tanış edir ki, dəfələrlə rədd etdiyi evlilik təklifinə razılığını bildirir.
Kimono yaxalıqlarının rəngi ilə “mayko” və “geyko” fərqindən tutmuş saç formasını qorumaq üçün istifadə edilən üsulun çətinliyi, qaşların qırxılaraq boyalı “qaş”la əvəz olunması, “çay evi”nin qonaqlarına “sake” xidməti, xaricdən ölkəyə təşrif buyuran qonaqları “əyləndirmək” üçün öz sənətindən istifadə, -qısacası, geyşa dünyasının görünməyən tərəfləri ilə tanışlıqdan əlavə Yaponiya tarixinə də göz atmaq imkanı bəxş edən əsərdə geyşaların necə azalma sürətinə doğru getdikləri, bunun əsas səbəbi kimi qərb tərzli barların məşhurluğu və hər bir yapon vətəndaşının təhsil mütləqliyi ilə yaş həddi məhdudiyyəti əsas götürülür.
Bir zamanların əfsanəsi Mineko İvasaki isə narahatçılıq keçirməkdədir.
Əsər boyunca oxucuya bir-birindən fərqli xarakterlər, gözlənilməyən həyat dəyişiklikləri ilə yapon mədəniyyətinə daha yaxından baxış atmaq imkanı bəxş edilir.
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor
- ŞƏRHLƏR