Qadin.NET / Əroğanın qızının toyundan FOTOlar

Əroğanın qızının toyundan FOTOlar

Əroğanın qızının toyundan FOTOlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğanın bu günə nəzərdə tutulan toyu artıq başlayıb.  

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Sümeyye Ərdoğan İstanbulda yerləşən Yəhya Kemal Beyatlı sərgi mərkəzinə gəlib. Toy mərasimi Quran oxunması ilə başlayıb. Sonra  Sümeyye Ərdoğan və Selçuk Bayraktarın nigahları kəsilib. Toydan ilk görüntülər də yayılıb.

Toy üçün İstanbula gələn təyyarə artıq hava limanına enib. Həmçinin Qətərdən toya gələn qonaqları daşıyan "Boeing 747" təyyarəsi də Türkiyədədir. Ərdoğanın ailəsi isə toya helikopterlə gedib.
Yerli qonaqlar isə nigahın keçirildiyi mərkəzin həyətinə piyada daxil olublar. Polis təhlükəsizlik tədbirlərini artırıb və  giriş -çıxışda ciddi yoxlamalar aparılır. Toya dəvət olunan qonaqlar isə yolda tıxacla üzləşib.  Toy mərasımı ilə əlaqədar İstanbulun bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılıb.

Əksəriyyəti dövlət məmuru olan qonaqlar toya gecikməmək üçün bəziləri avtomobil yolunun əks tərəfi ilə hərəkət  edib, bəziləri isə yol arakəsmələrinin üzərindən keçiblər. Amma  xarici işlər naziri Mövlud Çavuşoğlu başda olmaqla digər hökumət rəsmiləri toy mərasiminə vaxtında çata biliblər.
Toyda Türkiyə rəsmiləri ilə yanaşı bir neçə ölkənin dövlət və hökumət rəsmilərinin iştirak etməsi nəzərdə tutulur. Məlumata görə, mərasimə 6 min nəfər qonaq dəvət olunub. Dəvətlilər arasında Pakistanın baş naziri Nəvaz Şərif, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də var. Dövlət və hökumət başçılarının dəvət olunması barədə məlumatı Pakistanın "The News" qəzeti yayıb.

Toy iştirakçıları arasında Pakistanın baş naziri ilə yanaşı onun qardaşı Pəncab əyalətinin baş naziri Şahbaz Şərif də var.

Məlumata görə, cütlüyün nikah şahidləri də tanınmış şəxslər olacaq. İddiaya görə, onlardan biri son zamanlar Ərdoğan ilə münasibətlərinin soyuduğu deyilən baş nazir Əhməd Davudoğludur. Prezident jest edərək istefa ərizəsi verən baş naziri şəxsən özü zəng edərək toya dəvət edib.

Türkiyə prezidentinin qızı Sümeyye Ərdoğan məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selçuk Bayraktarla evlənir. Toya görə İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görülüb, hətta süni peyklər belə təhlükəsizliyinin təmin olunmasına cəlb olunub. Bəy 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan qurğu üzərində çalışan heyətin rəhbəridir. 11 ildir ki, ailə şirkətində çalışan Selçuk Bayraktar bir çox milli sistemin yaradılmasında rol alıb. O,  "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğludur.

Əroğanın qızının toyundan FOTOlar

Əroğanın qızının toyundan FOTOlar

Əroğanın qızının toyundan FOTOlar

Əroğanın qızının toyundan FOTOlar

Mənbə: Milli.Az

14 may 2016
GO BACK