Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əzim Əzimzadə
(1865-1943)
Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Bakının Novxanı kəndində anadan olub. Uşaqlıqdan rəsm çəkməyə maraq göstərən balaca Əzimin bu həvəsinə ötəri əyləncə kimi baxmışlar. İlk təhsilini o, 1888-1891-ci illərdə mollaxanada almış, 1891-1894-cü illərdə isə rus-müsəlman məktəbinə daxil olaraq təhsilini davam etdirmişdir. Artıq burada müəllimləri onun rəsmə marağını görmüş, böyük fitri istedada malik olmasının şahidi olmuşdular. Ona bu sahədə təhsilini davam etdirmək məsləhət görülmüşdür.
Kiyev şəhərinə göndərilən Əzim Əzimzadə burada rəssamlıq məktəbində oxumuşdur. Onun ilk karikaturası ("İrşad"ın müştərisi") "Molla Nəsrəddin" jurnalında dərc olunmuşdur. Satirik qrafika sahəsində rəssamlıq fəaliyyətinə başlayan Əzim Əzimzadə bununçün lazım olan keyfiyyətlərə malik idi.
O, hər hansısa bir hadisə və eybəcərliyin mahiyyətini dərhal anlayır və onun satirik, hamıya aydın olan ümumiləşdirilmiş obrazını tapırdı. Çox vaxt onun çəkdiyi karikaturalara şəkilaltı yazılar da tələb olunmurdu.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalında satirik rəsmləri və karikaturaları ilə çıxış etməyə başlayan Əzim Əzimzadə qısa müddət ərzində populyarlıq qazanır.
"Molla Nəsrəddin"-in bütün Şərqdə geniş yayılmasının, rəğbətlə qarşılanmasının əsas səbəblərindən biri də Əzim Əzimzadənin hər biri sənət əsəri olan karikatura və şarjları olmuşdur. Onun çəkdiyi "Cənab Vitte", "Millət dərdi çəkməkdən əriyib çöpə dönmüş müsəlman dövlətlisi" karikaturaları indiyənədək janrın klassik nümunələri hesab edilir.
"Cənab Vitte" karikaturasında Rusiyanın baş naziri yaraqlı-yasaqlı halda İran sərhədini keçərək Cənubi Azərbaycanda inqilabi hərəkatı boğmağa tələsən şəkildə göstərilib. Bu karikatura çar məmurlarının qəzəbinə səbəb olsa da, Rusiya imperiyasının siyasətini dəqiq əks etdirdiyinə görə çox populyar idi. Ölkədə baş verən ictimai-siyasi olaylarla dərindən maraqlanan rəssam "Hümmət" təşkilatının, "Nicat", "Nəşri-maarif” cəmiyyətlərinin mədəni-maarif tədbirlərinin fəal iştirakçısı olmuşdur.
1909-cu ildə nəşrə başlayan "Zənbur" jurnalında redaktor vəzifəsində çalışarkən Ə.Əzimzadə imkan olan kimi məqalə mətnlərini satirik rəsmlərlə tamamlayırdı. "Ziyalıya ikiüzlülük yaraşmır", "Qumarbazlar" karikaturaları dövrün ən iyrənc cəhətlərini qamçılayırdı.
1910-cu illərdə Əzim Əzimzadə Rusiya və Şərq ölkələrinə səyahətlər etmişdir. Bu səyahətlər onu yeni-yeni təəssüratlarla zənginləşdirmiş, həyat təcrübəsini və düyagörüşünü artırmışdı. Vətənə qayıdandan sonra Əzim Əzimzadə bir müddət müəllimlik etmiş, məktəblərdə rəsm müəllimi işləmişdir. Bununla bərabər o, Bakıda çıxan satirik jurnallar üçün karikatura və yumoristik rəsmlər də çəkmişdir.
"Molla Nəsrəddin"-in şöhrəti Azərbaycanda yeni-yeni satirik jurnalların yaranmasına səbəb olur, bu isə öz növbəsində ölkədə gedən ictimai-siyasi mübarizəyə müəyyən təsir göstərirdi.
Rəssam bu dövrdə ən çox "Zənbur", "Bic", "Kəlniyyət", "Baraban", "Məzəli", "Tuti", "Babayi-Əmir" kimi satirik jurnallarla əməkdaşlıq etmişdir. "Avropa diplomatiyasının qələbəsi", "Balkan məsələlərində biz bitərəfik" kimi karikaturaları böyük siyasətdə Avropa ölkələrinin ikiüzlülüyünü tam şəkildə göstərirdi.
Əzim Əzimzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlamışdır. Şərqdə yaradılan ilk respublikanın fəaliyyəti dövründə "türk məktəbi" adını almış köhnə "rus-müsəlman" məktəblərində Əzim Əzimzadə rəsm müəllimi işləmişdir. Bununla yanaşı o, satirik qrafika və illüstrasiya janrlarında fəaliyyətini də davam etdirmişdir.
1919-cu ildə rəssam "Türk nəşriyyat cəmiyyəti" tərəfindən nəşr edilən "Zənbur" jurnalı ilə əməkdaşlığa başlamış və orada siyasi-ictimai mövzularda 100-dən artıq karikatura dərc etdirmişdir.
Bu dövrdə Əzim Əzimzadənin yaradıcılığında milli istiqlal mövzusu mühüm yer tutmuşdur. Rəssamın dövri mətbuat səhifələrində zamanın ictimai-siyasi problemləri ilə səsləşən çoxlu sayda karikaturaları çap olunmuşdur. Dövlət quruculuğu sahəsində bəzi mənfur insanlar tərəfindən yaradılan süni maneələri öz rəsmlərində kəskin tənqid edən rəssam belə maneələrin son nəticədə Azərbaycanın müstəqilliyinə xələl gətirəcəyini, onu təhlükə altında qoyacağını bildirirdi. Bu dövrdə Azərbaycan Avropa dövlətlərini ikiüzlü siyasəti ilə qarşılaşırdı.
Müstəqilliyinə hər tərəfdən təcavüz edilən Azərbaycan təhlükələri aradan qaldırdıqca aparıcı Avropa dövlətləri onun müstəqilliyini tanımamaq üçün müxtəlif bəhanələr axtarırdılar. Azərbaycana təcavüz edən işğalçılar, xarici müdaxiləçilər əleyhinə yönəlmiş karikaturalarından birində Əzim Əzimzadə ağqvardiyaçı generallar Denikini, Kolçakı və erməni quldur dəstələrinin başçısı cəllad Andraniki ciblərində gəzdirən ingilis qəsbkarlarını təsvir etmişdi. Bununla o, işğalçıların hansı havadarların köməyindən istifadə etməsini göstərmişdi.
Əzim Əzimzadə rəsmlərində vətən və xalq təəssübkeşliyini ön plana çəkir, cəhaləti, nadanlığı, milli ədavəti, erməni millətçilərinin - daşnakların vəhşi və iyrənc əməllərini ifşa edirdi.
Əzim Əzimzadənin yaradıcılığı orijinal və çoxcəhətlidir. O, satirik qrafika, illüstrasiya, siyasi plakat, tarixi və məişət janrlarında, teatr-dekorasiya sənəti sahəsində fəaliyyət göstərmişdir. Onun təsvir üslubunda xalq yaradıcılığına xas yığcamlıq, obrazlılıq, səlislik kimi cəhətlər üstündür.
O, öz rəsmlərində tənqid hədəflərini gah öldürücü satira, gah kəsərli yumor, gah yumşaq kinayə atəşinə tuturdu. Rəssam Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə son dərəcə gözəl illüstrasiyalar çəkmiş, bir çox teatr tamaşalarına tərtibat və geyim eskizləri vermişdir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, "Arşın mal alan”, "O olmasın, bu olsun" musiqili komediyalarının, Z.Hacıbəylinin "Aşıq Qərib" operasının və bir çox digər tamaşaların bədii tərtibatını Əzim Əzimzadə vermişdir.
1920-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti devrilib, əvəzində sovet hakimiyyəti qurulduqdan sonra rəssam Azərbaycan Xalq Maarif Komissarlığının incəsənət şöbəsinə rəhbər təyin edilmişdir. Onun fəaliyyəti nəticəsində 1920-ci ildə vətənimizin incəsənət tarixində mühüm hadisə baş verrnişdir: Bakıda rəssamlıq məktəbi fəaliyyətə başlamışdır.
Əzim Əzimzadə Azərbaycanda teatr və rəssamlıq emalatxanalarının təşkilində səmərəli işlər görməklə bərabər, bir çox əsərlərə özü bədii tərtibat vermişdir.
Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli və başqalarının əsərlərinə illüstrasiyalar, tamaşalarına dekorasiya və geyim eskizləri çəkmişdir. M.F.Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", "Mürafiə vəkillərinin hekayəti", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" pyesləri əsasında hazırlanan tamaşaların da geyim eskizləri onundur.
Əzim Əzimzadənin yaratdığı əsərlər içərisində "Köhnə Bakı tipləri" adlı satirik portretlər silsiləsi dərinliyi və səlis işlənməsi ilə seçilir. "Hacı" karikatura portreti janrın klassik əsərlərindən biri hesab edilir. Bədii əsərlərə illüstrasiyalar çəkən rəssam Nizami Gəncəvinin "Yeddi gözəl", "Xosrov və Şirin" poemaları mövzusunda yüksəksəviyyəli bədii əsərlər yaratmışdır.
Bütün bunlardan əlavə Əzim Əzimzadə çox koloritli mənzərələr də çəkmişdir. Onun "Görədil", "Tut ağacı", "Qürub", "Bakı bağlarında" və s. rəsm əsərləri Abşeronun gözəlliklərini tərənnüm etməklə yanaşı Azərbaycan rəssamlıq tarixində mühüm yer tutur.
1940-cı ildə Bakıda Əzim Əzimzadənin fərdi sərgisi açılmış, burada rəssamın 1200-dən artıq əsəri göstərilmişdir.
Əzim Əzimzadə 1943-cü ildə Bakıda vəfat etmişdir.
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu