Giriş
Bağla

"Mən səni bu qədər sevməməliydim" (şeir)

MÜXTƏLİF / Ədəbi guşə / Poeziya dəftəri

 

MƏN SƏNİ BU QƏDƏR SEVMƏMƏLİYDİM...

"Mən səni bu qədər sevməməliydim" (şeir)

Mən səni bu qədər sevməməliydim,

Bilirdim, cəzası ağır olacaq.

Mən səni bu qədər sevməməliydim,

Bilirdim, bu sevgi çox ağladacaq…

 

Mən səni bu qədər sevməməliydim,

Sevgim qənim oldu mənə, qəlbimə.

Mən səni bu qədər sevməməliydim,

Ağrısı tuşlandı yenə qəlbimə.

 

Mən səni bu qədər sevməməliydim,

Göylər də qısqandı, yerlər də, inan…

Bilirdim alacaq, qəddardır həyat,

Bilirdim könlümü qoyacaq viran.

 

Bilirdim, bu dünya əzəldən budur,

Səni də alacaq tale əlimdən.

Səni başqaları oxşayacaqdı

Mən dəli olanda xatirələrdən.

 

Mən səni bu qədər sevməməliydim,

Günah səndə deyil, məndədir, anla.

“Mən sənsiz qalmaram, ölərəm” dedim,

Ömrümü əritdim bu həyacanla.

 

Bəlkə qəzəbləndi böyük Yaradan,

Səni məndən alıb sənsiz yaşatdı.

Amma yaşamıram mən sənsiz, inan…

Taleyim “sus” deyib səssiz yaşatdı…

 

Qənirə Paşayeva




Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика