Odessa qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri azərbaycanlı Roman Nəsirovu ittiham ediblər.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, onlar Nəsirovu Odessa gömrüyündə bütün korrupsiyaya qarşı layihələri dayandırmaqda günahlandırırlar.
"Mən Gürcüstan prezidenti olan zaman belə insanlar həbsxanada otururdular"
Onlar Dövlət Fiskal Xidmətinin rəhbərinə öz iradlarını baş nazir Vladimir Qroysmanın iştirakıyla keçirilən müşavirə zamanı bildiriblər.
Müşavirədə Ukrayna Ali Radasının deputatı, parlamentin Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Nəsirov da iştirak edib.
"Mən Gürcüstan prezidenti olan zaman belə insanlar həbsxanada otururdular", - deyə Nəsirovu göstərərək Saakaşvili bildirib. Qroysmana müraciət edərək, Saakaşvili "sizə onsuz da onu oturtmaq lazım olacaq", - deyə bildirib.
Nəsirov ötən ilin mayında Ukraynanın Dövlət Maliyyə Xidmətinin sədri vəzifəsinə təyin olunub. Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub.
Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib.
Daha sonra "Konkord Kapital" (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.
Keçmiş Gürcustan prezident Saakaşvili ötən ilin 30 may tarixində Odessa qubernatoru kimi təyinat alıb. Bundan öncə isə o, Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamı ilə ölkə vətəndaşlığı alıb. 1967-ci il dekabrın 21-də anadan olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib. Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton Universitetində doktoranturanı bitirib.
Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail Saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O, dəfələrlə Rusiyanı separatizmdə günahlandırmaqla Gürcüstan-Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb. Ona qarşı öz ölkəsində 4 cinayət işi açılıb. Onlardan biri dövlət vəsaitindən şəxsi məqsədlər üçün istifadədir.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərinin qubernatoru təyin olunduqdan sonra daim korrupsiya və özbaşınalığa qarşı sərt qaydalar tətbiq edir. O, rüşvətxor idarə, təşkilat və hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifəsindən azad edib. Saakaşvilinin əmri ilə dəniz qırağında yerləşən Kiyev oliqarxlarına məxsus hasarlanmış ərazilər sökülüb.
Ötən ilin dekabrında Mixail Saakaşvili Ukraynanın daxili işlər naziri Arsen Avakovu da korrupsiyada ittiham etmişdi. Nazir isə onu məhkəməyə vermişdi. Ondan əvvəl isə Milli İslahatlar Şurasının toplantısında bu iki siyasətçi arasında insident baş vermişdi. Avakov Saakaşvilinin ittihamlarına cavabında bir stəkan suyu onun üzünə atmışdı.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək