Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, "The Huffington Post" qəzetində Samuel Ramani belə yazır. Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik rolunu təhlil edir və arqumentini Moskvanın davranışındakı 3 əlamətlə yozur.
Birincisi, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı silahlandırır, Azərbaycana vertolyotlar, havadan müdafiə sistemləri, artilleriya, Ermənistana isə zirehli maşınlar, ağır texnika göndərir. Beləliklə, hər iki tərəf rejimlərinin uyğun gördüyü məqamda münaqişəni alovlandırmağa hazır durumdadır.
İkincisi, Rusiya İŞİD-ə qarşı mübarizəni siyasiləşdirərək Cənubi Qafqazda hərbi mövqeyini gücləndirir. Müəllif rus mediasının Azərbaycanın Qarabağa guya İŞİD-çi göndərməsi barədə məlumatını yada salır. Azərbaycan bu informasiyanı qətiyyətlə təkzib etdi. "Obyektiv yanaşsaq, Azərbaycanın İŞİD döyüşçülərinə ərazisindən keçməyə imkan verməsi məntiqsizdir. Azərbaycan şiə dövlətidir və ABŞ-la "İslam Dövləti"nə (İŞİD) qarşı kampaniyada əməkdaşlıq edir", - yazan müəllif vurğulayır ki, Putin Suriyada Bəşər Əsədin mövqeyini möhkəmləndirməkdən ötrü İŞİD-lə mübarizədən bəhanə kimi yararlandı. İndi eyni bəhanəylə Cənubi Qafqazda hərbi iştirakını genişləndirə bilər. Ermənistanla Azərbaycanı təhlükəsizlik baxımından özündən asılı duruma salmaqla Moskva regionda rəqiblərini - Birləşmiş Ştatları və Türkiyəni də zəiflətmiş olar.Üçüncüsü, münaqişə dondurulmuş qalarsa, Rusiyanın Cənubi Qafqaza təsiri maksimum səviyyədə saxlanmış olar. Müəllif iddia edir ki, Rusiyaya dondurulmuş münaqişə gərəkdir və bunun 3 səbəbi var. a) Bu durum Rusiyanın Ermənistan üzərində hegemonluğunun saxlanmasına imkan verir. Son toqquşmalar göstərdi ki, Yerevan daima Rusiya silahıyla silahlanmalıdır. Kreml də Ermənistana silah satmaqdan, hətta qiymətdə endirim etməkdən məmnundur. b) Dondurulmuş münaqişə Türkiyənin hərbi baxımdan mühasirədə qalmasına şərait yaradır.
Rusiya Ukrayna, Suriya və Ermənistanda hərbi iştirakını saxlayır və nəzəri baxımdan, Ankara təhlükəsizliyinə hədə yaradarsa, Türkiyəni dərhal vura bilər. c) Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın NATO üzvlüyünə yolunu aça bilər. 2007-ci ildə sızmış "WikiLeaks" diplomatik teleqramları göstərdi ki, Azərbaycanın siyasi elitası NATO üzvlüyünə tərəfdardır, ancaq bu yöndə istənilən addım münaqişənin həllindən keçir. Prezident Əliyev Avrasiya İqtisadi Birliyinə üzvlüyü rədd edib. Deməli, Rusiya Azərbaycanın başqa bir quruma da üzvlüyünü istəməyəcək. Bunun üçünsə Qarabağda münaqişə davamlı qalmalıdır.
"Qısası, Dağlıq Qarabağda son döyüşlərin səngidilməsində Putin özünü sülh agenti kimi göstərə bildi. Lakin Rusiyanın hərəkətləri və daha böyük strategiyasına əsasən demək olar ki, Putin Qarabağda sülh deyil, sabitsizlik istəyir. Bu məqam, üstəgəl, Ermənistan və Azərbaycan liderlərinin güzəştə getmək istəməməsi yaxın gələcəkdə Dağlıq Qarabağda sülhün yalnızca uzaq bir illüziya olduğunu göstərir", - məqalədə deyilir. ("Azadlıq" radiosunun xülasəsi əsasında)
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu qadın dünyanın ən ideal bədəninə sahibdir - FOTO
İlham Əliyev müjdəni verdi
Yay düşərgələrindən bütün şagirdlər istifadə edə bilirlərmi?
Arıqladan detokslar
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
NASA etiraf etdi: 9-cu planet var, amma...
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
Uşaqlarda saç tökülməsinin səbəbləri
Twitter 2014-ü "selfie ili" elan edib
Sevdiyinizin yaxşı ata olacağını göstərən 4 xüsusiyyət
Hello kitty-dən çantalar
Anası ilə sevgilisini səhv saldılar - FOTO
Göydən meteor yağacaq
Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı
Dəbli geyim nümunələri
Məşhur futbolçu koronavirusa yoluxdu
Müəllim olmaq istəyənlərə daha bir şans
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Anita Tsoy koronavirusdan sağaldı
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
Çağatay daha bir seriala çəkiləcək
Yay çantaları
16 yaşlı qızın dadlı əl işi
Naringili maffinlər (foto resept)
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Qəribə tərz sahibləri
Gödəkçələrin yuyulmasında vacib məqam
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
XİN: Ermənistan humanitar yardım adı altında mülki aviasiya ilə silah daşınması həyata keçirir
Azərbaycanda dünyasını dəyişənlərin STATİSTİKASI: 58179 nəfər...
"Dünyanın ən qədim pendiri" rekordu yeniləndi-FOTO
Mütəxəssislərdən maraqlı icad
Qidaya görə həzm olunma saatı
Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Melaniya Trampın geyimi çoxlarını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dərs mayın 31-i bitəcək
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq” -VİDEO
Manat neçə qəpik ucuzlaşa bilər?
Qarğıdalı-düyü salatı
"WhatsApp"da YENİLİK!
Keyt Middlton kraliçanı əvəz edəcək
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
Öskürəyə qarşı ballı qəhvə
Ərzaq məhsulları ucuzlaşıb
Özcan Deniz ailəsi ilə Kiprə gedir-SƏBƏB
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu














