Qotur nədir?
Qoturluq necə keçir?
Qoturluq birbaşa və dolayı yolla, insandan insana uzunmüddətli təmas zamanı dəri vasitəsilə keçir. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə keçə bilər.
Qoturluq insanların çox toplandığı yerlərdə, imsanların bir-biri ilə təmasda olduğu məkanlarda (məsələn, uşaq bağçalarında və müalicə müəssisələrində) sürətlə yayılır. Xəstə bir şəxs geyimi, dəsmalı, yataq ləvazimatları ilə gənələri yaya bilər. Qoturlu insanın əşyalarını istifadə etmək bu baxımdan təhlükəlidir.
İnsan bədənini tərk etdikdən sonra gənə 48-72 saatdan çox yaşamır. İnsanda dişi gənə bir aya qədər yaşaya bilər.
Qoturluğun əlamətləri nədir?
Qoturluğa yoluxmuş insanda simptomlar 4-6 həftədən sonra başlaya bilər. Qoturluqdan qabaq xəstəliyi olanlarda simptomlar bir neçə gün ərzində üzə çıxır. Qoturluğa qarşı immunitet yoxdur.
Simptomlar adətən qaşınmadır, Рѕ da axşamlar intensivləşir. Bədənin istənilən hissəsi qaşına bilər. Sızanağa oxşar səpgilər əl barmaqlarının arasında, büküklərdə, dirsəkdə, bilək nahiyəsində, sağrıda olur.
Qoturluq qaşınması nəticəsində digər bakterialı infeksiyalar da üzə çıxa bilər.
Zəif immun sistemi olanlar və yaşlı şəxslər qoturluğun daha ağır forması olan "Norveç qoturluğu"na (qoturluğun köhnəlmişi) tutula bilərlər.
Qoturluğun diaqnozu necə qoyulur?
Diaqnoz adətən səpgilərə baxmaq ilə qoyulur. Mikroskopik olaraq gənə və yumurtaları və konkrementləri tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən, yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırma ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır.
Qoturluğun müalicəsi varmı?
Qoturluğa yaralı olan bir neçə losyon növü var. İstifadə zamanı həmişə həkimin göstərişlərinə diqqət edin.
Losyonu boyundan aşağı ətrafların barmaqlara qədər sürtün, ən az bir gün qalsın (minimum 8 saat). 7-10 gündən sonra losyon təkrar istifadə oluna bilər. Əgər effektli nəticə alınsa, 24-48 saatdan sonra heç bir yeni səpgi yaranmayacaqdır.
Qeyd etmək lazımdır ki, qaşınma müalicədən sonra dərhal dayanmır. Bu onunla izah olunur ki, bədən hələ də ölü gənələrə, onların yumurtalarına və ifrazatlarına cavab verir. Bu 2-3 həftə davam edə bilər. Əgər qaşınma çox narahatedicidirsə, həkim bununla bağlı təyinat verə bilər.
Bütün paltarlar, yataq dəstləri, dəsmallar qaynar su ilə yuyulmalı, isti quruducuda qurudulmalı, sonra isə istifadə olunmalıdır. Yuyulma qeyri-mumkün olduqda, plastik paketlərdə 5 gün ərzində bağlı saxlanılmalıdırlar.
Hansı halda qoturluqdan şübhələnməliyik?
Qoturluq diaqnozu qoyulan hər bir şəxs müalicə üçün müraciət etməlidir. Bundan başqa seksual partnyorlar, evdə təmasda olar ailə üzvləri müraciət etməlidirlər. Ailə üzvlərinin hamısı müraciət etməlidir ki, bir-birlərini infeksiyadan qorumuş olsunlar.
Heyvanlar da qotur olurmu?
Ev heyvanları qoturluğun digər gənəsi ilə bu xəstəliyə yoluxurlar. Əgər ev heyvanları ilə sıx təmasda olsanız, gənə sizdə qaşınma yarada bilər. Bundan başqa gənələr bir neçə gün ərzində ölür və çoxalmır. Evdəki ev heyvanı tamamilə təmizlənməsə gənələr heyvandan insana keçə bilər.
XƏBƏR LENTİ
XİN İrəvana cavab verdi
Azərbaycanda uşaqları internetin mənfi təsirindən necə qorumalı?
2018-2019 Payız/Qış saç trendləri
Feysbuk 300 mindən çox üzvü olan 120 aktiv qrupu ləğv etdi
Adriana ABŞ vətəndaşı oldu
Ulduz cütlük koronavirusa yoluxdu
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Məktəbli formaları indi neçəyədir?
Sobada ətli badımcan kababı (foto-resept)
Haydi Klum keçmiş ərini məhkəməyə verdi
Napalyon tortu (foto resept)
Heydər Əliyevin vəfatından 11 il ötür
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Ən etibarlı qadın üzü
Günün qoroskopu: bu əməli unutmayacaqlar
MTV Video Music Awards 2020 qırmızı xalça
Google şirkəti reklamın yerlərini artırır
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Günün qoroskopu: Münasibətləri gərməyin
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
18 qadından 22 uşağı var
Dünyanın cavab verə bilmədiyi uşaq
Maaşı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq
Saçlarınıza zərər verməyin
Xarici turistlər bölgələrə axın etməyə başladı
8 Marta özəl boyunbağılar
Martda çox isti olacaq
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Təmizliyə kömək edən vasitələr
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Meyvələrdən canlı obrazlar yaratdı
Dizi ağrıyanlar üçün
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
İt cinsləri və xarekterləri
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Mətbəx mebelləri
Google+-un "beyni" işdən gedir
Münasibətlərdə 100 həqiqət!
Günün ulduz falı
Öləndən sonra barmağı kəsilən dahi
Uzun illər qıtlıq gözlənilir
Xanımlar üçün xüsusi qidalanma
Mayda bağlanacaq yollar
Məşhurların 14 fevral paylaşımları
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Mədə kiçiltmə əməliyyatı
Depressiyanıza səbəb yediklərinizdir!
Azam Ali – Ov
- ŞƏRHLƏR