Milli.Az anspress-ə istinadən xəbər verir ki, Sümeyye Ərdoğan İstanbulda yerləşən Yəhya Kemal Beyatlı sərgi mərkəzinə gəlib. Toy mərasimi Quran oxunması ilə başlayıb. Sonra Sümeyye Ərdoğan və Selçuk Bayraktarın nigahları kəsilib. Toydan ilk görüntülər də yayılıb.
Toy üçün İstanbula gələn təyyarə artıq hava limanına enib. Həmçinin Qətərdən toya gələn qonaqları daşıyan "Boeing 747" təyyarəsi də Türkiyədədir. Ərdoğanın ailəsi isə toya helikopterlə gedib.
Yerli qonaqlar isə nigahın keçirildiyi mərkəzin həyətinə piyada daxil olublar. Polis təhlükəsizlik tədbirlərini artırıb və giriş -çıxışda ciddi yoxlamalar aparılır. Toya dəvət olunan qonaqlar isə yolda tıxacla üzləşib. Toy mərasımı ilə əlaqədar İstanbulun bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılıb.
Əksəriyyəti dövlət məmuru olan qonaqlar toya gecikməmək üçün bəziləri avtomobil yolunun əks tərəfi ilə hərəkət edib, bəziləri isə yol arakəsmələrinin üzərindən keçiblər. Amma xarici işlər naziri Mövlud Çavuşoğlu başda olmaqla digər hökumət rəsmiləri toy mərasiminə vaxtında çata biliblər.
Toyda Türkiyə rəsmiləri ilə yanaşı bir neçə ölkənin dövlət və hökumət rəsmilərinin iştirak etməsi nəzərdə tutulur. Məlumata görə, mərasimə 6 min nəfər qonaq dəvət olunub. Dəvətlilər arasında Pakistanın baş naziri Nəvaz Şərif, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də var. Dövlət və hökumət başçılarının dəvət olunması barədə məlumatı Pakistanın "The News" qəzeti yayıb.
Toy iştirakçıları arasında Pakistanın baş naziri ilə yanaşı onun qardaşı Pəncab əyalətinin baş naziri Şahbaz Şərif də var.
Məlumata görə, cütlüyün nikah şahidləri də tanınmış şəxslər olacaq. İddiaya görə, onlardan biri son zamanlar Ərdoğan ilə münasibətlərinin soyuduğu deyilən baş nazir Əhməd Davudoğludur. Prezident jest edərək istefa ərizəsi verən baş naziri şəxsən özü zəng edərək toya dəvət edib.
Türkiyə prezidentinin qızı Sümeyye Ərdoğan məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selçuk Bayraktarla evlənir. Toya görə İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görülüb, hətta süni peyklər belə təhlükəsizliyinin təmin olunmasına cəlb olunub. Bəy 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan qurğu üzərində çalışan heyətin rəhbəridir. 11 ildir ki, ailə şirkətində çalışan Selçuk Bayraktar bir çox milli sistemin yaradılmasında rol alıb. O, "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ayaqqabı almadan əvvəl bunları bilməlisiniz!
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Xoşbəxt insanların sirri
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
Günün qoroskopu: buyruq quluna çevrilməyin
2021-ci ildə trend olacaq rənglər
Azərbaycan çempionatı: "Neftçi" "Simurq"a, "İnter" AZAL-a qarşı
Yenidən estetik əməliyyat etdirir
Facebook-da yenilik
Məkkə gülü haqqında eşitmisinizmi?
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
Saç mezoterapiyası
Koronavirusla bağlı son STATİSTİKA
Santa-Klaus kimdir?
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Seda Sayanın ayağına taxdığı saat gündəm oldu
Portağal şirəsinin faydaları
Avto kredit, yoxsa lizinq?
15 iyun Milli Qurtuluş Günüdür
Məşhurların qocalığı
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
Asan puding (foto resept)
Azərbaycan Belarusa yardım edəcək
İdman geyimləri
Uşaqların ağlama səbəbləri
Marsda cırtdan məxluq tapıldı? - FOTO
Ən qorxulu yırtıcını yardılar
Çində robot polislər xidmətə başladı
Nazirdən müharibə mesajı
NASA nəhəng qurğu hazırladı
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Pusquda duran kiçik düşmənlər
Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
Balıq kotleti (foto resept)
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Karpal tunel sindromu
Sosial şəbkələrdə bunu unutmaq olmayacaq
Sabah yay havası olacaq
Tiflis zooparkının çətin anları
Yovşan haqqında bilmədiklərimiz
Evdən 10 min tısbağa çıxdı-FOTO
HAVA necə olacaq?
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Ağ Evin qarşısında atışma
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər














