Bayraq üzərində bir ölkənin, təşkilatın, fərqlənmə nişanı, rəmzi olan, bəzək nəqş edilən və ağac dəstəyə sancılan qumaş parçadır. "Bayraq" sözünün mənası da "batraq", yəni "sancılan" anlamına gəlir. Tarixdə ilk bayrağın minlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər var. Qoşun və ordu başçıları hərbi yürüşlərində və ya hökmdarların səfərləri zamanı sivri ağacın ucuna sancılmış bayraqdan istifadə etmişlər. Bu bayraqlar həmin dövlət və qoşunları tanıtmaqla bərabər, onların qüdrətindən də xəbər verirdi.
Tarixdə ilk qırmızı bayrağı isə Xürrəmilər qaldırmışdır(VIII əsr). Zaman keçdikcə bayraq dövlət rəmzinə, məxsus olduğu dövlətin ərazisində yaşayanların milli varlığına çevrilmişdir.
Onun qiyməti təmsil etdiyi millətin varlığı qədər deməkdir. Bayraq, məxsus olduğu dövlətin müstəqilliyini və şərəfini təmsil edir və bu səbəbdən uğrunda can fəda etmək qəhrəmanlıq kimi qəbul edilir:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq əgər ugrunda ölən varsa, Vətəndir.
Tarixdə ən şərəfli bayraqlardan biri də Türk bayraqlarıdır. Bu bayraqların içində hər birimizin hər an qurban getməyə hazır olduğumuz yeganə bayraq Azərbaycan bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı, alt zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir;düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik(eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir;böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək olub. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1/2 -dir.
Mavi rəng - Azərbaycan xalğının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız abidələr də tikilib və bu abidələrin əksəriyyəti mavi rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng - Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək istəyini ifadə edir.
Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içindı yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu gün torpaqlarımızın 20%-i murdar ayaqları altında qaldığından, Azərbaycan bayrağının ictimai-siyasi mənası daha şərəfli mahiyyət daşıyır. Azərbaycan oğullarının bu zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracaqlarına ürəkdən inanıram:
Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!
Hər birinizi Bayraq Günü münasibətiylə təbrik edirik və deyirik:
Daima zirvədə ol, dalğalan, ey BAYRAĞIM!
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR