Əziz Qadin.Netlilər! Artıq bildiyiniz kimi dünən, yəni 25 oktyabr saat 13:00 dan 16:00 dək "Bakumoz Books" Kitab Mərkəzində
"Kitabsevərlər" qrupunun təşkilatçılığı ilə çox hörmətli redaktorumuz Xəyalə Muradın ikinci kitabının təqdimat mərasimi keçirilmişdir. Sosial şəbəkədə çox məşhur olan gənclərin iştirakı və yaxından köməyi ilə təşkil olunmuş təqdimat mərasiminə Qadin.Net saytının layihə rəhbəri Ramil Huseynov və Qadin.Netlilər də dəvət olunmuşdular.
Təqdimatı Kitabsevərlər qrupunun rəhbəri olan Fariz Bayramov açılış edərək gələnləri salamladı və ilk sözü Qadin.Net saytının layihə rəhbəri Ramil Hüseynova verdi. Ramil bəy Xəyalə Muradın Qadin.Net saytında gördüyü işlərdən bəhs edərək, onun saytdakı rolundan danışdı. Kitabsevərlərin təşkil etdiyi təqdimatı dəyərləndirərək, qrupun daha da inkişaf etməsini dilədi və eyni zamanda Bakumoz kitab evini yüksək qiymətləndirərək gələləcək fəaliyyətində uğurlar dilədi. Xəyalə xanıma da həmçinin bundan da daha yüksək yaradıcılıq uğurları azuladı.
Daha sonra Fariz Bayramov bir neçə ifadə ilə Xəyalə Muradın onlarla birlikdə gördüyü işlərdən bəhs etdi: "Facebook sosial şəbəkəsindəki ən böyük kitab qruplarından olan Kitabsevərlər qrupu və bu qrupun gənclərinin toplaşaraq qurduğu “Kitabsevərlər Hərəkatı” nın fəallarından olan Xəyalə Muradın "Bir yarpağın arzusu" kitabını sizə təqdim edirik. Qeyd edək ki, Xəyalə Murad Kitabsevərlər qrupunun ərsəyə gətirdiyi “Şəhrizad” və “Gəlincik evi” adlı hekayələr toplusu olan kitablarda bir neçə uğurla tərcümə etdiyi hekayələr dərc edilib."... Fariz bəy sözü Xəyalə Murada verməklə öz dilindən oxucularına kitabını təqdim etməsini məsləhət bildi.
Xəyalə Murad təqdimata gəlmiş hər bir kəsi salamlayaraq sözə başladı: İlk kitabım "Görünməyən həqiqət" dedektiv-povesti idi. Azərbaycan oxucuları qadın dedektiv yazarı qəbul etmədikləri üçün önfikirlərlə rastlaşdım və bundan sonra dedektiv janrında yazdığım povestlərimi yazsam da üzə çıxartmayacağıma qərar verdim. İkinci kitabım olan "Bir yarpağın arzusu" isə bir roman və üç hekayədən ibarətdir. Roman üç gəncin öz tale yolunda atdıqları addımlardan və bu addımların onların taleyinə necə təsir etdiyindən bəhs edilir. Ailə-məişət mövzusunda yazılmış roman sadə sevgi romanı deyil. Tərifdən çox ədəbi tənqidə üstünlük verdiyimdən oxucuların əsər haqqında fikirlərini mütləq bilmək istəyirəm. Axı oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir. "Bir yarpağın arzusu" kitabı Qanun Nəşriyyatında işıq üzü görüb və adı tərkibindəki hekayənin adından götürülüb."
Daha sonra Xəyalə Murad Qadin.Net haqqında danışdı: "Mən inkişafımın səbəbkarı kimi Qadin.Net saytını görürəm. Bu sayt vasitəsi ilə daim inkişafdayam. Xanımlara yaxın olmaqla onların qəlbinə gedən ən qısa yolları kəşf etmişəm. Bu yollara müraciət etməklə onların ruhuna toxuna bilmək bacarığımı kəşf etmişəm. Açılışdan əvvəl gənc şairin zarafat dailində qeyd etdi kimi desəm-Mən Oskar nədir, hətta ədəbiyyat üzrə Nobel də alsam yenə də Qadin.Netimi tərk etmərəm və daim Qadin.Netli olmağa davam edəcəyəm. Bu saytda bizə dəyər verən və hər zaman bir böyük bacı kimi, sözün əsl mənasında bir abla kimi dəstək olan Ceylan Mumoğluya sonsuz minnətdaram. "Görünməyən həqiqət" adlı e-kitabımı məhz Ceylan xanım Qadin.Net-lə birlikdə “Özünü kəşf et!” layihəsi ində işləyib hazırlamış, saytımızın bacarıqlı xanımlarına həsr edilən layihədə oxucu kütləsinə təqdim etmişdir. Qadin.Net özümə inanmağı öyrətdi.
Ardınca söz Qadin.Netli Sevər Bayramovaya verildi. Sevər xanım Xəyalə Muradın ilk kitabını oxuduğunu və bir dedektiv yazıçı kimi müəllifin qələminin güclü və təsirli olduğunu vurğuladı. Gənc yazıçıya yaradıcılıq uğurları arzuladı.
Daha sonra söz Kitabsevərlər qrupunun digər rəhbəri və eyni zamanda gənc yazar Səbuhi Şahmursoya verildi. Xəyalə Muradın kitabını oxuduğunu və bəyəndiyi tərəflərin olduğu kimi, iradı olduğu bəzi məqamların varlığını da vurğulayaraq müəllifə ayrıca bu haqda bildirəcəyini qeyd etdi. Kitabda ən çox "Yaşam naminə" adlı hekayəni bəyəndiyini bildirdi. Romanı isə müasir roman adlandıraraq, kuliminasiya çoxluğundan bəhs etdi.
Fariz bəy kitabdan ən çox bəyəndiyi cümlələri təqdimat iştirakçılarına oxudu və hər kəsin oxumasını məsləhət bildiyi "Bir yarpağın arzusu" kitabını təsirli adlandırdı. Və sonda söz yenidən Xəyalə Murada verildi:
"Buradan bütün oxuculara səslənərək deyirəm ki, arzularınızı boğmayın. Onları ürəyinizin dərinliyindəki qıfıllı, zəncirli qapılar arxasından çıxarın, azad edin. Arzularınızı çin etmək üçün addım atın. əgər o arzular alnınızı açıq edəcəksə, niyə də çin olmasın? Ümidlərinizə qanad verərək arzularınızı çin edin..."
Çıxış sonrası müəllif oxucular üçün kitablara imza atdı. Hər bir kəsə, xüsusilə Qadin.Net rəhbəri Ramil bəyə və Kitabsevərlərə və "Bakumoz" kitab evinə və rəhbəri Fərid bəyə dərin təşəkkürünü bildirdi. Təqdimatda eyni zamanda jurnalist də iştirak edirdi. Təqdimatan fotoları sizə təqdim edirik.
P.S. "Bir yarpağın arzusu" bütün kitab satış mağazalarında oxucularını gözləyir.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR