Giriş
Bağla

Bitkilər və təbabət (9)

SAĞLAMLIQ / Xalq təbabəti

Bitkilər və təbabət (9)
Dərgül (itburnu)
(lat. Rosa arvensis)
Azərbaycanda dərgülün 54 növü yayılıb. Bunların meyvələrindən qədimdən bu günə qədər xalq təbabətində istifadə edilir. Dərgülün meyvələrindən elmi təbabətdə də geniş istifadə olunur.
Dərgülün meyvələri vitaminlərlə xüsusilə C vitaminilə olduqca zəngin təbii xammaldır. Onun bəzi növlərində (məsələn: darçınabənzər, dahur və.s) C vitaminin miqdarı 5-6 faizə qədərdir. Dərgülün meyvələrində C vitamini ilə yanaşı karotin, B1, B2, P, K vitaminləri, alma və limon turşuları, şəkər və flavonoidli maddələr də vardır. Odurki, dərgül meyvələrindən dəmləmə hazırlayıb avitaminoz xəstəliklərində (skorbut, beri-beri və.s), eləcə də qaraciyər və öd yolları xəstəliklərində, ümumi zəiflikdə, qanazlığında qəbul etmək faydalıdır.
Dərgülün meyvələrinin çayı şəkərli diabetə də xeyirlidir. Müasir təbabətdə dərgül meyvələrindən dəmləmə, konsentrat, mürəbbə, şərbət formasında, eləcə də ödqovucu preparat şəklində geniş istifadə edilir. Meyvələrinin toxumlarından piyli yağ alınır və dəri xəstəliklərində, xüsusilə ekzemada yarasağaldıcı dərman kimi işlədilir.
 İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən 60-70 ədəd dəm çaynikinə yerləşdirilir, sonra üzərinə 1/2 litr qaynar su əlavə edib 1-2 saat dəmləyirlər. Bu qayda üzrə hazırlanan dərgül çayından gündə 3-4 dəfə, hər dəfə 1 stəkan içirlər. Uşaqlara hər dəfə yarım stəkan verilir.
Bitkilər və təbabət (9)
Dərman qıjı
(lat.Dryopteris filix-mas)
Azərbaycanda həmin bitkinin bir növü yayılıb. Qıjınin təzə dərilmiş və cavan yarpaqlarından salat kimi istifadə edilir. Təzə yarpaqlarının dəmləməsini və şirəsi qanazlığında, böyrək və sidik yollarıında mövcud olan daşlarda, eləcə də iltihab əleyhinə çox faydalıdır.
İstifadə qaydası: bitkinin yarpaqlarından hazırlanmış təzə şirədən gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı qəbul edirlər və yaxud təzə toplanmış yarpaqlarından 20-30 qram götürüb 1 litr qaynar suda dəmləyir, qankəsici dərman kimi gündə 3-4 dəfə, hər dəfə 1 stəkan içirlər.
Bitkilər və təbabət (9)
Dərman quşüzümü
(lat.Asparagus officinalis)
Azərbaycanda quşüzümünün 7 növü yayılıb. Bitkinin qurudulmuş köklərindən hazırlanan bişirmə və dəmləmədən revmatizmdə, sidik yollarının iltihabında, ürək ağrısında və epilepsiyada istifadə olunur.
İstifadə qaydası: quşüzümünün qurudulmuş və xırdalanmış köklərindən 3 çay qaşığı 1 stəkan suda 1-2 saat dəmləyərək süzdükdən sonra gündə 3 dəfə 1-2 xörək qaşığı içirlər.
Dərman minaçiçəyi
(lat. Verbena officinalis)
Azərbaycanda 2 növü yayılıb. Tibbdə 1 növündən istifadə edilir.
Bir və ya çoxillik ot bitkisidir. Gödək enli saplaqlı yarpaqları və və uzun sünbülvari çiçək qrupuna toplaşmış açıq bənövşəyi xırda çiçəkləri var. Meyvəsi 4 fındıqçadan ibarət olub, qutucuq içərisində yerləşir. Bitki iyun-avqust aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir.
Dərman məqsədilə yerüstü hissəsindən bitki çiçək açanda toplayıb, açıq havada quruduqdan sonra istifadə edilir.
Minaçiçəyin bütün hissələrində zəhərli xassəli verebenalin və verbinin qlikozidləri tapılmışdır. Bundan əlavə, tərkibində kamfora iyi verən efir yağı, saponinlər, acı maddələr və aşı madddələri müəyyən edilmişdir.
Xalq təbabətində qurudulmuş otundan çay kimi dəmləyib, qaraciyər xəstəliklərində, qan azlığında ağrıkəsici dərman kimi qəbul edirlər. Bundan əlavə, otundan kərə yağında məlhəm hazırlayıb, dəri xəstəliklərində (qoturluqda) istifadə edirlər.
Bitkilər və təbabət (9)
Dərman gülxətmi
(lat. Althaea officinalis)
Gülxətminin köklərinin sulu dəmləməsindən (adi temperaturda yarım saat dəmləməklə) quru öskürəkdə, göy öskürəkdə, bronxial astmada, eləcə də mədə-bağırsaq xəstəliklərində, sidik kisəsinin iltihabında istifadə edilir, habelə bəlğəmgətirici dərman kimi işlədilir.
İstifadə qaydası: qurudulmuş və xırdalanmış gülxətmi kökündən 4 çay qaşığı götürüb 2 stəkan qaynadılmış soyuq suda 30-40 dəqiqə (hərdənbir qarışdırmaqla) dəmləyir, sonra tənzifdən süzürlər. Alınmış süzüntüdən (gülxətmi dəmləməsindən) gündə 3-4 dəfə, hər dəfə yarım stəkan qəbul edirlər. Uşaqlara çay qaşığı ilə verirlər.


Şərhlər (21)

Deniz84 Deniz84 18 December 2015 07:59 Cavab yaz

İtburnunun soyuqdəyməyə, böyrək ağrılarına xeyir etdiyini dəqiq bilirəm.
rovsane_82 rovsane_82 23 April 2015 08:59 Cavab yaz

Gülxətminin köklərinin sulu dəmləməsindən (adi temperaturda yarım saat dəmləməklə) quru öskürəkdə, göy öskürəkdə, bronxial astmada, eləcə də mədə-bağırsaq xəstəliklərində, sidik kisəsinin iltihabında istifadə edilir, habelə bəlğəmgətirici dərman kimi işlədilir.
raziyam
Pervane01 Pervane01 31 January 2015 01:54 Cavab yaz

B u bitkilər çox maraqlı gəldi mənə.
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 23 December 2014 15:45 Cavab yaz

Gülxətmi bəlğəmli öskürək üçün çox faydalıdı.
yes
gozel eliyeva gozel eliyeva 21 June 2014 14:07 Cavab yaz

Beli bunlarin hamisini bilirdim cox xeyirli bitkilerdirr minnetdaram Narinimmm give_ros love
moskow qadini moskow qadini 16 June 2014 18:18 Cavab yaz

Narın Allah səndən razı olsun ki, bizi belə bilgiləndirirsən. give_ros kiss
qemligozler qemligozler 9 June 2014 16:06 Cavab yaz

Tesekkurler cox deyerlidir menim ucun yazan ellerniz yorulmasin
Ellada84 Ellada84 6 June 2014 00:55 Cavab yaz

бѓ¦Narınбѓ¦,
Silsilə xəbərlərim sizlər üçün maraqlı və faydalıdırsa nə xoş mənə

Faydalıdır Narın xanım mən özüm üçün hətta qeyd edirəm.İnşaAllah printerdən çıxardacam.
rana969 rana969 6 June 2014 00:36 Cavab yaz

Agat_♥,
Sənə xüsusi təşəkkürlər xəbərlərimin çıxmağında əziyyətin az deyil çox sağ ol kiss

Q,
Ruhəngiz,
Zehra.,
S.S.N M,
Agats_fan,
ElladaВ Babayeva,
вќ¤qanadsiz_melekвќ¤,
FatimaВ Ahmedova,
Dəniz84,
XəyaləВ Murad,
♥AynişkaВ Gülüm♥
,

Şərhləriniz üçün hər birinizə ayrı ayrılıqda təşəkkür edirəm çox sağ olun xanımlar minnətdaram kiss Silsilə xəbərlərim sizlər üçün maraqlı və faydalıdırsa nə xoş mənə yahoo
qeribe qeribe 5 June 2014 22:39 Cavab yaz

Sənin bu silsilə xəbərini çox sevdim canım. Tesekkurler Narin faydali melumatlar ucun! give_ros
ruzigar ruzigar 5 June 2014 20:52 Cavab yaz

Narınım,çox faydalı məlumatlardır.İtburnunun digər adının dərgül olmasını indi eşitdim.
bay_gril89 bay_gril89 5 June 2014 20:46 Cavab yaz

Maraqlı xəbərdir.
S U SE N S U SE N 5 June 2014 19:08 Cavab yaz

Men bitkile mualiceye inaniram adice nane sanci hesebdi girl_ang
Agats_fan Agats_fan 5 June 2014 18:54 Cavab yaz

Narın Allah səndən razı olsun ki, bizi belə bilgiləndirirsən.
Aqatkris Aqatkris 5 June 2014 18:04 Cavab yaz

Narın Allah səndən razı olsun ki, bizi belə bilgiləndirirsən. air_kiss
Ellada84 Ellada84 5 June 2014 17:09 Cavab yaz

Dərgül (itburnu)immunitetidə gücləndirir.10- gün dəmləyib içmək lazımdı.
mirtushka mirtushka 5 June 2014 17:06 Cavab yaz

empathy Maraqlidi hemde cox menim en sevdiyim itburnudu kiss
crazykids crazykids 5 June 2014 16:43 Cavab yaz

Faydali meslehetlere gore tesekuur
Deniz84 Deniz84 5 June 2014 16:31 Cavab yaz

Sənin bu silsilə xəbərini çox sevdim canım. Mən əslində təbabətdə bitkilərdən istifadə etməyə daha çox üstünlük verirəm. give_ros
Milana.M Milana.M 5 June 2014 16:25 Cavab yaz

Gülxətmi bəlğəmli öskürək üçün çox faydalıdı. Çox sağol Narın sayəndə təbabətdən də yararlanırıq. davamlı olsun
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика